Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-503/2020 11.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi - Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, YDM-da operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanında yaşayan X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən şərti olaraq «köhnə bazar» adlanan ərazidə Zərərçəkmiş şəxs avtomobilini yolun hərəkət hissəsinə saxlayaraq nəqliyyat axınına maneə yaradan sürücü X4 irad bildirməsi səbəbindən tərəflər arasında sözlə mübahisə yaranmış, daha sonra isə bu mübahisə tərəflər arasında dava-dalaş yaranması ilə nəticələnmişdir. Yaranmış mübahisə zamanı X8 şəxsini cəmiyyətin fövqündə qoyaraq haqsız olmasına baxmayaraq və ictimai yer hesab edilən küçədə, ətrafda çoxsaylı insanların olmasına məhəl qoymadan kobud davranış sərgiləyərək ilk əvvəl Zərərçəkmiş şəxs üzərinə gəlmiş, daha sonra isə onun sifət nahiyəsindən bir dəfə yumruq zərbəsi ilə vuraraq ona üst dodağın əzilmiş-cırılmış yarasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 özünü ona irəli sürülmüş ittiham üzrə təqsirli bilərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 18:30-da idarə etdiyi «Renault» markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərindən Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman «köhnə bazar» adlanan ərazidə su almaq niyyəti ilə mağazaya düşmək üçün idarə etdiyi nəqliyyat vasitəsini yolun ikinci sırasında saxlayaraq avtomobildən düşmüş, dükandan su alan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs onun avtomobilinə yaxınlaşaraq qışqırıb sürücünü axtardığını görmüş, buna görə də tez sonuncuya yaxınlaşaraq üzrxahlıq etmiş, lakin Zərərçəkmiş şəxs onu söyüb təhqir etmiş, avtomobilinin mühərrik qapağına və sol ön qapısına zərbə vuraraq zədələmiş, daha sonra isə şüşə siləni dartaraq sındırmış, bununla da sakitləşməyən Zərərçəkmiş şəxs üzərinə gələrək onu vurmaq üçün əl atdıqda o, qorxmuş və özünü qorumaq məqsədilə sağ əli ilə qarşı tərəfə zərbə atmış, onun atdığı zərbə Bəxtiyarın ağız nahiyəsinə dəydikdən sonra ətrafda olan şəxslər onları ayırdıqda Bəxtiyar sakitləşmiş, o isə hadisə yerindən uzaqlaşaraq DİN-in «102» xidməti zəng mərkəzinə müraciət edib baş vermiş hadisə barədə məlumat vermiş, o, əlavə olaraq Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisənin təxminən 20-25 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda təxminən 10-15 nəfər tanımadığı şəxslərin olduğunu bildirmiş, eləcə də avtomobilinə yetirilmiş zədələr nəticəsində ona təxminən 300 manat məbləğdə maddi ziyan vurulduğunu qeyd etdi. Hazırda törətdiyi əməldən peşman olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki-------------------, xx.xx.2020-ci il tarixdə, saat 18:30-da Xırdalan şəhəri «köhnə bazar» adlanan ərazidə idarə etdiyi «Hyundai» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətinə doğru hərəkətdə olan zaman, taksi fəaliyyəti ilə məşğul olan «Renault» markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsində saxlayıb nəqliyyat axınına maneə yaratdığını görmüş və oradan keçə bilmədiyi üçün avtomobilini saxlayıb taksinin tanımadığı sürücüsünü çağırmağa başlamış, kənarda dayanıb digər şəxslərlə söhbət edən sürücü ona yaxınlaşmadığı üçün o, sonradan adını bildiyi Mikayıl Rzayevin idarə etdiyi avtomaşına yaxınlaşıb bir daha sonuncuya səslənmiş, bu zaman Mikayıl Rzayev kobud davranış göstərməklə ona yaxınlaşmış və nə istədiyini soruşmuş, o isə cavabında hərəkətə maneə yaradan avtomobilini kənara çəkməsini tələb etmiş, həmin vaxt Mikayıl Rzayev onun ağız nahiyəsinə yumruqla zərbə endirərək ona xəsarət yetirmiş, daha sonra isə idarə etdiyi nəqliyyat vasitəsinə oturaraq oradan uzaqlaşmışdır. O, əlavə olaraq Mikayıl Rzayevlə aralarında davam edən mübahisə və dava-dalaşın təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda təxminən 10-15 nəfər tanımadığı şəxslərin olduğunu, həmçinin İİ qrup Qarabağ müharibəsi əlili olduğu üçün maşın əzmək iqtidarında olmadığını və bu barədə Mikayıl Rzayev tərəfindən DİN-in «102» xidməti zəng mərkəzinə bildirilən şikayətin tamamilə əsassız və qərəzli olduğunu qeyd etdi. Sonda o, təqsirləndirilən şəxs X8 ilə barışmadığını, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş ziyanın ödənilmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 18 radələrində tanışları Şahid2 və Zərərçəkmiş şəxsla birlikdə sonuncunun idarə etdiyi «Hyundai» markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xırdalan şəhərində yerləşən «AAAF-Park» yaşayış kompleksində təmir işi ilə bağlı sifariş götürmək üçün getmişlər. Oradan Bakı istiqamətinə qayıdan zaman «köhnə bazar» adlanan ərazidə «Renault» markalı avtomobil yolun hərəkət hissəsində dayandığından Bəxtiyar oradan çətinliklə keçmiş və həmin avtomobilin yanından keçərkən «bu avtomobilin sahibi ölübmü ki, maşın burada qalıb» deyə bir ifadə işlətmiş, həmin vaxt sonradan adını bildiyi Mikayıl Rzayev maşının ona məxsus olduğunu demiş və sonuncu isə Bəxtiyar arasında mübahisə yaranmış, az müddətdə davam edən mübahisədən sonra o, maşından düşərək onlara yaxınlaşmaq istəyən zaman ətrafda olan şəxslərin Bəxtiyarı maşına tərəf gətirdiklərini və Bəxtiyarın dodağının partlayıb qanadığını görmüş, o, əlavə olaraq X7 istifadəsində olan avtomobili zədələdiyini görmədiyini də qeyd etdi. İş üzrə şahid qismində dinidrilmiş Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 Ağakeyis oğlunun ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübi və X10 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1496 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – üst dodağın əzilmişcırılmış yarası küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyəyə yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, baş vermiş hadisə zamanı «Renault» markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 320 manat müəyyən edilmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Zor tətbiq etmə ilə hədələmə dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür. Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə,sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxudabilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərərvurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsüf edilməsinə ehtiyac qalmır. Məhkəmə məhkəməyədək sadələşdirilmiş material üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, X3 təqsiri öz etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və ekspertiza rəyi, həmçinin işdə olan digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. X3 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib sanksiyası həddində cəzalandırılmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümum ihissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasəncəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X12 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından (tələbnamədən) görünürki,X8 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron rayonu, Xırdalan şəhər İH 5 saylı MTİİTS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, X3 ilk dəfə olaraq cinayət törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onuncəzasını yüngülləşdirənhallar kimi nəzərə alır. X3cəzasınıağırlaşdıranhal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs X3 şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmalı, bu növün cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla yanaşı cəzanın məqsədlərinə xidmət edir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X8 barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən X8 islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz ) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilAzərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: X8 AzərbaycanRespublikasıCinayətMəcəlləsinin221.1-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. X8 cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. X4 ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində, məhkəmə baxışı zamanı 08 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 (qırx səkkiz ) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-503/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-503/2020
11.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver