Məhkəmə qərarları › İş №1(012)-506/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-506/2021

21.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-506/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, Ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə maşğul olan, Laçın rayonu, Bozlu kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsi, özbaşına tikilidə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.08.2021-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, N.Əsədov küçəsində ünvansız fərdi yaşayış evində, Zərərçəkmiş şəxs aralarında yaranmış ailə məişət münasibətləri zəminində baş vermiş mübahisə zamanı yumruqla vurub sonuncuya sağ qulaq arxası məməyəbənzər çıxıntı nahiyəsinin hematoması, sağ qulaq seyvanı nahiyyəsinin, sağ bazu, sol baldır nahiyyələrinin genişsahəli qançırları, sağ bud nahiyəsinin sıyrıqları ilə müşahidə edilən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə 2014-cü ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Onların birgə nikahlarından iki uşaqları var. Lakin onun Mehri adlı qadınla qeyri-rəsmi münasibətdə olması Fəridə ilə münasibətlərinin korlanmasına səbəb olmuş və aralarında bir neçə dəfə mübahisə də yaranmışdır. Belə ki, 12.08.2021-ci il tarixdə, saat 23 radələrində yaşadıqları evdə Fəridə onun Mehri ilə olan münasibətinə kəskin etiraz edərək ona öz iradını bildirmişdir. Mübahisə zamanı Fəridə evi tərk edərək küçəyə çıxmaq istədikdə, o, Fəridənin qolundan tutaraq getməsinə imkan verməmiş və onu evə geri qaytararaq bir dəfə əli ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Bundan sonra Fəridə DİNnin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqiqə davam etmişdir. Fəridənin ona məxsus qızılı satmaqda onu günahlandırması barədə isə onu qeyd edə bilər ki, həmin qızılı birgə nikahda olduqları zaman almış, daha sonra isə ailəsinin zəruri ehtiyaclarını ödəmək üçün satmışdır. Törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2014-cü ildə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından iki uşaqları var. Əvvəllər Çingizlə münasibətləri yaxşı olsa da, sonradan aralarında soyuqluq yaranmışdır. Buna səbəb isə Çingizin Mehri adlı qadınla qeyri-rəsmi münasibətdə olması və ona məxsus 237 qram çəkisi olan qızılını sataraq Mehri üçün xərcləməsi olmuşdur. 12.08.2021-ci il tarixdə, saat 23 radələrində o, qeyd olunan məsələ ilə əlaqədar Çingizə irad tutaraq kəskin etiraz etmişdir. Daha sonra isə evi tərk edərək həyətə çıxmaq istəsə də, Çingiz onun qolundan tutaraq evə geri qaytarmış və onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə əli və ayağı ilə vuraraq xəsarət yetirmişdir. O, dərhal DİN-nin “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, daha sonra ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. Aralarında baş vermiş mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmadığından ona cəza təyin edilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 14.08.2021-ci il tarixli, 1900 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ qulaq arxası məməyəbənzər çıxıntı nahiyəsinin hematoması, sağ qulaq seyvanı nahiyyəsinin, sağ bazu, sol baldır nahiyyələrinin genişsahəli qançırları, sağ bud nahiyəsinin sıyrıqları bərk-küt əşya (alət) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 12.08.2021-ci il tarixdə dava-dalaş zamanı əl, təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aidddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 27.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon İHB-nın Masazır kənd İƏD-si üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, məhkəməyədək sadələşdirilmiş icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və himayəsində iki azyaşlı uşağının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs cinayət törədildikdən sonrakı davranışını, onun cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar