Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-504/2020 25.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi,dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Dünyamin qızının iştirakı ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum edilməmiş, işləməyən, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilətəqsirləndirilməsinə dair cinayətişinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, İ.Qayıbov küçəsində yerləşən evlərində olan zaman X2 ilə oğlu Təqsirləndirilən şəxs arasında, sonuncunun pul istəməsinə zərərçəkmiş şəxsin irad bildirəməsi səbəbindən mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Səyyat Qasımovun sağ baldır nahiyyəsindən bir dəfə bıçaqla zərbə vurmaqla ona sağ baldır nahiyəsinin kəsilmiş deşilmiş yarasından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tamtəqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o atası ilə birgə yaşadığı evə gələn zaman atası Səyyat Qasımovun evin pilləkənində əyləşdiyini görüb onun yanına gedərək işə getmək üçün ondan pul istəmiş, sonuncu isə pulu olmadığını demişdir. Buna görə də aralarında mübahisə yaranmış, mübahisə zamanı atası onunla kobud danışmışdır. O, isə əsəbiləşərək pilləkənin sağ tərəfindən olan mətbəx bıçağını götürüb atasının sağ baldır nahiyyəsinə vurmuş, daha sonra da evdən çıxıb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərdi ki,xx xxxx 2020-ci il tarixdə saat 21 radələrində o, evdə olan zaman oğlu Vüsal da evə gəlmişdir. Həmin vaxt o evin pilləkənində əyləşmişdir. Vüsal onun yanına gələrək pulu olmadığını deyərək xərclik olaraq ondan pul istəmişdir. O Vüsala pulu olmadığını bildirmiş və əlavə olaraq özünün pul qazanan yaşda bir insan olduğunu bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Vüsal mətbəx bıçağını götürərək onun sağ baldır nahiyyəsinə 1 dəfə vurmuş, o, həyətdən bayıra çıxmışdır. O, qonşusu Şahid hadisə barədə məlumat vermiş və Adil hadisə barədə 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3- Təcrübi və Tədris Birliyi” Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 1457 saylı ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ baldırın aşqağı 1/3-nin ön səthinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası iti deşici-kəsici alətin təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə bıçaq zərbəsi ilə vurulması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Beləliklə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə məhkəmə tibbi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilətam sübuta yetirilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək, cinayəti etiraf etdiyini, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri tamamilə ödəməsini və onunla barışmasını nəzərə alaraqcinayət məsuliyyətindən azad edilməsini və barəsində olancinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəmənin hazırlıq iclasında zərərçəkmiş X2 yazılı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyini, ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödədiyinə görə onunla barışdığını nəzərə alaraqsonuncunun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, dövlət ittihamçısını və digər proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə CM-in 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad olunmalıdır və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.1-ci maddəsinə görə məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarıüzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əəsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X1 yazılı ərizələrindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tamamilə ödənilmiş və onlar barışmışlar. Zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məsələsi həll edilərkən qanunla nəzərdə tutulan əsaslarla yanaşı onun şəxsiyyəti, cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar da məhkəmə tərəfindən araşdırılmışdır. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-504/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-504/2020
25.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver