Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-508/2020 07.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Naxçıvan MR-in Babək rayonu, Didivar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Naxçıvan MR-in Babək rayonu, Didivar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, A.Abbasov küçəsində özbaşına tikilidə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsi A.Abbasov küçəsində azyaşlı övladlarının mübahisələrinə müdaxilə etmələri səbəbindən qonşusu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən yumruqla qəsdən vuraraq, ona burun sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınığından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qonşudur və münasibətləri əvvəllər yaxşı olmuşdur, aralarında heç bir ədavət yoxdur. xx.xx.2020-ci il tarixdə yaşadığı fərdi yaşayış evinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs ona yaxınlaşaraq kobud şəkildə azyaşlı övladı ilə heç kəsin işinin ola bilməyəcəyini deyərək, əks halda həmin şəxsi tutduracağı ilə hədələmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə yaşadığı ərazidə olan azyaşlı uşaqlar 2010cu il təvəllüdlü oğlu Cəsurun fiziki qüsuru ilə zarafat etdikləri üçün arvadı Şahid2 onlara öz iradını bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs da oğlu onların sırasında olmuşdur. Qeyd edilənlərlə bağlı məlumatlı olduqdan sonra Zərərçəkmiş şəxsla təsadüfən yaşadığı fərdi yaşayış evinin yaxınlığında rastlaşmış və sonuncuya nə sözü varsa ona deməsini tələb etmiş, həmin vaxt Akif ürəyi necə istəyirsə elə də edəcəyini bildirmiş və aralarında sözlə mübahisə olmuşdur. Bundan sonra Akif yenidən bir dəfə də arvadı Şahid2 qarşısını kəsərək nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs öz hərəkətlərini davam etdirdiyini görüb, onunla danışmaq qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Akifi yaşadıqları küçədə görüb yaxınlaşaraq arvadı Səidə ilə kobud danışmamağı barədə xəbərdarlıq etdikdə, Akif səs-küy salmağa başlayaraq onu kənara dəvət etmişdir. Onlar kənara çəkilən zaman Akif sillə ilə üzünün sol nahiyyəsindən vurmuşdur. Həmin vaxt əlinin içi ilə Akifin üz nahiyyəsindən bir dəfə vurmuşdur. Akif ilə aralarında baş vermiş mübahisə zamanı səs küy yaranmadığı üçün ətrafdan kənar şəxslər toplaşmamış, Zərərçəkmiş şəxs ona xəsarət yetirdiyinə görə sonuncunu əli ilə bir dəfə vurmuşdur. Aldığı xəsarətlə əlaqədar müalicə olunması üçün zərərçəkmiş şəxsə 500 manat nəğd, daha sonra hissə-hissə 1000 manat yardım etmək istəsə də zərərçəkmiş şəxs pulu qəbul etməkdən imtina etmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmaq istəyir. Əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur və Vüsal ilə münasibətləri əvvəllər yaxşı olmuşdur, aralarında heç bir ədavət yoxdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə onun azyaşlı övladı arasında sözlə mübahisə olmuş, azyaşlı uşaqların mübahisəsinə Təqsirləndirilən şəxs və arvadı Şahid2 da müdaxilə edərək, 2010ci il təvəllüdlü oğlu Adil Dəmirzadəyə öz iradlarını kobud şəkildə çatdırmışlar. Bu barədə oğlu ona bildirmiş, həmin gün saat 19 radələrində isə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin yaxınlığında təsadüfən görən zaman sonuncuya səmimi azyaşlı uşaqların mübahisəsinə qarışmağın düzgün olmadığını demişdir. Bu zaman Vüsal ünvansız söyüşlər söyməklə ona cavab qaytarmışdır. Şahid2 xx.xx.2020-ci il tarixdə onun yanında olan azyaşlı oğlu Adilin qarşısını kəsərək, arvadı Şəfiqənin barəsində xoşagəlməz sözlər işlətməyə başlamış, eləcə də, onu təhqir etmişdir. Bu səbəbdən həmin gün Təqsirləndirilən şəxs ilə aralarında sözlə mübahisə yaransa da, mübahisə dava-dalaşa çevrilməmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında olan zaman Təqsirləndirilən şəxs söhbət eləmək adı ilə onu kənara dəvət etmiş, Təqsirləndirilən şəxsla kənara çəkilən zaman sonuncu ünvanına nalayiq ifadələr işlədib anidən bir dəfə üz nahiyyəsindən yumruqla vurmuşdur. Zərbənin təsirindən yerə oturmuşdur. Həmin vaxt Vüsal əynində olan köynəyini başına keçirib bədəninin müxtəlif nahiyyələrindən təpik və yumruqla davamlı olaraq vurmuşdur. Sonra isə oradan uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə ilə bağlı DİNin 102 xidmətinə məlumat vermişdir. Vüsal ilə aralarında baş vermiş mübahisə zamanı səs küy yaranmadığı üçün ətrafdan kənar şəxslər toplaşmamış, Vüsala müqavimət göstərməmiş və sonuncuya xəsarət yetirməmişdir. Aldığı xəsarətlə əlaqədar müalicə almağına görə Vüsal ona maddi yardım 500 manat nəğd, daha sonra hissə-hissə 1000 manat yardım təklif etsədə, həmin təkliflə razılaşmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əri, Təqsirləndirilən şəxs isə qonşusudur. Qonşusu Təqsirləndirilən şəxs və arvadı Şahid2 ilə aralarında əvvəllər heç bir ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs övladı ilə onun azyaşlı övladı arasında sözlə mübahisə olmuş, azyaşlı uşaqların mübahisəsinə Təqsirləndirilən şəxs və arvadı Şahid2 müdaxilə edərək, 2010-ci il təvəllüdlü oğlu Adil Dəmirzadəyə öz iradlarını kobud şəkildə çatdırmışlar. Bu barədə əri Zərərçəkmiş şəxs qonşusu Vüsal ilə danışmaq istəsə də, sonuncu kobud rəftar edərək, danışmaqdan boyun qaçırtmışdır. Bundan sonra Səidə bir neçə dəfə azyaşlı övladına onun barəsində xoşagəlməz sözlər demişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əri Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri, Zərərçəkmiş şəxs isə qonşusudur. Aralarında əvvəllər heç bir ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə 2010-cu il təvəllüdlü oğlu Cəsur Məmmədovla qonşuluqda yaşayan azyaşlı uşaqların kobud zarafat etmələrini eşidib, onlara öz tövsiyyəsini vermiş, bundan sonra Zərərçəkmiş şəxs bir neçə dəfə onun qarşısını kəsib, kobud şəkildə övladına qarşı düzgün hərəkət etmədiyini bildirmiş, o, Akifə cavab olaraq arvadı Şəfiqə ilə bu barədə danışdığını demiş, bundan sonra xx.xx.2020-ci il tarixdə əri Vüsal Dəmirov ilə qonşusu Zərərçəkmiş şəxs arasında dava-dalaş olduğunu eşitmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1548 nömrəli rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmamışdır. İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli, 1522saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – burun sümüklərinin qapalı, qəlpəli yerdəyişən sınığı ilə burun nahiyyəsinin qançır-şişkinliyi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda qeyd olunan və qərarda qeyd olunan şəraitdə, yəni xx.xx.2020-cu il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasənhimayəsində azyaşlı uşağın olmasıcəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 32 saat hüquqi yardıma görə 192 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X1 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 32 saat hüquqi yardıma görə 192 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-508/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-508/2020
07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver