Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-505/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Sumqayıt şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron vəkil bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1990-cu ildə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Digah kəndi, M.P.Vaqif küçəsi ev 21 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 08.07.2021-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Digah kəndi M.P.Vaqif küçəsi ev 21-də fərdi yaşayış evlərində həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəminində yaranmış münaqişə zamanı, yəni Zərərçəkmiş şəxs ziyarətə getdiyi 5 barmaq pirindən evə bir qədər gec qayıtması üstündə Təqsirləndirilən şəxs yumruqla və təpiklə həyat yoldaşı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, burun sümüyünün kompression deformasiyaya uğramış yerdəyişən sınığı ilə müşayət olunan burun nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, hər iki bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ dirsək oynağı nahiyəsinin qançırları, sağ said nahiyəsinin aşağı 1/3-nin sıyrıqları ilə nəticələnən, sonuncuya sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xəsarət yetirib. Qəsdən sağlamlığına AZ AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməsi ilə əlaqədar 09.08.2021-ci il tarixdə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmış və təhqiqat aparılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onu həyat yoldaşıdır. Elviyyə ilə 2019-cu ildə ailə həyatı qurmuş, birgə nigahdan 1 azyaşlı övladları vardır və hal-hazırda onunla birlikdə Abşeron rayonu, Digah kəndi M.P.Vaqif küçəsi ev 21-də yaşayırlar. 08.08.2021-ci il tarixdə saat təxminən 18 radələrində evdə olarkən həyat yoldaşı Elviyyə səhər saatlarında ziyarətə getdiyi 5 barmaq pirindən bir qədər gec qayıtdığına görə ona öz iradını bildirmişdir. Bu səbəbdən də aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbləşərək yumruqla həyat yoldaşı Elviyyənin sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Baş vermiş mübahisə zamanı evdə kənar şəxsin olmadığını, mübahisəni heç kimin görmədiyini, mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, əvvəllər həyat yoldaşı Elviyyə ilə aralarında heç bir dava-dalaşın olmadığını göstərmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi ziyanı tam ödəyərək, onunla barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Şahqələmlə 2019-cu ildə ailə həyatı qurmuş birgə nigahdan 1 azyaşlı övladları var və hal-hazırda onunla birlikdə Abşeron rayonu, Digah kəndi M.P.Vaqif küçəsi ev 21-də yaşayırlar. 08.08.2021-ci il tarixdə səhər saatlarında həyat yoldaşı Şahqələmdən icazə alıb Siyəzən rayonuna 5 barmaq pirinə ziyarətə getmiş və yolda yubandığından evə bir qədər gec saat 18 radələrində qayıtmış, bu səbəbə görə Şahqələm ona öz iradını bildirərək onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şahqələm onun üzərinə gələrək yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə (sifət, baş, burun əllər və digər nahiyələr) vuraraq onu döymüşdür. Sonra O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt evdə kənar şəxsin olmadığını, mübahisəni heç kimin görmədiyini, əvvəllər Şahqələm ilə aralarında dava-dalaşın olmadığını bildirmişdir. İfadəsinin sonunda o, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, onunla barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin 24.08.2021-ci il tarixli 1839 nömrəli rəyindən görünür ki, 2000-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-burun sümüyünün kompression deformasiyaya uğramış yerdəyişən sınığı ilə müşayət olunan burun nahiyəsinin qançır-şişkinliyi, alın nahiyəsinin dərialtı hematoması, hər iki bazu nahiyəsinin yuxarı 1/3-nin, sağ dirsək oynağı nahiyəsinin qançırları, sağ said nahiyəsinin aşağı 1/3-nin sıyrıqları- bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 08.08.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir İş materiallarında olan Abşeron rayonu, Digah qəsəbə İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ünvan 2 ünvanında qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs oğlu ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs oğlu ilə barışdıqlarını, aralarında heç bir mübahisə olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, vəsatətlər əsaslı olduğuna görə təmin edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəməyədək icraat dövründə keçirilmiş sadələşdirilmiş icraat işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 10.08.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş iş üzrə icraata Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi qızına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-505/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-505/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver