Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-505/2022 21.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1989-cu ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6-da qeydiyyatda olan və Abşeron rayonu Masazır qəsəbəsi X.B.Natavan küçəsi ev 20-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə ayırmaq məqsədilə münaqişəyə müdaxilə edən şəxs üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 mart 2022-ci il tarixdə saat 23:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, S.Rüstəm küçəsində Zərərçəkmiş şəxs2 qonşusunun toy mərasimində sonuncunun oğlu Elşən Əliyevin şəkil çəkdirmək adı ilə 2 manat pul alaraq onun fotoşəklini verməməsini bəhanə gətirərək, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozmaqla vətəndaşların rahatlığının pozulması ilə müşayiət olunan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq göstərib öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən, zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, ictimai yerdə insanların gözü qarşısında ucadan nalayiq ifadələr işlədib gecə vaxtı insanların rahatlığını pozaraq, Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr deyərək cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, daha sonra şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər edərək, yumruqla bir neçə dəfə bədəninin müxtəlif nahiyələrinə vurmuş, bu zaman sakitləşdirmək məqsədilə münaqişəyə müdaxilə edən ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə ünvanına nalayiq ifadələr işlədərək ilkin olaraq başı ilə sifətinə, sonra isə əlindəki daş parçasından silah qismində istifadə edərək baş nahiyəsinə vurub sonuncuya alın nahiyəsinin əzilmiş-cırılmış yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Məmməd adlı şəxs Masazır qəsəbəsində qohumlarının qonşusudur. xx.xx.2022-ci il tarixdə qohumunun toy məclisində iştirak etmək üçün Masazır qəsəbəsi ərazisində yerləşən Briliyant şadlıq sarayına getmişdir. Bundan sonra masaların birində əyləşib qohumları ilə yemək yeyib spirtli içki (araq) içmişdir. Həmin vaxt Məmməddə toy məclisində iştirak etmişdir. Həmin tarixdə saat 23 radələrində toydan çıxıb qohumlarının Masazır qəsəbəsi ərazisində yerləşən yaşadıqları evin küçəsinə getmişdir. Həmin vaxt qohumu Amil ilə toyda oğlunun şəkil çəkdirib pulu ondan istəməsinə görə oğlunun düz hərəkət etməməsini bildirdikdə Məmməd onlara yaxınlaşaraq Amilə məlum məsələ ilə bağlı irad bildirdiyi üçün ona öz iradını bildirmişdir. Bu zaman Məmmədə kim olmasını və çıxıb getməsini tələb etmişdir. Məmməd Amilin qonşusu olmasını deyib ünvanına nalayiq ifadələr işlədərək mübahisə etməyə başlamışdır. Mübahisə vaxtı Məmməd əlləri ilə yaxasından tutub əlində olan dəqiq görmədiyi küt alət ilə bir dəfə baş nahiyəsinə vurmuşdur. Buna görə də Məmmədi əlləri ilə kənara itələmişdir. Bu zaman Məmməd müvazinətini itirib yerə yıxılmışdır. Hadisə nəticəsində o özü də xəsarət almışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Briliant” şadlıq sarayında qonşusunun toy məclisində iştirak etmək üçün getmişdir. Həmin vaxt masaların birində əyləşib yemək yeyib spirtli içki (araq) içmişdir. Həmin toy məclisində Asif də iştirak etmişdir. Həmin tarixdə saat 23 radələrində toy məclisi bitdikdən sonra yaşadığı evin həyətinə gəlmiş, həyətə daxil olan zaman Asifin qonşusu Amil ilə davat-dalaş etdiyini görüb onları aralaşdırma məqəsdilə onlara yaxınlaşmışdır. Bu zaman Asif gözləmədiyi halda ilkin qəflətən başı ilə onun sifət nahiyyəsinə sonra isə əlindəki, daş parçası ilə bir dəfə onun baş nahiyəsinə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmış, yerdə olan zaman Asif yenidən əlində olan daş parçası ilə bir neçə dəfə baş, sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdür. Həmin vaxt orada olan Amil və qonşuları onu aralaşdırıb sakitləşdirdikdən sonra yaşadığı evə çıxıb getmişdir. O, evə daxil olan zaman qızı Şahid1 onun vəziyyətini görmuş və nə baş verdiyini soruşmuş, o, qızı Pəriyə Asif tərəfindən döyüldüyünü dedikdə qızı dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Asif qonşusu Amil ilə dava-dalaşı yaşadığı küçədə etmiş, o, da evə gedən zaman onları görüb aralaşdırmağa yaxınlaşmış, həmin vaxtı Asif qəflətən ilkin olaraq başı ilə onun sifət nahiyyəsinə, sonra isə əlindəki daş parçası ilə onun baş nahiyyəsinə vurmuş, o, isə zərbənin təsirindən yerə yıxıldığı üçün yerdə yenidən onu həmin əlindəki daş parçası ilə başına və bədinin müxtəlif nahiyyələrinə vuraraq ona xəsarət yetirmişdir. Aralarında olan mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, mübahisəyə əsaslı səbəb olmamışdır sadəcə Asif ilə Amili aralaşdırıb sakitləşdirmək istədikdə Asif onu döymüşdür, mübahisə vaxtı yanında Amil, yoldaşı Eyzangül, Amilin qardaşı Hüseyn və qonşusu Teymur olmuşdur. Asif ilə Amilin arasında baş vermiş mübahisəyə səbəb Amilin oğlu Elşənin toyda Asifdən şəkilin pulunu alması olmuşdur. O, bildirmişdir ki, Amil ilə Asifin mübahisə etdiyini görüb onalara yaxınlaşan zaman Asif Amilin yaxasından tutub yerə diz üstdə otuzdurub onun baş nahiyyəsinə əlindəki adını bilmədiyi daş parçası ilə vurmaq istəmiş, o, isə Asifə mane olduğu üçün sonuncu onu vurmuş, Amili vurub ona xəsarət yetirə bilməmişdir. Amil həmin vaxtı qaçıb evinə getmişdir. Həmin vaxtı orada Asif və Amil olmuş, sonradan Amil qaçıb evə getmiş, arvadı Eyzangülün səsinə sonradan qonşular çölə çıxmışdır. Sonradan Amil ona kömək edib onu evinə aparan zaman başından qan gəlmiş Amil isə nə olduğunu soruşduqda o, ona demişdirki, Asif onun baş nahiyyəsindən daş parçası ilə vuraraq ona xəsarət yetirmişdir. Asif isə az sonra çıxıb getmiş, polislər hadisə yerinə gəlsələrdə onu tapa bilməmişlər. Onda olan məlumata görə Asif həmin vaxtı Teymurun evində gizlənmişdir. Teymur isə Asifin bibisi oğludur. Hazırda şikayətçidir, ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur, Təqsirləndirilən şəxs isə onun arvadının qohumudur. Asifdə yaşadığı məhlədən təxminən 3 km aralıda anası ilə yaşayır. Onun həmin şəxslərlə aralarında heç bir düşmənçilik və ədavət yoxdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həyat yoldaşının bacısı oğlunun toy məclisində iştirak etmək üçün Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Briliyant” şadlıq sarayına həyat yoldaşı və oğlu Elşən Əliyev ilə getmişlər. Toy məclisində olan zaman Asif oğlu Elşəni anasının yanına göndərərək çəkdirdiyi şəkilə görə 2 manat pul almasını bildirmişdir. Oğlu Asifin anası Həqiqətdən 2 manat çəkdirdiyi şəkilə görə pul alıb fotoqrafa vermişdir. Fotoqraf şəkilləri paylayan zaman Asifə şəkil vermədiyi üçün sonuncu onun oğlu Elşənə yaxınlaşaraq ona fotoqrafın çəkdirdiyi şəkilə görə 2 manat pul verdiyini və onun şəkilinin çıxarılmamasını övladına kobud surətdə bildirib və şəkilə görə ona 2 manat pulu vermişdir. Həmin tarixdə saat 23:30 radələrində yaşadığı evdə olan zaman qapının döyüldüyünü eşidib qapıya çıxmış, həmin vaxt Asif onu çölə çağırmış və onunla işi olduğunu bildirmişdir. Buna görədə Asif ilə söhbət etmək üçün yaşadığı evin küçəsinə çıxmışdır. Həmin vaxt Asif övladına tərbiyə verməyini bildirib onunla sözlə mübahisə etməyə başlamışdır. Bundan sonra qonşusu Məmməd həyat yoldaşı Şahid2 ilə birlikdə onlara yaxınlaşaraq sakitləşdirib onu yaşadığı evə aparmışlar. Həmin vaxt Məmməd Asif ilə mübahisə etmişlər. Bir neçə dəqiqədən sonra o, çölə çıxmış, X3 dava-dalaş etdiklərini görüb onlara qohumu Teymur ilə birlikdə yaxınlaşmışlar. Onları aralaşdırıb sakitləşdirdikdən sonra Teymur Asifi, o, isə Məmmədi aparmışdır. Həmin vaxt Məmmədin baş nahiyəsində xəsarət görmüşdür. Nə baş verdiyini soruşduqda Məmməd Asif tərəfindən daş parçası ilı vurulmasını bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Asif ilə mübahisəsi yaşadığı evin küçəsində, təxminən 10-15 dəqiqə davam etmiş, mübahisəyə səbəb toyda şəkil çəkdirməsi, lakin fotoqrafın ona şəkil verməməsi olmuş, mübahisə vaxtı onların yanında arvadı Eyzangül, Məmməd, Teymur olmuş, Asif təpiklə bir dəfə onun sol qol nahiyyəsinə vurmuş, lakin xəsarəti olmadığına görə məhkəmə tibbi ekspertiza müayinəsindən keçmək istəmir, Asif ilə mübahisə vaxtı sonuncunu vurmamış, onunla Asif mübahisə edən zaman Məmməd gəlib Asifə öz iradını bildirdi həmin vaxtı Asif Məmmədin üstünə cummuş, ona yumruq atmış, onu isə yoldaşı Eyzangül evə aparmış bu səbəbdən kimin kimi nə ilə vuraraq döydüyünü görməmiş, ancaq, sonradan nə hadisə baş verdiyini öyrənmək üçün çölə çıxdıqda Teymurun da orada olduğunu görmüş, Mamedi və Asifi qan aparmışdır. Teymur isə Asifi götürüb özü ilə aparmışdır. O, kimin kimi vurduğunu görməmiş ancaq, güman edir ki, Asif Mamedin sifətinə başı ilə zərbə vurduğu üçün həm Mamed həm də ki, Asif xəsarət almışdır. Çünki, Mamed xəstədir Asifi döyə bilməz. Təqsirləndirilən şəxs onu vurmasına baxmayaraq sonuncuya qarşı şikayət, tələb və iddiası yoxdur. Hazırda şikayətçidir, ağır cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində ifadəsi alınmış Şahid1 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun atasıdır, onunla eyni ünvanda yaşayır. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində atası Məmməd qonşunun toy məclisində iştirak etmək məqsədilə Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Briliant” şadlıq sarayına getmişdir. Həmin tarixdə saat 23:40 radələrində atası yaşadığı evə gəlmiş, həmin vaxt atasının sifət, baş və bədəninin müxtəlif nahiyələrində xəsarətlər görmuş, nə baş verdiyini soruşduqda atası yaşadığı küçədə Amilin qohumu Asif tərəfindən döyülməsini bildirmişdir. Buna görədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Asif adlı şəxsi əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Eləcədə atası ilə Asifin arasında ədavət düşmənçilik yoxdur. İfadəsinə əlavə olaraq göstərmişdir ki, dava dalaş baş verən zaman evdə olmuş səsə çölə çıxmaq istəyərkən görmüşdür ki, atası xəsarət almış vəziyyətdə qonşusu Teymur və adını unutduğu şəxslər atasını evə gətirirlər. O, evdə olduğu üçün baş verən hadisənin canlı şahidi olmamışdır. Məhkəmə istintsqında qismində ifadəsi alınmış Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusu, Təqsirləndirilən şəxs isə onun qohumu, Zərərçəkmiş şəxs2 isə onun əridir. Asifdə onun yaşadığı məhlədən təxminən 3 km aralıda anası ilə yaşayır. Onların həmin şəxslərlə aralarında heç bir düşmənçilik və ədavəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində bacısı oğlunun toy məclisində iştirak etmək üçün Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Briliyant” şadlıq sarayına həyat yoldaşı Amil və oğlu Elşən Əliyev ilə birlikdə getmişlər. Toy məclisində olan zaman Asif oğlu Elşəni anasının yanına göndərərək çəkdirdiyi şəkilə görə 2 manat pul almasını bildirmişdir. X4 anası Həqiqətdən 2 manat çəkdirdiyi şəkilə görə pul alıb fotoqrafa vermişdir. Fotoqraf şəkilləri paylayan zaman Asifə şəkil vermədiyi üçün o, oğlu Elşənə yaxınlaşaraq ona fotoqrafın çəkdirdiyi şəkilə görə 2 manat pul verdiyini və onun şəkilinin çıxarılmamasını övladına kobud surətdə bildirib və şəkilə görə ona 2 manat pulu vermişdir. Həmin tarixdə saat 23:30 radələrində yaşadıqları evdə olan zaman qapının döyüldüyünü eşidib qapıya çıxmış, həmin vaxt Asif Amili çölə çağırmış və onunla işi olduğunu bildirmişdir. Buna görədə Asif ilə söhbət etmək üçün Amil yaşadıqları evin küçəsinə çıxmışdır. Həmin vaxt Asifin onun əri Amil ilə mübahisə etdiyinin səsini eşidib çölə çıxmış, Asif ilə Amilin mübahisə etdiyini görmüş və həmin vaxtı Asif ərinin sifət nahiyyəsinə bir neçə dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən əri Amil yerə yıxılmış yerdə olan zaman Asif ərinin baş, sifət və bədənin müxtəlif nahiyyələrinə təpiklə vurmağa başlamışdır. Bu zaman qonşusu Məmməd onu aralaşdırıb sakitləşdirmək istədikdə Asif Məmmədin yaxasından tutub başı ilə sifət nahiyyəsinə bir dəfə vurmuşdur. Məmməd zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra orada olan qonşuları Asifi sakitləşdirdikdən sonra çıxıb getmişdirlər. O, isə Amili həyətə salmış, geri qayıdanda görmüşdür ki, hər ikisinin yəni, Məmmədin və Asifin sifətindən qan gəlir güman edirki, Asif başı ilə Məmmədin sifət nahiyyəsinə vurmuş həmin vaxtı hər ikisi xəsarət almışdır. Eyni zamanda Məmməd ilə Asif dava edən zaman orada onlardan başqa kimsə olmamışdır. Onların arasındakı dava dalaş isə təxminən 1 dəqiqə baş vermişdir. Ancaq, sözlə mübahisə isə təxminən 20-25 dəqiqəyədək davam etmişdir. O, əri Amili evə aparmış, sonradan nə hadisə baş verdiyini aydınlaşdırma üçün çölə çıxdıqda Teymuru da orada görmüş, Mamedi və Asifi qan aparmışdır. Teymur isə Asifi götürüb özü ilə aparır. Həmin vaxtı kimin kimi vurduğunu görməmiş ancaq, güman edir ki, Asif Mamedin sifətinə başı ilə zərbə vurduğu üçün həm Mamed həmdəki, Asif xəsarət almışdır. Çünki, Mamed xəstədir Asifi döyə bilməz. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Məmmədin və Asifin heç birinin əlində heç nə görməmişdir. İş üzrə Şahid3 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq istintaqda verdiyi ifadəni təsdiq etmişdir. Məhkmə istintaqında Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur, Təqsirləndirilən şəxs isə onun bibisi oğlu, Zərərçəkmiş şəxs2 isə onun əmisi Fərəmətin kürəkənidir. O, Mamed və Amil ilə eyni məhəllədə yaşayır. Aralarında heç bir ədavət və düşmənçilik yoxdur. Asif isə onun yaşadığı evdən təxminən 2 km aralı anası Həqiqət ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində əmisinin nəvəsinin yəni Amilin baldızı oğlunun toy məclisində iştirak etmək üçün Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “Briliyant” şadlıq sarayına həyat yoldaşı oğlu ilə birlikdə getmişdir. O, isə evdə olmuşdur. Həmin günü axşam oğlu yoldaşı ilə birlikdə saat təxminən 23:55 radələrində toydan evə gəlmişlər. O, da həyətdə oğlu və yoldaşı ilə birlikdə oturub çay içmişdir. Həmin vaxtı qəflətən çöldən səs gəlmiş, görmüşdür ki, kimsə Teymur deyib onu səsləyir. O, çölə çıxmış və görmüşdür ki, həyətimin çöl tərəfində təxminən darvazadan 45-50 metr aralıda Asif, Amil öz həyətlərinin qarşısında, Mamedi isə adını bilmədiyi şəxs götürüb öz evinə yəni Mamedin evinə aparmışdır. Ancaq, evimin qapısını döyənin kim olduğunu bilməmişdir. Həmin vaxtı gec olsada orada tanımadığı bir neçə adam var idi. O, gedib Asifə yaxınlaşıb ondan nə baş verdiyini soruşmuş, o, isə bildirmişdir ki, heç nə Amilnən söhbət etmiş, Mamed gəlib müdaxilə etdiyi üçün onunla mübahisə etmiş, onu gəlib aparmışlar. Bundan sonra o, öz evinə Asifi gətirmişdir ki, başının qanın həyətdə yusun. O, da başının qanını yumuş, sonra o, onu öz evinə yola salmışdır. Sonra nə baş verdiyini və onların aralarındakı dava dalaşın hansı səbəbdən baş verməsindən məlumatı yoxdur. O, çölə çıxanda dava dalaş qurtarmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, X3 arasındakı dava dalaşı görməmiş və kimin kimi vurmasını bilmir. Ancaq, o, Asifi görəndə onun başının sağ qabaq nahiyyəsindən qan axmış, səhəri günü isə o, qonşu kimi Mamed gilə getmiş və görmüşdür ki. onu həkimdən gətiriblər başında olan yaraya isə tibbi yardım göstərilmişdir. O, çölə çıxan zaman artıq onlar sakitləşmişdir. O, Məmmədin və Asifin əlində heç nə görməmişdir. Onların əlində heç nə olmamışdır. Mübahisə zamanı gecə qaranlıq olduğu üçün o, orada olan adamların dəqiq kimliyini görə bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05.0.2022-ci il tarixli 566 nömrəli rəyindən müəyyən edilir ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-alın nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası bərk-küt əşya təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə yəni dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarət xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdur. 19 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Törətdiyi əməlinə görə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli məhkəmə iclas zalında həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-505/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-505/2022
21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver