Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-509/2025 14.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X15 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vəkili-nümayəndəsi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1971-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, S.Ə.Şirvani küçəsində fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, hazırda barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-289/2025 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə video-konfrans vasitəsilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həyat yoldaşı X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə baxılan cinayət işi üzrə sonuncunu həbsdən azad edəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə 05 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs1 4500 manat dəyərində qızıl-zinət əşyalarını və 3000 manat nağd pulu alıb ələ keçirərək, ümumilikdə 7500 manat məbləğində yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 oğlu X5 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddəsi ilə baxılan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə 01 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək olan müddət ərzində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində Zərərçəkmiş şəxs2 3000 manat dəyərində qızıl-zinət əşyalarını və 8000 manat nağd pulu alıb ələ keçirərək, ümumilikdə 11000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında video-konfrans vasitəsilə qoşulmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oğlu X10 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə ilə bağlı Qaradağ rayon polis idarəsində cinayət işi başlanaraq həbs olunmuşdur. Sonuncu barədə cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsində baxıldığını bildirmişdir. Oğlunun məhkəməsi ərəfəsində Xanbala Məhəmməd adlı tanışma onun nömrəsini vermiş ki, onunla əlaqə saxlasın, sonuncunun məhkəmədə olan işinə köməklik etsin. Məhəmməd isə onunla telefon əlaqəsi saxlayaraq sonuncunun işinin də Bakı Ağır Cinayətlər Məhkəməsində olduğunu və həbssiz cəza almasına kömək etməyini xahiş etmişdir. O da sonuncuya tanışlarının olduğunu bildirib kömək edə biləcəyini bildirmiş və Məhəmməd anasının onunla əlaqə saxlayacağını demişdir. Məhəmmədin anası Zərərçəkmiş şəxs2 2023-cü ilin iyun ayında onunla əlaqə saxlayaraq oğlu Məhəmmədin işi ilə bağlı görüşmək istəyini bildirmişdir. O isə sonuncunu evinə dəvət etmiş, Zöhrə və Məhəmmədin həyat yoldaşı Aynurə adlı qadın onun evinə gəlib görüşmüş, onlara məhkəmədə tanışlarının olduğunu bildirmiş, Aynurə ərinin və qaynının məhkəmədə işlərinə kömək edib edə bilməyəcəyini soruşmuş, o Məhəmmədin həbssiz cəza alması üçün 7500 manat pul lazım olduğunu bildirmişdir. Aynurə ona 2023-cü ilin təxminən may ayından 30 iyul 2023-cü il tarixədək olan müddət ərzində 4500 manat dəyərində qızıl əşyalarını, 2500 manat pulu vermiş, Zöhrə isə oğlu Ceyhunun həbssiz cəza alması üçün 3000 manat dəyərində 38 qram qızıl və 8000 manat pulu hissə-hissə vermişdir. Həmin pulları və qızıl əşyalarını Masazır qəsəbəsi, Z.Əliyeva küçəsində kirayə yaşadığı evdə həyat yoldaşı Könülün yanında sonuncuya vermişlər. Sonradan o, əldə etdiyi həmin pulları həmin vaxt şəxsi ehtiyaclarına xərcləmiş, Məhəmmədə və Ceyhuna həbs cəzası verildikdən sonra Zöhrə və Aynurə ondan pullarını geri istəmiş, o isə onlara demişdir ki, pullarını hissə-hissə qaytaracaqdır. Lakin sonuncular onunla razılaşmayaraq 18500 manat pulu tam olaraq qaytarmağı tələb etmiş, onun isə həmin ərəfədə maddi problemləri olduğu üçün aldığı pulu geri qaytara bilməmişdir. Buna görə də Zöhrə və Aynurə onun barəsində şikayətçi olmuş, Zöhrədən və Aynurədən aldığı pulu hissə-hissə ödəyə bilər. Məbləğin müəyyən hissəsini ödəmək istəsə də, məbləğin tam ödənilməsini tələb etmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X6 onun həyat yoldaşıdır. Onlar 2010-cu ildə ailə həyatı qurmuş və brgə nigahdan 3 övladları vardır. Belə ki, 2023-cü ilin aprel ayında həyat yoldaşı Məhəmməd Bakı şəhəri Yasamal rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə aşkar olunması faktına görə saxlanılmış və istintaqı Bakı şəhəri Yasamal rayon polis idarəsində aparılmışdır. 2023-cü ilin may ayında Məhəmmədin tanışının vasitəçiliyi ilə tanış olduğu Təqsirləndirilən şəxs ilə tanış olmuş, həmin vaxtı Valeh ona yaxşı əlaqələrinin olduğunu bildirib yoldaşı Məhəmmədi Bakı Ağır Cinayətlər məhkəməsindən çıxaracağını demiş və ondan 7500 manat pul istəmişdir. O da Valehə inanıb Məhəmmədin azadlığa çıxamasını istədiyi üçün 05 iyun 2023-cü il tarixdən 30 iyun 2023-cü il tarixədək olan müddət ərzində Valehə hissə-hissə olmaqla ümumilikdə 7500 manat pul vermişdir. Bundan sonra Valeh ona 2023-cü ilin sentyabr ayında həyat yoldaşı Məhəmmədin azadlığa çıxacağını söz versə də, sonradan 29 fevral 2024-cü il tarixdə həyat yoldaşı Məhəmmədə 05 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza vermişdirlər. Bundan sonra dəfələrlə o, Valehdən pulunu tələb etsə də, sonuncu müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmiş, bu səbəbdən hadisə ilə əlaqədar Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Göstərmişdir ki, Valehə 2023-cü ilin iyun ayında 4500 manat dəyərində özünə məxsus olan qızılları və 3000 manat nağd pul vermişdir. Həmin qızılları və pulları Valehə yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində vermişdir. Həmin vaxtı yanlarında yoldaşı Könül və qaynanası Zöhrə olmuşdur. Onu da qeyd etmişdir ki, qaynanası da qaynı Ceyhunun həbsdən azad edilməsi üçün ona 11000 manat pul vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X7 onun oğludur. Belə ki, 2023-cü ilin aprel ayında oğlu Ceyhun Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən üzərində narkotik vasitə aşkar olunması faktına görə saxlanılmış və istintaqı Bakı şəhəri Nizami rayon polis idarəsində aparılmışdır. 2023-cü ilin may ayında digər oğlu Məhəmmədin tanışının vasitəçiliyi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtı Valeh ona yaxşı əlaqələrinin olduğunu bildirib Ceyhunu Bakı Ağır Cinayətlər məhkəməsindən çıxaracağını bildirib ondan 13000 manat pul istəmişdir. O, da buna inanıb Ceyhunun azadlığa çıxamasını istədiyi üçün 01 iyul 2023-cü il tarixdən 30 iyul 2023-cü il tarixədək olan müddət ərzində Valehə hissə-hissə olmaqla ümumilikdə 11000 manat pul vermişdir. Bundan sonra Valeh ona 2024-cü ilin mart ayında oğlu Ceyhunun azadlığa çıxacağını söz versə də lakin sonradan 06 mart 2024-cü il tarixdə oğlu Ceyhuna 06 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza vermişlər. Bundan sonra dəfələrlə o, Valehdən pulunu tələb etsə də, Valeh müxtəlif bəhanələrlə onun pulunu verməkdən imtina etmiş, ona görə də o hadisə ilə əlaqədar Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Göstərmişdir ki, Valehə 2023-cü ilin iyul ayında 11000 manat nağd pul vermiş, həmin pulları Valehə yaşadığı Abşeron rayonu Masazır qəsəbəsndə yerləşən evində vermişdir. Həmin vaxtı yanında yoldaşı Könül və gəlini Aynurə olmuşdur. Onu da qeyd etmişdir ki, gəlini Aynurə də digər oğlu Məhəmmədin həbsdən azad edilməsi üçün ona 7500 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Valehlə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq ailə qurmuş və 2 yaşında qız övladları vardır. Bildirmişdir ki, Valeh ondan əvvəl evli olub ayrılmış, əvvəlki nigahından olan oğlu Xanbala Cabbarov narkotik vasitə ilə bağlı həbs olunmuşdur. Valehin oğlu Məhkəmədə olarkən istintaq təcridxanasında tanış olduğu Məhəmmədə Valehin nömrəsini vermişdir ki, sonuncunun işinə köməklik etsin. Məhəmməd isə Valehlə telefon əlaqəsi saxlayıb həbssiz cəza almasına kömək etməsini xahiş etmişdir. Valeh isə Məhəmmədin anası Zöhrə və həyat yoldaşı Aynurə ilə əlaqə saxlayıb onlara Məhəmmədin işinə kömək etməsini demişdir. 2023-cü ilin iyun ayında Aynurə və qaynanası Zöhrə bir neçə dəfə onların yaşadığı evə gələrək Məhəmmədin və digər oğlu Ceyhunun məhkəmədə işinə kömək etməsi üçün Valehə qızıl və pul şəklində ümumilikdə 18500 manat pul vermişlər. Həmin vaxt o da evdə olmuş, lakin sonradan məlum olmuşdur ki, Valeh həmin pulları özünün şəxsi işlərinə xərcləmişdir. Zöhrə və Aynurə isə Valehdən pulu qaytarmasını tələb etmiş, Valeh isə onlara pullarını hissə-hissə qataracağını demişdir. Ancaq Aynurə və Zöhrə razılaşmamış və Valehin barəsində polisə şikayət etdikləri məlum olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərər çəkmiş şəxs qismində tanınmışdır. “Zərər çəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərər çəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq Abşeron RPİ-nə gətirilmiş və MSY-nə təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraat təzələnmiş və istintaq davam etdirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2; 221.1; 178.3.2; 177.2.2; 177.2.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 il dövlət orqanı, özünü idarə orqanı, dövlət və bələdiyyə idarə müəssisəvə təşkilatlarda işləmə hüququndan məhrum edilmiş, xx.xx.2016-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə tövsif edilib cəzası 08 ilə endirilib, xx.xx.2018-ci ildə cəza müddəti qurtardığına görə azad edilmişdir. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(012)-289/2025 saylı qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə- bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X11 adlı yetkinlik yaşına çatmayan övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan. Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə başqa cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və X2 təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(012)-509/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-509/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver