Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-51/2021 15.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 oğlunun, Təqsirləndirilən şəxs2 Sərvan oğlunun və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1980-cı ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirlili bilinərək, CM-in , 66.5. və 68.2-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrumetmə və 3800 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasını sonu ilə azad olunmuş, Ağsu rayonu, Daşdəmirbəyli kəndində qeydiyyatda olmaqla Balaxanı qəsəbəsi Elşən Mehdiyev küçəsi fərdi evdə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 və xx.xx.1980-ci ildə İçişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən fərdi evdə kirayə yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2020-ci il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs2 Sərvan oğlunun Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 Sərvan oğlu ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs Məmməd oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gələrək həmin evin qarşında sonuncuya məxsus “ZİL Bıçok” markalı yük avtomaşınının 3000 manat dəyərində bir ədəd məxsus arxa körpü dəstini, 300 manat dəyərində bir ədəd 300 litr tutumlu yanacaq çənini, hər birinin dəyəri 40 manat olan ümumi 160 manat dəyərində 4 ədəd təkər üçün plastik üzlüyü gizli olaraq talayıb oğurlayıb, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Qazel” markalı ** TE *** dövlət nömrə nişanlı avtomaşına yük yerinə yukləyib Zərərçəkmiş şəxs Məmməd oğluna ümumilikdə 3460 manat ziyan vurmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi 2-ci mədəndə yerlənşən fərdi evdə yaşayır. Dəmir yığıb Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən poladəritmə zavoduna satmışdır. Dəmirləri Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən zibillikdən yığmışdır. xx.xx.2019-cu il tarixdə saat 02 radələrində qabaqcadan tanıdığı qonşuluqda yaşayan Ceyhun ona bildirmişdir ki, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində dəmir var, onu ona məxsus maşınla götürüb, Ceyhungilin qapısına qoymaq lazımdır və əvəzində ona 15 manat pul verəcək”. Ceyhunla razılaşmış və özünə məxsus “Qazel” markalı ** TE *** dövlət nömrə nişanlı avtomaşınla Ceyhunun dediyi Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki yerə gəlmiş, Ceyhunun göstərdiyi dəmiri avtomaşına yükləmişlər. Avtomaşına həmin dəmiri yüklədikdən sonra avtomaşını sürüb oradan uzaqlaşmışdır. Avtomaşını Ceyhunun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsindəki yerləşən fərdi evinin qarşısına gətirmiş və dəmiri Ceyhunun qaynı Orxanın evinin qarşısında düşürmüşlər. Ceyhun ona qabaqcadan 5 manat vermiş 10 manat isə borclu qalmışdır. Təxminən 10 gün sonra ona polis əməkdaşları zəng vurmuş və Abşeron rayonu, Mehdiabad qəsəbəsindən maşının arxa körpüsünün oğurladığını bildirmişlər. Həmin körpünü oğurlamadığını yalnız Ceyhunun xahişi ilə həmin yerə getdiyini bildirmişdir. Bundan sonra Ceyhunla əlaqə saxlamış və Ceyhundan həmin körpünün kimə satdığını soruşmuşdur. Ceyhun isə həmin körpünü metal qəbulu yerinə satdığını bildirmişdir. Ona problem olmaması üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən mağazadan avtomaşının arxa körpüsünü 950 manata almış və Namiq adlı şəxsin evinə gedərək ona qaytarmış və bildirmişdir ki, həmin yerə Ceyhunun sözü ilə getmişdir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Sərvan oğlu ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs1 təxminən 3-4 aydır ki, tanıyır, Qulu onun qaynı Orxangilnən qonşudur. Bir neçə dəfə Qulunun “Qazel” markalı yük avtomobili ilə öz yükünü zavoda aparmış, həmin vaxtdan Qulunu tanışmışdır. Təxminən xx xxxxxx 2019-cu il tarixdə gecə saatlarında evdə olan zaman Qulu onun telefonuna zəng edərək demişdir ki, “Abşeron rayonu, Mehdiabad qəsəbəsində dəmir var onu yükləməyə ona kömək etsin”. Quluya demişdir ki, “pul verəcəksən gedək”. Qulu isə bildirmişdir ki, “sənə 15-20 manat pul verəcəm”. Həmin vaxtı Qulu gəlib yaşadığı evdən öz maşını ilə onu götürmüş və onlar Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişlər. Orada evlərdən birinin qarşısında Qulu maşını saxlamış və onlar yerdə olan avtomaşına məxsus arxa körpünü Quluya məxsus “Qazel” markalı yük avtomobilinə yükləmişlər. Avtomaşına məxsus arxa körpünü yükləyib avtomaşının bortunu bağlamışlar. Qulu avtomaşını işə salmış və ona bildirmişdir ki, avtomaşına əyləşsin. Avtomaşına əyləşmiş və Qulu avtomaşını sürərək onlar oradan uzaqlaşmışlar. Qulu ona bildirmişdir ki, “dəmiri mənim qaynımın yaşadığı evin qapısına qoyaq”. Bundan sonra dəmiri onun qaynının yaşadığı evin qarşısına qoymuşlar. Sonra hərə öz evinə getmişdir. Səhəri gün qaynı ondan həmin dəmirin kimə məxsus olduğunu soruşduqda qaynına həmin dəmirin Quluya məxsus olduğunu demiş və götürəcəyini bildirmişdir. Bundan sonra 5 gün Quluya zəng vurmuşdur ki, “həmin dəmiri qapıdan götürsün”. Qulu isə telefonda ona bildirmişir ki, “onu polis axtarır dəmiri götürə bilməz”. Məcbur qalıb həmin dəmiri maşınla tanımadığı dəmiryığanlara 25 manata satmışdır. Sonra Qulu onunla əlaqə saxlayaraq bildirmişdir ki, “950 manat borc edib arxa körpünü alaraq sahibinə qaytarıb”. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məmməd oğlu ifadəsində göstərmişdir ki, Abşeron rayonu,Mehdiabad qəsəbəsi yeni yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Yük maşını sürücüsüdür. Hal-hazırda “Mersedes” markalı TİR maşını idartə edir. Təxminən 5-6 il bundan qabaq “ZİL Bıçok” markalı avtomaşını olmuşdur. Həmin avtomaşının ehtiyyat hissələrini özünə lazım olanı işlətmiş, müəyyən hissəsini satmış, ən bahalı ehtiyyat hissəsi olan arxa körpüsünü isə yaşadığı evin qarşısına qoymuşdur. 1 ədəd 300 manat dəyərində yanacaq çəni, hər biri 40 manat dəyərində olan 4 ədəd təkər üçün plastik örtük qoymuşdur. xx.xx.2019-cu il tarixdə saat 02:40 radələrində evdə oturub televizora baxarkən küçədən səs eşitmiş, əynini geyinib həyətə düşənd oradan “Qazel” markalı avtomaşının uzaqlaşdığını görmüşdür. Məhz həmin avtomaşının dövlət nömrə nişanını görmədiyi üçün özünə məxsus “Mersedes” markalı avtomaşına əyləşərək həmin avtomaşının arxasınca getdim. Əvvəlcə onların hara getmək istədiyini bimək üçün həmin maşını axıra qədər izləmək fikrində olsa da sonradan havanın qaranlıq olduğunu və həmin şəxslərin ona hər hansı bir xəsarət yetirə biləcəklərindən ehtiyatlanıb “Qazel” markalı avtomaşının dövlət nömrə nişanını götürərək Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gəlmiş və hadisə barəsində polisə məlumat vermişdir. Bildirmişdir ki, sonradan bilmişdir ki, ona məxsus olan “ZİL Bıçok” markalı avtomaşının arxa körpüsünü, 1 ədəd yanacaq çənini və 4 ədəd təkər üçün plastik örtüyünü Qulu və Ceyhun adlı şəxslər oğurlamışdır. Ona dəymiş ziyan Qulu adlı şəxs tərəfindən tam ödənilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs Məmməd oğluna məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinn qarşısından oğurlanmış Zərərçəkmiş şəxs Məmməd oğluna məxsus avtomobil ehtiyyat hissələrinin xx.xx.2019-cu il tarixə orta bazar qiyməti 01 ədəd “ZİL Bıçok” markalı yük avtomaşınına məxsus arxa körpü dəsti 3000 manat, 01 ədəd «yanacaq çəni 300 manat və 04 ədəd 4 təkər üçün plastik örtüyü 160 manat müəyyən olunur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddəsi ilə təqsirlili bilinərək, CM-in , 66.5. və 68.2-ci maddələrinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə və 3800 manat cərimə cəzasına məhkum edilmiş və xx.xx.2018-ci il tarixdə cəzasını sonu ilə azad olunmuşdur. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Sərvan oğlu xx.xx.2020-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Sərvan oğlu xx.xx.2020-ci il tarixdə azad edilərək, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs2 Sərvan oğlu barəsində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 Sərvan oğlu xx.xx.2020-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və məhkəmə tərəfindən cinayət işi üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sərvan oğlunun məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs Məmməd oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020ci il tarixli notariat qaydada təsdiqlənmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğluna qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğlunun göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaları sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğlunun həmin əməli törətməkdə təqsirli olmaları təqsirləndirilən şəxslərin ifadələri və mütəxəssis rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğlunun əməli ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdikləri cinayət əməlinə görə təqsirkarlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 oğlunun məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1 -ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1 -ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Təqsirləndirilən şəxs1 indiki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3800 manat cərimə cəzası tamamilə birləşdirmək yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 Sərvan oğluna cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Sərvan oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 Sərvan oğlunun az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sərvan oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 14 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Sərvan oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğlunun hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Sərvan oğlunun və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat pul, müdafiəçi X3 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat pul, eyni zamanda məhkəmə istintaq zamanı Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat və Müdafiəçi2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 Sərvan oğluna aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən indiki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə təyin edilmiş 3800 manat cərimə cəzası ilə tam birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, 3800 (üç min səkkiz yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 təyin edilmiş 3800 manat cərimə cəzası müstəqil icra edilsin. Təqsirləndirilən şəxs2 Sərvan oğlu Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Sərvan oğlunun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 ay 14 günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 10 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Sərvan oğlunun üzərinə yaşayış yerini saat 23:00-dan 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 Sərvan oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Sərvan oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Sərvan oğlu barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs1 məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 Sərvan oğlu barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin.. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sərvan oğlu ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsinlər və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi X2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat pul, müdafiəçi X3 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat pul, eyni zamanda məhkəmə istintaq zamanı Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat və Müdafiəçi2 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pulXırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Bakı şəhəri İstintaq Təcridxanasına, Təqsirləndirilən şəxs2 Sərvan oğluna aid hissədə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hökmdən həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-51/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-51/2021
15.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver