Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-501/2024 05.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X8 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Quba şəhəri, Nadfir İbrahimov küçəsi, ev 7-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Bakı-Quba avtomobil yolunun 17-ci km-də Abşeron rayonu, Saray qəsəbəsinin ərazisindən keçən hissəsində özünə məxsus “X33 Rover” markalı ** TU *** dövlət qeydiyyat nişanlı şəxsi minik avtomobilini Quba rayonu istiqamətində saatda 80 km sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq dönmə zamanı təhlükəsiz manevr etməli və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, həmin Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələblərini pozaraq dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalı və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda, Qanunun həmin tələblərinə əməl etməyərək idarə etdiyi “X33 Rover “ markalı avtomobilə sol zolaqdan sağa doğru dönmə əməliyyatı aparmazdan əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmadan mövcud şəraitdə arxadan ona nəzərən sağ zolaq ilə eyni istiqamətdə “Ford” markalı avtomobilin hərəkətdə olmasını nəzərə almadan idarə etdiyi “X33 Rover” markalı avtomobillə sağa doğru dönmə əməliyyatı apararaq hərəkət üçün təhlükəli şərait yaratmış, “Ford” markalı avtomobilə yol verdikdən sonra sağa doğru yerdəyişmə aparmaqla hərəkət hisəsində sağ kənar vəziyyət tutmalı və bundan sonra sağa doğru dönmə əməliyyatı aparmalı olduğu halda manevr etmə qaydalarını pozaraq sağ zolaqda eyni istiqamətdə hərəkət edən Şahid1 idarə etdiyi “Ford” markalı, ** FS *** qeydiyyat nişanlı yük avtomobilinin qarşısından yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə dönərkən avtomaşınlar toqquşmuş, nəticədə “Ford” markalı, ** FT *** qeydiyyat nişanlı yük avtomobili aşaraq ehtiyatsızlıqdan həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs sağ bazu sümüyünün qabarının qapalı yerdəyişmiş bitişməkdə olan sınığı, sağ said nahiyəsinin, sağ əlin arxa səthinin, həmin əlin İİİ-İV barmaqların arxa və ovuc səthlərinin əzilmişcırılmış yaraları, sağ əlin İİİ barmağının proksimal falanqasının qopma xarakterli sınığından ibarət, dərəcəsinə görə ümumilkidə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına, avtomobilin digər sərnişini X1 daxili qanaxma ilə nəticələnmiş sol ağ ciyərin cırılmış yarası, sol körpücük və soldan 1-2-3-4-5-6-7-8-9- 10-cu qabırğaların qapalı yerdəyişmiş sınıqları, sol gözaltı nahiyənin dərialtı hematoması, sağ gicgah nahiyəsinin, sol yanağın, döş qəfəsinin ön və arxa səthinin, sol saidin və sağ əlin sıyrıqlarından ibarət dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurulmasına, sol ağ ciyərin cırılmış yarası nəticəsində yaranan kəskin daxili qanaxma, sol körpücük və sol tərəfli qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan travmatik şok nəticəsində hadisə yerində ölməsinə səbəb olmuşdur. Həmin hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Əslən Quba rayonundandır. Anası Quba rayonunda yaşayır. Ona görə də, arabir Quba rayonuna gedib anasına baş çəkir. 31 iyul 2023-cü il tarixdə Bakı şəhərindən anası X12 baş çəkmək üçün Quba rayonuna özünə məxsus “X33 Rover” markalı, ** TU *** qeydiyyat nişanlı avtomoibili ilə Bakı-Quba avtomobil yolu ilə gedərklən maşında tək olmuşdur. Avtomobildə yük olmamışdır. Avtomobili 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Bakı-Quba avtomobil yolunun Saray qəsəbəsi ərazisindən keçən hissəsində Quba istiqamətində saatda təxminən 80 km sürətlə idarə etmişdir. Avtomobil yolu quru, asfalt örtüklə örtülü olmuşdur. Yol hamar olmuş, kələ-kötür olmamışdır. Hava işıqlı olmuşdur. Avtomobilində texniki nasazlıq olmamışdır. Avtomobilin yanacaq bakında yanacaq az olmuşdur. Ona görə də, yolun sağ kənarında “Lukoil” yanacaq doldurma məntəqəsində benzin vurmaq qərarına gəlmişdir. “Lukoil” yanacaq doldurma məntəqəsinə çatarkan Quba şəhəri istiqamətində yolun sağ kənarı ilə hərəkət edən “Ford” markalı zibil maşınını keçmiş və həmin maşının qabağında yavaş sürətlə hərəkət edərək yanacaq doldurma məntəqəsinə sağa dönmüşdür. Həmin vaxt arxadan gələn həmin “ford” markalı yük maşını onun maşınını arxa tərəfdən vurmuşdur. Onun idarə etdiyi maşını həmin maşının qarşısında sürütlənmişdir. Ford markalı maşın sol tərəfə aşmışdır. Onun maşınının qabağı fırlanaraq geri istiqamətə dayanmışdır. Onun maşını aşmamış, lakin sağ arxa qapı və arxa bufer əzilmişdir. O, maşından düşmüş və dərhal aşan maşına tərəf getmişdir ki, maşında olan sürücü və sərnişinlərə kömək etsin. O, həmin maşına çatana qədər yanacaq doldurma məntəqəsinin işçiləri kömək edib sürücü və iki nəfər sərnişini maşından çıxartmışlar. Sərnişinlərdən birinin vəziyyəti ağır olmuş və o, hadisə yerində vəfat etmişdir. Digər sərnişin və sürücünü təcili yardım xəstəxanaya aparmışdır. O, spirtli içki içmir, hadisə zamanı da içkili olmamışdır. Onun idarə etdiyi avtomobil yanacaq doldurma məntəqəsi istiqamətinə dönərkən arxadan gələn yük maşını onun maşınına dəymişdir. Toqquşma anını görməmişdir. Lakin təhlükə anı onun avtomobili yanacaq doldurma məntəqəsinə dönərkən baş vermişdir. Hadisə baş verdikdən dərhal sonra hadisə yerinə yanacaq doldurma məntəqəsindən adamlar toplaşmış və kömək edib yük maşınının sərnişin və sürücüsünü maşından çıxartmışlar. Məhkəmə istintaqında zərərçəkmiş X6 hüquqi varisi qismində tanınaraq dindirilmiş X15 bildirmişdir ki, ünvan 3 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır. Mərhum, xx.xx.1983-cü il təvəllüdlü X13 onun əri olmuşdur. Mərhum əri Elman Həzrətquliyevlə 30 iyul 2012-ci ildə rəsmi olaraq ailə qurub onunla birlikdə yaşamış, birgə nikahlarından iki övladları- xx.xx.2012cü il təvəllüdlü qızları X14 və xx.xx.2016-cı il təvəllüdlü X10 vardır. Əri X4 rayon Kommunal Xidmət İdarəsində fəhlə işləmişdir. O, adətən səhər saat 05-06 radələrində evdən çıxıb işə getmiş, saat 20 radələrində evə qayıtmışdır. Hadisə baş verən gün, yəni 31 iyul 2023-cü il tarixdə səhər saat 07 radələrində evdən çıxıb işə getmiş, həmin gün, saat 13 radələrində iş yoldaşlarından kimsə zəng edib qaynatasına demişdir ki, Abşeron rayon Kommunal Xidmət İdarəsinin yük maşını hansısa maşınla toqquşub və Elman xəsarət almışdır. Qaynatası hadisə yerinə getmiş, sonradan məlum olmuşdur ki, 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində, Bakı-Quba avtomobil yolunun Saray qəsəbəsindən keçən hissəsində, “Lukoil” yanacaq doldurma məntəqəsinə dönən yolda əri Elmanın işlədiyi Ford markalı yük maşını ilə “Land Rover” markalı avtomobil toqquşmuş, hadisə zamanı aldığı xəsarətdən X5 hadisə yerində ölmüşdür. Məlum oldi ki, ərim Elmanın meyitini Bakı şəhərinə ekspertiza mərkəzinə aparmışlar. Ekspertiza mərkəzində meyit müayinə oluduqdan sonra ailə üzvlərinə təhvil verilmişdir. Onu Qobu qəsəbəsində qəbristanlıqda dəfn etmişlər. Hazırda şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirirmişdir ki, təxminən on ildir ki, Abşeron Kommunal Xidmət İdarəsində fəhlə işləyir. Hər gün saat 08.00-dan saat 18.00-adək işdə olur. Xırdalan şəhərində və Ceyranbatan qəsəbəsindəki zibil qutularından yüklənən zibilləri Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsindəki zibilxanaya yük maşınları ilə aparıb boşaltmaqla fəaliyyət göstərmişdir. Yük maşınlarına zibilləri yükləmək üçün hər gün idarədən iki-üç nəfər fəhlə ayrılır. 31 iyul 2023-cü il tarixdə saat 08.00-da işə başlamışdır. Həmin gün o və iş yoldaşı X13 ilə birlikdə idarənin sürücüsü Şahid1 idarə etdiyi ford markalı, ** FS *** qeydiyyat nişanlı avtomaşına əyləşib birlikdə işə başlamışlar. Birlikdə Xırdalan şəhərində H.Əliyev prospektində olan zibilləri yükləmişlər. Maşının yük yeri yarıya qədər dolmuşdur. Ceyranbatan qəsəbəsindən zibil yükləyib Sumqayıt şəhərindəki zibilxanaya aparmaq üçün Ceyranbatan qəsəbəsi istiqamətində getmişlər. Saat 13 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən 17-ci kilometrliyində maşını Şahid1 Quba rayonu istiqamətində saatda 60 km sürətlə idarə etmişdir. Maşının kabinəsindəo, sürücü ilə iş yoldaşı Elman Həzrətquliyevin arasında oturmuşdur. Hava günəşli , yol quru, asfalt örtüklü olmuşdur. Yolda onun əyləşdiyi maşının hərəkətini məhdudlaşdıran heç bir maneə olmamışdır. Şahid1 idarə etdiyim maşının yük yerində təxminən iki ton həcmində zibildən ibarə\t yük olmuşdur. Yolun kənarında olan “Lukoil” yanacaq doldurma məntəqəsinə dönən yola çatarkan Şahid1 maşını Quba istiqamətində düz irəliyə doğru idarə edərkən həmin vaxt onun oturduğu yük maşınının sol tərəfindən qəflətən qara rəngli, “Range Rover” markalı minik avtomobili sağ tərəfə manevr edərək yük maşının qarşısından yanacaq doldurma məntəqəsinə dönən yola istiqamətlənmişdir. Şahid1 həmin anda maşınların toqquşmaması üçün maşını sağa qaçırtmış, buna baxmayaraq “Range Rover” markalı avtomobilin sağ tərəfdən arxa qapısı yük maşınının qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşma zamanı onun oturduğu zibil daşıyan yük maşını qalxıb-düşərək yellənmiş və qabaq tərəfdə, yolun kənarında olan bardürün üstünə çıxdıqda sol tərəfi üstə aşmışdır. Aşan vəziyyətdə yük maşını sol böyrü üstə asfalt yol üzərində yanacaq doldurma məntəqəsinə doğru sürüşmüşdür. O, həmin anda huşunu itirmişdir. Onu maşındsan çıxardandan sonra huşu özünə gəldikdə Elmanın meyitinin maşının yanında olduğunu görmüş və qışqırmış, halı yenidən pisləşmiş, ayıldılqdan sonra onu, hadisə yerinə gəlmiş iş yoldaşları Bakı şəhərinə, Travmatologiya xəstəxanasına aparmışlar. Hadisə nəticəsində sağ qolu çıxmış, çiyninin sümüyü çatlamış, sağ əlimin üstü kəsilkmiş, barmağı sınmışdır. Dəymiş ziyan qismən ödənilmişdir, şikayətçidir. Məhkəmə istintaqında şahid X11 elan olunmuş ifadəsindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər idarəsində baş mexanik işləyir. 31 iyul 2023-cü il tarixdə, günorta vaxtı, təxminən saat 13 radələrində Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər idarəsinə məxsus “Ford” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşın səhər vaxtı işə göndərilmişdir. Həmin maşını İdarədə sürücü işləyən Şahid1 idarə etmişdir. Avtomaşına zibil yükləmək və boşaltma işlərini görən idarənin fəhlələri Zərərçəkmiş şəxs və X13 da maşında olmuşlar. Həmin ekipajda işləyən qeyd olunan şəxslər Xırdalan şəhəri, H.Əliyev prospektində zibilləri maşına yükləyib həmin gün günorta vaxtı Bakı- Quba avtomobil yolu ilə Quba istiqamətində hərəkətdə olarkan Bakı-Quba yolunun 17-ci kilometrliyində yolun kənarında olan “Lukoil” yanacaq doldurma məntəqəsinə çatarkan arxadan gələn “X34 Rover” markalı, ** TU *** qeydiyyat nişanlı avtomobil Abadlıq və Kommunal Xidmətlər idarəsinə məxsus “Ford” markalı maşının qarşısından “Lukoil” Yanacaq dolduqma məntəqəsinə dönərkən maşınlar toqquşmuş, idarənin “Ford” markalı maşını aşaraq nəticədə İdarənin fəhləsi X13 hadisə yerində ölmüş, digər fəhlə Zərərçəkmiş şəxs xəsarət almış, “Ford” markalı, ** FS *** dövlət qeydiyyat nişanlı avtomaşın yarasız vəziyyətə düşmüşdür. Təmsil etdiyi Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər idarəsinə hadisə nəticəsində 22525 (iyirmi iki min beş yüz iyirmi beş) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə “X34 Rover” markalı, ** TU *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yol hərəkəti qaydasını pozması nəticəsində baş vermişdir. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ifadəsindən görünür ki, təxminən on ildən artıqdır ki, Abşeron Kommunal Xidmət İdarəsində sürücü vəzifəsində işləyir. Sürücülük vəsiqəsi vardır. Hər gün saat 08.00-dan saat 18.00-adək işdə olur. Xıərdalan şəhərində və Ceyranbatan qəsəbəsindəki zibil qutularından yüklənən zibilləri Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsindəki zibilxanaya aparıb boşaldır. Ona işlədiyi idarədən bir aylıq yol vərəqi verilir. Lakin avtomaşının sazlığı hər gün yoxlanılır. Yük maşınına zibilləri yükləmək üçün hər gün idarədən iki nəfər fəhlə ayrılır. 31 iyul 2023-cü il tarixdə həmişəki kimi səhər saat 08.00da işə başlamışdır. İşə başlayan kimi əvvəlcə Xırdalan şəhərində yerləşən “Nazlı petrol” yanacaq doldurma məntəqəsindən idarə etdiyi Ford markalı, ** FS *** qeydiyyat nişanlı yük maşınına 60 litr dizel yanacağı vurmuşdur. Çünki işlədiyim İdarənin həmin yanacaq doldurma məntəqəsi ilə müqaviləsi vardır. Hər gün o və digər sürücülər həmin yanacaqdoldurma məntəqəsindən yanacaq doldurub işə başlayırlar. İdarədən onunla birlikdə işləməyə ayrılmış fəhlələr- X13 və Zərərçəkmiş şəxs ilə birlikdə Xırdalan şəhərində H.Əliyev prospektində olan zibilləri yükləmişlər. Maşının yük yeri yarıya qədər dolmuşdur. Saat 13 radələrində Bakı-Quba avtomobil yolunun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən 17-ci kilometrliyində maşını Quba rayonu istiqamətində saatda 60 km sürətlə idarə etmişdir. Maşının kabinəsində o, sükan arxasında oturmuş, ondan sağda Zərərçəkmiş şəxs, sağ tərəfdə isə, Elman Həzrətquliyev oturmuşdur. Hava günəşli , yol quru , asfalt örtüklü olmuşdur. Yolda onun idarə etdiyi maşının hərəkətini məhdudlaşdıran heç bir maneə olmamışdır. İdarə etdiyi maşının yük yerində təxminən iki ton həcmində zibil olmuşdur. Yolun kənarında olan “Lukoil” yanacaq doldurma məntəqəsinə dönən yola çatarkan onun maşınının sol tərəfindən qəflətən qara rəngli, “Range Rover” markalı minik avtomobili sağ tərəfə manevr edərək qəflətən idarə etdiyi maşının qarşısından yanacaqdoldurma məntəqəsinə dönən yola istiqamətlənmişdir. O, həmin anda maşınların toqquşmaması üçün maşını sağa qaçırtmışdır ki, avtomobillərin toqquşmasının qarşısını alsın. Buna baxmayaraq “Range Rover” markalı avtomobilin sağ tərəfdən arxa qapısı onun idarə etdiyi yük maşınının qabaq sol tərəfi ilə toqquşmuşdur. Toqquşma zamanı “Range Rover” markalı avtomobil sağa dönərək yanacaq doldurma məntəqəsi istiqamətində hərəkət etdiyi, mən də maşını sağa qaçırtdığım üçün və “Range Rover” markalı avtomobil onun idarə etdiyi maşının qabaq sol tərəfi ilə toqquşduğu üçün idarə etdiyi maşın sol tərəfə aşmışdır. Aşan vəziyyətdə yük maşını sol böyrü üstə asfalt yol üzərində yanacaq doldurma məntəqəsinə doğru sürüşmüşdür. O, həmin anda huşunu itirmişdir. Onu avtomaşından kimin çıxarmasını, avtomaşından necə clıxdığını xatırlamır, çünki özündə olmamışdır. Xırdalan şəhərində, X32 xəstəxanasında özünə gəlmişdir. Orada ona məlum olmuşdur ki, X13 hadisə yerində ölmüşdür. Hadisə yerində “Range Rover” markalı minik avtomobili qəflətən, sürətlə hərəkət edərək, ani olaraq yanacaq doldurma məntəqəsinə doğru dönüb onun maşınımın qarşısına çıxmiş və onun avtomaşınımın qabaq sol tərəfi həmin minik avtomobilinin sağ arxa qapısını tutmuşdur. “Range Rover” markalı maşın sürətlə hərəkət etdiyi üçün və o, hadisədən yayınmaq üçün idarə etdiyi maşını sağa qaçırtdığıma görə “Range Rover” markalı maşın onun maşınını çevirmişdfir. Toqquşma anından sonra “Range Rover” markalı avtomobilin hansı istiqamətdə, necə hərəkət etdiyini bilməmişdir. O, “Range Rover” markalı avtomobilin onun idarə etdiyi avtomaşını ötmə anını görməmişdir. Həmin avtomobil ani olaraq, sürətlə qarşısına çıxmış və hadisə baş vermişdir. ”Range Rover” markalı avtomobil mənim idartə etdiyim aqvtomaşının qarşısına çıxdığı anda mənim üçün təhlükə anı yarandı. Həmin vaxt avtomobillər arasında məsafə təxminən bir-iki metr olardı. Mən həmikn gün və ondan əvvəlki gün spirtli içki qəbul etməmişdim.Hadisə zamanı və hadisə baş verməmnişdən yolda maşınlar az idi. Yolda hərəkətdə olan digər avtomobillər tərəfindən heç bir məhdudiyyət olkmamış və digər avtomobillərin hüquq pozuntusu törətdiklərini müşahidə etməmişəm. Yolda piyadalar olmamışdır. İstintaq zamanı ifadəm yerində yoxlanılan zaman mənim üçün təhlükə yaranan anda avtomaşınımın olduğu yeri və toqquşma yerini sizə təqdim etmişəm. Təhlükə yaranan anda onun avtomaşını ilə “X34 Rover” markalkı maşının arasında məsafə çox yaxın olmuşdur. Təhlükə anında maşınlar arasında məsafə az olduğu üçün toqquşma baş vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, “X29 Cəmiyyətinin” 53 saylı YDM-nin rəisi vəzifəsində işləyir. İşlədiyi YDM-si Bakı-Quba avtomobil yolunun 17-ci km-də, Quba istiqamətində yolun sağ kənarında yerləşir. Hər gün saat 9.00dan axşam saat 18-19 radələrinədək işdə olur. 31 iyul 2023-cü il tarixdə, günorta vaxtı, təxminən saat 13 radələrində YDM-nin içərisində xidməti otağında olarkan bərk taqqıltı səsi eşitmiş, başa düşmüşdür ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Bayıra çıxdıqda əsas yoldan Yanacaq Doldurma məntəqəsinə dönən yerdə toz olduğnu görmüşdür. Baxdıqda görmü.dür ki, Yanacaq Doldurma məntəqəsinin ərazisində əsas yola tərəf olan ərazidə bardürün yanında zibil daşımaq üçün istifadə olunan “Ford” markalı yük maşını sol böyrü üstə aşmışdır. Aşmış vəziyyətdə olan yük maşının arxa qurtaracağı qara rəngli “Range Rover” markalı minik maşının sağ arxa qapısına söykənmiş vəziyyətdə dayanmışdır. O, dərhal hadisə yerinə getmiş, ətrafdan da adamlar toplaşmışdır. Yük maşını aşdığından kabinədə olan şəxslər yaralı olmuşlar. Köməkləşib kabinədən iki nəfər yaralını çıxartmışlar. Yaralının biri maşından çıxarıldıqdan sonra hadisə yerində vəfat etmişdir. “Range Rover” markalı avtomaşının sürücüsünə heç nə olmamışdı, həmin avtomaşında sərnişin də olmamışdır. Xəsarət almış şəxsləri X32 maşını ilə xəstəxanaya göndərmişlər. O, hadisənin necə baş verməsini görməmişdir. Səsə iş otağından bayıra çıxdıqda artıq hadisə baş verib qurtarmışdır. Lakin hadisədən sonra məlum olmuşdur ki, Quba istiqamətində hərəkətdə olan yük maşının qarşısından Yanacaq Doldurma məntəqəsdinə dönən “Range Rover” markalı maşınla yük maşını toqquşmu., nəticədə yük maşını aşmışdır. Yanacaq Doldurma məntəqəsinin müşahidə kameraları yalnız məntəqənin içinə istiqamətləndiyindən, ətraf ərazini əhatə etmədiyindən , baş vermiş həmin yol-nəqliyyat hadisəsinin görüntüləri kameralrın görüntü dairəsində olmamışdır. Məhkəmə istintaqında şahid X18 elan olunmuş ifadəsindən görünür ki, “X29 Cəmiyyətinin” 53 saylı YDM-də nin operator vəzifəsində işləyir. İşlədiyi YDM-si Bakı-Quba avtomobil yolunun 17-ci km-də, Quba istiqamətində yolun sol kənarında yerləşir. YDM-də növbəli şəkildə işləyirlər. 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində YDM-də maşına yanacaq doldurmaqla məşğul olarkan qəflətən yaranan səs-küyə dönüb baxdıqda, ətrafı toz bürüdüyünü görmüş, başa düşmüşdür ki, yol-nəqliyyat hadisəsi baş vermişdir. Toz çəkildikdə zibil daşıyan “Ford” markalı yük maşının Yanacaq Doldurma məntəqəsinin ərazisində əsas yola tərəf olan ərazidə bardürün yanında sol böyrü üstə aşdığını, aşmış vəziyyətdə olan yük maşının arxa qurtaracağının qara rəngli “Range Rover” markalı minik maşının sağ arxa qapısına söykənmiş vəziyyətdə dayanmış vəziyyətdə olduğunu görmüşdür. O, dərhal hadisə yerinə getmiş, ətrafdan da adamlar toplaşmışlar. Yük maşını aşdığından kabinədə olan şəxslər yaralı olmuşlar. Köməkləşib kabinədən iki nəfər yaralını çıxartmışlar. Yaralının biri maşından çıxarıldıqdan sonra hadisə yerində vəfat etmişdir. “Range Rover” markalı avtomaşının sürücüsünə heç nə olmamış, həmin avtomaşında sərnişin də olmamışdır. Xəsarət almış şəxsləri X32 maşını ilə xəstəxanaya göndərmişlər. O, DİN-nin “102 xidmətinə” zəng edib hadisə barədə məlumat vermişdir. Məhkəmə istintaqında şahid X19 elan olunmuş ifadəsindən görünür ki, X27 ilə eyni məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları öz ifadəsində təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 32.5, 195.2, 320.2, 66.3, 70-ci maddələrinə əsasən 03 il 06 ay 19 gün azadlıqdan məhrumetmə 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, xx.xx.2013-cü il tarixli hökm ləğv edilmiş, CM-nin 178.3.2ci maddəsinə əsasən 07 il azadlıqdan məhrum edilmiş, həbsdə saxlanıldığı 05 ay 11 gün təyin olunmuş cəzadan çıxılmaqla 06 il 06 ay 19 gün azadlıqdan məhrum edilmişdir. xx.xx.2014-cü ildə Ali Məhkəmənin qərarına əsasən xx.xx.2014-cü il tarixli hökm qismən ləğv edilmiş, CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilmişdir. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraata xitam verilmiş və həbsdən dərhal azad edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs sərxoşluq hallarının təyini məqsədi ilə tibbi müayinədən keçirilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2023-cü il tarixli, 2/24789 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinə zamanı ayıq olmuş, alkaqol qəbulu əlamətləri müəyyən olunmamışdır. Cinayət işi üzrə Şahid1 sərxoşluq hallarının təyini məqsədi ilə tibbi müayinədən keçirilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə xx.xx.2023-cü il tarixli, 2/24827 saylı protokoldan görünür ki, Şahid1 tibbi müayinə zamanı ayıq olmuş, alkaqol qəbulu əlamətləri müəyyən olunmamışdır. Cinayət işi üzrə alınmış “MTE və PA Birliyi” Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1719 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Cinayət işi üzrə alınmış “MTE və PA Birliyi” Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1718 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır. Cinayət işi üzrə alınmış “MTE və PA Birliyi” Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1842 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər-sağ bazu sümüyünün qabarının qapalı yerdəyişmiş bitişməkdə olan sınığı , sağ said nahiyəsinin sağ əlin arxa səthinin, həmin əlin İİİ-İV barmaqların arxa və ovuc səthlərinin əzilmiş-cırılmış yaraları, sağ əlin İİİ barmağının proksimal falanqasının qopma xarakterli sınığı bərk küt əşyanın (əşyaların) təsirindən, onun X17 və Ortopediya İnistitutuna müraciət etdiyi və qərarda göstərilən xx.xx.2023-cü il tarixində törənmişlər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işi üzrə alınmış “MTE və PA Birliyi” Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 108 saylı rəyindən görünür ki, 1983-cü il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsinə, əlavə labarator tədqiqatların cavablarına və tibbi sənəddə yazılanlara əsasən, ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.X2 aşağıdakı xəsarətlər aşkar edildi - kəskin daxili qanaxma ilə nəticələnən sol ağciyərin cırılmış yarası, sol körpücük və soldan 1-2-3-4-5-6-7-8-9-10-cu qabırğaların qapalı yerdəyişmiş sınıqları, sol gözaltı nahiyənin dərialtı hematoması, sağ gicgah nahiyəsinin, sol yanağın, döş qəfəsinin ön və arxa səthinin, sol saidin və sağ əlin sıyrıqları müəyyən edilir. Həyati əlamətlərə malik olmaqla mərhumun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilkdə həyat üçün təhlükəli olan ağır zərərvurmanın əlamətlərinə malikdirlər.
2. X3 ölümünə səbəb-sol ağciyərin cırılmış yarası nəticəsində yaranan kəskin daxili qanaxma, sol körpücük və sol tərəfli qabırğaların çoxsaylı sınıqları ilə müşayiət olunan travmatik şok olmuşdur.İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə görə, əsasən demək olar ki, ölüm onun meyitinin meyitxanadakı (xx.xx.2023-cü il , saat 17:00) müayinəsindən təxminən 2-6 saat əvvəl baş vermişdir və bu da qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməyə uyğundur.
3. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işi üzrə komisyon məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilkərək rəy alınmışdır. Azərtbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2023-cü il tarixli, 8/3125 saylı yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan mlumatlara əsasən, X33 Rover markalı ** TU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürtücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, 42-ci maddəsinin 6cı hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X15 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün xx.xx.2023-cü il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 idarə etdiyi Ford markalı ** FS *** qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Şahid1 idarə etdiyi Ford markalı ** FS *** qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi ** TU *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Sevinc Quliyeva