Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-503/2025 10.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Şükürov Nicat Rufulla oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1980-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə torpaq sahəsi almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncuya Abşeron rayonu Məmmədli bələdiyyəsinə məxsus 0,0589 hektar (589 m2, yəni 5,89 sot) torpaq sahəsini torpaq sahəsini kənar ərazidə yerləşən Şahid2 mülkiyyətində olan torpaq sahəsi kimi göstərib yalandan həmin torpaq sahəsinin satıldığını deyib aldadaraq xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində əlbəəl nağd formada 20000 (iyirmi min) manat pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək Təqsirləndirilən şəxs2lə aralarında bölməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə özünə torpaq sahəsi almaq üçün onlara müraciət edən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə sonuncuya Abşeron rayonu Məmmədli bələdiyyəsinə məxsus 0,0589 hektar (589 m2, yəni 5,89 sot) torpaq sahəsini torpaq sahəsini kənar ərazidə yerləşən Şahid2 mülkiyyətində olan torpaq sahəsi kimi göstərib yalandan həmin torpaq sahəsinin satıldığını deyib aldadaraq xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində əlbəəl nağd formada 20000 (iyirmi min) manat pulu Zərərçəkmiş şəxs alıb ələ keçirərək Təqsirləndirilən şəxs1la aralarında bölməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, M.Zeynalov küçəsi ev 66-da yaşayır. Zərərçəkmiş şəxs etdiyi şikayətlə tanış olmuşdur. 2010-cu ildən 2021-ci ilin sonlarınadək makler fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin may ayında Məmmədli kəndində makler fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onunla tanış etmişdir. Aytəkin ona bildirmişdir ki, özünə 6 sot torpaq almaq istəyir. Həmin vaxt tanışı Şahid2 özünə məxsus olan və Abşeron rayonu Məmmədli kəndində yerləşən 0.05 hektar (500 m2 və ya 5 sot) torpaq sahəsini satırmış, Aytəkinə həmin torpaq sahəsini məsləhət görmüş, lakin Elnur ona Abşeron rayonu Məhəmmədli kəndində yerləşən Həqiqətə məxsus torpaq sahəsinin 3 kilometrliyində yerləşən daha əlverişli ərazidə olan 0.0589 hektar (589 m2 və ya 5.89 sot) torpaq sahəsini göstərmişdir. Sonradan o da həmin torpaq sahəsinə gələrək Elnurla razılaşmışdır ki, Elnurun göstərdiyi torpaq sahəsini ona satarlar. Həmin torpaq sahəsinin heç bir sənədi olmamışdır. Lakin o, 2019-2020-ci ildə həmin torpaq sahəsinin sxem planını çəkdirərək Məmmədli bələdiyyəsinə göndərmiş, buna baxmayaraq qeyd olunan torpaq sahəsinin ona məxsusluğuna dair heç bir rəsmi yazılı sənəd almamışdır. Elnurla birlikdə 0.0589 hektar (589 m2 və ya 5.89 sot) torpaq sahəsinin baş etibarnaməsi ilə ona verilməsini demiş və torpaq sahəsini 20000 (iyirmi min) manata sata biləcəyini ona bildirmişdir. Aytəkin onunla razılaşmışdır. O, həmin torpaq sahəsini onun adına sənədləşməsi üçün notarial qaydada alqı-satqı müqavilə bağlamalı olduqlarını ona demiş, Aytəkin onunla razılaşmışdır. Onunla razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisinə getmişlər. Onunla həmin notariat ofisində onunla alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə alqı-satqı məbləğini 5000 (beş min) manat göstərmişdir. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu əlbəəl nağd formada almışdır. Həmin gün aldığı puldan 4500 (dörd min beş yüz ) manat məbləğində hissəsini Elnura vermişdir. Ona həmin puldan 15500 (on beş min beş yüz) manat pul çatmış, həmin pulu öz tələbatlarına xərcləmiş və borclarına vermişdir. Həmin pulu Şahid2 verməli olduğu halda verməmişdir. Alqı-satqıdan sonra Aytəkinə məsləhət görmüşdür ki, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək adına çıxarış alsın. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə Şahid2 adına olan torpaq sahəsinə çıxarış almışdır. Lakin onun aldığı çıxarışda olan torpaq sahəsi ona göstərdikləri torpaq sahəsi ilə eyni deyildi. Bundan bir müddət sonra Aytəkin ona göstərdikləri 0.0589 hektar (589 m2 və ya 5.89 sot) torpaq sahəsinə gedərək orada tikinti işlərinin aparılmasını görmüş və bu barədə ona müraciət etmişdir. Ona mübahisələrini dinc yolla həll edə biləcəklərini desə də onlardan şikayət etmişdir. Zərərçəkmiş şəxs pulunu 2024-cü ilin sonunadək tam şəkildə qaytaracaqdır. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu əlbəəl nağd formada almışdır. Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu qazanc əldə etmək məqsədilə almış, torpaq sahəsinin özünə məxsus olmasını bildirmişdir. Aldığı 20000 (iyirmi min) manat pulun 4500 (dörd min beş yüz ) manat məbləğində hissəsini tanışı Təqsirləndirilən şəxs2 vermiş, qalan 15500 (on beş min beş yüz) manat pulu isə özünə götürmüşdür. Şahid2 ona məxsus torpaq sahəsinin Zərərçəkmiş şəxs satılmasından xəbəri olmamışdır. Həmin pulu Elnurla bölmüşlər, başqa heç kimə verməmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayır. Zərərçəkmiş şəxs etdiyi şikayətlə tanış olmuşdur. 2009-cu ildən 2021-ci ilin sonlarınadək makler fəaliyyəti ilə məşğul olmuş, Zərərçəkmiş şəxs 2011-ci ildən tanımış, ona 2-3 dəfə torpaq satmış, dost kimi get-gəlləri olmuşdur. 2021-ci ilin may ayında Məmmədli kəndində makler fəaliyyəti ilə məşğul olan zaman Zərərçəkmiş şəxs ona torpaq axtarmasını bildirmişdir. O da onu Sabirə yönləndirmiş, Sabir ona demişdir ki, Məmmədli kəndində yerləşən 6 sot torpaq sahəsini Aytəkinə göstərsin. Bunun əsasında torpaq sahəsini Aytəkinə göstərmişdir. Aytəkin bildirmişdir ki, özünə 6 sot torpaq almaq istəyir. Sabir əlində çıxarış göstərərək həmin torpaq sahəsinin ona məxsus olmasını bildirmiş, elə bilmişdir ki, bəlkə çıxarış torpaq sahəsinə məxsusdur. Sabir demişdir ki, çıxarış ilə torpaq arasında sürüşkənlik var, aradan qaldıracaqdır. O isə demişdir ki, özü bilər, onları bir-birilərinə calayıb kənara çəkiləcək, özləri həll edər. Sabir Aytəkinə demişdir ki, 0.0589 hektar (589 m2 və ya 5.89 sot) torpaq sahəsinin baş etibarnaməsi ilə ona verilmiş və torpaq sahəsini 20000 (iyirmi min) manata sata biləcəkdir. Aytəkin razılaşmış, Sabir ona həmin torpaq sahəsini onun adına sənədləşməsi üçün notarial qaydada alqı-satqı müqavilə bağlamalı olduqlarını demiş, Aytəkin də razılaşmışdır. Razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisinə getmişlər. Sabir onunla həmin notariat ofisində alqı-satqı müqaviləsi bağlamış, müqavilədə alqı-satqı məbləğini 5000 (beş min) manat göstərmişlər. Sabir xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu əlbəəl nağd formada almış, Sabir aldığı puldan 1750 (min yeddi yüz əlli) manatını ona vermiş, qalan 18250 (on səkkiz min iki yüz əlli) manatını özünə götürmüşdür. O da həmin pulu öz tələbatlarına xərcləmiş və borclarına vermişdir. Aytəkin Sabirə zəng etdikdə hər dəfə onu yubatmış, ona sənədlərin düzələcəyini vəd vermişdir. Sabir xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu əlbəəl nağd formada almışdır. Sabir Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulu qazanc əldə etmək məqsədilə almış, aldığı 20000 (iyirmi min) manatın 1750 (min yeddi yüz əlli) manatını ona vermiş, qalan 18250 (on səkkiz min iki yüz əlli) manatını özünə götürmüşdür. Sabir yalan danışır, ona 1750 (min yeddi yüz əlli) manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Ağdam rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Məmmədli kəndi yeni məhəllə, nömrəsiz fərdi yaşayış evində yaşayır. 2021-ci ilin may ayında Məmmədli kəndində makler fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2 torpaq sahəsi almaq istədiyini demiş, Elnur makler tanışı Sabirlə onu görüşdürmüşdü. Sabir ona demişdir ki, Məmmədli kəndində 6 sot torpaq sahəsinin satışa çıxmasını bildirmişdir. Sabir demişdi ki, torpaq sahəsi Həqiqət adlı qadına məxsusdur. Torpaq sahəsi 6 sot olsa da 5 sotunun sənədi vardır, 1 sotunun isə sənədləri yoxdur. Ona ilk dəfə həmin vaxt Təqsirləndirilən şəxs2 6 sot torpaq sahəsini göstərmişdir. Torpaq sahəsinə sonradan Elnur və Sabirin iştirakı ilə təkarən baxış keçirmiş, torpaq sahəsini bəyənmişdir. Sabir və Elnur əvvəlcə ona torpaq sahəsini 26000 (iyirmi altı min) manata təklif etmişlər, lakin onlarla razılaşmamışdır. Sonradan onlar torpağın qiymətini 20000 (iyirmi min) manata salmışlar və onlarla razılaşmışdır. Onlardan torpağın sənədlərinin qaydasında olmasını dəfələrlə və təkidlə soruşmuş, onlar and içərək torpaq sahəsinin tam sənədli olmasını, heç bir problem olmamasını bildirmişlər. Onlara alqı satqı etmək barədə razlılığa gəldikdən sonra xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisinə getmişlər. Notariat ofisində görmüşdür ki, Sabirin adına baş etibarnaməni Şahid2 vermişdir. Həmçinin, torpaq sahəsinin çıxarışı da Şahid2 adınadır. Sabir ona demişdir ki, Həqiqət xanım hüzür yerində olduğu üçün alqı-satqıda iştirak edə bilməyəcəkdir. Onunla həmin notariat ofisində alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilədə alqı-satqı məbləğini 5000 (beş min) manat göstərmişdir. Elə həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə Abşeron rayonu 2 saylı notariat ofisində Təqsirləndirilən şəxs1 20000 (iyirmi min) manat pulu əlbəəl nağd formada vermiş, pulu verərkən yanında Şahid3 olmuşdur. Bundan sonra alqı-satqı müqaviləsi əsasında çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə 0.05 hektar (500 m2 və ya 5 sot) torpaq sahəsinə mülkiyyətə dair öz adına çıxarış almış, sonradan mütəmadi olaraq Sabir və Elnurun ona göstərdikləri torpaq sahəsinə gedərək nəzarət etmişdir. 2023-cü ildə səhhəti ilə əlaqədar müalicə olunmaq üçün Türkiyəyə gedib qayıtdıqdan sonra torpaq sahəsinə yaxınlaşmış və həmin torpaq sahəsində 2 həyət evinin tikilməsini görmüşdür. Qapını döydükdə domofonla ona demişlər ki, torpaq sahəsi özlərinə məxsusdur. O, nə qədər cəhd etsə də, onlarla görüşə bilməmişdir. Sabirlə və Elnurla əlaqə saxlamış, ona demişlər ki, sürüşmə olmuşdur. Bələdiyyəyə müraciət etmiş, sonradan öyrənmişdir ki, əlində olan çıxarış təxminən 6 kilometr aralıda yerləşən torpaq sahəsinin çıxarışıdır, onu aldatmışlar. Artıq qərara gəlmişdir ki, bu barədə şikayət etsin. Sabir ona söz vermişdir ki, pulunu geri qaytaracaqdır. Lakin qaytarmamışlar. Hazırda adına çıxarışı olan torpaq sahəsində isə tanımadığı bir ailə yaşayır. Onun ümumilikdə 20000 (iyirmi min) manat pulu dələduzluq yolu ilə ələ keçirilmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuşdur. 2020-ci ilin yay aylarında qızına almaq üçün torpaq sahəsi axtarmışdır. Həmin ərəfələrdə makler fəaliyyəti göstərən Təqsirləndirilən şəxs1 tanımış, Sabir və tanışı Elnur Məmmədli qəsəbəsində, Zabrat Məmmədli yolunda yerləşən torpaq sahəsini ona göstərmişlər və ona həmin torpaq sahəsinin 19000 (on doqquz min) manata satışa çıxmasını bildirmişlər. Onun özünə də təəccüblü gəlmişdi ki, torpaq sahəsi çox əlverişli yerdədir. Qiyməti isə çox münasibdir. Bununla əlaqədar Sabirlə torpaq sahəsini almaq barədə razılığa gələrək 2020-ci ilin avqust ayında 10000 (on min) manat pulu Zabrat qəsəbəsində hazırda dəqiq xatırlamadığı yolun kənar hissəsində əlbəəl nağd formada Sabirə vermişdir. Bundan sonra Sabir ona demişdi ki, torpaq sahəsinə çıxarış alacaqdır və çıxarışı aldıqdan sonra pulun qalan hissəsini verməli olacaq. Bununla əlaqədar xx.xx.2020-ci ildə ilkin sənədlərlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək 0.05 hektar (500 m2 və ya 5 sot) torpaq sahəsinin çıxarışını almış, bundan sonra Sabirə demişdirm ki, həmin torpaq sahəsində ev tikmək istəyir. Lakin Sabir ona demişdir ki, gözləmək lazımdır. Ona problemin nə olmasını deməsə də, hiss etmişdir ki, həmin sənədləşmədə saxtakarlıq vardır. Onunla nə qədər əlaqə saxlamaq istəsə də zənglərinə da düzgün cavab verməmişdir. Hər dəfə işi yubatmışdır. Sabirə demişdi ki, tikinti apara bilməyəcəksə pulunu qaytarsın. Qaytarmasa şikayət edəcək. Bunun nəticəsində Sabir ona 2021-ci ilin əvvəllərində 5000 (beş min) manat pul qaytarmışdır. Bundan sonra onun zəngləriə məhəl qoymamışdır. Artıq məcbur olaraq onun barəsində polisə şikayətini bildirmişdir. İşimə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində baxmışlar. Həmin bölmədə işinə baxaraq 5000 (beş min) manat pulu geri qaytarılmışdır. Bundan sonra yenə pulunu qaytarmamışlar. O, əziyyətlə Sabirdən 1200 (min iki yüz) manat və 1300 (min üç yüz) manat pul ala bilmişdir. xx.xx.2021-ci il tarixdə Sabir ona zəng edərək torpaq sahəsi ilə əlaqədar ona olan pulu qaytarmaq üçün sənədləşmə işləri aparmalı olduğunu demiş və ondan etibarnamə istəmişdir. Ona inanaraq etibarnamə vermiş, 1 gün sonra yenə Sabirdən şübhələnərək etibarnaməni ləğv etmişdir. Sonradan öyrənmişdir ki, Sabir onu aldatmışdır. Ona başqa torpaq sahəsi göstərmiş və fərqli ünvanda əlverişsiz yerdə olan torpaq sahəsini adına sənədləşdirmişdir. Sonra həmin torpaq sahəsini də eyni formada Aytəkin xanıma satmışdır. Sabir ümumilikdə ona 12500 (on iki min beş yüz) manat pul qaytarmış, qalan hissəsini, yəni 6500 (altı min beş yüz) manatını bu günədək ondan ala bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 ünvanda yaşayır. 2006-cı ildən Abşeron rayon Məmmədli Bələdiyyəsində müxtəlif vəzifələrdə, 2022-ci ildən isə torpaq şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2022-ci ildə Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 0,0589 hektar (589 m2, yəni 5,89 sot) torpaq sahəsi hərraca çıxarılmış «mülkiyyət» qəzetində elan yerləşdirilmişdir. Həmin elanla əlaqədar keçirilən həraccın qalibi X7 olmuşdur. Bundan sonra torpaq sahəsi notarial qaydada onun iştirakı ilə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhər 2 saylı notariat ofisində X1. Qeyd etdiyi topaq sahəsinin koordinatları 1. x=411257.33 y=4483918.58; 2. x= 411275.07 y= 4483926.61; 3. x= 411287.44 y= 4483898.96; 4. x= 411269.44 y= 4483891.2399; 5. x= 411264.15 y = 4483902.9201 şəklindədir. 2022-ci ilin sonlarında makler fəaliyyəti ilə məşğul olan Əsgərov X4 Aytəkin Çingiz qızı ilə birlikdə Məmmədli Bələdiyyəsinə şifahi müraciət etmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin torpaq sahəsini Zərərçəkmiş şəxs təqdim edərək təxminən 6 km məsafədə yerləşən Şahid2 məxsus 0,05 hektar (500 m2, yəni 5 sot) torpaq sahəsini onun adına rəsmiləşdirmişdir. Bələdiyyədə Zərərçəkmiş şəxs hüquqi izah verilmiş, Sabirin ona yanlış torpaq sahəsini göstərib kənar ərazidəki torpağı satmasını başa salmışlar. Zərərçəkmiş şəxs iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuş, hərraca çıxarılaraq satılmışdır. Bütün rəsmi hüquqi sənədləşmə işləri aparılmışdır. Zərərçəkmiş şəxs 1. x=411257.33 y=4483918.58; 2. x= 411275.07 y= 4483926.61; 3. x= 411287.44 y= 4483898.96; 4. x= 411269.44 y= 4483891.2399; 5. x= 411264.15 y = 4483902.9201 koordinatlı torpaq sahəsinə iddiası əsassızdır. Onu Sabir aldadıb aparıb həmin torpaq sahəsini göstərmişdir. Reallıqda isə həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Sənədlərdən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,0589 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixdə bələdiyyə mülkiyyətində olmuş, xx.xx.2022-ci il tarixdə həmin torpaq sahəsi xüsusi mülkiyyətə keçərək X3 mülkiyyətinə keçmiş, xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsi X10 mülkiyyətinə keçmiş, xx.xx.2023-cü il tarixdə həmin torpaq sahəsinin 0,0295 ha hissəsi X6 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Əsgərov X9 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Sumqayıt Apelasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli hökmü ləğv edilmiş və CMnin 73-1.2-ci maddəsinə əsasən CM-nin 178.2.1-ci maddəsi ilə olan cinayət işinin icraatına xitam verilərək, cinayət məsuliyyətindən azad edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2024-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 4-cü bəndi ilə məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 59-və 61-ci maddəsinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 59-və 61-ci maddəsinə əsasən yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia və maddi sübut yoxdur; bir zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir, digər zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməsə də, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul və vəkil Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-ci il tarixdə həbsdə saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxslərə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul və vəkil Müdafiəçi2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-503/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-503/2025
10.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver