Məhkəmə qərarları › İş №1(012)-504/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-504/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-504/2025 09.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Xırdalan şəhəri Quşculuq Massivi, 3-cü küçəsi dalan-2 ev 11-də qeydiyyatda olmaqla, hazırda Bakı İstintaq Təcridxansında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Xırdalan şəhəri Heydər Əliyev prospektində “Bazarstore” mağazasının qarşısında 596 nömrəli marşurut avtobusunda sərnişin olan Zərərçəkmiş şəxs1 əl çantasından 01 ədəd 400 manat dəyərində “Tecno Sprak” markalı mobil telefon aparatını çıxardıb, gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Xırdalan şəhəri, Heydər Əliyev parkının qarşısında 517 nömrəli avtobusda sərnişin olan Zərərçəkmiş şəxs2 əl çantasından 01 ədəd 530,00 manat dəyərində "İphone 11 Pro Max" markalı "A2218" modelli **********78228, **********11993" İMEİ kodlu, 64 GB yaddaş tutumlu mobil telefonu və daxilində 01 ədəd 4,00 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrə kartını çıxardıb cəmi 534 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək,istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənlərə dəyən ziyanın ödənilməsini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 2023-cü ilin fevral ayında Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilindiyi üçün Nəsimi rayon məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçilmiş və 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası almış, 4 aydır ki, azadlığa buraxılmış, azadlığa buraxlıdıqdan sonra daimi iş yeri olmadığından və maddi vəziyyəti çətin olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Xırdalan şəhəri, Köhnə bazarın yaxınlğında 596 saylı avtobusa əyləşib, həmin avtobus ilə hərəkət etmiş, Xırdalan şəhəri, H.Əliyev prospektində avtobusun içərisində sıxlıq olduğunu görüb, bir nəfər qadının qara rəngli çantasının yarıya qədər sepinin açıq olduğunu görmüş, çantanın içərisində olan bir ədəd metalik rəngli “Tecno” markalı mobil telefonu görüb, həmin mobil telefonu gizlincə əl çantasnın içərisindən oğurlayıb, H.Əliyev prospektinin yaxınlığında olan 5 nömrəli məktəbin dayancağında avtobusdan yerə düşmüş, bundan sonra oğurladığı həmin mobil telefonu həmin günü saat 18 radələrində Xırdalan şəhərində “Köhnə bazar”ın arxasında yerləşən binaların arasında tanımadığı 3-nəfər şəxslərə yaxınlaşıb, həmin şəxslərdən birinə satmış, belə ki, əvvəl telefonun qiymətinin neçiyə ola biləcəyini soruşmuş, daha sonra həmin şəxslərdən biri oğurladığı həmin telefonu 3nəfərdən biri olan tanmadığı şəxsə 70 manat satacağına razılaşmış, həmin şəxs mobil telefona 50 manat verə biləcəyini sonra isə 20 manat da sonra verəcəyini bildirmiş, o da razılaşmış həmin mobil telefonu 50 manata 20-22 yaşlarında olan oğlana satmış, həmin gündən iki gün sonra o, 20 manatı almaq üçün mobil telefonu satdığı yerə gedib, mobil telefonunun pulunu almaq istəyən zaman həmin oğlanı tapa bilməmiş, bu hadisədən sonra ikinici oğuluruq hadisəsini xx.xx.2024-cü il tarixdə saat 19 radıələrində 517 saylı marşurut avtobusundan etmiş belə ki, həmin avtobusa qeyd etdiyi tarixdə 19 radələrində “Atın heykəli”nin yaxınlığında əyləşmiş, həmin zaman yenədə avtobusda sıxlıq olduğunu görüb, oğurluq etmək qərarına gəlmiş, belə ki, avtobusun arxa qapsının yaxınlığında olan oğlanın qoluna asılan qara rəngli çantanın yarıya qədər açıldığını görüb, həmin şəxsin fikrinin dağınıq olduğundan istifadə edərək çantanın içərisində olan qara rəngli İphone 11 Pro markalı mobil telefonu çantadan oğurlayıb, H.Əliyev parkının qarşısında avtobusdan yerə düşmüş, bundan sonra həmin günü oğurladığı mobil telefonu köhnə bazarın yanında tanımadğı şəxsin işlədiyi mobil telefon mağazasına 150 manata öz şəxsiyyət vəsiqəsinin surəti ilə satmış, bundan sonra əldə etdiyi pulları öz istifadəsi üçün xərcləmiş, bu hadisədən sonra polis əməkdaşları onu saxlayıb, polis idarəsinə dəvət etmiş o da polis idarəsinə gəldikdən sonra etdiyi oğurluq əməlləri barədə pollis əməkdaşlarına məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamış, xx.xx.2024cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı məhəllədə olan zaman bir nəfər tanımadığı şəxsin ona yaxınlaşaraq bir ədəd “Tecno” markalı mobil telefonun neçiyə ola biləciyini ondan soruşmuş, bu zaman o mobil telefonların alışından və satışından anlayışının olmadığını bildirmiş söhbət zamanı həmin şəxs ona bir ədəd “Tecno” markalı mobil telefonu 100 manata sata biləciyini bildirmiş, bundan sonra o, mobil telefona baxıb, xoşu gəldiyi üçün ucuz qiymətə ala biləcəyini ona bildirmiş bu, zaman hər ikisi razılaşmış, bundan sonra o, həmin şəxslə mobil telefonu 70 manata almağa razılaşmış, ilkin olaraq 50 manat vermiş, səhərisi günü isə 20 manat verməli olmuş, o mobil telefonu ondan alıb, yaşadığı evə getmiş, həmin günün səhərisi isə işdə olduğu üçün həmin şəxslə görüşə bilməmiş, 20 manat pulu verə bilməmiş, bu hadisədən sonra o, sonradan adını bildiyi Sərxan adlı şəxsdən aldığı həmin mobil telefonu “Tap”az internet saytına qoyaraq Bərdə rayonuna tanımadığı şəxsə 100 manata satmışdır. İş üzrə Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi olmadığını bildirmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 09 radələrində yaşadığı evdən çıxıb işlədiyi Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən iş yerinə getmiş, iş yerinə gedən zaman Xırdalan şəhərindən sürətli dəmir yolu qartarı ilə gedib, həmin qatar ilə qayıtmış, həmin günü yəni xx.xx.2024-cü il tarixdə saat 18 radələrində fərdi işlərini yekunlaşdırıb, sürətli qatarla yaşadığı Xırdalan şəhərinə qayıtmış, Xırdalan şəhərinə çatan zaman artıq saat 19 radələri olmuş, o Xırdalan şəhərinə çatıb, hərbi komisarlığın yaxınlığında olan avtobus dayancağından yaşadığı evə getmək üçün avtobus gözləmyə başlamış, bir neçə dəqiqə keçdikdən sonra 517 nömrəli xətt avtobusu gəlmiş, həmin avtobus ilə AAF yaşayış kompleksinə tərəf yola düşmüş, o avtobusun içərisində sıxlıq olduğunu görüb avtobsun içərisində arxa qapı tərəfdə dayanmış, bir neçə dəqiqə keçdikən sonra avtobus Xırdalan şəhəri, Heydər Əliyev parkının qarşısına çatan zaman çantasını qabaq tərəfə çəkmiş və həmin zaman görmüşdür ki, çantasının sepi açılmış, həmin çantasının içərisində olan bir ədəd 800 manata aldığı, hazırda isə təxmini qiyməti 600 manat olan İphone 11-Pro Max markalı mobil telefonu oğurlanmış, həmin mobil telefon aparatını ***-***-**-** saylı mobil telefon nömrəsi ilə istifadə etmişdir. İşin materiallarında olan (1c. Səh 146) zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti, tələbi yoxdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16:30 radələrində uşağını 2-nömrəli tam orta məktəbdən götürüb yaşadığı evə getmək üçün gəzə-gəzə köhnə bazar deyilən yerin qarşısında olan dayancağa gəlmiş, oradan 596 nömrəli xət avtobusuna əyləşib, yaşadığı evə doğru yola düşmüş, avtobusa daxil olan zaman avtobusda sıxlıq olmuş, avtobusa daxil olduqdan sonra isə avtobusun qabaq hissəsində ayaq üstə dayanmış, həmin zaman çantası qara rəngli, içərisində isə özünə aid olan əşyaları olmuş, bir neçə metr alarandıqdan sonra təxminən üç dayanacaq sonra o, həmin xətt avtobusunda yer olduğu üçün oturacaqda əyləşmiş bu, zaman əl çantasında olan sentyabr ayında aldığı bir ədəd 400 manat dəyərində, 355 088 290 416 649 imeyil kodlu içərisində 5 manat dəyərində olan, ***-***-**-** və 5 manat dəyərində olan ***-***-**-** mobil telefon nömrəli, bir ədəd 25 manata aldığı yaddaş kartı olan mobil telefon aparatının çantasından oğurlandığını aşkar etmiş, bundan sonra həyat yoldaşına bu, barədə məlumat vermiş daha sonra isə baş verimiş hadisə ilə əlaqədar olaraq polisə məlumat vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 20 ildir ki, mobil telefonların alışı və satışı ilə məşğul olmuş, iş yeri Xırdalan şəhəri, köhnə bazar deyilən ərazidə 28-ci məhələ deyilən yerdə yerləşmiş, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində işlədiyi iş yerində olan zaman bir nəfər 25-26 yaşlarında olan oğlan işlədiyi iş yerinə gəlib, bir ədəd qara rəngli İphone 11 Pro Max markalı mobil telefonu satmaq istədiyini bildirmiş, o da həmin mobil telefonu 150 manata ondan ala biləcəyini bildirmiş, həmin mobil telefona baxıb detallara ayıraraq sata biləcəyini fikirləşmiş, bu səbəbdən də həmin mobil telefonu ondan almış, həmin mobil telefon İcloda düşmüş, o da həmin mobil telefonu Sərxandan 150 manata aldıqdan sonra həmin günün səhərisi tanışı olan adını bilmədiyi müştərisinə 200 manata satmış, bu, hadisədən sonra onu polis əməkdaşları Abşeron rayon polis idarəsinə dəvət etmiş, o da polis idarəsinə gəldikdən sonra Sərxanın cinayət əməlləri barədə məlumatlanmışdır. Təqsirləndirilən şəxs aldığı bir ədəd İphone 11 Pro Max markalı mobil telefonu istintaq orqanına təqdim etmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəşünaslıq ekspertizasının 16 dekabr 2024-cü il tarixli 3-16-16/2-5/1305-9/9381/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş aded "İphone 11 Pro Max" markalı "A2218" modelli **********78228, **********11993" İMEİ kodlu, 64GB yaddaş tutumlu mobil telefonun istifadədə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 2024-cu ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 530,00 manat, 01 ədəd ***-***-**-** saylı mobil telefon nömrə 4,00 manat müəyyən edilir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərşəkənlərin və şahidlərin ifadəsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 177.2.5.ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 177.2.5-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, habelə CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 234.1 və 66.2-ci maddələri təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş,xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 09 ay 13 gün hissəsindən vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan yüngülləşdirən hal zərərçəkənlərə dəyən ziyanın ödənilməsidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərədə tutulan cinayətin residivi olması cəzasını ağırlaşdıran halıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümumi yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 65-ci maddəsinin tələbləri nəzərə alınmaqla törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə həmçinin, qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 234.1 və 66.2-ci maddələri təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş,xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 09 ay 13 gün hissəsi barədə vaxtından əvvəl şərti azad etməsi ləğv edilməli CM-nin 67.1 maddəsinə əsasən həmin qalan cəza müddəti hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməkl ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 16 oktyabr 2024-cü il tarixdə barəsində Abşeron rayon məhkəməsi tərəfindən 3-ay müddətində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün ona təyin edilmiş cəzasından çıxılmalı və cəzaçəkməsinin əvvəli barəsində Abşeron Rayon Məhkəməsinin 16 oktyabr 2024-cü il il tarixli Qərarı ilə “həbs” qətimkan tədbirinin əvvəli hesab olunan 14 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və hazırda əməlində cinayətlərin residivinin olması müəyyən edildiyindən o, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Zərərçəkənlərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə Nəsimi rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.5 234.1 və 66.2-ci maddələri təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum edilmiş,xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 09 ay 13 gün hissəsi barədə vaxtından əvvəl şərti azad etməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən çəkilməmiş qalan 09 ay 13 gün azadlıqdan məhrum etmə cəzası müddəti hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin, ona qəti olaraq 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli barəsində “həbs” qətimkan tədbirinin seçildiyi 14 oktybar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 (otuz) saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 330 (üç yüz otuz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar