Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-504/2024 27.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəхsin nümayəndəsi X4, Təqsirləndirilən şəxs оğlunun və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu S.Vurğun küçəsi ev 1 A mənzil 3 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 AAAF park yaşayış kompelksi ev 12 bina 4 mənzil 24 ünvanında yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əlbir olan bir qrup şəxs halında təkrarən binaya və saxlanc yerinə qanunsuz daxil olaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi, küçə 12, bina 2, mənzil 6 ünvanının qarşısında blokda yerləşən ambar kimi istifadə olunan saxlanc yerinə qapının qıfılını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd 50 manat dəyərində göy rəngli laqondanı, 1 ədəd 30 manat dəyərində dreli, hər bir ədədi 1 manat olan ümumi 20 manat dəyərində 20 ədəd drel başlıqlarını, 1 ədəd 50 manat dəyərində lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd 80 manat dəyərində elektrik gücləndiricini və 80 manat dəyərində bir qutu ələt dəsini (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəstini gilzi olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs 310 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid4 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksində 12 və 25 saylı küçələrdə yerləşən çoxmənzilli yaşayış binalarının, lift şaxtalarında olan və 1 saylı küçədə yerləşən su nasosxanasına çəkilmiş hər bir metri 1 manat olan ümumi 1000 manat dəyərində 1000 metr uzunluqda dörd damarlı mis naqilini vahid niyyətlə kəsib sökərək gizli talayıb "xxxx" MMC-yə 1000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi, küçə 12, bina 4, mənzil 24 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid4 onun dostu, həmçinin onunla bir məhlədə yaşayır. Heç bir yerdə işləmədiyi üçün xx.xx.2021-ci il tarixdə səhər saat 11 radələrində Şahid4 ilə görüşmüşdür. Həmin vaxtı Murada demişdir ki, “pulumuz yoxdu gəl oğurluq edək”. Murad da onunla razılaşmışdır. Bundan sonra qonşu binada yəni 2-ci binanın 6 saylı mənzilinin yanında olan saxlanc yerinə girərək oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı Murad bayırda dayanmış o, isə təxminən saat 16 binaya daxil olaraq orada olan saxlanc yerinin qıfılını açmış və bir yerdə içəri daxil olub oradan 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd çərək bişirmək üçün sacı, 1 ədəd işıq ötürücsünü və usta alətlərini oradan götürmüşlər. Sonra həmin günü Muradla birlikdə həmin əşyaları Abşeron rayonu, Xırdalan şəhərində mağazaya 15 manata satmışdır. Həmin pulları isə öz aralarında bölmüşlər. Bundan başqa bildirmişdir ki, Şahid4 ilə birlikdə 10 aprel 2021-ci il tarixdə saat təxminən 20 radələrində AAAF park yaşayış kopmleksində görüşmüşlər. Həmin vaxtı Murada təklif etmişdir ki, “AAAF parka məxsus 12 və 25 saylı küçələrdə yerləşən binalarda lift yerindən elektrik naqilıərini sökmək lazımdır”. Murad da onunla razılaşaraq təxminən saat 22 radələrində 12 və 25 saylı küçərdə olan elektrik naqillərini kəsib özləri ilə gətirdikləri torbalara yığaraq metal qəbulu yerinə aparıb 150 manata satmışlar. Həmin oğurluğu Şahid4 ilə birlikdə törətmişdür. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “AAAF park” yaşayış kompelsi küçə 12,, bina 2, ev 6 ünvanında ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı ev 1-ci mərtəbədə yerləşdiyindən girişdə olan pilləkənin altında özünə saxlanc yeri düzəltmişdir. Həmin yerin qapısıda var və qapısının asma qıfılı ilə bağlayır. Həmin yerdə müxtəlif alətlərini saxlayır. xx.xx.2021-ci il tarixdə o, ora baxanda bütün əşyalarının yerində olduğunu görmüşdür. Lakin xx.xx.2021-ci il tarixdə təxminən saat 19 radələrində evə gələrkən pilləkənin altına baxanda görmüşdür ki, həmin yerin qapısı açıq vəziyyətdədir. Bundan sonra o, saxlanc yerimə baxanda görmüşdür ki, naməlum şəxs və ya şəxlər həmin yerinin asma qıfılını açmaq yolu ilə ora daxil olaraq oradan mənə məxsus olan 1 ədəd 50 manat dəyərində laqondanı, 1 ədəd 40 manat dəyərində dreli, 20 ədəd 20 manat dəyərində drel başlıqlarını, 1 ədəd 40 manat dəyərində lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd 120 manat dəyərində elektrik ötürücüsünü və 100 manat dəyərində 50 ədəd elektrik açarlarını oğurlamışalr. Bundan sonra o, oğurluq hadisəsi baş verdiyi üçün bununla əlaqədar Abşeron rayon polis idarəsinə gələrək ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, oğurluq nəticəsində ona ümumlikdə 420 manat maddi ziyan dəymişdir. Oğurluqla bağlı heç kimdən şübhəlnməmiş, o cümlədən heç kimlə düşmənçiliyi və ədavəti olmamaışdır. Məhkəmə istintaqında zərərçəkmişin nümayəndəsi qismində dindirilmiş Emin Səlimov ifadəsində göstərmişdir ki, "xxxx" İnşaat MMC-də Hüquqşünas vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə AAAF” İnşaat MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Zaur Xıdırov ona bildirmişdir ki, “naməlum şəxs və ya şəxslər tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prosp.167, “AAAF Park” yaşayış kompleksinin 12 və 25 saylı küçələrində yerləşən çoxmənzilli yaşayış binalarının və lift şaxtalarında olan elektrik kabelləri, habelə 1 saylı küçədə yerləşən su nasosxanasın elektrik kabelləri oğurlanmış, oğurluq nəticəsində Cəmiyyətə 1000 (bir min) manat məbləğində maddi ziyan dəymişdir. Bununla bağlı həmin məsələ ilə əlaqədar nümayəndə kimi çıxış etməliyəm”. Bildirmişdir ki, oğurluq nəticəsində "xxxx" İnşaat MMC-yə 1000 manat məbləğində maddi ziyan dəymişdir. O, konkret olaraq oğurlanan kabellərin diametrini göstərə bilməmiş, lakin ona məlumat verəndə bildirmişlər ki, qeyd olunan bloklardan ümumi 1000 manat dəyərində 1000 metr uzunluqda dörd damarlı mis kabellər oğurlanmışdır. Hazırda dəymiş ziyan ödənilmişdir, şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, ünvan 6 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayaış kompleksi ev 22 bina 7 ev 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dostudur, hmçinin onunla bir məhlədə yaşayır. Seyranla normal münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ədavəti olmamışdır. Heç bir yerdə işləmədiyi üçün xx.xx.2021-ci il tarixdə səhər saat 11 radələrində Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxtı Seyran ona demişdir ki, “pulumuz yoxdu gəl oğurluq edək”. O da Seyranla razılaşmışdır. Bundan sonra qonşu binada yəni 2-ci binanın 6 saylı mənzilinin yanında olan saxlanc yerinə girərək oradan oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxtı o, Seyranla birlikdə təxminən saat 16 radələrində həmin binanın qarşısına gəlmişdir. O, binanın qarşısında gözləmiş Seyran isə binaya daxil olaraq orada olan saxlanc yerinin qıfılını açmış və bir yerdə içəri daxil olub oradan 1 ədəd drel, 1 ədəd laqonda, 1 ədəd çərək bişirmək üçün sacı, 1 ədəd işıq ötürücsünü və usta alətlərini oradan götürmüşlər. Sonra həmin günü Seyranla birlikdə həmin əşyaları Abşeron rayonu, Xırdalan şəhərində mağazaya 15 manata satmışdır. Həmin pulları isə öz aralarında bölmüşlər. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə 10 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində AAAF park yaşayış kopmleksində görüşmüşlər. Həmin vaxtı Seyran ona təklif etmişdir ki, “AAAF parka” məxsus 12 və 25 saylı küçələrdə yerləşən binalarda lift yerindən elektrik naqilərini sökmək lazımdır”. O da Seyranla razılaşaraq təxminən saat 22 radələrində 12 və 25 saylı küçərdə olan elektrik naqillərini kəsib özləri ilə gətirdikləri torbalara yığaraq metal qəbulu yerinə aparıb 150 manata satmışdır. Həmin oğurluğu Təqsirləndirilən şəxs ilə birlikdə törətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. xx.xx.2021-ci il tarixdə işdə xidmətdə olduğu zaman Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, "xxxx" yaşayış kompleksi küçə 12, bina 2, mənzil 6-da yaşayan adının Zərərçəkmiş şəxs bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon Polis İdarəsinə gəlib ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən saxlanc yerindən ümumi 420 manat dəyərində tikinti alətlərinin oğurlanmasını bildirmişdir. Bununla bağlı idarə rəisi onlara göstəriş vermişdir ki, həmin oğurluq cinayətini törədən şəxsin və ya şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyataxtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı ondan və Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçiririlməsinə başlamışlar. Keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən saxlanc yerindən ümumi 420 manat dəyərində tikinti alətlərini oğurlayan şəxslərin xx.xx.1991-ci ildə Rusiya Federasiyasında anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 AAAF park yaşayış kompelksi ev 22 bina 7 ev 2 ünvanında faktiki olaraq yaşayan Şahid4, xx.xx.1995-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 AAAF park yaşayış kompelksi ev 12 bina 4 mənzil 24 ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və həmin şəxslər xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon polis idarəsinə dəvət olunmuşdur. İdarədə Şahid4 və Təqsirləndirilən şəxs etiraf edərək bildirmişlər ki, “xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksi küçə 12 bina 2 mənzil 6 ünvanının qarşısında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yerinə qapının qıfılını açmaq yolu ilə qanunsuz daxil olaraq oradan 1 ədəd laqondanı, 1 ədəd dreli, 20 ədəd drel başlıqlarını, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik ötürücüsünü və 50 ədəd elektrik açarlarını gizli tayaraq oğurlamışlar”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında İdarədə Şahid4 və Təqsirləndirilən şəxs dindirilməsindən ötrü Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təhvil verilmişdir. Bundan başqa Şahid4 və Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri zamanı müyyən olunmuşdur ki, onlar 10 aprel 2021-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF park” yaşayış kompleksində yerləşən 12 və 25 saylı küçələrdə olan lift şaxtalarına çəkilmiş 1000 manat dəyərində elektrik naqillərini gizli talayaraq oğurlamışdır. Sorğu zamanı Şahid4 və Təqsirləndirilən şəxs yuxarıda adları qeyd olunan yerlərdən oğurluq etməsini etiraf etmişdir. Məhkəmə istintaqında izahat vermiş Abşeron RPİ-nin əməkdaşları Ərəbov X2 Xəyyam Yusif oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Xırdalan şəhəri, B.Sərdarov küçəsi, ev 21A-da yaşayır. Abşeron rayonu, Xırdalan şəhəri, köhnə bazarda yerləşən elektrik avadanlıqlarının təmiri və satışı mağazası vardır. Həmin mağazada işlənmiş drel, laqonda, perefarator və başqa elektrik avadanlıqları alıb satmaqla və təmiri ilə məşğul olur. Bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saat 16 radələrində işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, köhnə bazarda yerləşən elektrik avadanlıqlarının təmiri və satışı mağazasında olan zaman sonradan adını Seyran bildiyi şəxs yanında Murad adlı şəxs işlədiyi mağazaya gələrək 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndiricini, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəstini təqdim edərək bildirmişdir ki, “usta işlədiyi evin sahibi onlara vermiş və pul lazım olduğu üçün ucuz qiymətə satır”. O da həmin əşyalara baxıb ümumilikdə 15 manat pul verəcəyini bildirmişdir. Həmin şəxslər onunla razılaşaraq 15 manat pul alıb həmin alətləri ona sataraq mağazadan çıxıb getmişlər. Polis əməkdaşları tərəfindən Abşeron rayon polis idarəsinə dəvət olunduqda ona məlum olmuşdur ki, Seyranın ona satdığı 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti oğurluq əmlak olmuşdur. Onun bundan xəbərim olmamışdır. Sonra o, həmin əşyaları könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid4 və Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Şahid4 və Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbirinin şərtlərini pozduqlarını, qeyd edilən cinayət prosesini həyata keçirən istintaq orqanından qaçıb gizləndiklərini, istintaqa maneçilik törədəcəklərini, müstəntiqin çağırışlarına vaxtlı vaxtında gəlmədiklərini nəzərə alaraq, Şahid4 və Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə axtarış elan olunaraq həmin tarixdə cinayət işinin icraatı dayandırılmışdır. Təqsirləndirilən şəxs Şahid4 15 dekabr 2021-ci il tarixdə könüllü olaraq Abşeron RPİ-nə gələrək istintaqa təqdim olunduğundan cinayət işinin icraatı təzələnmişdir. Törətdiyi əməlinə görə xx.xx.2021-ci il tarixdə Şahid4 Azərbaycan Respublikası CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, barəsində olan ********* nömrəli cinayət işi baxılmasından ötrü ittiham aktı ilə birlikdə xx.xx.2021-ci il tarixdə Abşeron rayon məhkəməsinə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Şahid4 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Abşeron rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və 29 dekabr 2023-cü il tarixdə tutulmuşdur. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, səhhətiylə bağlı məhkəmədə iştirak edə bilmir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. 210270299 nömrəli cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 18 avqust 2021-ci il tarixli 9/4742 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd göy rəngli laqondanın 2021-ci ilin martaprel ayına orta bazar qiyməti 50 manat, bir ədəd drelin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 30 manat, iyirmi ədəd drel başlıqlarının 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 20 manat, bir ədəd lavaş bişirmək üçün nəzərdə turulmuş sacın 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 50 manat, bir ədəd elektrik gücləndiricinin 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 85 manat, bir qutu alət dəsti (vintaçan, kəlbətin, açar, qayçı, rezak və sair ) 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 80 manat, ağ rəngli izoliyasiyalı, içərisi 4 damarlı izolyasiyalı, mis tərkibli naqilin 1 metri 2021-ci ilin mart-aprel ayına orta bazar qiyməti 1 manat, 1000 metri 1000 manat müəyyən edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin saxlanc yerinə qanunsuz daxil olmaqla və elekron məlumat daşıyıcısı olan plastik bank kartından istifadə etməklə özgələrin əmlakını gizli olaraq talamaqla оğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəsxə qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edildiyindən həbs qətimkan tədbiri ləğv edilməli, dərhal həbsdən azad edilməli, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Şahid3 aşkar olunaraq götürülmüş 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq və saxlanılmasından ötrü Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut 1 ədəd laqonda, 1 ədəd drel, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sac, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Ekspertiza xərci 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, həmçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 02 ay 01 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından cəzası saxlanılsın, qəti olaraq 02 il 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, dərhal həbsdən azad edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut 1 ədəd laqonda, 1 ədəd dreli, 20 ədəd drel başlıqlar, 1 ədəd lavaş bişirmək üçün nəzərdə tutulmuş sacı, 1 ədəd elektrik gücləndirici, bir qutu (vintaçan, kəlbətin, açar qayçı, rezak və sair) dəsti sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Ekspertiza xərci 50 manat Təqsirləndirilən şəxs və Şahid4 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-504/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-504/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver