Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-509/2022 10.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1980-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu Qarabağlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda avtoyumada yuyucu işləyən, Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonu, Qarabağlar kəndi qeydiyyatda olan və Bakı şəhərində gecəqonduda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs «X3» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarəetmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan 9 aprel 2022-ci ildə saat 21 radələrində Bakı şəhəri Binəqədi rayonu, 8ci mikrorayon Nizami Nərimanov küçəsi 19 nömrəli binanın arxasında yerləşən yuyucu işlədiyi 8121 nömrəli avtoyuma sexinə Təqsirləndirilən şəxs məxsus, Şahid1 tərəfindən etibarnamə ilə idarə olunaraq gətirilib təmizləmək üçün verilmiş HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili 13 aprel 2022-ci ildə saat 20 radələrində idarə edərək, Bakı-Quba-Dağıstan sərhədi yoluna çıxıb «X3» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 12,5ci kilometrində idarə etdiyi həmin avtomobillə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «X3» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib qarşıda eyni istiqamətdə nasazlıq səbəbindən sürücü X2 tərəfindən dayandırılmış SHACMAN markalı 99RL767 dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan HYUNDAİ TUCSON minik markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağ bud sümüyü cisminin yerdəyişən qapalı sınığı xəsarətlərini yetirərək sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ yoxdur, amma avtomobili idarə edə bilir. Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən avtoyumada 2019-cu ildən 09 may 2022-ci ilədək yuyucu işləmişdir. Avtoyumada yuyucu işlədiyi müddət ərzində vətəndaşlar tərəfindən yuyulmaq üçün gətirilən avtomobillərin açarları ona verilmişdir. Hər bir avtomobili yuyulan yerə özü sürüb orada yuduqdan sonra çıxardıb avtoyumamn qarşısında dayandırır və sahibi gəldikdə açarlarını ona təqdim edir. 9 aprel 2022-ci ildə saat 21 radələrində avtoyuma sexini bağlayıb ona kömək edən 17-18 yaş həddində olan Fərhad adlı oğlanla evə getmək üçün yaxınlıqdakı avtobus dayanacağında avtobus gözləyirkən, işlədiyi müddətdə avtomobilini yuduğu Şahid1 zəng edərək sexə qayıdıb avtomobilini yumağı ondan xahiş etmişdir. Fərhadla birlikdə sexə qayıtmış, Tural idarə etdiyi HYUNDAİ TUCSON minik markalı 10RV830 tapşırıb, ilkin ödəniş kimi 22 manat pul ona verib getmişdir. Turalın tapşırığına əsasən avtomobilin salonunda olan oturacaqlarını, tavanı və yuyulması vacib olan digər hissələrini sökmüşdür. Avtomobilin sallanmış vəziyyətdə olan tavanaltmı qonşu avtoyuma sexində işləyən şəxs gəlib yapışdırmış və pulunu 2 gün bandan sonra Turalın atası həmin şəxsə ödəmişdir. 4 gün ərzində avtomobilin salonunun avadanlıqlarını yuyub təmizləməklə məşğul olmuşdur. Bu 4 gün müddətində Tural 2 dəfə sexə gətib avtomobilə baxaraq ona daha 25 manat pul verib bildirmişdir ki, danışıqlarına əsaspn, qalan 108 manat əmək haqqını da avtomobili tam yuyub təmizlədikdən sonra gə ib apararkən ödəyəcəkdir. 13 aprel 2022-ci ildə saat 20 radələrində həmin avtomobilin sükanı arxasına oturub, Turalın verdiyi açarla avtomobili işə salıb idarə etməklə Masazır qəsəbəsinə yola düşmüşdür. Məqsədi avtomobilin tavanaltısmı tanıdığı usta tərəfindən yerinə yerləşdirmək olmuşdur. Masazıra gedərkən Xırdalan dairəsində spirtli içki olan bir qədəh (0,5 litr) pivə içmişdir. Avtomobili Masazıra pararkən Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, yəni Xırdalan qəbiristanlığının qarşısında, yolun sağ solağı ilə Quba rayonu istiqamətində 70-80 km/saat sürətlə hərəkət etmişdir. Bu zaman qarşıda nisbətən aşağı sürətlə hərəkətdə olan SHACMAN markalı 99RL767 dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, toqquşmamaq üçün tormoz etmiş, idarə etdiyim avtomobilin sürəti azalmışı, amma buna baxmayaraq qabaq hissəsi SHACMAN markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində idarə etdiyi avtomobildə sərnişin qismində olan, yəni iş yerində ona kömək edən həmin avtomobildə olan sərnişin Anar adlı kişi və özü xəsarət almış və avtomobillər əzilərək sahiblərinə maddi ziyan dəymişdir. Hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Respublika Xəstəxanasına aparılmışlar. Şahid1 HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili yumaq üçün ona verərkən açarlarını təqdim etdikdə, avtomobili avtoyuma sexindən kənara sürüb aparmağa icazə verməmişdir. Lakin sexin sahibi Əli onu 13 aprel 2022-ci ildə işdən qovduğu üçün avtomobili qonşu sexə aparmaq lazım olduğunu telefon danışığı zamanı Turala demiş və avtomobili sürüb qonşu sexə aparmasına Tural ona icazə vermiş, bundan sonra avtomobili Masazır qəsəbəsində olan sexə aparmaq üçün sürüb idarə etmişdir. Törətmiş olduğu həmin yol-nəqliyyat hadisəsi özünün ehtiyyatsızlığı üzündən baş vermişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə saat 22 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində, Xırdalan dairəsində təsadüfən əvvəllər tanıdığı avtoyumada işləyən Mayakla rastlaşmışdır. Mayak həmin vaxt HYUNDAİ TUCSON 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, avtomobilin salonunda sürücü oturacağı olmuş, qabaq sağ sərnişin oturacağı yerindən çıxarılıb arxa yerində qoyulmuşdur. Biləcəri qəsəbəsinə getmək üçün qabaq sağ oturacaq tutulan yerdə dəmirin üstündə oturmuşdur. Dairədə Mayak avtomobili birinin qarşısında üzü Sumqayıt şəhəri istiqamətində dayandırıb hansısa ka Mayak kafedən çıxdıqdan sonra onun idarə etdiyi həmin avtomobilə m üstündə oturub avtomobil Masazır qəsəbəsi istiqamətində hərəkətdə o idarəetməni itirib avtomobilin qabaq hissəsi yolun sağ kənarında dayanmı« markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində özü və Mayak xəsarət almışdır. Hadisə yerindən tanımadığı şəxslərin köməyi ilə Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə aparılmış, orada 3- aldıqdan sonra evə buraxılmış və hazırda ev şəraitində müalicəsi davam günə qədər ona heç bir köməklik göstərməmiş və yardım etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirə. Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayonda avtoyumada yuyucu işləyən Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır. HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili yumaq üçün dəfələrlə Təqsirləndirilən şəxs işlədiyi avtoyuma sexinin həyətinə verərək açarlarını təqdim etmişdir ki, avtomobili lazım gəldikdə sexdə irəliyə və yaxud geriyə sürə bilsin. Mayak avtomobili yuduqdan sonra avtomobilin açarlarını ondan almışdır. Sonuncu dəfə 9 aprel 2022-ci ildə saat 21 radələrində avtomobilin iç və çölünü yumaq məqsədi ilə sexə aparmış, lakin Mayak sexi bağlayıb getdiyi üçün Mayaka zəng edib harada olduğunu soruşduqda, Mayak yaxınlıqdakı avtobus dayanacağında olduğunu bildirərək qayıdıb sexə gəlmişdir. Mayaka avtomobili kimyəvi təmizləmə yolu ilə yuyub təmizləməyi tapşıraraq avtomobilin açarlarını ona vermişdir. Hər gün işdən çıxıb sexə getmişdir ki, əgər Mayak avtomobili yuyub təmizləyibdirsə avtomobili aparsın. Hər dəfə Mayak «avtomobil çox çirklidir» deyərək hələ yuyub təmizləmədiyini demişdir. Mayak avtomobilin oturacaqlarını söküb çıxartmış və avtomobil sexdə olmuşdur. 14 aprel 2022-ci ildə saat 11 radələrində təhqiqatçı Ağamir İbrahimovun telefon zəngindən sonra məlum olmuşdur ki, Mayak avtomobili ondan icazəsiz sexdən sürüb Bakı-Quba yoluna çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində avtomobili əzilərək maddi ziyan dəymişdir. Həmin faktla aparılan araşdırma zamanı məlum olmuşdur ki, Mayak hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hadisədən əvvəl Mayakın nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüququ olmadığını bilməmiş, araşdırma zamanı ona məlum olmuşdur ki, Mayakın nəqliyyat vasitəsi olan avtomobili idarə etmək hüquq olmamışdır. Mayaka avtomobili yalnız sexdə lazım gələrsə irəliyə və yaxud geriyə sürmək məqsədi ilə vermiş, avtomobili sexdən sürüb kənara çıxartmasına icazə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, HYUNDA minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili idarə etmək üçün dayısı oğlu Şahid1 vermiş, Tural avtomobili ona verdiyi etibarnamə əsasında idarə edir. 13 aprel 2022-ci il tarixdə 22 radələrində HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeyd nişanlı avtomobilin Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində yük avtomobilə toqquşması barədə Turaldan eşitmişdir. Hadisənin necə baş verdiyini Turaldan soruşmuş, Tural HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili təmizləmə işləri aparmaq üçün 9 aprel 2022-ci ildə yaşadığı evin yaxınlığında, yəni Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən avtoyuma sexində yuyucu Təqsirləndirilən şəxs təmizləmək üçün verdiyini, Mayak həmin avtomobili 13 aprel 2022-ci ildə icazəsiz sürüb qaçıraraq Bakı- Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində Quba rayonu istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi yolda saxlanılan yük avtomobilinin arxa hissəsi ilə toqquşduğunu ona demişdir. Həmin hadisə nəticəsində HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil əzilərək ona maddi ziyan dəymişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs avtomobilini qaçırdığına və törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində avtomobilim əzilərək dəymiş ziyana görə onun cinayət məsuliyyətinə gəlb olunması üçün istintaq və təhqiqat şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs 08 aprel 2022-ci ildə Naxçıvandan Bakı şəhərinə gəlmiş və həmin gün onun icarəyə götürdüyü sexə gələrək, ondan xahiş etmişdir ki, icarəyə götürdüyü sexdə yuyucu işləsin. Razılıq vermiş və Mayak həmin tarixdən sexdə yuyucu işləməyə başlamışdır. Mayakın sexdə işlədiyi müddətdə spirtli içkilər qəbul etdiyini bilərək, 13 aprel 2022-ci ildə Mayaka demişdir ki, artıq onun sexdə işləməsinə icazə vermir. Sexdə Şahid1 tərəfindən 09 aprel 2022-ci ildə təmizləmək üçün gətirilmiş HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobili Mayak yuyub təmizləməli olduğundan 13 aprel 2022-ci ildə günorta saatlarında Turala zəng vurub demişdir ki, Mayak spirtli içki qəbul etdiyi üçün onu artıq işə buraxmır və gəlib avtomobilini aparsın. 14 aprel 2022-ci ildə səhər saatlarında sexə gəlib görmüşdümr ki, HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil sexdə yoxdur və Mayak da sexə gəlməyib. 14 aprel 2022-ci ildə axşam kimsə telefonuna zəng edib demişdir ki, Mayak Turalın avtomobilini sürərkən yol nəqliyyat hadisə törədib. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 1372/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilmişdir, etil spirtinin qatılığı 1,5%-dir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 21 Ə №-li rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - sağ bud sümüyü cisminin yerdəyişən qapalı sınığı bərk küt əşyanın təsirindən xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 29 aprel 2022- ci il tarixli 8/1007 №-li rəyi ilə müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsində HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3rcü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən hərəkətlərində «X3» Azaybaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndnin tələblərinə uyğunsuzluq olmuşdur. DİN BDYP Qİİ-nin verdiyi xx.xx.2022-ci il tarixli 016-59883-1222 nömrəli arayışla müəyyən edilmişdir ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs Azaybaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil və SHACMAN markalı 99RL767 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etməmişdir. Hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirsədə onun hərəkətləri nəticəsində zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, həmçinin maddi zərər də dəymişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, təqsirkarın cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 228 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil və SHACMAN markalı 99RL767 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Zərəçəkmiş şəxsə Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə 228 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 228 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərəçəkmiş şəxslərə Təqsirləndirilən şəxs qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış HYUNDAİ TUCSON minik markalı 10RV830 dövlət qeydiyyat nişanlı avtomobil və SHACMAN markalı 99RL767 dövlət qeydiyyat nişanlı avtomobil sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-509/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-509/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver