Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-506/2024 17.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Əməli törədən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət verən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1975-ci il tarixdə Beyləqan şəhəri, Əhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan şəhəri, Əhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 01 yanvar 2024-cü il tarixdə saat 11 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 2 ünvanında onun qızları Şahid geyiminə qarışıb sonuncuya şifahi formada irad bildirərkən arvadı Zərərçəkmiş şəxs onun bu iradını qəbul etməməsi üstündə ailə daxili münasibətlər zəminində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əli ilə sonuncunun sifətindən və ayaq zərbələri ilə onun ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı və sol baldır nahiyəsinin iri ölçülü qançır-şişkinliyi, sol said və sağ baldır nahiyələrinin qançırları, sağ əlin İİİ barmağının sıyrığı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş əməli törədən şəxs Təqsirləndirilən şəxs özünü ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs şikayəti ilə tanış olmuş, 1999-cü il tarixdə onunla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladı vardır. Münasibətləri əvvəllər normal olmuş, lakin son vaxtlar aralarında ailə daxili münaqişələri baş verməkdədir.xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən 2001-ci il təvəllüdlü qızı Fatimə öz rəfiqəsi ilə görüşmək üçün Bakı şəhərinə gedərkən dar şalvar geyinmişdir. O, bir valideyn kimi ona iradını bildirmiş, şalvarını dəyişməyi ondan tələb etmişdir. Onların söhbətlərinə arvadı Gülgəz müdaxilə etdiyi üçün əsəbiləşərək Gülgəzin sifət nahiyəsindən sillə ilə ayaq nahiyəsindən isə təpiklə zərbələr vurmuşdur. Ona görə də Gülgəz bu barədə DİN-nin "102 qaynar xəttinə zəng edərək məlumat vermişdir. Əsəbiləşdiyi üçün Gülgəzi döysə də, qızı Fatiməni heç bir formada öldürməklə hədələmədiyini, onun dediklərinin yalan olduğunu, sadəcə sözlə irad bildirdiyini, mübahisənin yaşadıqları evdə təxminən 2-3 dəqiqə zaman kəsiyində baş verdiyini, həmin vaxtı evdə qızı Fatimə və arvadı Gülgəzdən başqa heç kimin olmadığını göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək, əməlindən peşman olduğunu, özünü təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, onu bir daha narahat etməyəcəyini, ona qarşı heç bir qanunsuz hərəkət etməyəcəyini qeyd edərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş şikayət verən şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1999-cü ilin tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan iki övladları var. Əvvəllər münasibətləri normal olsa da, son vaxtlar aralarında tez-tez ailə məişət zəmnində münaqişələr baş verməkdədir. xx.xx.2024-ü il tarixdə səhər saat 10 radələrində 2001-ci il təvəllüdlü qızı Şahid öz rəfiqəsi ilə görüşmək məqsədi ilə Bakı şəhərinə getmək istəyərkən şalvar geyinmiş, Kamal isə Fatiməyə iradını bildirərək şalvarın onun əyninə dar olduğunu deyərək həmin şalvarı geyinməməyi ondan tələb etmişdir. O, Kamala Fatimənin əvvəllər də həmin şalvarı geyindiyini demiş, bu zaman Fatimə əsəbiləşərək şalvarı əynindən çıxarıb yerə tullamışdır. Şalvarın qayışı divara dəymiş və səs etmişdir. Bu zaman Kamal otağa daxil olaraq nə baş verdiyini soruşub özüözünə əsəbiləşərək onu bezdirdiklərini demiş, ona iradını bildirmiş və təpiklə onun hər iki ayaq nahiyəsindən, yumruqla bədəninin müxtəlif nahiyələrindən zərbələr vurmuşdur. Qızı Fatiməni öldürəcəyi ilə hədələmiş, o da evdən qaçaraq DİN-nin “102” qaynar xəttinə zəng edərək məlumat vermişdir. Baş vermiş mübahisənin Xırdalan şəhərində yaşadığı evdə, təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxtı qızı Fatimənin və əri Kamaldan başqa heç kimin olmadığını, Kamalın təpiklə hər iki ayaq nahiyəsindən, yumruqla isə bədəninin müxtəlif nahiyələrindən zərbələr vurduğunu göstərmişdir. Məhkəməyə ərizə təqdim edərək əməli törədən şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda sonuncudan heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə rəfiqəsi ona zəng edərək Bakı şəhərində olduğunu, onunla görüşmək istədiyini demiş, o da həmişə geyindiyi şalvarı geyinib rəfiqəsi ilə görüşmək üçün Bakı şəhərinə getmək istəyərkən atası Kamal ona iradını bildirmişdir. Geyindiyi şalvarın əynində dar görsəndiyini, onu geyinməməyi tələb etmiş, anası Gülgəz onların söhbətlərinə müdaxilə edərək həmin şalvarı həmişə geyindiyini, bundan başqa şalvarı olmadığını demiş, o da əsəbiləşərək şalvarı əynindən çıxarıb yerə tullamışdır. Şalvarın qayışı divara dəymiş və səs etmişdir. Atası Kamal dərhal otağa daxil olaraq nə baş verdiyini soruşmuş, əsəbiləşərək onu sözlə öldürəcəyi ilə hədələmiş, sonra isə anası Gülgəzin sifət nahiyəsindən sillə ilə, ayaq nahiyəsindən isə təpiklə zərbələr vuraraq onu döymüşdür. Anası Gülgəz çox çətinliklə bayıra çıxmış və bu barədə “102 qaynar xəttinə” zəng edərək məlumat verdiyini göstərmişdir. Atası Kamalın onu sözlə öldürməklə hədələdiyini, həmin vaxtı ona hər hansı bir formada xəsarət yetirmədiyini, bununla bağlı atası Kamaldan heç bir şikayəti olmadığı üçün şikayət ərizəsi yazmaqdan imtina etdiyini qeyd etmişdir.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "MTE və PA ETT Birliyi" X4 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşahidə olunan sol diz oynağı və sol baldır nahiyəsinin iri ölçülü qançırşişkinliyi, sol said və sağ baldır nahiyələrinin qançırları, sağ əlin İİİ barmağının sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinin (əl,ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdur. Belə ki, Beyləqan rayon məhkəməsininin 04 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələblərinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. Şikayət verən şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Əməli törədən şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbi qalmamışdır. Ona görə də, məhkəmədən barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin və şahidin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışlar, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Müdafiəçi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilikdə 20 (iyirmi) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-506/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-506/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver