Məhkəmə qərarları › İş №1(012)-507/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-507/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-507/2023 03.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 160, mənzil 10-da qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:05 radələrində idarə etdiyi «Haojue» markaloı, TR 1505 modelli, 99 B 316 dövlət qeydiyyat nişanlı motosikllə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsi ilə Bakı şəhəri, Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən həmin ərazidə yerləşən «Ülvi» şadlıq evinin qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli,onun həmin maddənin tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara riayət etməmiş, həmin vaxtı onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə yolun sağında ehtiyat hissədən sola doğru manevr edib geriyə dönmə əməliyyatı edərkən yolu hərəkət hissəsində motosikllə moped toqquşmuş, nəticədə mopedin sürücüsü Zərərçəkmiş şəxs aldığı zərbədən yerə yıxılaraq ehtiyatsızlıqdan sol qamış sümüyünün yerdəyişməyən qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, «Haojue» markaloı, TR 1505 modelli, 99 B 316 dövlət qeydiyyat nişanlı motosikli vardır. Həmin motosikli idarə etməyi üçün «A B C» kateqoriyalı sürücülük vəsiqəm vardır. 02 dekabr 2022-ci il tarixdə idarə etdiyi «Haojue» markalı, TR 1505 modelli, 99 B 316 dövlət qeydiyyat nişanlı motosikllə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən yolun sağından soluna doğru maşının arxasından çıxaraq mopedin hərəkət etdiyini görmüşdür. Mopedi idarə edən şəxs ayaqlarını yola diriyərək mopedi idarə etmişdir. Orta qoşa xəttə çatmamış idarə etdiyi motonun idarə etdiyi motonun qabaq tərəfi mopedin arxa tərəfinə dəymişdir. Hadisə nəticəsində mopedi idarə edən şəxs adını sonradan bildiyi Zərərçəkmiş şəxs xəsarət almışdır. O, hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı motosikldə tək olmuş və hadisə vaxtı hər hansı spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs yolun əsas hissəsinə çıxaraq təhlükə yaratmasını hərəkətdə olduğu zaman toqquşma baş verməmişdən 15 metr qalmış görmüşdür. Təhlükə yarandığı anda ara məsafə az olduğundan hadisənin qarşısını ala bilməmişdir. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünə məxsus 49 kub metr həcmli mopedi vardır və həmin mopedlə «Uber» şirkətinin nəzdində çatdırma xidməti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində idarə etdiyi 49 kub metr həcmli mopedlə Abşeron rayonu, Mehdiabad qəsəbəsi 28 May küçəsi ilə Binəqədi rayon istiqamətində hərəkətdə olmuş, «Ülvi» şadlıq sarayına çatmağa az məsafə qalmış geriyə qayıtmaq lazım olmuş, yolda avtomobillərin intensiv hərəkət etdiyi üçün mopedi sağa çəkib ehtiyat hissədə dayanmış, bundan sonra avtomobillərin dayandığını zənn edib 28 May küçəsi ilə yolu sağ tərəfdən sol tərəfə düzünə 8 km/ssaat sürətlə keçən zaman sol tərəfdən motosiklin gəldiyini görmüş, yolun orta sədd xəttinə çatdıqda adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi «Haojue» markalı TR1505 modelli 99-B-316 dövlət qeydiyyat nişanlı motosikl ilətoqquşmuş, toqquşma nəticəsində yerə yıxılaraq sol ayaq nahiyəsindən xəsarət almışdır. Bundan sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmış, orada ona tibbi yardım edilmişdir. Sürücü onun müalicə xərclərinin tam ödəmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 62TS saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs«X8» PS-da klinik müayinəsi zamanı qoyulmuş diaqnoz «sol qamış sümüyünün yerdəyişməyən sınığı, sol baldırın əzilməsi» küt yaranma mexanizminə malik olub, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı nəticəsində əmələ gəlmələri mümkündür, ağırlıq dərəcəsi xəstənin müalicəsi başa çatdıqdan və şəxsin məhkəmə-tibbi müayinəsi aparıldıqdan sonra aydınlaşdırılacaqdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 93 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qamış sümüyünün yerdəyişməyən qapalı sınığı bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 02 fevral 2023-cü il tarixli 8/160 saylı rəyindən görünür ki,

1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Haojue» markalı TR1505 modelli 99-B-316 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən mopedin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2022-ci il tarixli, 2/39911 nömrəli aktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. Abşeron rayon Pİ-nin DYPŞ-dən alınmış məktubla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs adına xx.xx.2019-cu ildə «A,B,C» kateqoriyalı AD 204642 nömrəli sürücülük vəsiqəsi verilmişdir, sürücülük vəsiqəsi məhdudlaşdırılmayıb və məhrum edilməyib, xx.xx.2029-cu il tarixə kimi etibarlıdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmiş, «Haojue» markalı TR1505 modelli 99-B-316 dövlət qeydiyyat nişanlı motosikl, bir ədəd moped saxlanılması üçün sahibinə qaytarılmışdır. Məhkəmə baxışı iclasında hadisə yerinə yaxın ərazidə quraşdırılmış video müşahidə qurğusunun kamerasının xx.xx.2022-ci il tarixdə saat 11:05:50-dən 11:06:26dək olan müddətdəki görüntülərin köçürüldüyü bir ədəd diskə baxış keçirilmiş, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən «Ülvi» şadllıq sarayının qarşısındakı ərazini fiksə edir. Video müşahidə kamerasının görüntü vaxtı 00:00 saniyədən 00:48 saniyəyədək olan müddəti əhatə edir və görüntü xx.xx.2022-ci il tarixdə saat 11:05:50 saniyədən saat 11:06:26 saniyədə qeydə alınmışdır. Videogörüntüyə baxdıqda 28 May küçəsi ilə qarşı-qarşıya nəqliyyat axını müşahidə edilir. Avtomobil sıxlığı azaldığı anda 28 May küçəsi ilə hərəkətdə olan moped sürətini azaldıraq «Ülvi» şadlıq evinin qarşısında yolun sağında dayanır və nəqliyyat axınına nəzarət edir. Həmin anda eyni hərəkət olunda olmuş qara rəngli Mercedes Benz C markalı avtomobil mopedin bərabərliyini keçərək qarşısında dayanır. Bu anda moped qeyd olunan qara rəngli Mercedes Benz C markalı avtomobilin arxasından əks istiqamətli yola tərəf dönmə əməliyyatı yerinə yetirmək istəyir və görüntünün 00:26-cı saniyəsində, yəni saat 11:06:26 saniyəsində mopedlə eyni hərəkət yolunda hərəkətdə olan motosikl sürətlə hərəkət edərək mopedin arxa təkərindən toqquşur və moped aşaraq sürücüsü yerə yıxılır. Həmin vaxtı ətrafdan adamlar toplaşır və mopedin sürücüsünə yardım edir, həmin vaxtı hadisə yerinin qarşısında saxlanılmış motosiklin sürücüsü də hadisə yerinə yaxınlaşır. Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, video müşahidə kamerasının fiksə etdiyi görüntüdə əksi təsvirolunan motosikl ona məxsusdur və hadisə vaxtı motosikli özü idarə etmişdir. Belə ki, 02 dekabr 2022-ci il tarixdə idarə etdiyi «Haojue» markalı, TR 1505 modelli, 99 B 316 dövlət qeydiyyat nişanlı motosikllə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində Binəqədi rayonu istiqamətində hərəkətdə olarkən yolun sağından soluna doğru maşının arxasından çıxaraq mopedin hərəkət etdiyini görmüşdür. Mopedi idarə edən şəxs ayaqlarını yola diriyərək mopedi idarə etmişdir. Orta qoşa xəttə çatmamış idarə etdiyi motonun qabaq tərəfi mopedin arxa tərəfinə dəymişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş notariat ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onunla barışıb və təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, «Haojue» markalı TR1505 modelli 99-B-316 dövlət qeydiyyat nişanlı motosikl, bir ədəd moped saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, «Haojue» markalı TR1505 modelli 99-B-316 dövlət qeydiyyat nişanlı motosikl, bir ədəd moped saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar