Məhkəmə qərarları › İş №1(012)-503/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-503/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-503/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənli Salatın Etibar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayının əvvələrində Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraqı, keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli, döyüş sürsatı hesab olunan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronlarını qanunsuz əldə edərək saxlamış, daşımış və gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 22:50-də Abşeron RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarı tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq X4 gətirilmiş və orada həmin günü saat 23:20-dən saat 23:30-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan sarımtıl rəngli köynəyin altında saxladığı və göy rəngli cins şalvarının bel hissəsinə keçirilmiş həmin 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraqı, həmin şalvarın sol yan cibindən keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli, döyüş sursatı və atəş üçün yararlı olan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronları aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abşeron rayon ərazisində küçələrdə gəzib zibil tullantıları yerlərindən metal yığaraq onları satıb pul əldə edib ailəsini dolandırmaqla məşğul olmuşdur. 2023-cü ilin avqust ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsində məişət tullantılarının atıldığı yerdə metal yığdığı zaman yerdən qara rəngli sellofan torba və içərisində 01 ədəd daraq və 02 ədəd həmin silaha məxsus olan patron olduğunu görmüşdür. Həmin silahı və yanında olan daraq və patronlar onda maraq yaratdığından onları götürərək yaşadığı ünvana aparıb saxlamışdır. Bir müddət sonra həmin tapançanı satmaq qərarına gəlmiş və silahı, daraq və patronları ilə birlikdə götürüb üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı polis əməkdaşları ondan şübhələndikləri üçün onu polis bölməsinə dəvət etmiş və o da çıxılmaz vəziyyətdə qalıb polis əməkdaşlarının dəvətini qəbul edərək onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdir. Abşeron Rayon Polis İdarəsinin Qobu PB-də xidməti otaqlardan birinə dövlət hesabına müdafiəçi dəvət edilməklə müdafiəçinin iştirakı ilə hüquq və vəzifələrin ona izah olunmala videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, da tapançanı və 01 (bir) ədəd daraqı, əynindəki şalvarının sol yan cibindən çıxardığı, həmin tapançaya aid 02 (iki) ədəd patronlarını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra üzərinə də şəxsi axtarış keçirilmiş və bundan başqa üzərindən heç bir qanunsuz əşya və maddə aşkarlanmamışdır. Həmin odlu silah, daraq və 02 ədəd həmin silaha məxsus patron qablaşdırıldıqdan sonra həmin qablaşdırmanın üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşı tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən sənəd tərtib edilərək oxunmuşdur. Göstərmişdir ki, həmin odlu silahı və onun sursatını 2023-cü ilin avqust ayının əvvəllərində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində məişət tullantılarının atıldığı ərazidə metal yığarkən tapmış və saxlamışdır. xx.xx.2023 cü il tarixdə isə həmin silahı və onun sursatını Abşeron rayonu, Qobu qəsəbəsində üzərində gəzdirən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin silahı satmaq məqsədi ilə saxlayaraq üzərində gəzdirmiş, həmin silahdan hər hansı cinayətin törədilməsində istifadə etməmiş, o, polis bölməsinə gətirilərkən ona qarşı hər hansı bir formada zor tətbir olunmamışdır. Özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili Şahid1 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir. 25 oktyabr 2023-cü il tarixdə dəqiq və qərəzsiz mənbədən xx.xx.1988-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 yaşayan Təqsirləndirilən şəxs odlu silah olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən rəisə raportla məruzə olunaraq əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və polis idarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən əməliyyat müşahidəsinə götürülmüşdür. xx.xx.2023-cü il tarixdə Qobu qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı saat 22:30-da Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək, haqqında qanunsuz olaraq odlu silah əldə edib saxlayaraq gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu bildirmiş, sonra hava şəraiti və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nin inzibati binasına gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində sübut əhəmiyyətinə malik ola biləcək odlu silahın və qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmasını nəzərə alaraq müvafiq tədbirlər görülməsi məqsədilə Abşeron RPİ-nin Qobu PB-nin rəisinə məruzə edib Təqsirləndirilən şəxs bölmənin təhqiqatçısı, polis kapitanı Ruhan Nadirliyə təhvil vermişlər. Bundan sonra bölmənin təhqiqatçısı Ruhan Nadirli tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçi dəvət edilmiş, sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə onun üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş hər hansı bir əşya vardırsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq sarımtıl rəngli köynəyin altında saxladığı və göy rəngli cins şalvarın bel hissəsinə keçirilmiş bir ədəd qara rəngli odlu silah olan «TT» markalı tapançaya bənzər əşyanı və əynindəki göy rəngli cins şalvarın sol yan cibindən çıxardığı 2 ədəd patronları təqdim edərək həmin əşyanın odlu silah olan «TT» markalı tapança olduğunu, təxminən iki ay əvvəl Abşeron rayonu, Qobu qəsəbəsi ərazisindəki zibillikdə metal axtararkən həmin iki ədəd patronla birlikdə tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilmiş başqa heç bir predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş «TT» markalı tapançaya bənzər əşya və iki ədəd patronlar təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, möhürlənmiş, sonra bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq edilmiş, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntüsü qeydə alınmış DVD disk isə protokola əlavə edilmişdir. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron RPİ-nin Qobu PB-də əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi açılmış və ********* nömrəli istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır. “Şübhəli şəxsin tutulması haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. “Şəxsi axtarış və götürülməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:50-də keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq X4 gətirilmiş və həmin günü saat 23:20-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan sarımtıl rəngli köynəyin altında saxladığı və göy rəngli cins şalvarının bel hissəsinə keçirilmiş həmin 01 ədəd Tokarev (TT) konstruksiyalı tapança silahı, 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraqı, həmin şalvarın sol yan cibindən 7,62x25 mm kalibrli 02 ədəd patronlar aşkar edilərək götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-balilistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/785 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraq, 7,62x25 mm kalibrli, döyüş sürsatı hesab olunan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və eksperimental atəşdən qalmış bir ədəd patron və 01 ədəd 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança silahı, 01 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq istifadəyə (atəşə) yararlıdırlar. Abşeron Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli, 4(012)-815/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 oktyabr 2023-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02 noyabr 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(012)-375/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ə 06 ay 09 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 1(012)-503/2024 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11 yanvar 2024cü il tarixli qərardan görünür ki, 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraq, 7,62x25 mm kalibrli, döyüş sürsatı hesab olunan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və eksperimental atəşdən qalmış bir ədəd patron və 01 ədəd 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança silahı, 01 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(012)- 375/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrindən saat 23:30 radələrinədək olan müddət ərzində Abşeron rayon Pİ-nin Qobu PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə baxış keçirilmiş, diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 22:50-də Abşeron RPİ-nin X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq X4 gətirilmiş və həmin günü saat 23:20-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan sarımtıl rəngli köynəyin altında saxladığı və göy rəngli cins şalvarının bel hissəsinə keçirilmiş 01 ədəd 7,62 mm kalibrli olmaqla tapança silahı, 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, 7,62x25 mm kalibrli 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq X4 gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan sarımtıl rəngli köynəyin altında saxladığı və göy rəngli cins şalvarının bel hissəsinə keçirilmiş 1 ədəd tapança silahı, bir ədəd patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq, 02 ədəd patronlar aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini, gənc olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(012)-375/2022 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 06 (altı) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti azad olunmuş, lakin cəzadan şərti azad olunmuş müddətdə 25 oktyabr 2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, eyni zamanda onun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətlərin törətməsini, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və bununla da ictimai təhlükəli şəxs olaraq qalması nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 76.6.3-cü maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarı ilə sonuncunun cəzadan 06 (altı) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti azad etməsi ləğv edilməli və həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən sonuncuya Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(012)- 375/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 09 (doqquz) gün müddəti hazırki hökmlə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 oktyabr 2023-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Abşeron rayon Polis İdarəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraq, 7,62x25 mm kalibrli, döyüş sürsatı hesab olunan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və eksperimental atəşdən qalmış bir ədəd patron və 01 ədəd 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança silahı, 01 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzadan 06 (altı) ay 09 (doqquz) gün vaxtından əvvəl şərti azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 1(012)- 375/2022 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) ay 09 (doqquz) gün müddəti hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı, texniki cəhətdən saz vəziyyətdə və atəş üçün yararlı olan odlu yivli tapança silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan, texniki cəhətdən saz vəziyyətdə, təyinatı üzrə istifadə üçün yararlı daraq, 7,62x25 mm kalibrli, döyüş sürsatı hesab olunan 02 ədəd Tokarev (TT) konstruksiyalı silahların ştat patronları və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və eksperimental atəşdən qalmış bir ədəd patron və 01 ədəd 7,62 mm kalibrli Tokarev (TT) konstruksiyalı tapança silahı, 01 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar