Məhkəmə qərarları › İş №1(012)-503/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-503/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-503/2021 26.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1991-ci ildə Abşeron rayonu, Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 19.07.2021-ci il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 60 manat pul müqabilində 03 ədəd şəffaf rəngli sellofana bükülmüş 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,254 , 0,248 , 0,281 , 0,043 qram, ümumilikdə isə 0,826 qram çəkidə olan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini , 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr siyahısına” daxil olan təmiz çəkisi 0,244 qram psixotrop maddə olan metamfetamini Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə edib, Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, 19.07.2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində Abşeron RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisindən həmin 03 ədəd şəffaf rəngli selofana, 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,254 , 0,248 , 0,281 , 0,043 qram, ümumilikdə isə 0,826 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin,01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,244 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki narkotik vasitələrdən istifadə edir. Əsasən narkotik vasitənin növü olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir.19.07.2021-ci il tarixdə o, şəxsi istifadəsi üçün yaşadığı Abşeron rayonu Novxanı qəsəbəsində olarkən orada tanımadığı şəxsdən 60 manat pul müqabilində 03 ədəd şəffaf selofan bükümdə 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə isə psixatrop maddə olan metamfetamin almışdır.Həmin narkotik vasitələri,sonradan istifadə etmək məqsədi ilə üzərində olan istifadə etdiyi “Rothmans” markalı siqaret qutusunun içərisinə qoymuş və həmin siqaret qutusunu da əynində olan boz rəngli idman şalvarının sol yan cibinə qoyub özü ilə daşıyıb üzərində saxlamışdır. Bundan sonra 19.07.2021-ci il tarixdə saat 13 radələrində o, Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yeni yaşayış massivi “Araz” marketin yaxınlığında olarkən iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə getməyə dəvət etmişlər. O, heç bir etiraz etməyərək həmin iki nəfər polis əməkdaşı ilə birlikdə Abşeron RPİ-nə getmişdir.Abşeron RPİ-də onun üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Bundan sonra xidməti otaqlardan birində onun müdafiəçisinin və polis əməkdaşlarının iştiraki ilə üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilmişdir. Ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən istifadə etdiyi “Rothmans” markalı siqaretin qutusunu və həmin qutunun içərisində olan səhər saatlarında tanımadığı şəxsdən aldığı 03 ədəd şəffaf rəngli selofan bükümdə 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına və şəxsi axtarışda iştirak edən şəxslərə təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə olan heroin və metamfetamin qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. O, və digər iştirakçılar proktokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər.Paşayev X3 vasitələri Abşeron rayonu Novxanı qəsəbəsi ərazsində əldə etdiyi şəxsi tanımadığını,həmin narkotik vasitələri öz istifadəsi üçün əldə etdiyini və ümumilikdə 60 manat pul verdiyini bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 19.07.2021-ci il tarixdə təxminən saat 13 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində Şahid2 oğlu ilə birlikdə xidmət apararkən bir nəfər şəxsin Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində dayanacaqda dayandığını və həmin şəxsə müxtəlif insanların yaxınlaşaraq onunla nə isə danışdıqlarını və özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşmaq qərarına gəlmişlər. Həmin şəxsə yaxınlaşan zaman həmin şəxs qaçmaq istəsədə ona imkan verməmiş və həmin şəxsə özlərini təqdim etmişlər. Həmin şəxsə bir neçə sual verdikdən sonra həmin şəxs verilən suallara qeyri-adekvat cavablar verdiyi və özünü şübhəli apardığı həmçinin qaçmağa cəhd göstərdiyi üçün onlarda şübhə yaratmış və onlar həmin şəxsin narkotik vasitələrin saxlanmasında , daşınmasında və satışında şübhəli olduğunu yəqin edib həmin şəxsi Abşeron RPİ-nə getməyə dəvət etmişlər. Həmin şəxs heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nə gəlmişdir. Abşeron RPİ-də həmin şəxsin Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan və yaşayan xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs oğlu olduğu müəyyən edilmişdir.Abşeron RPİ-də təhqiqatçı polis baş leytenantı Nicat Həsənlinin ,Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onun və post yoldaşı Şahid2 oğlunun iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs oğluna üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs oğlu əynində olan açıq boz rəngli idman şalvarın sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunu və həmin qutunun içərisindən 03 ədəd şəffaf rəngli selofana bükülmüş 01 ədəd siqaretin qara rəngli kağızına bükülmüş və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümləri çıxarıb iştirakçılara təqdim etmiş və həmin bükümlərdən siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümün psixotrop maddə olan metamfetamin qalan bükümlərdəkilərin isə narkotik vasitə olan heroin olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 60 manat pul müqabilində aldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər onun iştirakı ilə təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş və protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid Abşeron rayon Pİ-nin PPXB-nin polis nəfəri Şahid2 digər şahid Şahid1 dediklərini təsdiq edərək analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 20 iyul 2021-ci il tarixli, 6/2988 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” və s. yazılar imzalar, olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,254 , 0,248 , 0,281, 0,043 qram, ümumi təmiz çəkiləri 0,826 (qalıq 0,746) qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0,244 (0,194) qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr ”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-0.826 qram, tədqiqata sərf edildi-0.08 qram, qalıq-0.746 qram; Metamfetaminin ümumi təmiz çəkisi-0.244 qram, tədqiqata sərf edildi-0.05 qram, qalıq-0.194 qram. İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 20 iyul 2021-ci il tarixli, 6/2988 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi Tədqiqat obyekti N 60” dairəvi möhür əksi olan bir ədəd kağız paketdə üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün N56 “dairəvi möhür əksi olan,”Təqsirləndirilən şəxs...” sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,746 (qalıq 0,706) qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 04.08.2021-ci il tarixli, 2675 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan CD formatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdə Abşeron rayonu, Novxanı qəsəbəsi, ərazisində Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb Pİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisindən 03 ədəd şəffaf rəngli selofana, 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,254 , 0,248 , 0,281 , 0,043 qram, ümumilikdə isə 0,826 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin,01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,244 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs oğlu bildirmişdir ki, həqiqətən 19.07.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan açıq boz rəngli idman şalvarının sol yan cibindən üzərində “Rothmans” yazısı olan siqaret qutusunun içərisindən 03 ədəd şəffaf rəngli selofana, 01 ədəd isə siqaretin qara rəngli kağızına bükülmüş bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,254 , 0,248 , 0,281 , 0,043 qram, ümumilikdə isə 0,826 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin,01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə 0,244 qram çəkidə psixotrop maddə olan metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Subutların qiymətləndirilməsi haqqında 24 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0.706 qram heroin və 0.194 qram psixotrop maddə olan metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş və onun üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd CD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 28.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinib 03 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 27.05.2013cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində – onlar cəzanı təkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun məhkumluğu ödənilmişdir. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21.07.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 19.07.2021-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron rayonu, Novxanı kənd RİHB İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Paşayev X4 rayonu, Novxanı kəndi, Ə.Abuzərov küçəsində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə də müsbət xarakterizə edilir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.07.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 0,706 qram narkotik vasitə olan heroin və 0,194 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bununla yananşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19.07.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 174 (bir yüz yetmiş dörd) manat 90 (doxsan) qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşron rayon Pİ-də saxlanılan, qalıq çəkiləri 0,706 qram narkotik vasitə olan heroin və 0,194 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X5 göstərdiyi 50 (əlli) saat hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar