Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-502/2021 28.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 iştirakı ilə xx.xx.1997-ci ildə Yardımlı rayonu, Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Təzəkənd kəndində Abşeron rayonu, Saray qəsəbəsi, Q.Nəbi küçəsi, ev 39 A-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 09.08.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Karvan» marketin yaxınlığında rastlaşdığı hasar qonşusu Təqsirləndirilən şəxs salamlaşmaq məqsədilə uzatdığı əlini kənara itələməsi səbəbindən sonuncu şikayətçi Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş, daha sonra tərəflər öz evlərinə qayıtmışlar. Lakin Zərərçəkmiş şəxs öz həyətində Təqsirləndirilən şəxs ünvanına uca səslə təhqiramiz ifadələr səsləndirdiyindən sonuncu hasardan keçərək Zərərçəkmiş şəxs həyətinə düşmüş və orada da onu yumruq zərbələri ilə döyərək ona, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma, sol yanaq nahiyəsinin qançırı, sağ qulaq seyvanının əzilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət əməlini törədən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Firdvosi Quliyev onun qonşusudur və onlar arasında əvvəllər hər hansı bir ədavət və ya mübahisə olmamışdır. 09.08.2021-ci il tarixdə, saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, «Karvan» marketin yaxınlığında olan zaman o, təsadüfən Firdovsi ilə rastlaşmış və salamlaşmaq üçün Firdovsiyə əl uzatmışdır. Lakin Firdovsi əlinin arxası ilə onun əlini geri itələyərək salamını qəbul etməmişdir. Buna görə də o, əsəbləşərək Firdovsinin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Bundan sonra Firdovsi ona bir söz demədən oradan çıxıb evinə getmiş, o isə öz evinə qayıtmışdır. Bir qədər sonra o, Firdovsinin öz həyətində uca səslə onun ünvanına söyüş söydüyünü eşitdiyindən o da söyüşlə Firdovsiyə qarşılıq vermiş, daha sonra isə arada olan hasarı keçərək Firdovsinin yaşadığı evin həyətində ona yaxınlaşıb söyüş söyməməsini tələb etmişdir. Həmin vaxt o, Firdovsinin arvadı Hüsniyyənin də həyətdə olduğunu görüb çöldə söhbəti davam etməyi təklif etsə də Firdovsi bunu qəbul etməmiş və yenə də onu söyübtəhqir etmişdir. Buna görə də o, yenə də əsəbləşərək Firdovsinin sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuş və sonuncu zərbənin təsirindən yerə yıxıldıqdan sonra oradan çıxıb getmişdir. Sonda o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun qonşusudur və aralarında heç bir mübahisə və ya narazılıq olmamışdır. Lakin Nahibi ailə üzvləri ilə onun münasibətləri yaxşı olmadığından o, Nahiblə də münasibət saxlamamışdır. 09.08.2021-ci il tarixdə o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən «Karvan» marketin yaxınlığında Nahiblə rastlaşmış və Nahib salamlaşmaq üçün ona əl uzatmış, o isə əlinin arxası ilə Nahibin əlini geri itələmişdir. Bu zaman Nahib onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi vurmuş, o isə mübahisənin daha da genişlənməməsi üçün oradan çıxıb evinə getmişdir. Evinin həyətində olan zaman baş vermiş hadisə ilə bağlı əsəbləşdiyi üçün o, Nahibin ünvanına uca səslə söyüşlər söymüşdür. Həmin vaxt Nahib birdən-birə onun evinin hasarı üzərində tullanaraq həyətə daxil olmuş və üzərinə gələrək ilk əvvəl onu itələyib yerə yıxmış, daha sonra isə yumruq və təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu döyməyə davam etmişdir. Bu zaman yaranmış səsküyü eşidərək oraya gələn, kimlər olduğunu xatırlamadığı qonşular onları ayırmış və Nahib oradan çıxıb getmişdir. O, əlavə olaraq təxminən 30 dəqiqə davam etmiş bu hadisə zamanı arvadı X2 da orada olduğunu bildirmiş, eləcə də məlum hadisə zamanı Nahibə hər hansı bir formada müqavimtə göstərə bilmədiyini qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X2 ifadəsindən görünür ki, əri Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Saray qəsəbəsində yaşayır və artıq 5 ildir ki, qonşuları Tərlan və oğlu Nahiblə onlar arasında münaqişələr baş verir. Buna səbəb isə Tərlangilin evlərinin 2 pəncərəsinin onların həyətinə baxması olmuşdur. Belə ki, onlar dəfələrlə Tərlandan pəncərənin yerini dəyişdirməsini tələb etsələr də sonuncu onların bu tələbinə məhəl qoymamışdır. 09.08.2021-ci il tarixdə, saat 18 radələrində yaşadıqları evin həyətində olan zaman Nahib hasardan aşaraq Firdovsinin üzərinə hücum çəkib onun başına və üz nahiyəsinə bir neçə dəfə zərbələr vuraraq sonuncunu döymüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin 09.08.2021-ci il tarixli, 1857 saylı rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, gözün ağlı qişasına qansızma, sol yanaq nahiyəsinin qançırı, sağ qulaq seyvanının əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 09.08.2021-ci il tarixdə davadalaş zamanı yumruq zərbələri ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 20.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Abşeron rayon İHB-nın Saray qəsəbə inzibati ərazi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi, Q.Nəbi küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatsız yaşayır və yaşadığı yeri üzrə də müsbət xarakterizə olunur. İş materiallarında olan hərbi biletdən görünür ki, Quluzadə X6 Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə 29.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və 29.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək Azərbaycan Rüspublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Bundan başqa, təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhqiqat zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X10 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs təhqiqat zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X10 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-502/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-502/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver