Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-501/2022 19.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X6, müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, şikayət vermiş şəxs X7 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X5 və X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148 və 148-1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 may 2022-ci il tarixdən etibarən P.Həşimzadə ilə aramızda olan nikah münasibətləri faktiki olaraq pozulub və həmin günün sabahsı günü məni evdən uzaqlaşdırdırıb gəlirib ata evinə düşürüb və hazırda ata evinidə yaşayır. 18 may 2022-ci il tarixdə əri onu evdən Şəkiyə gətirib düşürüb və onun qalan əşyalarını telefonu daxil olmaqla götürməyə qoymayıb və hazırda telefonu istifadə etdiyi nömrə və s hamısı əvvəllər yaşadığı evdə qalıb. Həmin telefonunda istifadə etdiyi 050 *** ** ** saylı nömrə 2020-ci ilin yanvar ayında ona qaynanası X10 tərəfindən hədiyyə olunmasına baxmayaraq həmin nömrə sonuncunun adına idi . Bu səbəbdən nömrənin dublikatını çıxara bilməmiş və nömrə 17 may 2022-ci il tarixdən X4 və anası X2 olub. Şəkiyə gəldikdən bir müddət sonra P.Həşimzadə məni "cəzalandırmaq" məqsədi ilə etdiyi hərəkətin ictimai təhlükəli olduğunu dərk edərək, həmin əməlin nəticələrini görüb, bunu arzu edib, qəsdən onun telefonunda olan "Watsapp" proqramı vasitəsi ilə onun barəsində "Mayın 17 yoldasima xəyanətimin son günü. Tutuldum Yaşasin qehbelik" sözlərini status formasında yazaraq paylaşmış, həmin statusun onun kontaktında 100-dən çox insanın görməsinə səbəb olmuş, bütün kontaktında olan qohumları, qrup yoldaşları, tanışları və s hamının yanında biabır etmiş və öz çirkin əməllərini davam etdirərək onun telefonunda olan açıq şəkillərini kontaktında olan şəxslərə göndərmiş, başqa şəxslərlə olan yazışma və şəkillərini kütləvi nümayiş etdirib, şəxsiyyətini, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmışdır. Cinayət aləti olan ona məxsus telefon hazırda X4 və anası X1. O, hazırda doğulub böyüdüyü Şəki şəhərində yaşayır. X3 və X8 törətdiyi cinayət əməlləri ilə onu elə biabır edib ki, Şəki şəhərində olan qonşuları, dostları, tanışları heç biri ilə ünsiyyət qura bilmir. Hamının telefonunda onun açıq şəkilləri dolaşır. Bütün yaxınları onu tənqid edir, deyirlər şəkillər onlara göndərildikdən sonra silmişlər. Pünhan Həşimzadə "Watsapp" proqramı vasitəsi ilə mənim nömrəmdən "Mayın 17 yoldasima xəyanətimin son günü. Tutuldum Yaşasin qehbelik" sözləri paylaşdığını anasının "watsapp"-ında görmüşdür. Bu barədə dərhal qaynanasınınrəsmi adına olan və istifadəsində olan ***-***-**-** mobil nömrəsinə "Watsapp" proqramı vasitəsi ilə statusu silmələri barədə yalvarış xarakterli mesajlar yazıb bu statusun Pünhan Həşimzadə tərəfindən paylaşıldığı barədə soruşduğu zaman həmin paylaşımın oğlu Pünhan Həşimzadə tərəfindən paylaşıldığını, hazırda içkili olduğunu, telefonu anasından aldığını, Pünhanın həmin mesajı silməsinə müdaxilə edə bilmədiyini, onu qovduğunu bildirən mesajlar göndərərək həmin cinayət əməlinin X5 tərəfindən törədildiyini etiraf etmişdir, (həmin yazışmaların foto surətlərini şikayətə əlavə etmişəm). X5 "Watsapp" proqramı vasitəsi ilə nömrəmdən "Mayın 17 yoldasima xəyanətimin son günü. tutuldum Yaşasın qəhbəlik” sözləri paylaşdığı 050 *** ** ** saylı mobil nömrəni hazırda yenə də istifadə edir. Bir xalam qızı nömrənin Pünhanın istifadəsində olduğunu bilmədən 11 iyun 2023-ci i tarixdə ona yazdığını zənn edərək 050 *** ** ** saylı mobil nömrənin "watsapp' proqramına "salam necəsən can" mesajı yazmış, həmin nömrədən 29 iyun 2022-ci il tarixdə "Salam Məryəm, mənəm Pünhan" yazıları olan cavab gəlmiş, lakin həmin vaxtı əmimqızı artıq həmin telefonun Pünhan tərəfindən istifadə olunduğunu bildiyi üçün həmin nömrəni bloka ataraq, kontaktından çıxarmışdır. Bu mesaj da özlüyündə həmin nömrənin Pünhan Həşimzadə tərəfindən istifadə edildiyini təsdiq edir. (Həmin yazışmaların foto surətlərini şikayətə əlavə etmişdir). Eyni zamanda qrup yoldaşlarından Şəfəqə onun açıq şəkillərini atan zaman Pünhan Həşimzadə ona mesaj yazaraq "Şəki torpağında məni heç kim pis tanımasın deyə boşayıram" sözlərini yazmışdır. Bu sözləri yazmaqda məqsədi kütləvi informasiya vasitələrindən biri olan onun qohum, tanış və yaxınlarının toplu halda gördüyü, əvvəllər istifadə etdiyi 050 *** ** ** saylı mobil nömrənin "watsapp" statusunda "Mayın 17 yoldasima xəyanətimin son günü. Tutuldum Yaşasin qehbelik" sözləri yazması və onun açıq şəkillərini göndərməklə şəxsiyyətinin, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq yolu ilə cəmiyyətdə onun barəsin "pis qadın" obrazını yaratsın ki, heç kim onu boşamaq üçün onu qınamasın. Məhkəmə hazırlıq iclasında X9 şikayətlə eyni məzmunlu izahat verməklə məhkəmədən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5, X9 və müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 barəsində olan şikayətin əsassız olduğundan baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş və s. göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmamaqla tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi əlavə olunmamışdır. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X5 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X7 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-501/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-501/2022
19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver