Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-51/2022 03.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1991 -ci ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, orta təhsilli, evli, işləməyən, Füzuli şəhəri Kərimbəyli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsində faktiki olaraq yaşayan, barəsində “polisin nəzarəti altına verinə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talama məqsədi ilə 12.06.2021 -ci il tarixdə saat 03 radələrində idarə etdiyi “Daevo Ravon” markalı, 99-PG- 521 dövlət qeydiyyat nişanlı taksi avtomobili ilə Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayonu ərazisindən sərnişin qismində avtomobilə müştəri qismində mindirərək sonuncunun sifarişi ilə 12 manat pul müqabilində Sumqayıt şəhərinə apararkən, avtomobili Bakı-Sumqayıt şossesinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisindəki “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan ara küçəyə sürüb saxlamış, Zərərçəkmiş şəxs avtomobildə hərəkətdə olarkən «Ağdamlıların və Füzulilərin» ünvanına nalayiq ifadələr işlətməsini bəhanə gətirib avtomobildən düşərək sonuncunun əlində saxladığı içərisində 270 manat nağd pul, 1 ədəd 700 manat dəyərində üzərində ***-***-**-** və ***-***-**-** GSM mobil nömrələri olan «Samsung A 30 S» markalı mobil telefon aparatını, 1 ədəd 5 manat dəyərində gün eynəyini, 1 ədəd 15 manat dəyərində təsbehi olan 50 manat dəyərindəki əl çantasını alaraq açıq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1065 manat dəyərində ziyan vuraraq soyğunçuluq cinayət əməlini törətmiş, həmçinin əl çantasının içərisində olan Zərərçəkmiş şəxs məxsus AA1895550 seriyalı şəxsiyyət vəsiqəsini və digər mühüm sənəd hesab edilən balansında 25 manat pul olan «Beynəlxalq bank»a məxsus plastik kartı talayaraq soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ”Daevoo Ravon” markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobil ona məxsusdur və həmin avtomobili icarəyə taksi sürücüsü kimi fəaliyyət göstərməklə “9933” saylı taksi şirkətində taksi sürücüsü işləyir. 12.06.2021-ci il tarixdə saat txəminən 03 radələrində Bakı şəhəri Nəsimi rayonu, Beynəlxalq bankın qarşısından keçərkən bir nəfər sonradan adını Nəsib kimi bildiyi şəxs ona əl etmiş, o da avtomobili çəkib kənara saxlamışdır. Bu zaman Nəsib gəlib avtomobilin qarşı sağ oturacağa əyləşmiş və onu 20 yanvar metrosunun yaxınlığına aparmasını bildirmiş, o da 2 manat pul müqabilində aparacağını bildirmişdir. Metronun “20 Yanvar” stansiyasının qarşısına çatdıqda Nəsib onu Sumqayıt şəhərinə apara bilib-bilməməsini soruşmuş, o da “10 manat pul ver apararam” demiş, sonuncu razı olduğu üçün onu Sumqayıt şəhərinə aparamaq məqsədi ilə Bakı- Sumqayıt yoluna keçmişdir. Bu zaman Nəsib ona təklif etmişdir ki, onunla cinsi əlaqədə olsun və sonuncunun ona əl atmasını görüb bu hərəkətinə görə ona irad bildirmiş, sonra Nəsib ondan “sən haralısan” soruşmuşdur. O da Füzuli rayonundan olduğunu bildirmiş, belə olduqda Nəsib Füzuli rayonundan olan şəxslər barəsində xoşagəlməz sözlər işlətməyə başlamış və ona təhqiramiz ifadələr işlətmişdir. X8 rayonundan olduğunu bildirmiş, bunu dedikdən sonra Nəsib ona təklif edərək demişdir ki, “burada yer var, gəl həmin yerdə cinsi əlaqədə olaq”. O da avtomobili sonuncunun dediyi yerə, yəni Abşeron rayonu Saray qəsəbəsində “Lukoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında ara küçəyə salmış, avtomobildən yerə düşərək arxa yük yerini açaraq oradan 1 ədəd balaca vintaçan (atferka) götürüb Nəsibin yanma gələrək avtomobilin qapısını açaraq ona aşağı düşməsini bildirmiş, Nəsib avtomobildən düşmək istəyəndəəl çantası onun üzərində olmuş, o, Nəsibin çantanı götürmək istədiyini gördükdəəli iləçantasından vuuşdurm ki, birdən çantadan nə isə götürüb onu vurar. Elə bu anda Nəsib avtomobildən düşərək qaçmağa başlamış, o da avtomobili sürüb çıxıb evə getmişdir. Çantadan 1 ədəd “Samsung A 30” markalı mobil telefon aparatını, 1 ədəd Beynəlxalq banka aid pul kartını 1 ədəd təsbehi, 1 ədəd gün eynəyini və 1 ədəd fləş kartı götürüb həmin qara rəngli çantanı içərisindəşəxsiyyət vəsiqəsi ilə birlikdə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Duz Gölünün kənarına tullamış, həmin “Samsung A 30” markalı mobil telefon aparatını 15 iyun 2021-ci il tarixdə 20 yanvar metrosunun yamnlığında telefon dükanına 120 manata satmış, 14 may 2021-ci il tarixdə isə Bankomatda Beynəlqaxlq bankdan Nəsibin adma olan bank kartında olan 12 manat pulu çıxarmış, qalan 1 ədəd gün eynəyini, 1 ədəd təsbehi və 1 ədəd vint açanı könüllü olaraq istintaqa təqdim etmişdir. Göstərmişdir ki, Nəsibi vint açanla hədələmişdir ki, avtomobildən düşsün və sonuncu avtomobildən düşərkən isəüzərində, yəni qucağına qoyduğu çantasına əl atmaq istədiyini gördükdə onun əlindən vurmuş və sonuncu da çantasını atıb qaçmış, sonradan ona pul lazım olduğu üçün əldə etdiyi telefon aparatını satmış və həmçinin kart hesabından pulu çıxarmışdır, hadisə vaxtıçantada 270 manat pul olmamışdır. Həmçinin hadisə vaxtı avtomobildə ikisindən başqa heç kim olmamış, Nəsibin əlindən çantasını zorla almamış, yalnız sonuncunu vintaçanla hədələmişdir ki, avtomobildən düşsün. Nəsib avtomobildən düşərkən çantasından nəsə götürmək istəməsini gördükdə əli ilə sonuncunun əlindən vurmuş və Nəsib də qaçmağa başlamışdır. Törətdiyi əməldən peşmançılıq çəkir. Hazırda o, zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da faktiki olaraq ünvan 2anında yaşayır. Bakışəhəri, Səbail rayonu, Xəqani 42 ünvanında yerləşən “Karaoke” klubunu icarə əsasında işlədir. 12.06.2021 -ci il tarixdə təxminən saat 03 radələrində işdən çıxaraq Nəsimi rayonu, «Beynəlxalq bank»m qarşısına piyada gəlmiş, bu orada ağ rəngli markasına fikir vermədiyi taksi avtomobilinə minərək onu Bakışəhəri, Nəsimi rayonunda yerləşən 20 Yanvar metrosunun yaxınlığına aparmasını bildirmiş, taksi sürücüsünə 2 manat pul verəcəyini demişdir. Avtomobilin qarşı sağ oturacağına əyləşmiş, bir az spirtli içki qəbul etmiş, Sumqayıt şəhəri, 9-cu mikrarayonda yaşayan anası X3 evinə getməyi qərarlaşmışdır. Taksi sürücüsü avtomobili idarə etmiş və 20 Yanvar metrosunun yaxınlığına çatdıqda taksi sürücüsü ona «əlavə pul versən, mən səni birbaşa ünvana apararam» demişdir. «Sumqayıt şəhərinə gedirəm, 2 manatdan əlavə sənə 10 manatda pul verəcəm» demiş, sürücü də onunla razılaşaraq avtomobili Bakı-Sumqayıt yolu ilə hərəkət edirmişdir. Yolda bir-birləri ilə səmimi söhbət etmiş və taksi sürücüsə «mahnı qoy qulaq asım» demiş, həmçinin sonuncuya arada irad bildirmişdir ki, avtomobili asta idarə etsin. Onlar Bakı-Sumqayıt yolunun Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində «Lukoil» yanacaqdoildurma məntəqəsinin qarşısını keçdikdən sonra taksi sürücüsü avtomobili yolun sağ kənarına torpaq yola sürmüş, bir az hərəkət etdikdən sonra yenidən əsas yola çıxmaq üçün avtomobili idarə edib yola çıxmağa az qalmış avtomobili saxlayıb avtomobildən yerə düşmüşdür. Sonra sürücü gəlib avtomobilin qabaq sağ qapısını açaraq ona «sən nəyə görə Fizuliləri və Ağdamlıları söyürsən» demiş, və bu anda aralarında bu zəmində mübahisə baş vermişdir. Sürücünün sinəsindən əli ilə itələyib ona nəlayiq ifadə işlətmiş, bu zaman sürücünün əlində biz olduğunu görmüş və qorxaraq oradan qaçıb getmişdir. O, qaçmaq istəyərkən sürücü sinəsində asılı olan çantasını dartıb əlindən almış, o qaçarkən sürücü avtomobili sürüb çıxıb getmişdir. Bundan sonra o, qaçıb yaxınlıqda olan «Lukoil» yanacaqdoldurma məntəqəsində yaxınlaşaraq oradan DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş və sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişlər. Göstərmişdir ki, sürücü avtomobildən düşüb ona tərəf gələrkən ona demişdir ki, «ay bala gəl avtomobiləəyləş gedək, Fizulili kimdi, Ağdamlı kimdi, gəl maşını sür». Bu zaman həmin şəxs onun sağ qolundan tutaraq ona demişdir ki, «sən Ağdamlılarla, Fizuliləri söyürsən». Sürücünü əli ilə vurduqdan sonra sonuncu maşın tərəfəçəkihuncdə o, qaçmış və sumkasmı isə aralarmjada olan mübahisə zamanı sürücü dartıb yerə salaraq götürmüşdür. Həmçinin göstərmişdir ki, sürücü ona hər hansı bir formada hədə qorxu gələrək çantasını əlindən almamış, sadəcə olaraq çantasını dartmış və çantanın haraya düşməsini görməmiş, çantasında 1 ədəd Samsung A 30 S markalıüzərində ***-***-**-** və 077-502- 66-68 nömrəsi olan, 700 manat dəyərində telefonu, şəxsiyyət vəsiqəsi, «Beynəlxalq bank»a məxsus içərisində 25 manat olan pul kartı, 270 manat nağd pulu, 1 ədəd 100 manat dəyərində gün eynəyi, 1 ədəd 50 manat dəyərində təsbehi və market kartları olmuşdur. Zərərçəkmiş şəxs nümayəndəsi X4 məhkəmə iclasında ifadə verərərək bildirdiki, oğlu zərərərçəkmiş Zərərçəkmiş şəxs xarici ölkədə olduğundan məhkəmə iclasında iştirak edə bilmir və oğlunun əvəzindən etibarnamə əsaslnda o, iştirak edir. Hazırda Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən ona qarşı heç ibr şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəməəmtəəşünaslıq ekspertizasının 02.08.2021- ci il tarixli, 9/4741 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, -01 ədəd üzərində «D&D» yazıları olan, plasmas materialdan hazırlanmış qadın gün eynəyi - 05 manat; - 01 ədəd gümüşü rəngli 33 dənəli metal təsbeh - 15 manat. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 06.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 17.06.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 19.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 19.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs nümayəndəsi X4 03 fevral 2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən ona qarşı heç ibr şikayət və tələbinin olmadığını bildirmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, 1 ədəd üzərində «D&D» yazıları olan, plasmas materialdan hazırlanmış qadın gün eynəyi, 1 ədəd gümüşü rəngli 33 dənəli metal təsbehvə bir ədəd vintaçan maddi sübut kimi tanınaraq, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X5 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinə əsasən barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, onun törətdiyi cinayətlərin xarakterini, onun cinayət törədildikdən sonrakı davranışını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını-ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.02.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd üzərində «D&D» yazıları olan, plasmas materialdan hazırlanmış qadın gün eynəyi, 1 ədəd gümüşü rəngli 33 dənəli metal təsbehvə bir ədəd vintaçan saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdən 19.06.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 03.02.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd üzərində «D&D» yazıları olan, plasmas materialdan hazırlanmış qadın gün eynəyi, 1 ədəd gümüşü rəngli 33 dənəli metal təsbehvə bir ədəd vintaçan saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-51/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-51/2022
03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver