Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-508/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və onun nümayəndəsi vəkil Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı. Azərbaycanlı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon ev 62, mənzil 66-da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində idarə etdiyi “Mersedes B-class” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu. Saray qəsəbəsi H.Əliyev küçəsi ilə hərəkətdə olduğu zaman Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün tədbirlər görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, göstərilən tələblərə əməl etməyərək avtomobilin qabaq sağ hissəsi ilə sürücünün hərəkət istiqamətinə görə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Sumqayıt şəhər sakini, xx.xx.1976-cı il təvəllüdlü X5 vurmuş, nəticədə ehtiyyatsızlıqdan sonuncuya başın küt travması, baş beyin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar və kəllə sümüklərin sınığı, hər iki ağciyər əziyi , sol tərəfli 2,3,4 qabırğaların qapalı sınıqları, sol baldır sümüklərinin orta 1 \3-nin qapalı, yerdəyişən sınığı, başın alın və burun nahiyyələrinin əzilmiş cırılmış yaraları, hər iki gözətrafı yumşaq toxumaların qançırşişkinliyi, bədənin sıyrıq və qançırları kimi xəsarətlər ölmünə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri 17-ci mikrorayon, ev 62, mənzil 66-da qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ailələrinin və eləcədə özünün heç kəslə ədavəti və düşmənçilikləri yoxdur. Onun özünə məxsus “ MERSEDES B-CLASS “ markalı **-DV-*** dövlət qeydiyyat nişanlı qara rəngli avtomobilinin olduğunu, həmin avtomobil ilə Sumqayıt- Bakı istiqamətində taksilik fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat təxminən 20:00 radələrində Sumqayıt şəhərindən Bakı şəhərinə sərnişin götürüb onları gətirib Bakı şəhəri 20 Yanvar metro stansiyasının yaxınlığında düşürmüş, Sumqayıt şəhərinə geri qayıtmaq üçün sərnişin gözləmişdir. O, təxminən 10-15 dəqiqə gözlədikdən sonra 2 nəfər tanımadığı kişi Saray qəsəbəsinə getmək üçün onun maşınına əyləşmişrlər. O, həmin şəxsləri Abşeron rayonu Saray qəsəbəsi qəbirstanlığı keçdikdən sonra düşürmüş, sonra isə Sumqayıt şəhərinə getmək üçün tək yoluna davam elmişdir. O, Abşeron rayonu Saray qəsəbəsi ərazisi ilə Sumqayıt şəhəri istiqamətinə saatda 60 km surətlə hərəkət edən zaman qəflətən yolun sağ ehtiyyat hissəsindən yola tərəf bir nəfərin keçdiyini görüb əyləcə ayağını basmış lakin, buna baxmayaraq avtomobilinin sağ qabaq hissəsi həmin şəxsə dəymiş və maşının qabaq alın şüşəsinə çırpılıb yerə düşmüşdür artıq o, həmin vaxtı maşınını saxlamışdır. O, maşını təxminən 5- 10 metr qabağa verib maşından tez düşüb həmin şəxsə tərəf gəlmiş, onu tez qucağına alıb öz maşınının arxa oturacağana yerləşdirib maşını Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına sürmüşdür. O. onu xəstəxanaya çatdırsada xəstəxanada ona demişdirlərki, artıq həmin şəxs ölmüşdür. Həmin vaxtısərxoşluq müayinəsindən keçmişdir. Polis əməkdaşları xəstəxanaya gəlmiş, o onlarla birlikdə hadisə yerinə çıxıb hadisə yerini göstərmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş, o, da həmin protokola imza etmişdir. Bundan sonra o, polislərlə Polis İdarəsinə gəlmiş, atası və qohumlar gedən şəxsin qohumlarının yanma getmişdirlər. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hadisə anında avtomobildə yük və sərnişin olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etmədiyini də qeyd etmişdir. O, maşını sürən zaman təxminən 15-20 metr qalmış piyadanın yolu keçmək istəməsini görmüş, maşının sükanını sola tərəf bursada heç bir nəticəsi olmamış və piyadanı vurmuşdur. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, xx.xx.1976-cı il təvəllüdlü X6 onun atasıdır. Onun və ailə üzvlərinin heç kəslə eləcədə Təqsirləndirilən şəxsla düşmənçilikləri və ədavətləri yoxdur. 1997-ci ildə Könül Əliyeva ilə ailə həyatı qurmuş birgə nigahlarında 2 övladları olmuşdur. O və xx.xx.2003-cü il təvəllüdlü bacısı Əmiraslanova Fəridə. X11 2007-ci ildə anası Könül Əliyeva ilə ona məlum olmayan səbəblərdən rəsmi qaydada ayrılmışdırlar. Ancaq, atası anasından ayrılmasına baxmayaraq onlarla eyni ünvanda yaşayıb, ailələrinə nəzarət edib, maddi və mənəvi köməklik də edirmiş. O, özü İqtisad universitetinin 5-ci kurs tələbəsi, bacısı Fəridə isə BDU-nin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi olduğunu göstərmişdir. Hər ikisinin təhsili ödənişli olduğunu göstərib, onun illik təhsilinə görə 2100 manat, bacısı Fəridənin təhsilinə görə isə 2400 manat pul ödəyirmişlər. Həmin pulları isə hadisə baş verənədək atam Yadigar özü ödəyirmişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20:40 radələrində o, evdə olan zaman anası Könül ona zəng vurub demişdirki, indi məlumat alıb ki, atası Abşeron rayon Saray qəsəbəsi ərazisində piyada gedən zaman avtomobil vuraraq Sumqayıt şəhər Təcili Tibbi yardım xəstəxanasına yerləşdirmiş, hazırda ordadır vəziyyəti isə! ağırdır. Bundan sonra o Sumqayıt şəhərində atası ilə eyni evdə yaşadığı üçün tez Sumqayıt şəhər xəstəxanasına getmiş və görmüşdür ki, həqiqətən atası xəstəxanaya yerləşdirmişlər. O. orada Əmiraslanov Yadigarı soruşmuş, orada adını bilmədiyim həkimlər ona demişdiıiərki, artıq Əmiraslanov Yadigar dünyasını dəyişmişdir. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 61 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 meyitinin məhkəmə- tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər [- başın küt travması, baş beyin əzilməsi, baş beyin qişaları altına və maddəsinə qansızmalar və kəllə sümüklərin sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdilər, həyati olub, ölümlə birbaşa səbəbli əlaqələri vardır, xx.xx.2022-ci il tarixdə piyadanın hərəkətdə olan nəqliyyat vasitəsinin hissələri ilə vurulması zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümü xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “ Mersedes B-class markalı **-DV-*** DQN-lı avtomobil ilə Abşeron rayonu Saray qəsəbəsi ərazisi ilə Sumqayıt şəhər istiqamətində hərəkətdə olan zaman sürücünün hərəkət istiqamətinə görə piyada X6 yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyərkən onu vurmuş və nəticədə piyada aldığı bədən xəsarətlərindən xəstəxanada ölmüşdür. X3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1 % etil spirti aşkar edilmişdir ki, bu da rəsmi cədvələ əsasən yüngül dərəcəli alkoqol sərxoşluğuna uyğun gəlir. Metal, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 22 iyun 2022-ci il tarixli 8/1472 nömrəli rəyi ilə müəyyən edilmişdir ki. Mersedes Benz B70 markalı, **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 16 noyabr 2022ci il tarixli 8/3010 nömrəli rəyi ilə müəyyən edilmişdir ki. Mersedes Benz B70 markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X12 və Sərxoşluq vəziyyətini təyin edən xx.xx.2022-ci il tarixli, 1851 saylı tibbi müayinə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Abşeron RPİ DYPŞ-nin xx.xx.2022-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Abşeron RPİ DYPŞ-nin informasiya uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BD seriyalı 003756 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz B170 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. İş üzrə keçirilmiş əlavə məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli 8/3010 nömrəli rəyi ilə müəyyən edilmişdir ki.Mercedes Benz B170 markalı, 50DV867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X7 tərəfindən məhkəməyə təqdim edilmiş notariat qaydasında təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezdentinin xx.xx.2020-ci il tarixli 2373 saylı sərəncamı ilə “Laçının azad olmasına görə”, xx.xx.2021-ci il tarixli 2715 saylı sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medallar ilə təltif olunmuşdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Vətən Müharibəsi veteranı olmasını, Azərbaycan Respublikası Prezdentinin xx.xx.2020-ci il tarixli 2373 saylı sərəncamı ilə Laçının azad olmasına, xx.xx.2021-ci il tarixli 2715 saylı sərəncamı ilə Qubadlının azad olunmasına görə medallar ilə təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 185 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz B170 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 170 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz B170 markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə nəzərə alınsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-508/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-508/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver