Məhkəmə qərarları › İş №1(012)-508/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-508/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-508/2021 19.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1995-ci ildə Yardımlı rayonu, Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkumluğu olmayan, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olan və Abşeron rayonu, 28 May qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə bir ədəd şəffaf politelin bükümdə təmiz çəkisi 0,358 qram və 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,052 qram, 0,049 qram, 0,050 qram, 0,066 qram və 0,100 qram 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 6 ədəd bükümdə ümumi təmiz 0,675 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,075 qram, 0,051 qram, 0,056 qram 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxil olan ümumi təmiz 0,182 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib Abşeron rayonu, Hökməli qəsəbəsinə daşıyaraq üzərində saxlamış, 04.06.2021-ci il tarixdə saat 17:00 radələrində Abşeron rayon polis idarəsinin Qobu PB-nin əməkdaşları tərəfindən Abşeron rayonu Hökməli qəsəbəsində saxlanılaraq, Qobu PB-nin inzibati binasına gətirilmiş və xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf politelin bükümdə təmiz çəkisi 0,358 qram və 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,052 qram, 0,049 qram, 0,050 qram, 0,066 qram və 0,100 qram ümumi təmiz çəkisi 0,675 qram narkotik vasitə olan heroin və üç ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,075 qram, 0,051 qram, 0,056 qram ümumi təmiz çəkisi 0,182 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 1 ildir narkotiok vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 04.06.2021-ci il tarixdə saat 16 radələrində narkotik vasitə heroin və psixotrop maddə almaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. Həmin vaxtı Hökməli qəsəbəsində bir nəfər adını Nici kimi bildiyi şəxsdən 20 manat müqabilində kibrit qutusunda 6 büküm narkotik vasitə olan heroin və 3 büküm psixotrop maddə olan metamafetamin alıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra Hökməli qəsəbəsində getmək istəyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, birlikdə Qobu polis bölməsinə getməyini dəvət etmişlər. Abşeron RPİ-nin Qobu polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, o da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “SETAREH MOMTAZ” yazıları yazılmış kibrit qutusunun içərisində olan 1 ədəd şəffaf selofan parçasına bükülmüş və 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumlikdə 6 bükümdən ibarət olan narkotik vasitə heroini və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş 3 bükümdən ibarət olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bükümlər şəxsi axtarış zamanı kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni və psixotrop maddəni 04.06.2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində Nici adlı şəxsdən 20 manata aldığını bildirmişdir. 1 ildir narkotiok vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə edir. 04.06.2021-ci il tarixdə saat 16 radələrində narkotik vasitə heroin və psixotrop maddə almaq üçün Abşeron rayonu, Hökməli qəsəbəsinə gəlmişdir. Həmin vaxtı Hökməli qəsəbəsində bir nəfər adını Nici kimi bildiyi şəxsdən 20 manat müqabilində kibrit qutusunda 6 büküm narkotik vasitə olan heroin və 3 büküm psixotrop maddə olan metamafetamin alıb əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra Hökməli qəsəbəsində getmək istəyən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, birlikdə Qobu polis bölməsinə getməyini dəvət etmişlər. Abşeron RPİ-nin Qobu polis bölməsində xidməti otaqların birində video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuş, o da əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd üzərində “SETAREH MOMTAZ” yazıları yazılmış kibrit qutusunun içərisində olan 1 ədəd şəffaf selofan parçasına bükülmüş və 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumlikdə 6 bükümdən ibarət olan narkotik vasitə heroini və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş 3 bükümdən ibarət olan psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmim bükümlər şəxsi axtarış zamanı kağız zərfə qoyularaq qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq edilmişdir. Bu barədə polis əməkdaşları tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Sorğu zamanı o, həmin narkotik vasitəni və psixotrop maddəni 04.06.2021-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində Nici adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonda o, əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, ilk dəfə cinayət törətdiyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Qobu polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. 04 iyun 2021-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, 28 may qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib üzərində saxlaması və daşıması ilə məşğul olması, hazırda Abşeron rayonu Hökməli qəsəbəsində olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Qobu polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Qobu polis bölməsinin CA üzrə əmliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Hökməli qəsəbəsinə getmişlər. Həmin vaxtı Hökməli qəsəbəsində küçədə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxsna üzərində narkotik maddə olması barədə məlumatlarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxsna videoçəkilişlə üzərində şəxsi axtarış keçiriliəcəyi bildirilmişdir. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün narkotik vasitə heroin və metamfetamin olduğunu və əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən çıxardığı bir ədəd üzərində “SETAREH MOMTAZ” yazıları yazılmış kibrit qutusunun içərisində olan 1 ədəd şəffaf selofana bükülmüş və 5 ədəd siqaretin gümüşü kağızına bükülmüş ümumilikdə 6 ədəd bükümdən ibarət olan narkotik vasitə heroinə bənzər maddəni və 3 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərdəki kütlələr narkorik vasitə heroin və psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni və psixotrop maddəni 04.06.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid X3 elan olunmuş ifadəsindən görünür ki, o digər Şahid1 ilə istintaqda analoji ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-bioloji ekspertizasının 05 iyun 2021-ci il tarixli, 6/2262 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxsR” yazısı olan zərfdəki 1(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,358 qram və 5(beş) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,052 qram, 0,049 qram, 0,050qram, 0,066 qram 0,100 qram ümumilikdə 6(altı) ədəd bükümdə ümumi təmiz çəkisi 0,675 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindirvə 3 (üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,075 qram, 0,051 qram 0,056 qram ümumi təmiz çəkisi 0,182 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroinin ümumi təmiz çəkisi-0.675 qram, tədqiqata sərf edildi-0.12 qram, qalıq-0.555 qram; Metamfetaminin ümumi təmiz çəkisi- 0.182 qram, tədqiqata sərf edildi-0.06 qram, qalıq-0.122 qram; Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin, metamfetamin – “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in _ siyahısına daxildirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 04 avqust 2021-ci il tarixli, 2673 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən üzərində “SETAREH MOMTAZ” yazıları olan kibrit qutusunu və içərisində 6 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 3 ədəd kağız bükümdə olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini çıxararaq təqdim etmişdir. Sorğu zamanı Rizvan oğlu Elmin Rizvan oğlu bildirmişdir ki, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 6 ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitəni və 3 ədəd bükümdə psixotrop maddə metamfetamini 04.06.2021-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata almış və üzərində daşımışdır. Subutların qiymətləndirilməsi haqqında 23 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş və ekspertizadan sonra 0,555 qram qalmış narkotik vasitə olan heroin və 0,122 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq, saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmiş və onun üzərinə şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan bir ədəd DVD farmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 04.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06.06.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 06.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04.06.2021-ci il tarixdən hesablanmaqa 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 31.08.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 24.09.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Yardımlı RİHB İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayonu, Zevin kəndində qeydiyyatdadır və qeydiyyatda olduğu yer üzrə də müsbət xarakterizə edilir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkiləri 0,555 qram narkotik vasitə olan heroin və 0,122 qram psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Bununla yananşı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Rzayev Sərvər oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 04.06.2021-ci il tarixdən hesablansın. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşron rayon Pİ-də saxlanılan, qalıq çəkiləri 0,555 qram narkotik vasitə olan heroin və 0,122 qram psixotrop maddə olan metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin Abşeron Rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi göstərdiyi 50 saat hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Rzayev Sərvər oğlunun göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar