Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-501/2023 09.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Şahid2 və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 2005-ci ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, milliyətcə azərbaycanlı, Abşeron rayon Digah qəsəbə tam orta məktəbin 11-ci sinfində təhsil alan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Abşeron rayonu, Digah qəsəbəsində “Al” market adlanan mağazanın yaxınlığında yetkinlik yaşma çatmayan, xx.xx.2007-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs onun bacısı X2ma mobil telefon vasitəsilə mesaj yazması səbəbindən Zərərçəkmiş şəxslə mübahisə edib dalaşaraq sonuncunun burun nahiyəsinə yumruqla qəsdən bir dəfə vuraraq ona burun sümüyünün yerdəyişməyən sınığı ilə müşahidə olunan burun nahiyəsinin şişkinlikli qançırından, əlbəyaxa olan zaman yetirilmiş boynunun sol yan səthinin sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o,valideyinləri ilə birlikdə Digah qəsəbəsində yaşayır. Digah qəsəbəsində 20 yanvar şəhidi Səxavət Məmmədov adma tam orta məktəbin 11-ci sinifində oxuyur. Digah qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs təxminən üç il olar ki, tanıyır, onunla dostluq münasibətləri olmuşdur. Yunusun anası Şahid1 onun barəsində Abşeron rayonu, Mehdiabad polis bölməsinə yazmış olduğu şikayət ərizəsi ilə təhqiqat araşdırması zamanı tanış olmuşdur. 09 mart 2023-cü il tarixdə bacısı Sürayədən ona məxsus olan mobil telefonu almış, bacısından xəbərsiz onun mobil telefonuna baxdıqda dostu Yunusun bacısı Sürayəyə yazmış olduğu mesajlarını görmüşdür. Həmin mesajlar sevgi məzmunlu olduğu üçün, mesajların məzmunu ona pis təsir etmişdir. Həmin mesajları dostu Zərərçəkmiş şəxs, bacısı Sürayəyə yazmasını başa düşmüşdür. Ona görə də qərara gəlmişdir ki, dostu Yunusla görüşüb, bacısına sevgi mesajları yazaraq pis münasibət göstərməsinin səbəbini aydınlaşdırsın. Mesajları görüb oxumamışdan qabaq Zərərçəkmiş şəxs ona demişdir ki, bacısı Sürayəni bir qardaş kimi 8 mart qadınlar bayramı münasibəti ilə təbrik etməkdən ötrü hədiyyə almışdır. Dostu Yunusun bacısına yazmış olduğu sevgi mesajlarını görəndən sonra əsəbiləşmiş və onunla görüşərək , bu məsələyə aydınlıq gətirmək istəmişdir. Odur ki, 09 mart 2023-cü il tarixdə təxminən saat 10.00 radələrində Yunusla telefonda mesajlaşıb onu görüşə çağırmış, Abşeron rayonu, Digah qəsəbəində «AL» marketin yaxınlığında görüşmüşlər. Görüşərkən ona dostluğa yaraşmayan hərəkətlər etməsi ilə əlaqədar olaraq iradını bildirmişdir. Bu səbəbdən də Yunusla onun arasında mübahisə yaranmış və mübahisə zamanı o, yumruqla Yunusun burnunun üstündən bir dəfə vurmuşdur. Onun yumruğunun zərbəsindən Yunusun burnundan qan açılmış, o, Yunusun burnundan qan açılmasını görüb, onu daha vurmamış və ona demişdir ki, çıx get evinə və oradan uzaqlaşmışdır. O, dostu Yunusu Digah qəsəbəsində olan «AL» marketin yanma çağırıb onunla söhbət və mübahisə edərkən yanlarında heç kim olmamış, hadisə yerində ikisi olmuş, mübahisə zamanı onları bir-birindən ayıran olmamış, özləri ayrılmışlar. Onun yumruqla Yunusu burnunun üstündən vurması və mübahisələri təxminən 2-3 dəqiqə çəkmişdir və dərhal da qurtarmışdır, yəni mübahisə qısa müddət ərzində baş vermişdir. Bundan sonra dostu Yunusun anası Şahid1 Abşeron rayon, Mehdiabad polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Həmçinin 10 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhər 2 saylı uşaq xəstəxanasına müraciət etmiş, xəstəxanadan da Mehdiabad polis bölməsinə Zərərçəkmiş şəxs bırnunun sınması barədə həkim məlumat vermişdir. Yusun burnunun sınması ilə bağlı burnunun sağaldılmasından ötrü o, valiydenlərinin ona verdikləri 600 (altı yüz) manat pulu Şahid1 vermişdir. O, Zərərçəkmiş şəxs burnuna yumruqla vurub ona xəsarət yetirdiyi gün atası ilə birlikdə Yunusun yaşadığı evə getmiş və bir-biri ilə görüşmüşlər. Yunusun anası Şahid1 ondan şikayət etməsinin səbəbi onun valideyinlərindən əlavə olaraq pul istəməsidir. Yunusla dalaşarkan onun boynunun sol yan səthinin sıyrığından ibarət xəsarəti Yunusa necə yetirməsini xatırlamır. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cinayət isi üzrə zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsi, X3 küçəsi, döngə 2, ev 2-də valideynləri ilə birlikdə yaşayır, Digah qəsəbəsində yerləşən 20 yanvar şəhidi Səxavət Məmmədov adına tam orta məktəbin 9-cu sinifini bitirmiş, daha oxumamışdır və məktəbə getməmiş, qonşusu ilə fəhləlik edərək, çörək pulu qazanmışdır. Digah qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs təxminən üç il olar ki, tanıyır, onunla münasibəti normaldır, dostluq edirlər, bir yerdə işləmişlər. Rafiqin bacısı Sürayə Qafarova ilə bir sinifdə oxuyurlar. 09 mart 2023-cü il tarixdə yaşadığı evdə olarkən, dostu Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurub onunla görüşmək istədiyini bildirmişdir və ona etiraz etməmişdir. Digah qəsəbəində yerləşən «AL» market mağazasının yanma getmiş və «Al» marketin yaxınlığında Təqsirləndirilən şəxsla görüşmüşdür. O, dostu Təqsirləndirilən şəxsla görüşəndən sonra Rafiq ona demişdir ki, bacısı Sürayəyə niyə sevgi mesajları yazır, dostluğa yaraşmayan hərəkətlər edir? Sonra ondan cavab gözləmədən yumruqla burnuna bir dəfə vurmuşdur. Təqsirləndirilən şəxs burnuna yumruqla vurandan sonra burnumdan qan açılmış və birbirlərindən ayrılmışlar. O, Rafiqin bacısı Sürayəyə 8 mart qadınlar bayramı münasibəti ilə bir qardaş kimi təbrik etmək məqsədi ilə hədiyyə almış, bu barədə Rafiqə qabaqcadan demişdir. O, dostu Təqsirləndirilən şəxsla ikilikdə Digah qəsəbəsində olan «AL» marketin yaxınlığında mübahisə edib dalaşarkən yanlarında heç kim olmamışdır, ikisi olmuşlar, mübahisələri və Təqsirləndirilən şəxs onun burnuna vuraraq xəsarət yetirməsi 2-3 dəqiqə çəkmiş və qısa müddət ərzində münaqişə bitmişdir. Bundan sonra anası Şahid1 onun döyülməyi barədə Mehdiabad polisinə şikayət etmişdir. Həmçinin o, 10 mart 2023-cü il tarixdə 2 saylı uşaq xəstəxanasına müraciət edəndə oradan da polisə xəsarət alması ilə əlaqədar məlumat verilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işi üzrə şahid qismində ifadəsi alınmış Şahid1 Nəsir qızı bildirmişdir ki, 09 mart 2023-cü il tarixdə, saat 10.30 radələrində yetkinlik yaşına çatmayan oğlu Zərərçəkmiş şəxs evə gəldikdə onun burnunun qanamasını görmüş, bu barədə Yunusdan soruşduqda o, Digah kəndində, “Al” market mağazasının yaxınlığında həmkəndlisi Təqsirləndirilən şəxsla dalaşdıqlarını və Rafiqin onu yumruqla vurduğunu bildirmişdir. Oğlu Yunusun burnunun qanını dayandırmaq üçün ilkin tibbi tədbirlkər görmüş, lakin qanı tam durdura bilməmişdir. Günorta zamanı Təqsirləndirilən şəxs onların evinə gəlmiş, hadisənin səbəbini Rafiqdən soruşduqda Rafiq, Yunusun onun bacısına sevgi məzmunku mesaj yazdığı üçün mübahisə edib dalaşdıqlarını bildirmişdir. Sonradan Yunusun burnunun qanının kəsilməıdiyini görüb onu Bakı şəhərində yerləşən 2 saylı xəstəxanaya aparmış və orada Yunusa tibbi yardım göstərilmişdir. Yunusun burnu sındığı üçün onun müalicəsinə 1500 manat xərci çıxmışdır, Təqsirləndirilən şəxs valideyinləri isə, ona cəmi 600 manat pul vermişlər. Ona görə də, o, hadisə ilə əlaqədar polisə şikayət etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs dostu Zərərçəkmiş şəxs ilə 09 mart 2023-cü il tarixdə Digah kəndində dalaşaraq onun burun nahiyəsinə yumruqla vuraraq xəsarət yetirməsi ona həmin gün oğlu polisə çağırılarkan məlum olmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Məhkəmə tibb ekspertizası və pataloji anatomiya birliyi” publik hüquqi şəxsin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 459 nömrəli ekspert rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- burun sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin şişkinlikli qançırı,bonun slol yan səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə gün əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6 - 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-501/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-501/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver