Məhkəmə qərarları › İş №1(012)-502/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-502/2020

09.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-502/2020 09.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2000-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Şabran rayonu, Qorğan ərazi dairəsi, Qorğan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 -ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Xırdalan şəhəri S.Vurğun küçəsində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ünvansız söyüş söyməsi səbəbindən yaranmış mübahisə zamanı kərpic ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq ona, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi ilə əhatə olmaqla qançır şişkinliyi, sağ yanaq nahiyəsinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xırdalan şəhəri Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində fəhləlik edir. Zərərçəkmiş şəxs işlədiyi fərdi yaşayış evində usta kimi faəliyyət göstərir. Onunla aralarında heç bir ədavət yoxdur və münasibətləri normaldır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində fərdi yaşayış evinin ikinci mərtəbəsində işləyən zaman Ədalət ustadan çəkic istəmiş, Ədalət çəkici birinci mərtəbədən ona tərəf atmış, o çəkici tuta bilmədiyi üçün çəkic yerə düşərək taxta parçasına dəymiş, həmin vaxt Tokay ünvansız söyüş söymüş, təxminən 5 dəqiqə sonra isə Zərərçəkmiş şəxs ikinci mərtəbəyə qalxmış və o sonuncudan hansı səbəbə və kimin ünvanına söyüş söydüyünü soruşmuş, Tokay söyüş söymədiyini deyib, “tutaq ki ona söysə nə edəcəyini demiş, Tokayın bu sözündən sonra o sonuncuya söyüş söyəni ikinci mərtəbədən yerə atacağını söyləmiş, bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Tokay onun boğaz nahiyyəsindən sıxmış, bu zaman Məhəmməd adlı usta onları sakitləşdirmiş, Zərərçəkmiş şəxs həmin vaxt onun ünvanına nalayiq ifadələr işlədərək üzərinə gəlməyə başlamış, bu səbəbdən də o yerdən götürdüyü kərpic ilə sonuncunun sifət nahiyyəsindən vurmuş, sonra isə Zərərçəkmiş şəxs üzündən qan axdığını görüb oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs ifadəsində bundan başqa Zərərçəkmiş şəxs ona müqavimət göstərərərək xəsarət yetirdiyini, sonuncunu ikinci mərtəbədən atacağı ilə hədələsə də, bu istiqamətdə heç bir hərəkət etmədiyini qeyd etdi. Sonda o, Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizəsini təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, müxtəlif ünvanlarda sifariş əsasında elektrik işləri görməklə qazanc əldə edir. Hal-hazırda Kənd Xırdalan, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində elektrik işləri görür. Təqsirləndirilən şəxs işlədiyi evdə fəhlə kimi fəaliyyət göstərir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində elektrik kimi fəaliyyət göstərdiyi fərdi yaşayış evində usta işləyən Şahid2 ilə söhbət edərək Kənan sonuncudan çəkic istəmiş, Ədalət yerdən götürdüyü çəkici Kənan olduğu istiqamətə atmış, Kənan çəkici tuta bilmədiyi üçün çəkic yerə düşmüş, o, təxminən 5 dəqiqə sonra işləmək üçün yarım tikili vəziyyətdə olan fərdi yaşayış evinin ikinci mərtəbəsinə qalxmış, bu zaman Kənan ona yaxınlaşaraq guya ki, onu söydüyünü deyib ona irad bildirmiş, o, cavab olaraq Kənana onun ünvanına söyüş söymədiyini və Ədalət ilə zarafat etdiyini demiş, Kənan onun bu sözündən sonra söyüşü sırf onun ünvanına söydüyünü təkrar edib onu ikinci mərtbədən atacağını demiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, mübahisə zamanı digər usta Şahid1 onları sakitləşdirmiş, bu zaman Kənan arxaya çəkilərək yerdən götürdüyü kərpici onu vurmaq üçün qəsdən üzərinə atmış, kərpic sol göz nahiyyəsindən dəymiş, bundan sonra isə Kənan yerdən götürdüyü daşla bir dəfə də onu vuraraq oradan çıxıb getmiş, Zərərçəkmiş şəxs bundan başqa ifadəsində Kənan ilə aralarında baş vermiş mübahisə zamanı səs küy yaranmadığı üçün ətrafdan kənar şəxslərin toplaşmadığını, Kənana müqavimət göstərmədiyini və sonuncuya xəsarət yetirmədiyini qeyd etmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğundan ona qarşı heç bir şikayəti və tələbi olmadığını, məhkəmədən sonuncu barəsində olan hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşıdır, aralarında heç bir ədavət yoxdur. O hal-hazırda Kənd Xırdalan, Səməd Vurğun küçəsində yerləşən fərdi yaşayış evində işləyir. Zərərçəkmiş şəxs işlədiyi fərdi yaşayış evində usta, Təqsirləndirilən şəxs isə fəhlə işləyir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində fərdi yaşayış evinin ikinci mərtəbəsinə işləyən zaman Zərərçəkmiş şəxs qardaşı Ədalət ilə zarafatlaşmış, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onu söydüyünü düşündüyü üçün sonuncuların arasında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən götürdüyü kərpici Zərərçəkmiş şəxs üz nahiyyəsinə ataraq ona qəsdən xəsarət yetirmişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xəsarət yetirməsinin şahidi olmamışdır. Cinayət təqibi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Şahid1 qeyd etdiyi xüsusatları təsdiq etməklə sonuncu ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və X3 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1464 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol almacıq nahiyəsi ilə əhatə olmaqla qançır şişkinliyi, sağ yanaq nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir. qərarda qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 128 , 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli arayışdan (tələbnamədən), Abşeron RM-nin xx.xx.2017-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, təqsirləndirilən şəxs Əliyev X4 RM-nin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 85.2-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 450 manat miqdarında cərimə cəzasına məhkum olunmuş və həmin cərimə cəzası onun tərəfindən indiyə kimi icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, AzərbaycanRespublikasıCinayət-ProsessualMəcəlləsinin39, 43, 344-347, 356, 383-385-cimaddələrinirəhbərtutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dairməhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar