Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-508/2025 25.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zahid oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan-15, ev-8-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Masazır kəndi, Əliağa Vahid küçəsi, bina 620, mənzil 7-də yaşamış, hazırki iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-967/2025 saylı, 11 aprel 2025-ci il tarixli hökmü ilə 08 (səkkiz) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ortaq tanışı Şahid2 vasitəsilə tanış olduğu Zərərçəkmiş şəxs sonuncunun qohumu Şahid1 15.000 manat pul qarşılığında Azərbaycan Respublikasının X2 Dövlət Agentliyində işə düzəldəcəyi barədə yalan vəd verib aldatmış, xx.xx.2022-ci il tarixdə bu niyyətlə Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, 56 saylı binanın qarşısında Zərərçəkmiş şəxs ekvivalentinlə 15130 manat təşkil edən 8.900 ABŞ dolları məbləğində pulunu aldıqdan sonra sonuncunun inam və etibarını daha da qazanmaq üçün razılaşdıqları məbləğdən artıq 130 manat pulu dərhal Zərərçəkmiş şəxs qaytarmış, 15000 manat pulu isə ələ keçirərək vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayından ortaq dostları olan Şahid2 vasitəsi ilə tanımışdır. Belə ki, Şahid2 onun əlaqələrinin geniş olduğunu, dostlarının müxtəlif strukturlarda işlədiyini bildiyindən, 2022-ci ilin sentyabr ayında onunla telefon əlaqəsi yaradıb, dostlarından birinin qohumunu işə düzəltməkdə köməklik göstərməyini xahiş etmiş, о, da etiraz etməmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə onun həmin vaxt istifadəsində olan 055(050)-201-61-77 saylı mobil telefon nömrəsinə zəng edib bibisi oğlu Şahid1 X2 Agentliyinə işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. O, sonuncunun qohumu haqqında bəzi informasiyaları özündən soruşmuş və rəsmi qaydada adından müraciət edib işə düzəldə biləcəyini düşünmüşdür. Buna görə də 15.000 manat pul qarşılığında Şahid1 X2 Agentliyinə mühafizəçi kimi düzəldə biləcəyini və təxmini olaraq 900 manat əmək haqqı alacağını bildirmişdir. Aralarında olan razılığa əsasən o, Zərərçəkmiş şəxsla həmin gün, yəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında sonuncunun yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, 56 saylı binanın qarşısında görüşmüşlər. Zərərçəkmiş şəxs sonuncunun bibisi oğlu Şahid1 işə düzəltməsi üçün ona 15130 manat ekvivalentində 8.900 ABŞ dolları məbləğində pul və Şahid1 sənədlərinin surətlərini ona vermiş, о da söz verdiyi işi düzəltmək üçün Zərərçəkmiş şəxs 15000 manat pul istədiyi üçün Zərərçəkmiş şəxs 130 manat geri qaytarmışdır. Bundan sonra bir neçə nəfərlə bu barədə maraqlandıqda həmin yerə kimisə işə düzəltməyin mümkün olmadığını öyrənmiş, həmin ərəfələrdə avtomobili Əmanətlərin Sığortalanması Şirkətində girovda olduğu üçün Zərərçəkmiş şəxs aldığı pulu bank borcunu ödəmək üçün xərcləmiş, bundan sonra isə maddi çətinlikləri olduğundan pulu qaytara bilməmişdir. Pulu qaytarmaq üçün vaxt qazanmaqdan ötrü Zərərçəkmiş şəxs hər dəfə onunla telefon əlaqəsi yaratdıqda sonuncuya müxtəlif bəhanələr gətirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində Şahid1 X2 Agentliyinə işə düzəltmək üçün real imkanları olmadığını, bu işlə maraqlanıb nəsə əldə edə biləcəyini düşündüyü üçün və həmin vaxt çox vacib olaraq ona pul lazım olduğundan göstərilən məbləğdə pulları Zərərçəkmiş şəxs aldığını və Zərərçəkmiş şəxs aldığı puldan heç kimə vermədiyini bildirmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanımış, sonuncu ona X2 Agentliyinə işə düzəlməyə adam olsa, ona müraciət edə biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Elnurun 055(050)-201-61-77 saylı mobil telefon nömrəsinə zəng edib bibisi oğlu Şahid1 X2 Agentliyinə işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. Sonuncu ona bunun üçün 15.000 manat pul lazım olduğunu və göstərilən iş yerinə düzəldikdən sonra mühafizəçi kimi 900 manat əmək haqqı alacağını bildirmişdir. Həmin günü yaşadığı binanın qarşısında Təqsirləndirilən şəxsla görüşüb göstərilən məbləği ona 8.900 ABŞ dolları formasında vermişdir. Təqsirləndirilən şəxs ona 130 manat qalıq qaytarıb ona 15.000 manatdan artıq pul lazım olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs pulu götürdükdən sonra indiyədək vədinə əməl etməyərək qohumunu işə düzəltməmiş, hər dəfə ondan pulunu qaytarmasını tələb etdikdə o, müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini bildirsə də indiyədək onun pulunu qaytarmamışdır. Göstərmişdir ki, xx.xx.2022ci il tarixdə Təqsirləndirilən şəxs 8900 ABŞ dolları məbləğində pulu Abşeron rayonu, Xırdalan şəhəri, R.Behbudov küçəsi, döngə 5-də yerləşən 56 saylı binanın qarşısında vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Təqsirləndirilən şəxs bibisi oğlu Şahid1 yüksək vəzifəli tanışları vasitəsi ilə X2 Agentliyində işə düzəldəcəyini deyərək onu inandırmışdır. Onun sonuncunun konkret olaraq hansısa vəzifədə işləyib-işləmədiyi və yüksək vəzifəli tanışlarının kim olması barədə məlumatı olmamışdır. O sonuncunu Türkiyə Respublikasında tanış olduğu Şahid2 adlı tanışı vasitəsi ilə tanımışdır. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçidir və barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid2 məhkəməyə teleqram ünvanlayaraq ibitdai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və işi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs isə yaşadığı ərazidən tanımışdır. Belə ki, o, əvvəllər Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon əazisində kirayədə yaşamış, Təqsirləndirilən şəxs isə həmin ərazidə yerləşən kafedə əyləşib öz ətrafı ilə vaxt keçirmişdir. Sonuncu ilə onun ortaq tanışları olmuş, həmin vaxtdan bilmişdir ki, Elnurun əlaqələri genişdir və o bir çox məsələlərin həllində vasitəçilik edə bilir. 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs qohumunu X2 Agentliyinin Yevlax şöbəsinə işə düzəltmək üçün münasib adam axtardığını deyib ondan belə bir adam tanıyıb-tanımadığımı soruşmuşdur. Onun da Təqsirləndirilən şəxs ağlına gəldiyindən Yasərə bu barədə məlumatlı bir adam tanıdığını, həmin şəxsdən maraqlanıb ona məlumat verəcəyini demiş, Təqsirləndirilən şəxs özü həmin məsələni dedikdə o, həmin vaxt ona konkret bir cavab deməmişdir. Lakin, məsələ ilə maraqlanacağını bildirmişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib X2 Agentliyinə işə düzəlmək istəyən şəxsin həmin məsələ ilə bağlı nə fikirləşdiklərini soruşmuşdur. O da bu barədə Zərərçəkmiş şəxs demiş və Təqsirləndirilən şəxs mobil telefon nömrəsini Yasərə bildirmişdir. xx.xx.2022-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng edib Təqsirləndirilən şəxs ilə görüşdüyünü və qohumunu X2 Agentliyinə düzəltməsi üçün Elnura 15000 manat pul verdiyini bildirmişdir. O ilk görüşdən pulu verməsinə təəccüblənsə də Elnurdan şübhələnməmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs 10 gündən 1 ayadək müddət ərzində söz verdiyi işi görəcəyinə dair söz versə də, vəd verdiyi işi görməmiş, Zərərçəkmiş şəxs aldığı pulu ələ keçirmişdir. Buna görə 2023-cü ilin aprel ayında, dəqiq xatırlamadığı gündə onlar Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində, “Şamaxinka” deyilən yerdə yerləşən “Məkan” adlı kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşdürlər. Orada Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs sonuncudan aldığı pulu 10 (on) gün ərzində qaytaracağını demişdir. Lakin bundan sonra da Təqsirləndirilən şəxs yenə borclu olduğu pulu qaytarmamışdır. Bundan sonra da bir neçə dəfə onlar Yasərlə birlikdə Təqsirləndirilən şəxsla görüşmüşlər. Hər dəfəsində Elnur Novxanı qəsəbəsində torpağını satıb pulu qaytarmaq üçün bir neçə gün vaxt istəsə də verdiyi vədə əməl etməmişdir. Göstərmişdir ki, Təqsirləndirilən şəxs kimisə X2 Agentliyinə işə düzəldə bilməsi üçün real imkanlarının olub-olmadığını bilməmişdir. Təqsirləndirilən şəxs deməsinə görə, arxayın olduğu hansısa vəzifəli şəxs işdən çıxdığına görə söz verdiyi işi görə bilməmiş, aldığı pulu da şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən, ifadəsi elan edilməklə tədqiq edilmiş iş üzrə Şahid1 Əhməd oğlu məhkəməyə teleqram ünvanlayaraq ibitdai istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasına gələ bilmədiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı oğludur. 2022-ci il ərzində o, bir müddət işsiz olduğu üçün özünə münasib iş yeri axtardığı üçün tanıdığı və yaxın münasibətdə olduğu şəxslərə bu barədə bildirmişdir. O cümlədən dayısı oğlu Zərərçəkmiş şəxs da bu barədə bildirib münasib iş olduğu halda məlumat verməsini istəmişdir. 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb Təqsirləndirilən şəxs adlı şəxsin sonuncunun dostu ilə tanış olduğunu, Elnurun onu X2 Agentliyinə işə düzəlmək imkanının olduğunu, bunun üçün isə 15000 (on beş min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. O işləməyə razı olduğunu, lakin kiməsə verməyə pulunun olmadığını bildirdikdə Yasər özündə pul olduğunu, işə başladıqdan sonra ona olan borcunu hissə-hissə qaytarmaq şərti ilə həmin pulu Təqsirləndirilən şəxs verə biləcəyini demişdir. O da Yasərdən bu işi görmək üçün deyilən pulu verməsini xahiş etmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs 10 gündən 1 ayadək müddət ərzində onu işə düzəldəcəyinə dair söz versə də, vəd verdiyi işi görməmiş, Zərərçəkmiş şəxs aldığı pulu ələ keçirmişdir. Bir dəfə 2023-cü ilin mart ayında, dəqiq xatırlamadığı gündə onlar Zərərçəkmiş şəxsla birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində, “Şamaxinka” deyilən yerdə yerləşən “Məkan” adlı kafedə Təqsirləndirilən şəxs ilə görüşmüşdürlər. Orada Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs 3 (üç) gün ərzində öz yaşadığı evi bankda girov qoyub borcunu qaytaracağını demiş, lakin bundan sonra da Elnur onu işə düzəldəcəyi adı ilə qohumu Zərərçəkmiş şəxs aldığı 15000 manat məbləğində pulu qaytarmamışdır. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs onu X2 Agentliyinə işə düzəldə bilməsi üçün real imkanlarının olub-olmadığını bilməmişdir. Təqsirləndirilən şəxs deməsinə görə, arxayın olduğu hansısa vəzifəli şəxs işdən çıxdığına görə söz verdiyi işi görə bilməmiş, aldığı pulu da şəxsi ehtiyaclarına xərclədiyi üçün qaytara bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 13 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 14 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixdə, saat 20:30 dəqiqədə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - “Başqa yerə getməmək haqqında iltizam tədbirinin seçilməsinə dair” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 14 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” 01 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Abşeron RPİ-yə gəlmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 01 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 01 dekabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Abşeron RPİ-nin MSYdən azad edilmişdir. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 12 dekabr 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 70-ci maddələri ilə təqsirli bilinib 01 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasını çəkib qurtarmışdır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-967/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə qismən toplanılmaqla üzərində qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1250/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)- 967/2025 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri mötəbər sübutlar kimi qiymətləndirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs ittiham olunduğu maddədə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsiyyətini, ziyanlığın ödənilməməsini, cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cəza təyin edərkən cəzanın məqsədi nəzərə alınmalı şəxsin şəxsiyyəti, onun islah olunmağa meyilli olub olmaması qiymətləndirilməlidir. - Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-967/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli hökmü ilə ona təyin edilmiş 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə qismən toplanılmaqla üzərində qəti olaraq 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 08 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalar və ödənilmiş və ya götürülmüş məhkumluqlar təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(101)-967/2025 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş 08 il 06 ay ilə həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona qəti cəza təyin edilməlidir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə həbsdə olduğu 02 (iki) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan – 19 dekabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci,mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 255 manat (15 saat x 6 AZN + 15 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(101)-967/2025 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 02 (iki) gün və hazırkı iş üzrə məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərcinin,mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 255 (iki yüz əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-508/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-508/2025
25.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver