Məhkəmə qərarları › İş №1(012)-502/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-502/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-502/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 X2 Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs5 Müdafiəci: Xırdalan şəhər vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1972-ci ildə Tərtər rayonu, Qaynaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, X4, 11-ci küçə, 1-ci döngə, ev 8 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 2022-ci ilin iyul ayınında Abşeron rayonu Xırdalan şəhəri, X4, 11-ci küçə, dalan 2, ev 70 ünvanın qarşısında yerləşən özünə məxsus olmayan 45 kv.m torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq 10.000 manat pulunu Abşeron rayonu Xırdalan şəhəri, X4ndə alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 evinə və obyektinə Daşınmaz Əmlakın Dövlət Reyevst Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq 10 noyabr 2022-ci ildə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə 9300 manat, 20 noyabr 2022-ci il tarixdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşadığı evdə 8500 manat və 2022-ci ilin noyabr ayının sonlarında Abşeron rayonu,Aşağı Güzdək qəsəbəsində yaşadığı evin qarşısında 300 manat, vahid niyyətlə cəmi 18100 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 iki mərtəbəli yaşayış evi tikib tam təmirli şəkildə təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq 01 yanvar 2023-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, X4ndə 30000 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 qzının 2023-cü ilin mart ayında özünə məxsus olmayan Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivində yerləşən 2 otaqlı mənzili satacağına dair yalan vəd verib aldadaraq 35500 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 ev tikib sonra pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq 04 aprel 2024-cü il tarixdən 15 aprel 2024-cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, X4ndə 7570 manat pulunu və 2000 manat dəyərində müxtəlif tikinti materiallarını alıb vahid niyyətlə cəmi 9570 manat pulu ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Abşeron rayonu Xırdalan şəhəri, Yoncalıq yaşayış massivində yerləşən başqa şəxsə məxsus fərdi yaşayış evini Zərərçəkmiş şəxs1 göstərib həmin evi sonuncuya satacağına dair yalan vəd verib aldadaraq xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs1 25500 manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cu maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifdəsini təsdiq etdiyini qeyd edərək, məhkəmə iclasında elan olunmasını xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, həmişə evlərin alqı-satqısı, həmçinin torpaq sahələrində ev tikib satmaq işi ilə məşğul olmuşdur. Xırdalan şəhərində Tovuz marketin yanında bir ədəd iki otaqlı, “Avropa qapıları zavodu”-nun yanında bir ədəd iki otaqlı, AAAF park yaşayış kompleksinin arxasında bir ədəd iki otaqlı,Yoncalıq massivində iki ədəd iki otaqlı, Xırdalan şəhəri 26-cı məhəllədə Vüsal marketin yaxınlığında bir ədəd iki otaqlı evləri Sənani ilə şərik tikib satmışlar. Ondan sonra o,Sənani ilə oturub haqq-hesab etmiş və aralarında narazılıq olmuşdur. Belə ki, ilk 7 ədəd evlərdən sonrakı evləri Sənani ilə razılaşmışlar ki, əldə edilən qazanc ikisinin arasında ortadan bölünəcəkdir. Sənani də buna razılaşmışdı. 25 mart 2023-cü il tarixdə, o, İlqar, Sənani, tanşalrı Fərhad və Mehdi ilə Xırdalan şəhərində Məhəbbətin kafesində yemək yeyən zaman orada da Sənaninin onunla evlərin qazancında tam ortaq şərik olduğunu nəzərə alıb ona 229000 manat borclu olduğunu demişdir. Həmin söhbətdən sonra Sənani ilə telefonda danışanda Sənani evlərin satılmasından əldə edilən qazancın 30 faizin ona çatacağını bildirmişdir.O, da buna narazılıq etmiş, Sənani də demişditr ki, artıq onun 229000 manat borclu olduğunu telefonda çəkiliş də edib. Sənaninin onu aldadıb 229000 manat ona borclu olduğunu telefonunda çəkdiyinə narazılıq etmiş və buna görə də özü 102 xidmətinə məlumat vermişdir. Sənani ilə evlərin satışından əldə edilmiş qazanca tam ortaq şərik olduğu halda 30000 manat Sənani ona borcludur. Sənani isə onu aldadıb ona evlərin satışında tam ortaq şərik olduğunu desə də, hesablamada isə ona 30 faiz qacancı verməyi hesablayaraq 229000 manat onun borclu olduğunu çıxartmışdır.O, da Sənaniyə inanıb onun hesablaşması ilə razı olmuşdur. Həqiqətdə isə Sənani düzgün hesablamamış, ona 30000 manat verəcəyi qalmışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, ona məxsus Abşeron rayonu Xırdalan şəhəri M.Araz küçəsində 1 sot torpaq sahəsinin içərisində 1 mərtəbəli fərdi yaşayaş evi tikib təmir etdirmiş, həmin evi maklerlərə 30000 manata yazdırmışdır. 2023-cü ilin mart ayında Zabil adlı adlı şəxs ona bildirmişdir ki, müştəri var və Zabil ona 28000 manat pul vermiş və Zərərçəkmiş şəxs4 şəxsiyyət vəsiqəsini ona vermişdir ki, evin su, qaz və işıq sayğacını onun adına keçirsin. Təxminən 3-4 ay sonra Zabil onu Qızbacıya satdığı evə çağırmış, həmin vaxt orada qudası Şakir də olmuşdur. Şakir Qızbacıya satdığı evdən çıxmasını tələb etmiş, onlar həmin evi Şakirlə şərikinə tikmişlər. O, Qızbacıya demişdir ki, evdən çıxmasın ev onundur. Həmin günə kimi o, Qızbacını tanımamış, Qızbacı isə ona demişdir ki, Şakir ona imkan vermir orada yaşasın. Qızbacı məcbur qalıb oradan çıxmış, o, Şakirə demişdir ki, ona olan borcunu verəcəkdir, həmin vaxt onun Şakirə 150000 manat borcu qalmışdır. Qızbacı evdən çıxmış və lakin əşyaları qalmış, o, Qızbacıya söz vermişdir ki, onun üçün başqa yerdə ev tikib əşyalarını da oraya köçürəcdir. Bundan sonra Qızbacı evdən çıxmış və o,həmin evi adını xatırlamadığı qadına 28000 manata satmışdır. Həmin puldan Şakirə olan borcundan 20000 manatını qaytarmışdır. Evi satandan sonra Qızbacının əşyalarını özünə məxsus evə yığmış, təxminən 7 aya yaxın əşyalar orada qalıb yarasız hala düşmüşdür. O, da Qızbacıya söz vermişdir ki, ona yeni təhvil verəcəyi evə köçəndən sonra bütün əşyalarını alıb verəcəkdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, X4 döngə 1 ev 8 ünvanında çıxarışlı dörd fərdi yaşayış evi vardır. xx.xx.2024-cü il tarixdə həmin evlərdən birini satmaq qərarına gəlmiş və bunun üçün «Tap.az» elanlar saytında 2 otaqlı evini 30000 manata satmaqla bağlı elan yerləşdirmişdir. Elanda istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni yerləşdirmiş, həmin gün istifadəsində olan mobil telefona özünü Günel kimi təqdim edən şəxs zəng vurub ev almaq istədiyini bildirmiş və razılaşmışlar ki, evin yerləşdiyi yerdə görüşsünlər. Günel evə baxdıqda ev xoşuna gəlmiş və ona evdə 300 manat beh vermiş və Günellə 26000 manata razılaşmışlar. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Günellə evdə görüşmüş və Günel qardaşlarları Fariz və Rahibin yanında video çəkilişlə ona 25200 manat vermişdir. Həmin vaxt o, evi 25500 manata satmağa razılaşmış, bundan sonra Günelə Abşeron rayonu Xırdalan şəhərində yerləşən 1saylı notariat kontorunda mülki etibarnamə vermiş və evin kommunllarını Günelin adına keçirmişdir. Bundan sonra o, Günelə evin açarını vermiş və ailəsi ilə birlikdə aldığı evə yerləşdirmişdir. Həmin gün axşam saatlarında Günel ona zəng vuraraq demişdir ki, Şakir və arvadı Mehparə evə gələrək evdən çıxarmasını tələb etmişdir. O, Günelə demişdir ki, evdən çıxmasın ev ona məxsusdur. Lakin Günel onun sözünə baxmayaraq Şakirin və Mehparənin təziqləri altında evdən çıxmışdır. Bundan sonra o, eşitmişdir ki, Günel ondan polisə şikayət etmişdir. Hazırda problemləri olduğu üçün Günelin pulunu qaytara bilməmiş, lakin söz vermişdir ki, Günelin pulunu qaytaracaqdır. Bundan başqa o, ifadəisndə göstərmişdir ki, 2023-cü ilin iyun ayında o,Zərərçəkmiş şəxs3 4000 manat pul almış, pulu da X5 alıb ona vermişdir. O, Əbülfəzə 20 kv.m torpaq sahəsi satmalı olmuş, Sənani isə imkan verməmişdir ki, torpaq sahəsini Əbülfəzə satsın. Bundan sonra o, Əbülfəzə başqa yerdən, yəni heyvan saxladığı fermanın yanında 16 kv.m torpaq sahəsi vermiş, Əbülfəz həmin yeri hasarlamışdır. Hörgünü öz vəsaiti hesabına etmiş, qardaşı Ziya hörgünü hörmüşdür. Əbülfəzə verdiyi torpaq sahəsinin uzunu 13 metr eni isə 80 santimetrdir. Həmin ərazinin hörülməsinə təxminən 625 ədəd mişar daşı getmiş, qum və sementi də özü almışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 təxminən 2023-cü ildən tanıyır, düşmənçiliyi və ya ədavəti olmamışdır. Qabil ona demişdir ki, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində 3 sotun içərisində 2 mərtəbəli fərdi yaşayış evi vadır, həmin evə və torpağa çıxarış almaq lazımdır.O,da demişdir ki,17000 manat müqabilində çıxarış ala bilər və Qabil razılaşmış və hissə-hissə «Unibank»-a aid bank kartına ümumilikdə 17000 manat pul göndərmişdir. Lakin çıxarışın verilməsi dayandırıldığı üçün çıxarış düzəldə bilməmiş və bir müddət sonra Qabilin pulunu qaytarmış, Qabilə borcu yoxdur. Bundan başqa o, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 yalan demiş, Mürşüddən ümumilikdə 26000 manat pul alımış, aldığı pulun müqabilində evi tikib təhvil vermişdir. Mürşüddən heç bir məbləğdə pul borc olaraq almamışdır. Zərərçəkmiş şəxs6 yalan demiş, onun Aydına borcu yoxdur, tikinti materialları alsa da pulunu ödəmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, sadalanan epizodlar üzrə özünü təqsirli bilmir, onun heç kəsi aldatmaq və pulunu ələ keçirmək kimi niyyəti olmamışdır. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 verdiyi vədi yerinə yetirsə də, Şakir adlı qohumu onunla arasında olan borc məsələsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 həmin evdə yaşamağa imkan verməmiş, ona mane olmağa çalışsa da, lakin Şakir sonuncunu həmin mənzildən zorla çıxarmışdır. Zərərçəkmiş şəxs1 həmin məbləği qaytarmaq istəsə də, maddi imkanı yaxşı olmadığı üçün bunu edə bilməmişdir. Azadlıqda olacağı təqdirdə Zərərçəkmiş şəxs1 olan borcunu ən qısa vaxta ödəyə biləcəkdir. Digər Zərərçəkmiş şəxs4 da məsələsi Zərərçəkmiş şəxs1 işi kimi olmuşdur. Belə ki, yaranmış hallara səbəb onun kimisə aldatmaq istəyi deyil, Şakirlə arasında olan məsələlərlə əlaqəli olmuşdur. Zərərçəkmiş şəxs4 qarşı dəymiş zərər tərəfindən ödənilmişdir. Digər Zərərçəkmiş şəxs2 da dəymiş zərər ödənilmiş və sonuncu bununla bağlı məhkəməyə ərizə də təqdim etmişdir. Bir daha qeyd etmək istəyir ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6,Zərərçəkmiş şəxs3 ilə bağlı epizodlar üzrə özünü həm təqsirli bilmir, həm də onlara qarşı borcu yoxdur. Məhkəmə iclasında verdiyi ifadəsinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməllərinin törədilməsində onun təqsirinin olması iş üzrə zərərçəkmiş şəxslər və şahid ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, özü uzun müddət Abşeron rayonu ərazisində kirayə qaldığı üçün özünə münasib qismətə ev axtarmış, sosial şəbəkəə yerləşdirilmiş elanla əlaqədar Təqsirləndirilən şəxsla əlaqə saxlayıb həmin evlə maraqlanmışdır. Həmin gün o, Rüət Əhmədovla satılacaq evin qarşısında görüşmüş və evə baxmışlar.O, evə baxdıqda xoşuna gəlmiş və həmin evi 25.500 manata razılaşmışlar. Rüfət ona həmin evdə müvəqqəti kirayədə qalan olduğunu, 26 iyun 2024-cü il tarixdə isə evi ona təhvil verəcəyini bildirmişdir. O, da razılaşmış və həmin günün səhəri, 17 iyun 2024-cü il tarixdə Rüəflə özünün kirayə yaşadığı ünvan 5 ünvanında qardaşı Farizin iştirakı ilə 25.500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Rüfət ona adı qeyd olunan torpaqa dair sənədlər təqdim etmiş, artıq evin ona məxsus olmasını bildirmişdir. Həmin vaxt Rüfət ona demişdir ki, müvəqqəti kirayə yaşayan şəxs evdən çıxan kimi ev 26 iyunda ona təhvil verəcəkdir. Bir müddət sonra yəni 25 iyun 2024cü il tarixdə Rüfətlə əlaqə saxlamış və 26 iyun 2024-cü il tarixdə evə köçməli olduğunu xatırlatmışdır. Rüfət danışıq zamanı ona bildirmişdir ki, evdə kirayə qalan şəxsin qohumu ölüb, 30 iyun 2024-cü il tarixdə evi təhvil verəcəyini bildirmişdir. Bundan sonra 29 iyun 2024-cü il tarixdə o, yenidən Rüfətlə əlaqə saxladıqda Rüfətin mobil telefonuna zəng çatmamış və buna görə həmin gün Rüfətə 25.500 manat pul verib almış olduğu evə gətmişdir. Qapıya çatanda isə bir nəfər sonradan adının Şakir bildiyi şəxs evin qasını döydüyünü görmüşdür. O, həmin şəxsdən kim olduğunu soruşub evi aldığını bildirmişdir. Həmin Şakir adlı şəxs evin ona məxsus olduğunu Rüfətin dələduz olduğunu, insanları aldadıb pulları ələ keçirdiyni, hazırda tutulduğunu bildirmişdir. Buna görə də o, ərizə ilə Abşeron rayonu Polis İdarəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxtadək ona dəymiş zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirməklə, barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmş X3 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki təxminən 2022-ci ilin iyul ayında yaşadığı evin qarşısında tikinti işləri görülmüş, belə ki, həmin ərazidə kiçik ölçülü fərdi yaşayış evləri tikilmişdir. Onun yaşadığı evlə həmin tikiləcək evlər yan yana düşdüyü üçün o, tikinti işləri aparan Təqsirləndirilən şəxs müraciət etmişdir ki, ona evinin qarşısında olan 45 kv.m sahəsini satsın. Həmin torpaq sahəsini almaqda məqsədi o, olmuşdur ki, yeni tikiləcək evlər ondan aralı olsunlar. Rüfət də ona bildirmişdir ki, həmin torpaq sahəsini 10000 manat pulun müqabilində satacaqdır. O, Rüfətlə razılaşmış və qeyd olunan məbləği 2022-ci ilin iyul ayında Rüfətə tikinti işləri apardığı həyətdə vermişdir. Həmin vaxt Rüfətin yanında İlqar Məmiyev adlı şəxs də olmuşdur. Rüfət ona söz vermişdir ki, həmin yerin hasarını özü çəkib ona təhvil verəcəkdir. Lakin Rüfət qeyd olunan torpaq sahəsini ona verməkdə yubanmışdır. O,Rüfətdən torpaq sahəsini ona verməsini dəfələrlə tələb etsə də o, müxtəlif bəhanələr gətirmişdir. Təxminən 2023-cü ilin mart ayında Sənani adlı şəxs ona demişdir ki, Rüfətin ona satacağı yer ona məxsusdur. Həmin vaxt başa düşmüşdür ki, Rüfət onu aldadmışdır. Bundan sonra Rüfətdən pulunu tələb etmiş və Rüfət ona 1000 manat qaytarmış, 9000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs yazmış olduğu ərizə Rüfət tərəfindən ona 1000 manat qaytarılanda yazılmış .Belə ki,Rüfət ondan xahiş etmişdir ki,onun vəziyyəti ağırdır, ona olan 10000 manat puldan 6500 manat ödəmədiyi halda, 6500 manat ödəmə kimi yazmış, ona xx.xx.2023-cü ilə kimi 3500 manatını qaytarsın. O, da Rüfətin vəziyyətini nəzərə alıb razılaşmış, lakin Rüfət deyilən vaxtda söz verdiyi 3500 manatını qaytarmamış,l akin əsl həqiqətdə Rüfət ondan 10000 manat almış, həmin puldan 1000 manatını qaytarmış, 9000 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxtadək ona dəymiş zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirməklə, barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmş Zərərçəkmiş şəxs6 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, təxminən 20 ilə yaxındır ki, yaşadığı ünvanda tikinti-materiallarının satışı ilə məşğul olur, fərdi sahibkardır, həmçinin İİ qrup Əfqanistan əlilidir. Təqsirləndirilən şəxs təxminən 2022ci ilin iyul ayından tanıyır. Belə ki, Rüfət onun işlədiyi mağazadan alış-veriş edərkən tanış olmuşlar. Rüfət ona özünü fərdi yaşayış evləri tikib satan şəxs kimi təqdim etmişdir. Münasibəti yaxşı olmuş, ədabvəti, düşmənçiliyi olmamışdır. Rüfət ona məxsus mağazanın yaxınlığında ev tikirmiş, bunun üçün tez-tez mağazaya gəlib alış veriş etmişdir. Bir müddət sonra Rüfət ondan nisyə mal almağa başlamış və onun ev tikdiyi əraziyə gedib baxmış və görmüşdür ki, Rüfət həmin yerdə 3 fərdi yaşayış evi tikib, digərlərini də tikmək üzrədir. Rüfət ondan çoxlu alver etdiyi üçün ona qarşı etibarı qazanmış, hətta bir neçə dəfə ona depozit pul qoyub ki, gəlib həmin pula mal götürəcəkdir. Təxminən 2022-ci ilin avqust ayında Rüfət ona demişdir ki, ona borca pul lazlımdır ki, evi tam tikib qurtarsın.O,da Rüfətə inandığı üçün Unibankdan 10000 manat kreditə pul götürmüş, Rüfət ona söz verdiyi kimi 3 ay ərzində götürdüyü pulu faizi ilə birlikdə qaytarmış, bununla bağlı Rüfətə 10000 manat pul verməmiş, aralarında borc müqaviləsi imzalanmışdır. Bundan sonra da Rüfət mağazadan dələfələrlə nisyə mal almış və qaytarmışdır.Təxminən 2023-cü ilin yanvar ayında Rüfət başqa yerdə ev tikməyə başlamış və ora nisyə mallar almağa başlamış, həmçinin ondan borca pul almışdır. Hissə-hissə Rüfət ondan 4000 manatlıq mal və pul almışdır. Həmin yerdə tikdiyi evləri satmadan başqa yerdə ev tikməyə başlamış, ondan borca pul istəmiş və o, özünə aid Kapital banka kartını Rüfətə vermişdir. O, da xx.xx.2023-cü il tarixdə kartından 1500 manat pul çıxarmış, həmin gündən bir neçə gün sonra Rüfət yenə də pul istəmiş və özünə aid təqaüd kartına Rüfətə vermiş, Rüfət kartdan 300 manat pul çıxarmışdır. Təxminən 15 gün sonra Rüfət ondan pul istəmiş və qızının təqaüd kartını vermiş və Rüfət oradan 570 manat pul çıxarmışdır. Bir müddət sonra Rüfət ondan yenə də borca pul istəmiş ,o, da «Unibank»-dan 3000 manat kreditə pul götürüb xx.xx.2023-cü il tarixdə Rüfətə vermişdir. Bir müddət sonra da Rüfət ondan yenə də pul istəmişdir ki, evi yekunlaşdırsın. O,Rüfətə 1000 ABŞ dolları pul vermişdir. Rüfət ona söz vermişdir ki, evləri satan kimi pullarını qaytaracaqdır. Bundan başqa Rüfət ondan nisyə mallar almağa davam etmişdir. Rüfət ondan əlbə-əl ümumilikdə 7570 pul almış və 2000 manatlıq nisyə mal almışdır.Bankdan götürüb Rüfətə verdiyi pula görə banklara ümumilikdə 1960 manat faiz ödəmişdir. Rüfət ona ümumilikdə ona 10000 manata yaxın maddi ziyan vurmuşdur. Məhkəmə iclasından verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla aralarında olan münasibətdən istifadə edərək, tikinti işlərinin aparıldığını, iş yekunlaşan kimi, pulları qaytaracağına dair vədlərlə onu inandırmış, lakin sonradan öyrənmişdir ki, həmin vaxt sonuncu ondan aldığı pulları tikinti işinə deyil özünün digər problemlərinin həlli üçün xərcləməklə, onu aldatmışdır. Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxtadək ona dəymiş zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olmasını bildirməklə, barəsində ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilərək, zərərçəkmiş şəxs qismində dindirilmş Zərərçəkmiş şəxs5 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, bildirimişdir ki, o, təxminən 2022-cü ilin dekabr ayının sonlarında yaşadığı evin arxa tərəfindən yerləşən özünə məxsus, lakin sənədi olmayan 2 sot torpaq sahəsini satmaq qərarına gəlmişdir. Bir müddət sonra əvəllər tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun yanına gələrək həmin torpaq sahəsini almaq istədiyini və orada ev tikəcəyini bildirmişdir.O, həmin torpaq sahəsini Təqsirləndirilən şəxs 33000 manata satmışdır. Bundan sonra Rüfətlə münasibəti yaranmış və Rüfət bildirmişdir ki, qonşuluqda fərdi yaşayış evi tikib satır. Həmin ərəfədə nəvəsi Yalçın üçün ev almaq istəmiş, Rüfət də ona ev tikdiyini dediyi üçün xahiş etmişdir ki, nəvəsi üçün ev tiksin. Rüfət 01 sot torpaq sahəsinin içərisində təmirli 27000 manata ev tikib təhvil verəcəyini bildirmişdir. O, da Rüfətə inandığı üçün razılaşmış və Rüfətə yaşadığı evin qarşısında xx.xx.2023-cü il tarixdə 24000 manat pul vermişdir, sonradan əlavə olaraq iki gün sonra 2000 manat pul vermişdir. Bir müddət sonra Rüfət ona demişdir ki, onun işləri yarımçıq qalmış, ondan bir həftəlik 4000 manat borca pul istəmişdir. O, da Rüfətə 4000 manat borca pul vermiş, Rüfət nəvəsi üçün tikdiyi evin hörüb qurtarmış, damını vurmış, qapılarını yerinə qoymuş, yerinə taxta vurmuş, lakin işlərini yekunlaşdırmamışdır. Ev tam hazır olmadığı üçün o, oraya köçə bilməmişdir. Rüfət nəvəsi üçün evi ona məxsus olan sənədi olmayan torpaqda tikmişdir. Rüfət ona söz versə də işləri yekunlaşdırmamışdır. Məhkəmə iclasından verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla arasında olan razılaşma şərtini pozmuş, onun etibarından sui istifadə edərək, tikinti işlərini yekunlaşdırmamış, bununla yetinməyərək də ondan əlavə olaraq min hiylə yolu ilə aldığı 4000 manat pulu da öz işləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs onu aldatması nəticəsində ona 13000 manat zərər dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən hazırki vaxtadək ona dəymiş zərər ödənilmədiyindən Təqsirləndirilən şəxs onu vurulan ziyanın ödənilməsini, əks halda barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin mart ayında özü üçün ev almaq qərarına gəlmiş, bunun üçün əvəllər ev-alqı satqısı ilə məşğul olan qohumu Vüqar adlı şəxsə müraciət etmişdir ki, ona köməklik etsin ki, Abşeron rayonu Xırdalan şəhərində fərdi yaşayış evi alsın. Bundan sonra onlar Abşeron rayonu Xırdalan şəhərində işləyən ev-alqı satqısı ilə məşğul olan Rüfət adlı şəxsin ofisinə getmişdir.Bundan sonra Xırdalan şəhərində yerləşən 5 evə baxmış, evlərin biri xoşuma gəlmişdir.Zabil həmin evi 45000 manata satdıqlarını demiş, həmin vaxt o, Raufçtç 1000 manat beh vermişdir. xx.xx.2023-cü il tarixdə Rufət yaşadığı Bakı şəhəri, Nəsimi rayonu 3 MKR Alı Mustafayev küçəsində yerləşən binanın blokuna gəlmiş və orada görüşüb Rüfətə 34500 manat pul vermişdir. Təxminən bir həftə sonra Rüət ona demişdir ki, evi su, qazı, işığı onun adına sənədləşdirilib və o, sənədlərə imza edib götürmüşdür.Aldığı ev təmirli olmuş, həmin evə köçəndən sonra evə mətbəx mebeli, yataq dəsti, stol, stul, divan, televizor, soyuducu, paltar yuyan, su qızdırıcı alıb qoymuşdum. Hətta evin pəncərəsinin üzərinə dəmri barmaqlıqlar bağlatdırmışdır. Təxminən 16000-17000 manata yaxın ev əşyalarına xərc çəkmişldir.O, evi düzədəndən sonra evə kirayəşin qoymaq üçün Zabilə müraciət etmişdir. Zabil evə adam tapıb qoymuş, o, evi 250 manata kirayə vermişdir.Həmin adamlar evə köçən gün Şakir adlı şəxs evə gələrək demişdir ki, onun aldığı evə ona məxsusdur, evin pulunu özü verdib qudası Rüfət evi tikib onun xəbəri omadan satmış, heç kimin orada yaşamasına imkan verməyəcəyini bildirmişdir.Şakirin arvadı da ona hədə qorxu gəlmiş və evdən çıxmağı tələb etmişlər. Bundan sonra Zabil, Şakir, Rüfəti çağırmış, həmin vaxt onların arasında mübahisə baş vermişdir. Rüfət ona demişdir ki, evi onundur, evdə problemlər yaranmış və ona başqa ev verəcəyini bildirmişdir.Bir neçə dəfə evin kilidini Şakir qırmış, o, da düzəltdirmişdir. Bundan sonra Rüfət ona demişdir ki, evi başqa adama satmış və ondan xahiş etmişdir ki, evin suyunu, işığını, qazını həmin adamın adına keçirsin. Rüfət ona demişdir ki, 1 həftə ərzində ona başqa ev satacaq və əşyalarının hamısını oraya yığmaqda köməklik göstərəcəkdir. Rüfət evi satandan sonra ona demişdir ki, evin əşyalarını özünə məxsus evə yığdığını, yeni ev verən kimi həmin əşyaları oraya yığacağına dair söz vermişdir.Lakin söz verdiyi vaxtda sözünü yerinə yetirməmiş, təxminən 1 ay keçəndən sonra Rüfətdən mebellərini istəmiş, Rüfət də ona demişdir ki, mebellərin özünə məxsus evdədir. Bir neçə gün sonra Rüfət ona video atmış, həmin videoda ona məxsus olan əşyalıarın bir hissəsi görmüşdür.O, dəfələrlə Rüfətdən əşyalarını verməmiş, ona 3 yerdə ev göstərib həmin evləri onun adına sənədləşdirəcəyini demişdir. Bu günə kimi Rüfət ona nə ev verib nə də ki əşyalarımı geri qaytarmışdır. Rüfət ona məxsus olan evi əşyaları ilə birlikdə başqa adamlara satmışdır. Rüfətdən pulunu və evi tələb etmiş, lakin yalandan müxtəlif bəhanələr gətirmişdir. Hətta onun adına yalandan etibarnamə verib ki, güya ona özünə məxsus evlərdən birini verəcəkdir. Rüfət ona ümumilikdə 48000 manat maddi ziyan vurmuş, belə ki, evə görə 35500 manat, əşyalara görə isə 12500 manat. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, ona qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə X6 ona məxsus yaşadığı evə və həmin evin yaxınlığında yerləşən iaşə obyektinə sənəd düzəldə biləcəyini bildirmişdir. O, da Rüfətlə razılaşmış və bunun müqabilində Rüfət ondan ilkin olaraq 5000 manat pul tələb etmişdir. Rüfətə inanaraq xx.xx.2022-cü il tarixdə yaşadığı evdə Rüfətə 9300 manat pul vermişdir. Bundan təxminən 10 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı evin yaxınlığında Rüfətlə görüşüb 8500 manat pul vermişdir.Rüfət təxminən 1 ay müddətinə sənədləri düzəldəcəyini söz vermişdir.Həmin ərəfələrdə Rüfət “şirinlik” adı ilə ondan 300 manat istəmiş və yaşadığı evin yaxınlığında Rüfətə 300 manat pul vermişdir.Bundan sonra Rüfət müxtəlif bəhanələrlə onu yubandırmağa başlamışdır. O, Rüfətin onu aldatmasını başa düşüb pulunu geri istəmiş, Rüfət ona işi həll edə bilməyəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə Rüfət yaşadığı evin yaxınlığında ona 2000 manat pul vermiş, daha sonra 2000 manat, 2500 manat və 500 manat olmaqla ona məxsus kart hesabına pul göndərmişdir. Qalan pulunu isə verməkdən boyun qaçırmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 15 fevral 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2.4-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla bağlı həmin maddə ilə cinayət işi başlanılmış və istintaqın aparılması üçün icraata qəbul edilmişdir;

2. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır;

3. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 04 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X3 zərərçəkmiş şəxs qismində tanınmışdır;

4. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır;

5. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 15 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır;

6. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 29 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə aparılan cinayət işinin istintaqı həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir;

7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 31 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmaqla qərarın surəti təqdim edilmişdir;

8. Abşeron rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli, 4(012)-460/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 13 (on üç) gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

9. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır;

10. “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır;

11. “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi ilə əlsaqədar toplanmış materiiallara əsasən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla, ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir;

12. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi” haqqında 02 avqust 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.4-cü maddəsiilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.3.2-ci maddəsinə tövsif edilmişdir;

13. Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 08 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və, ona həmin maddələr ilə ittiham elan olunmuşdurr;

14. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Sumqayıt Apellyasiya Məhkəməsinin 25 iyun 2015-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış, bundan sonra Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 09 fevral 2018-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə həmin cəzanın müddəti 04 il 06 ay müddətə endirilmişdir;

15. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 24 sentyabr 2024cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan olunmaqla yenidən ittiham elan edilmişdir;

16. Abşeron rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, 4(012)-748/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti – istintaq müddətinin sonunadək yəni 02 dekabr 2024-cü il tarixədək uzadılmışdır;;

17. “240270909 nömrəli cinayət işinin ********* nömrəli cinayət işindən ayrılması və ********* nömrəli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 28 noyabr 2024cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* saylı cinayət işindən X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ayrılmaqla, icraata qəbul edilmiş, iş üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir;

18. Abşeron rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 4(012)-819/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti – 08 yanvar 2025-ci il tarixədək uzadılmışdır;;

19. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 13 dekabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir;

20. “Sübutların qiymətləndirilməsi” haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, ittihamı təsdiq edən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, baxış, üzləşdirmə və digər istintaq protokolları və istintaq zamanı toplanmış digər sənədlər onların həqiqiliyin, yaranma mənbələrinə və əldə edimə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə mötəbər sübutlar kimi qiymətləndirilmişdir;

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək heç kimi aldatmadığını, zərərçəkmiş şəxslərlə aralarında gələcək vədə dair razılaşma olmadığını, həmçinin onlardan hər hansı miqdarda pul vəsaitini borc və ya müəyyən işlərin görülməsi məqsədi ilə alıb onları aldatmadığını bildirərək, ona qarşı elan olunmuş cinayət əməli özü tərəfindən inkar olunsa da, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, həmçinin məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxslərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələrinə, habelə digər mötəbər dəlillərlə, həmçinin özünün dolayı ifadəsi ilə onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibinin olması tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs3 torpaq satmaq barədə onunla razılaşmış sonradan vədinə əməl etməmiş, həmçinin müəyyən olunmuşdur ki, həmin torpaq sahəsi ümumiyyətlə onun mülkiyyətində deyil, bundan başqa Zərərçəkmiş şəxs2 evinə və obyektinə Daşınmaz Əmlakın Dövlət Reyevst Xidmətindən çıxarış alacağına dair yalan vəd verib aldadaraq, cəmi 18100 manat pulu alıb ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi epizodunu özü də dolayısı ilə təsdiq etmiş zərəri sonradan ödəməklə barışığa nail olmuşdur, bundan başqa Zərərçəkmiş şəxs5 ona olan etibarından istifadə edərək ondan aldığı vəsait hesabına görməli olduğu işləri tamamlamamış, bundan sonra əlavə vəsit almış, onu işlərin tamamlanmasına sərf etməmişdir. Zərərçəkmiş şəxs4 qzına 2 otaqlı mənzili satacağına dair yalan vəd verib aldadaraq 35500 manat pulunu alıb ələ keçirmiş, sonradan həmin evin mübahisəli olduğu məlum olmuşdur. Zərərçəkmiş şəxs6 ev tikib sonra pulunu qaytaracağına dair yalan vəd verib, aralarında olan uzun müddətli tanışlıqdan istifadə edərək onu aldatmış, ondan aldığı materialları və nağd pul vəsaitini başqa yerlərə sərf etmiş ona geri qaytarmamışdır. Bundan başqa Zərərçəkmiş şəxs1 ev göstərib özünə məxsusolduğuna inandırıb pulunu ələ keçirdikdən sonra həmin evin ona məxsus olmadığı müəyyən edilmişdir. Bütün sadalanan faktlar təqsirləndirilənin ifadəsindən də müəyyən edilir, lakin o, baş vermiş vəziyyətin onun əvvəlcədən niyyəti olması ilə əhatə edilmədiyini Şakir adlı qohumunun onunla aralarında yaranmış borcla əlaqədar evi satdığı şəxslərədən əsassız olaraq geri alması ilə əlaqələndirməyə çalışmışdır. Lakin o həmin ərazilərin ona aid olmasına dair hər hansı bir sənəd tqdim edə bilməmiş, Şakir adlı şəxsin müdaxiləsinin qanunsuzluğu barədə tədbir görülməsi üçün müraciətlər etməmişdir. Burdan da görünür ki, onun Şakir adlı şəxsin bildirdiklərinin təkzib edilməsi üçün əsasları mövcud olmamışdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməklə ona cəza təyin olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərərin qismən ödənilməsi onun əməlində cəzanı yüngülləşdirən hal kimi müəyyən olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəlki təqsirləndirildiyi cinayət əməli az ağır cinayətlər kateqoriyasına aid hesab edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin müddətdən iki ildən artıq müddət keçdiyi üçün məhkumluq ödənilmiş hesab olunmuşdur. Belə olan halda əməlində cinayətin residivi müəyyən olunmur. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərin tam ödənilməməsini, həmçinin zərərçəkmiş şəxslərə dəymiş zərəri qəbul etməyərək qaytarmaq niyyətində olmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Lakin cəza təyin edilərkən digər hallar da nəzərə alınaraq cəza həddi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 29 may 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 66-cı bəndində müəyyən olunur ki, cinayət prosesində zərər çəkmiş qismində tanınmış şəxsə cinayət nəticəsində birbaşa vurulmuş ziyanın ödənilməsi məsələsi ilə əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən “Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır”. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.20-ci maddəsi zərərçəkmiş şəxsin cinayət törətmiş şəxsdən ona məxsus əmlakı geri almaq imkanını hər hansı şərtlə əlaqələndirilməyən hüquq kimi təsbit etmiş, buna müvafiq olaraq da qanunverici cinayət prosesini həyata keçirən orqanların zərərçəkmiş şəxsin həmin hüququndan irəli gələn vəzifələrini müəyyən etmişdir. Belə ki, həmin Məcəllənin 38.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir. Bundan başqa qeyd olunan Məcəllənin 132.1.5-ci maddəsinə görə isə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış (maddi sübut kimi qiymətləndirilmiş) pul və qiymətli əşyalar məhkəmənin yekun qərarı çıxarılarkən sahiblərinə, mülkiyyətçılərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Odur ki, cinayət prosesində zərərçəkmiş qismində tanınmış şəxslərin maddi ziyanın vurulması ilə müşayiət olunan (məsələn, oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə, quldurluq, əmlakı qəsdən və yaxud ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə və s. bu kimi) cinayət nəticəsində məhrum olunduqları (sübut yetirilmiş cinayətin təsvirində qeyd olunan) pul vəsaitləri və digər əmlakı mülki iddianın verilməsi ilə şərtləndirilmədən cinayət-prosessual restitusiya qaydasında onlara qaytarılmalı, hər hansı səbəbdən həmin əmlakı qaytarmaq mümkün olmadıqda və xüsusi müsadirə tətbiq olunduqda isə, təqsirkarın bu əmlaka bərabər digər əmlakının müsadirə olunması hesabına onlara vurulmuş maddi ziyan ödənilməlidir. Ona görə də, məhkəmə cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyana görə Zərərçəkmiş şəxs3 9000 manat, Zərərçəkmiş şəxs4 qzına 35500 manat, Zərərçəkmiş şəxs5 13000, Zərərçəkmiş şəxs6 9570 manat, Zərərçəkmiş şəxs1 25500 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, sonuncuların xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Yuxarıda qeyd edilənlərə və mülki iddianın araşdırılmasının məhkəmə posesinin uzanmasına səbəb ola biləcəyinə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs h göstərdiyi üquqi yardıma görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 410 manat (50 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia baxılmamış saxlanılsın. Təqsirləndirilən şəxs - Zərərçəkmiş şəxs3 xeyrinə 9000 manat, Zərərçəkmiş şəxs4 - 35500 manat, Zərərçəkmiş şəxs5 -13000, Zərərçəkmiş şəxs6 - 957 manat, Zərərçəkmiş şəxs1 - 25500 manat məbləğində pul vəsaiti tutularaq ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 410 (50 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar