Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-505/2025 05.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 və onn müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Abşeron rayonu, Pirəkəşkül kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.2000-ci ildə Laçın rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış,fərdi əməklə məşğul olan Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Pirəkəşkül qəsəbəsi nömrəsiz həyət evində yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən toyuq fermasında gözətçi işləyərkən tamah niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin toyuqların oğurlayıb ucuz qiymətə satmaq barədə ümumi razılığa gələrək, bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə gecə saat 21 radələrində həmin fermanın 1-ci zonasında saxlanılan hər birinin dəyəri 12,5 manat ümumi 1050 manat dəyərində 84 ədəd “Brama” cinsli toyuqları kisələrə yığıb fermanın ərazisindən çıxarmaqla Təqsirləndirilən şəxs2 verərək gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə tanışı "xxxx" MMC-nin Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən toyuq fermasında gözətçi işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin toyuqların oğurlayıb ucuz qiymətə satmaq barədə ümumi razılığa gələrək, bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə gecə saat 21 radələrində həmin fermanın 1-ci zonasında saxlanılan hər birinin dəyəri 12,5 manat ümumi 1050 manat dəyərində 84 ədəd “Brama” cinsli toyuqları Təqsirləndirilən şəxs1 tərəfindən kisələrə yığıb fermanın ərazisindən çıxarmaqla ona verərək gizli olaraq talayıb oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, 4 ildir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Azərquşçuluqda rəsmi qaydada gözətçi işləmiş, günaşırı növbədə olur, aylıq əmək haqqı isə 550 manat olmuşdur. Həmçinin ona fermadan ayda bir dəfə 30 ədəd yumurta rəhbərlik tərəfindən hədiyyə verilirmişdir. Təxminən hadisədən 5 gün əvvəl Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində Şahin adlı şəxsin işlədiyi "Barber şop" bərbər salonunda saçını düzəltdirərkən söhbət əsnasında saç ustası Şahin adlı şəxsə Azərquşçuluqda işlədiyini və orada saxlanılan toyuqlardan satmaq istədiyini demişdir. Belə ki, Şahinin toyuq alqı-satsı ilə məşğul olması barədə məlumatı olmuşdur. Buna görə də o, toyuqların birini 5 manatdan satmağı Şahinə təklif etmiş, Şahin onun təklifi ilə razılaşmış və ondan toyuq almağı qərara almışdır. Onunla söhbəti zamanı tanışı Rəvan adlı şəxsi toyuqların maşına yığılması üçün özünə kömək kimi gətirəcəyini demişdir. Sonra Şahinlə telefonda danışarkən müştəri tapdığını və 100 ədəd həmin toyuqlardan alacağını ona bildirmişdir. Onunla toyuqların bir ədədini 5 manata razılaşmış, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, gecə gözətçisi olduğu vaxt, 100 dənə toyuğu fermadan çıxarması üçün köməkçi və əlavə olaraq avtomobil gətirməsini bildirmişdir. Həmin gün saat 17 radələrində Azərquşçuluq fermadan işçilər getmiş, o isə tək olmuşdur. Şahin adlı şəxs üç avtomobillə Azərquşçuluq fermasına onun işlədiyi yerə gəlmiş və orada Şahindən başqa 4 nəfər şəxsdə olmuşdur. Onlardan üç nəfəri sürücü və bir nəfərdə kömək etmək üçün gəlmiş, həmin şəxslər tanışları Tural, Heydər qardaşları, Rəvan və Nihad olmuşdur. Avtomobillərdən isə VAZ-21011 markalı avtomobili Nihad, “Azsamand” markalı avtomobili Tural, VAZ-21099 markalı avtomobil isə Tural idarə etmiş, həmin zaman o fermaya daxil olub, iki ədəd torbaya 6 ədəd hər biri 4 kq olmaqla toyuqları torbaya yığıb fermanın qapısının ağızına gətirmiş, oradan isə Şahinə vermişdir ki, Şahin aşağı düşürüb Rəvana versin. Şahin həmin toyuqları Nihadın VAZ-21011 markalı avtomobilinə yığmışdır. Beləliklə onlar ümumulikdə təxminən 70 ədəd toyuğu Nihadın avtomobilinə yükləmiş, o, ümumilikdə fermadan 84 ədəd toyuq çıxarmış, toyuqların 70 ədədini Nihadın avtomobilinə, 14 ədədini isə Heydərin avtomobilinə yükləmişlər. Şahin və Nihad, Nihadın avtomobilinə əyləşib getmiş, bir neçə dəqiqə keçdikdən sonra Şahinin və Nihadın yolda polis əməkdaşları tərəfindən saxlanıldığını bilmiş, daha sonra polis əməkdaşları gəlib onu da polis bölməsinə aparmışlar. O Şahinlə razılaşmış ki, toyuqları satıb, onun pulunu versin. Lakin həmin toyuqları sata bilmədiyi üçün ondan pulunu ala bilməmiş, onlar Qobu polis bölməsinə gətirdikdən sonra fermanın sahibi olan Vüsal adlı şəxs gəlib, oğurladığı toyuqları fermaya aparmışdır. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxslərə vurulmuş zərəri tam ödəməsini və himayəsində azyaşlı övladını olmasını, ailəyə yeganə gəlir gətirən şəxsin o, olmasını nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, yaşadığı evin yaxınlığında 2-3 ildir bərbər olaraq işləyir, təxminən iki ay olar ki, yaşadığı ərazidə müştəri kimi Afiq adlı şəxsi tanımışdır. Təxminən 5 gün əvvəl Abşeron rayonu, Afiq adlı şəxs işlədiyi "Barber şop" bərbər salonunda saçını düzəltdirərkən söhbət əsnasında Afiq adlı şəxsin saçını düzəldən zaman sonuncu ona bildirmişdir ki, Azərquşçuluqda gözətçi işləyir və oradan 4 kq çəkidə olan "brama" cinsli toyuqların birini 5 manatdan ona sata bilər. Lakin sonuncu gecə vaxtı gəlməyi və satmağı ona təklif etmişdir. Toyuqların qiyməti 10 manata olduğunu, lakin ona 5 manata verə biləcəyini təklif etmişdir. O, Afiqlə razılaşmış və daha sonra tanışı Nihad ilə oraya getmişdir. Belə ki, Nihadın VAZ 21011 markalı avtomobili olduğu üçün Afiqdən aldığı toyuqları onun avtomobili gətirməyi planlaşdırmış, o məhlə uşağı olan Rəvanıda özü ilə aparımış ki, ona toyuqları avtomobilə yükləməkdə kömək etsin və bunun müqabilində sonuncuya 30 manat pul verəcəyini bildirmişdir. Eyni zamanda tanışı Heydərə də toyuqların daşınmasında köməklik etməyi xahış etmiş, sonuncu da qardaşı Turalla birlikdə gəlmişdir. Belə ki, Heydər VAZ-21099 markalı, Tural isə “Azsamand” markalı avtomobili ilə gəlmişdir. O, 100 ədəd həmin toyuqlardan alacağını Afiqə bildirmiş, lakin sonradan Nihadın avtomobilində 100-ədəd toyuğa yer olmadığı üçün 72 ədəd toyuğu onun maşınına yığmağa məcbur olmuşdur. Afiq fermaya daxil olub, iki ədəd torbaya 6-ədəd hər biri 4 kq olmaqla toyuqları torbaya yığıb, fermanın qapısının ağızına gətirmiş, oradan isə o aşağı düşürmüş, Rəvanla birlikdə Nihadın idarə etdiyi avtomobilə yığmışdır. 72 ədəd toyuğu Nihadın avtomobilinə yığdıqdan sonra yaşadğı evə yola düşmüş, Rəvan isə qalmış orada ki, kömək edib qalan toyuqları Heydərin maşınına yığsın və onunla birlikdə gəlsin. Məqsədinin oğurluq olmadığını, həmin toyuqları almaq üçün götürdüyünü, əməlin oğurluq olduğunu bilmədiyini bildirdi. Sonda niyyətinin oğurluq niyyəti olmadığını, törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, ailəsinə yeganə gəlir gətirən şəxs olduğunu nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2021-ci ildən Abşeron rayonu, “Azərquşculuq MMC”-nin hüquqşünası olaraq işləməyə başlamış, həmin “Azərquşculuq MMC”-ə Bakı şəhəri, Şamaxı Şosessi 31-ci km Pirəküşkül qəsəbəsi ərazisində yerləşir və orada təxminən 145 nəfər şəxs işləyir. Təqsirləndirilən şəxs1da həmin “Azərquşculuq MMC”-də gözətci (mühafizəçi) olaraq xx.xx.2023-cü ildən işləməyə başlamışdır. Afiq bir gündən bir olmaqla növbəli rejimdə işləməyə başlamış, təxminən 3 ay bundan öncə “Azərquşculuq MMC”-də sayım olmuş, bütün toyuqların yerində olduğunu orada 40000 toyuqların yerində olduğunu müəyyən etmişlər. Bundan sonra, yəni təxminən 3-ay bundan öncə fermada touyuqların yumurta vermə sayında azalma müşahidə edilmiş və onlar bunun ilk əvvəl toyuqlarda ola biləcək xəstəliklərlə bağlı olduğunu düşünmüşlər. Lakin xx.xx.2024-cü ildə axşam saatlarında fermadan toyuqların oğurlanması barədə onlara məlumat daxil olmuş, onlar bu barədə aidiyyati üzrə polis əməkdaşlarını məlumatlandırmış və daha sonra polis əməkdaşları bir qrup şəxsi fermanın yaxınlığında oğurluq edən yerdə saxlamış və onların oğurladıqları 84 ədəd toyuqlardan 10 ədədi ölmüş, qalan 74 ədədini isə fermaya qaytarmışlar. Lakin onlarda havasız qaldıqları üçün tələf olmuşdur. Bundan sonra onlar fermada toyuqların sayımını etmiş və müəyyən olmuşdur ki, fermadan ümumulikdə 3730 toyuq oğurlanmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 05 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncəli oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 1050 manat ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən "Barber şop" salonunda saç ustası işləyən Şahin adlı şəxslə çoxdandır tanışdır, onun saçını Şahin düzəldir. xx.xx.2024-cü il tarixdə Şahin onun nömrəsinə zəng vurmuş və demişdir ki, Azərquşçuluqda fermasından toyuq alıb evinə gətirmək üçün avtomobili ilə taksi kimi aparmağa 30 manat pul verir, onun vacib işi olduğu üçün qardaşı Turala demişdir ki, idarə etdiyi maşınla gedib yükü aparsın. Lakin sonradan işini tez qurtardığı üçün özü də Azərquşçuluq fermasına getmiş, qardaşı Tural da oraya gəlib çıxmışdır. Orada məlum olmuşdur ki, Şahin başqa bir avtomobil tapıb aldığı toyuqlarını gətrimək üçün fermaya gətirmişdir. O, fermaya özünə məxsus Vaz 21099 markalı, ** KN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmiş, əvvəlcə Şahin gəldiyi VAZ 21011" markalı avtomobilə toyuqları gətirib yığmışdır. Lakin Şahinin aldığı toyuqlar çox olduğundan qalan toyuqları onun avtomobilinə yığmağa başlamışdır. Onun avtomobilinə toyuqları Şahinin tanışı Rəvan gətirib yığmağa başlamış, təxminən 10-15 dənə toyuq yığmışdılar ki, polis avtopatullarının gəldiyini görmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, polis əməkdaşları oraya gələndə toyuqların oğurluq olması barədə məlumat almış, həmin vaxta qədər Şahin ona toyuqları aldığını, yalnız həmin toyuqları aparmaq üçün nəqliyyat vasitəsi lazım olduğunu demişdir. Göstərmişdir ki, nə onun, nə də ki, qardaşı Turalın həmin toyuqların oğurluq olmasından xəbəri olmamış və bu barədə Şahin özü də onlara bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyır, belə ki, Şahin onun sinif yoldaşı olmuşdur. xx.xx.2027-ci il tarixdə saat təxminən 18 radələrində Şahin ilə qəsəbədə təsadüfən rastlaşmış, Şahin ona bildirmişdir ki, 70-80 ədəd toyuq alıb, həmin toyuqları idarə etdiyi avtomobillə gətirmək istəyir və bunun müqabilində onunla 30 manata razılaşmışdır. Bundan sonra Vaz 21011 markalı, ** DN *** dövlət qeydiyyat nişanlı avtomobilinin yuxarı hissəsinə yük yerini qoyub, Şahinə saat 19 radələrində zəng etmiş və onun işlədiyi yerə getmişdir. Orada saçını kəsdirdikdən sonra saat 21 radələrində Azərquşçuluq fermasına Şahinlə birlikdə getmiş, həmin zaman orada üzdən tanıdığı Rəvanı görmüş, daha sonra oraya Heydər və qardaşı Tural da gəlmişdir. X6 köməkilik etmiş və bir neçə dəqiqə sonra Şahin təxminən 70-72 ədəd toyuğu onun idarə etdiyi avtomobilə yığmış, Şahinin qalan toyuğu isə Heydərin maşınına yığılıb gətirilməli idi. O, idarə etdiyi avtomobillə Şahinlə birlikdə onların evinə yola düşmüş, Rəvan orada qalmış ki, əlavə kömək lazım olarsa köməklik etsin. Yolda onları polis əməkdaşları saxlamış və daha sonra onları polis əməkdaşları Qobu polis bölməsinə dəvət etmişlər. Sonradan bilmişdir ki, Şahinin aldığı toyuqlar oğurluq imiş. Bundan sonra fermanın sahibi olan Vüsal adlı şəxs gəlib, Şahinin aldığı toyuqları fermaya aparmışdır. Göstərmişdir ki, onun həmin toyuqların oğurluq olmasından xəbəri olmamış və bu barədə Şahin özü də onlara bir məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən "Barber şop" bərbər salonunda saç ustası işləyən qonşusu Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə ona demiş ki, Azərquşçuluq fermasına gedib oradan toyuq almalıdır, həmin toyuqları maşına yükləməkdə fəhlə kimi köməklik etməyi demiş və 40 manat pul verəcəyini bildirmiş, o da sonuncu ilə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Şahinin işlədiyi bərbərxanaya gəlmiş, onunla birgə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsin ağ rəngli "VAZ 21011" markalı avtomobilinə əyləşib Azərquşçuluq fermasına gəlmişdir. Sonra oraya Heydər və Tural adlı şəxslər də maşınları ilə gəlmiş, sonuncuların birinin avtomobili "Vaz21099" markalı, digərinin avtomobili isə "Azsamant" markalı avtomobillər olmuşdur. Sonradan adının Afiq olduğunu bildiyi şəxs fermadan toyuqları gətirib Şahinə verməyə başlamış, həmin toyuqların çəkisi 4-5 kq olan ağ rəngli toyuqlar olmuş, onların təxminən 70 ədədini gəldiyi avtomobilin yük hissəsinə və damın üzərində olan yük hissəsinə yığmış, qalanını isə Şahin digər avtomobilə yığılacağını demişdir. Şahinə demişdir ki, «səninlə 40 manata bir avtomobilin yükünü danışdıq, mən ikincini yığmıram». Şahin ona əlavə pul verməsi üçün «məhlədə bu barədə danışarıq» demiş, birinci gəldikləri Vaz 21011 markalı maşınla getmişdir. O, təxminən digər avtomobilə 10-15 ədəd toyuq yığmış ki, polis əməkdaşlarının oraya gəldiyini görmüş və polis əməkdaşları orada onları saxlamışlar. Həmin vaxtı başa düşmüşdür ki, fermadan alınmış toyuqlar oğurluq toyuqlardır. Göstərmişdir ki, əvvəlcədən toyuqların oğurluq olduğunu bilməmiş, sadəcə pul müqabilində fəhlə kimi Şahinin istəyi ilə fermaya getmiş, toyuqların neçiyə satıldığını, kimə verildiyini, kim satdığını və ya fermadan oğurlandığından əvvəlcədən məlumatsız olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qardaşı Heydər onun istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək Şahinin 5 manata "brama" cinsli toyuqları aldığını dediyini bildirmiş və ona həmin toyuqları yükləyib aparmasında köməklik etməyi təklif etdiyini bildirmişdir. Heydər ona də Azsamand markalı avtomaşını ilə gəlməyi və əgər lazım olarsa, onun da maşınına toyuqlardan yükləyəcəyini bildirmişdir. O da razılaşmış və qardaşı Heydərin ona bildirdiyi yerə getmişdir. O, qardaşının ona bildirdiyi yerə özünə aid olan Azsamand markalı **-VZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə getmiş, qardaşı Heydərin yanına gələndə Şahini orada görmüş, həmin vaxtı Nihadın VAZ 21011 markalı avtomobilinə təxminən 70-72 ədəd toyuq yüklənmişdir. Daha sonra qardaşı Heydərin də idarə etdiyi avtomobilin arxasına təxminən 14 ədəd toyuq yığılmış, həmin vaxtı polis əməkdşaları gəlib onları saxlamış və polis bölməsinə aparmışlar. Göstərmişdir ki, sonradan adının Rəvan olduğunu bildiyi şəxs toyuqları qardaşının avtomobilinə yığılmasında köməklik etmiş, onları polis əməkdşaları saxladıqdan sonra məlum olmuşdur ki, Afiq fermadan toyuqları oğurlayaraq satırmış, toyuqların fermadan oğurlandığını əvvəlcədən bilməmiş, ondan yalnız nəqliyyat vasitəsi kimi toyuqların aparılmasında köməklik etməyi qardaşı xahiş etdiyi üçün oraya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin PPXB-də polis nəfəri kimi xidmət göstərir, rütbəsi polis serjantıdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 23:10 radələrində 12 nömrəli marşrut üzrə (57- 42) xidmətdə olmuş, onunla birlikdə polis nəfəri Şahid6 da xidmətdə olmuşdur. Həmin radələrdə radiostansiya vasitəsi ilə onlara verilən məlumat əsasında Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən toyuq fermasının qarşısına getmişlər. Daxil olmuş məlumatda toyuq fermasından toyuqların oğurlandığı bildirilmişdir. Əraziyə yaxınlaşdıqda orada üç minik avtomobilini saxlamış, həmin avtomobillər- Vaz 21011 markalı, ** DN *** dövlət nömrə nişanlı, Azsamand markalı, ** VZ *** dövlət nömrə nişanlı və Vaz 21099 markalı, ** KN *** dövlət nömrə nişanlı avtomobillər olmuş, belə ki, həmin avtomobillərdən Vaz 21011 markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobil toyuq fermasından qarşıda hərəkətdə olarkən saxlanılmış, həmin avtomobilin yük yerində çoxlu sayda toyuq olduğu aşkar edilmişdir. Eyni zamanda toyuq fermasının yanında digər iki avtomobil - Azsamand markalı, ** VZ *** dövlət nömrə nişanlı və Vaz 21099 markalı, ** KN *** dövlət nömrə nişanlı avtomobillər saxlanılmış, həmin avtomobillərdən yalnız Vaz 21099 markalı avtomobilin yük yerində toyuqlar aşkar edilmişdir. Vaz 21011 markalı avtomobildə olan şəxsin bildirməsinə görə toyuqları fermanın mühafizəçisindən aldığını bildirdiyi üçün, eyni zamanda digər şəxslərin də müəyyən edilməsi məqsədi ilə əraziyə əlavə kömək kimi əlavə patrul avtomobili çağırılmışdır. Bundan sonra Azsamand markalı, ** VZ *** dövlət nömrə nişanlı və Vaz 21099 markalı, ** KN *** dövlət nömrə nişanlı avtomobillər, həmin avtomobillərin sürücüləri və sərnişinləri Qobu PB-nin növbətçi hissəsinə gətirilib təhvil verilmiş və bölmə rəhbərliyinə raportla məruzə edildmişdir. Qobu PB-də həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək onların – xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci il təvəllüdlü Şahid4, xx.xx.2000-ci il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü Şahid2, xx.xx.2006-cı il təvəllüdlü Şahid3 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 digər Şahid5 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin PPXB-də polis nəfəri kimi xidmət göstərir, rütbəsi polis serjantıdır. 27 sentyabr 2024-cü il tarixdə təxminən saat 23:10 radələrində 10 nömrəli marşrut üzrə (57- 25) xidmətdə olmuş, onunla birlikdə polis nəfəri Şahid8 da xidmətdə olmuşdur. Həmin radələrdə radiostansiya vasitəsi ilə onlara verilən məlumat əsasında Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən toyuq fermasının qarşısına getmişlər. Daxil olmuş məlumatda toyuq fermasından toyuqların oğurlandığı bildirilmiş, həmin əraziyə 57-42 saylı avtopatrulun köməyə çağırışına əsasən yaxınlaşmış, əraziyə yaxınlaşdıqda orada üç minik avtomobili saxlanılmışdır. Həmin avtomobillər - Vaz 21011 markalı, ** DN *** dövlət nömrə nişanlı, Azsamand markalı, ** VZ *** dövlət nömrə nişanlı və Vaz 21099 markalı, ** KN *** dövlət nömrə nişanlı avtomobillər olmuşdur. Belə ki, həmin avtomobillərdən Vaz 21011 markalı, ** DN *** dövlət nömrə nişanlı avtomobil toyuq fermasından qarşıda hərəkətdə olarkən əməkdaşlar tərəfindən saxlanılmış, həmin avtomobilin yük yerində çoxlu sayda toyuq olduğu aşkar edilmişdir. Eyni zamanda toyuq fermasının yanında digər iki avtomobil - Azsamand markalı, ** VZ *** dövlət nömrə nişanlı və Vaz 21099 markalı, ** KN *** dövlət nömrə nişanlı avtomobillər də saxlanılmış, həmin avtomobillərdən yalnız Vaz 21099 markalı avtomobilin yük yerində toyuqlar aşkar edilmişdir. Bundan sonra qeyd olunan avtomobillər, həmin avtomobillərin sürücüləri və sərnişinləri Qobu PB-nin növbətçsi hissəsinə gətirilib təhvil verilmiş və bölmə rəhbərliyinə raportla məruzə edilmişdir. Qobu PB-də həmin şəxslərin şəxsiyyəti müəyyən edilərək onların – xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2, xx.xx.1991-ci il təvəllüdlü Şahid4, xx.xx.2000-ci il təvəllüdlü X2, xx.xx.2002-ci il təvəllüdlü Şahid2, xx.xx.2006-cı il təvəllüdlü Şahid3 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 digər Şahid7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMCdə icraçı direktor işləyir. Təxminən 4 ildir ki, həmin quşçuluq fermasında Təqsirləndirilən şəxs1 gözətçi kimi işə başlamışdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində bir nəfər tanışı ona zəng edərək quşçuluq fermasının qarşısında maşınların yığıldığını və oradan oğuruluq edilməsindən şübhələndiyini bildirmişdir. O da dərhal ərazidə xidmət aparan post patrul xidmətinin əməkdaşlarına məlumat vermişdir. Sonra isə özü də həmin quşçuluq fermasına qayıtmış, orada gəldikdə ona məlum olmuşdur ki, fermada gözətçi işləyən Təqsirləndirilən şəxs1 oradan 84 ədəd hər birinin dəyəri 12,50 manat olan təxminən hər biri 4 kiloqram çəkidə toyuğu oğurlayıb avtomobillərə yığan zaman post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 fermanın ərazisinə gətirilmiş 3 avtomobil və həmin avtomobillərin sürücüləri və sərnişinləri ilə birlikdə polis əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə Qobu polis bölməsinə aparılmışdır. Həmin vaxtı ilkin olaraq hər birinin dəyəri 12,50 manat olan 84 ədəd toyuğun oğurlanması müəyyən edilmiş və həmin toyuqlar polis bölməsində ona təhvil verilərək quşçuluq fermasına qaytarılmışdır. Həmin toyuqların ümumi qiyməti 1050 manat təşkil etmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs MMC-yə məxsus 1-ci zonada baş vermiş oğurluq hadisəsi ilə əlaqədar onun iştirakı ilə quşçuluq fermasında işləyən Heydərov İlqar, Hüseynov Taleh, Cəfərov Ayaz, Şahid9 ilə birlikdə sayım edilmiş, sayım zamanı fermadan ümumilikdə 3730 ədəd toyuğun oğurlanması aşkar edilmişdir. Oğurlanmış ümumilikdə 3730 ədəd “Brama” cinsli toyuğun ümumi dəyəri isə 46.625 manat təşkil etmişdir. Məhkəmə iclasına dəvət edilmiş,lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2017-ci ildən rəsmi olaraq Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs MMC-də montaj sexində fəhlə işləmiş, daha sonra həmin MMC-də mühafizəçi işləmişdir. Təxminən 3 il olar ki, MMC-də zona nəzarətçisi kimi işləməyə başlamış, birinci zonanın nəzarətçisi kimi işləyir və iş saatı səhər saat 08 radələrindən 17 radələrinədək davam etmişdir. İş saatı dövründə nəzarət etdiyi zonada toyuqların yemlənməsi, su xətlərində suya nəzarət, havalandırması, istilik tempraturuna nəzarət, ərazidə işçilərin təmizliyə riayət etmələri, işçilərin sexə girməzdən yuyunmaları və dezinfeksiya olunmaları, toyuqların yumurtalarına nəzarət edilməsi daxildir. Zərərçəkmiş şəxs MMC-də işlədiyi dövrdə oradan hər hansı bir oğurluq edilməsinin şahidi olmamışdır. 27 sentyabr 2024-cü il tarixdə qeyri iş günü olduğu üçün işdə olmamış, həmin günü axşam təxminən saat 23 radələrində yaşadığı evdə olarkən Zərərçəkmiş şəxs MMC-də müdir kimi fəaliyyət göstərən Şahid10 ona zəng vuraraq həmin MMC-dən oğurluq edildiyinin və oğurluğu edən şəxslərdən birinin əmisi oğlu Təqsirləndirilən şəxs1 olduğunu bildirmiş, o, da həmin günü onun qeyri iş günü olduğunu və baş vermiş oğurluqdan xəbərsiz olduğunu sonuncuya demişdir. Həmin gündən sonra 3 gün işə çıxmış, lakin sonradan ona işdən çıxarılmağı barədə məlumat verilmiş və şirkətin rəsmi mobil nömrəsi ondan alınmışdır. O işdən çıxarılmağı ilə bağlı şirkətin rəhbəri kimi tanıdığı Şahid10 müraciət etmiş və əsassız olaraq işdən çıxarıldığını bildirmişdir. Lakin Vüsal müəllim ona oğurluğun əmisi oğlu tərəfindən törədildiyini bildirmiş və rəhbərliyin də onu işdən çıxardığını bildirmişdir. O hazırkı vaxtadək işdən çıxarılmasının səbəbini öyrənməyə cəhd etsə də, işdən çıxarılmağının əsaslı səbəbini öyrənə bilməmişdir. Göstərmişdir ki, sexdə baş vermiş oğurluq onun qeyri iş günündə və onun həmin MMC-də işlədiyi iş saatı ərzində baş verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 29 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınma haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 22:10 dəqiqədə Təqsirləndirilən şəxs1 CMnin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət əməlinin tövsif olunması haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-695/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə” 30 sentyabr 2024-cü il tarixli qərarda görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-117/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 4(012)-695/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs1 barəsində 29 dekabr 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-872/2024 saylı, 26 dekabr 2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-505/2025 saylı, 23 yanvar 2025-ci il tarixli hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, 28 sentyabr 2024-cü il tarixdə, saat 23:10 dəqiqədə Təqsirləndirilən şəxs2 CMnin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbir seçilməsi barədə vəsatətin təmin edilməməsi haqqında” 30 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Seymur Məmmədovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Təqsirləndirilən şəxs barəsində MSY-dən azad edilməsi haqqında” 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, , ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 oktyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 oktyabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 08 dekabr 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, baxış protokolu, maddi sübut və digər sənədlər sübut növü kimi qiymətləndirilmişdir. - Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş 05 iyun 2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncəli oğlu və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-yə vurulmuş 1050 manat ziyan ödənilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs2 ifadəsinə münasibətdə məhkəmə iclasında onun tərəfindən bildirilmiş xüsusatları qeyri-səmimi hesab edərək, həmin ifadənin özünü müdafiə xarakteri daşıdığını və cinayət məsuliyyətindən yayınmaq kimi qiymətləndirir. Belə ki, qeyd olunan əməlin gecə saatlarında törədilməsi, oğurluq toyuqları müəssisənin satış üzrə səlahiyyətli şəxsi olmayan şəxs tərəfindən təqdim edilməsi özü-özlüyündə həmin əməlin alqı-satqı niyyəti ilə deyil, oğurluq niyyəti ilə törədildiyini və təqsirləndirilən şəxsin bu əməlin oğurluq olmasına dərk edəcək qədər kifayət qədər şəraitin olmasına dəlalət edir. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri və elan olunmuş ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində dörd nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini,himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət – ümumilikdə 03 ay 18 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 07 ay 06 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 oğlunun üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı və xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək ev dustaqlığında olduğu müddət – ümumilikdə 03 ay 18 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 07 ay 06 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Sumqayıt Şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli Sumqayıt Şəhəri Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkli Müdafiəçi2 200 (iki yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-505/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-505/2025
05.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver