Məhkəmə qərarları › İş №1(012)-510/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-510/2025

01.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-510/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1975-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 il tarixli qərarı ilə axtarış verilərək, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi ev 72-də yerləşən 60 nömrəli mənzilin qarşısında, blokda olan Zərərçəkmiş şəxs1 məxsus bir ədəd 325 manat dəyərində “Stels- 29” markalı velosipedi oğurlayaraq Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi ev 3-də yerləşən 102 nömrəli mənzilin qarşısında, blokda olan Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “Cross” markalı 600 manat dəyərində velosipedin qoruycu qıfılını kəsib oğurlayaraq Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi ev 67-də yerləşən 23 nömrəli mənzilin qarşısında, blokda olan Zərərçəkmiş şəxs3 məxsus bir ədəd “Start” markalı 24-lük 380 manat dəyərində velosipedi oğurlayaraq Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi ev 72-də yerləşən 45 nömrəli mənzilin qarşısında, blokda olan X3 məxsus bir ədəd 300 manat dəyərində qara rəngli, “24-lük” velosipedi oğurlayaraq zərərçəkmiş şəxs Saqif Ziyrəddinova həmin məbləğdə ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, hadisə baş verdiyi zaman heç bir yerdə işləmədiyindən maddi tələbatlarını qarşılaya bilməmişdir. İlk oğurlluq hadisəsi 11 avqust 2024-cü il tarixdə baş vermişdir. Belə ki, həmin gün təxminən 22 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray MTK”-nın qarşısına gəlmiş, binanın mərtəbərində velospedin olacağını güman edərək, 72 nömrəli binanın 9-cu mərtəbəsinə qalxmış və orada divara söykənilmiş velosipedi götürüb aparmış və səhəri gün tanımadığı bir nəfər şəxsə 30 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Bundan başqa o, 24 avqust 2024-cü il tarixdə axşam saat 23 radələrində yenidən Abşeron rayonu, Saray qəsəbəsində yerəşən “Saray MTK”-nın qarşısına gəlmiş, bu dəfə 3 nömrəli binanın 14-cü mərtəbəsinə qalxmış və divara söykənmiş velosipedi götürüb pilləkənlərlə aşağı 1-ci mərtəbəyə düşürüb blokdan çıxarmışdır. Velosipedi yenə Sumqayıt şəhərinə “Xəzər Bağlarına” aparmış, orada qonşuluqda yaşayış olmayan evin həyətində gizlətmiş və səhəri günü Zamin adlı şəxsə 45 manata satmışdır. O, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra o, 29 sentyabr 2024-cü il tarixdə axşam saatlarında təkrar oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray MTK”-nın qarşısına gəlmiş. orada 67 nömrəli binanın 5-ci mərtəbəsinə qalxmış və divara söykənmiş velosipedi götürüb pilləkənlərlə aşağı 1-ci mərtəbəyə düşürüb, blokdan çıxarmışdır. Velosipedi yenə Sumqayıt şəhərinə “Xəzər Bağlarına” aparmış, orada qonşuluqda yaşayış olmayan evin həyətində gizlətmiş və səhəri günü “Əşya bazarı” deyilən yerdə tanımadığı şəxsə 40 manata satmış, əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Son olaraq isə 14 oktyabr 2024-cü il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray MTK”-nın qarşısına gəlmiş. orada 72 nömrəli binanın 7-ci mərtəbəsinə qalxmış və divara söykənmiş velosipedi götürüb pilləkənlərlə aşağı 1-ci mərtəbəyə düşürüb, blokdan çıxarmışdır. Velosipedi Sumqayıt şəhərində yerləşən “Əşya bazarı” deyilən yerə aparmış və orada tanımadığı bir nəfər şəxsə 50 manata satmışdır. O. əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslərlə dəymiş zərərin tam ödənilməsini, barışıq əldə etməklə sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, uzun müddətdir ki, həbsdə olmasını və bundan ciddi nəticə çıxarmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiş şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin yay fəslində Sumqayıt şəhərində bir ədəd 380 manata “Start” markalı “24-lük” velosiped almışdır. Velosipedi hər gün yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi, bina 67, 23 nömrəli mənzilin qarşısında blokda saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində həmin velosipedi yenə blokda saxlamışdır. Həmin gün saat 19 radələrində evdən bloka çıxmış və velosipedin blokda olmadığını görmüşdür. O, həyətə düşüb velosipedi axtarsada tapa bilməmişdir. Buna görə həmin gün velosipedinin oğurlanması barədə polisə şikayət etmişdir Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiş şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin aprel ayında Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzindən 325 manata “Stels-29” markalı velosiped almışdır. Velosipedi hər gün yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi, bina 72, 60 nömrəli mənzilin qarşısında blokda saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdən çıxıb gedən zaman velosiped blokda olmuşdur. Həmin gün saat 23:50-də evə qayıtmış və həmin vaxtı velosipedin blokda olmadığını görmüş və həyətə düşüb velosipedi qonşulardan soruşsada görən olmamışdır. Buna görə həmin gün gecə polisə müraciət edib velosipedinin oğurlandığını bildirmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiç şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2024-cü ilin fevral ayında azyaşlı oğlu üçün 01 ədəd işlənmiş vəziyyətdə “Cross” markalı velosipedi 600 manata almışdır. Velosipedi yaşadığı binanın 14-cü mərtəbəsində blokda saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində velosipedi həmin yerdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində velosipedin blokda saxladığı yerdə olmadığını görmüşdür. Bu barədə qonşulardan soruşmuş və velosipedi götürmədiklərini bildirmişlər. Bundan sonra 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş və Saray polis bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona 600 manat ziyan dəymişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, təqsirləndirilən şəxslə arasında barışığın mövcud olmasını, zərərçəkmiş şəxsə qarşı şikayət və tələbinin olmamasını və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, X4 əridir və Saqif onu hüquq mühafizə orqanlarında və digər dövlət orqanlarında təmsil etməyi üçün xx.xx.2022-ci il tarixdə etibarnamə vermişdir. Saqif yay fəsli başlayanda özü üçün 300 manata qara rəngli “24-lük” velosiped almışdır. Saqif velosipedi istifadə etmədiyi müddətdə yaşadıqları evin 7-ci mərtəbəsində blokda saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Saqif velosipedi həmin yaşadıqları blokda saxlayıb getmişdir. Həmin gün saat 20 radələrində evə gələn zaman velosipedin blokda saxladığı yerdə olmadığını görmüşdür. Bundan sonra qapıya quraşdırılmış video müşahidə kamerasına baxmışlar və kamerada xx.xx.2024-cü il tarixdə saat 15 radələrində bir nəfər orta yaşlı, ağ saçlı kişinin onlara məxsus velosipedi götürüb apardığını müşahidə etmişlər. Saqif bundan sonra Saray polis bölməsinə velosipedin oğurlanması ilə bağlı şikayət etmiş və görüntünü diskə köçürüb polisə təqdim etmişdir. Velosipedin oğurlanması nəticəsinə onlara 300 manat ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dəvət olunaraq, dindirilmiş Şahid1 istintaqda verdiyi ifadəni təsdiq edərək göstərdi ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Saray MTK” yaşayış kompleksi, ev 72, mənzil 45-də yaşayan X1 polis bölməsinə ərizə ilə müraciət edərək, yaşadığı binanın blokunda saxladığı 300 manat dəyərində qara rəngli “24-lük” velosipedinin naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Həmin şəxsin müraciəti ilə bağlı əməliyyat-axtarış tədbirlərini həyata keçirmək üçün bölmə rəhbərliyi tərəfindən verilmiş tapşırığa o və Abşeron RPİ-nin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmişdir. Keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində X3 məxsus Saray qəsəbəsi, “Saray MTK” yaşayış kompleksi, ev 72 ünvanında blokdan bir ədəd qara rəngli “24-lük” velosipedi oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və saxlanılaraq polis bölməsinə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs etiraf edərək bildirmişdir ki, velospiedlə bağlı baş verən oğurluq əməlləri onun tərəfindən törədilmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 oktyabr 2024-cü il tarixdə, saat 18:30 dəqiqədə tutulmuşdur; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, oğurluq cinayət əməlinin törədilməsi ilə bağlı fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır; - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 oktaybr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur; - “Təqsirəndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi” haqqında 27 oktyabr 2024-cü i tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti atına vermə” qətimkand tədbiri seçilərək, saxlanıldığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir; - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılıb. - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 06 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 07 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; - “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq” haqqında 07 dekabr 2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 zərərçəkmiş şəxs, Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdırlar; - “Cinayət işi üzrə sübutarın qiymətləndirilməsi və əməlin tövsif edilməsi” haqqında 18 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğllunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmiş, ona həmin maddələrlə ittiham elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəzərə alınmış, - “Təqsirlıəndirilən şəxs qismində yenidən cəlb etmə” haqqında 19 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Abşeron Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 1(012)-510/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, barəsində axtarış verilmiş, sonuncu 13 mart 2025-ci il tarixdə tutularaq, aidiyyəti üzrə təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 1(012)-510/2025 saylı məhkəmə hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə məhkəməyə verilərək, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; - Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan olaraq ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxsə qarşı heç bir iddiası, şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxslərin ərizələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsi onun əməlində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini əməlində cəzanı yüngülləşdirən hal olaraq qiymətləndirərək, həmçinin ağırlaşdırıcı halların müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növü ilə onun islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 04 (dörd) ay 19 (on doqquz) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla, ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunaraq dərhal məhkəmə zalından həbsdən azad olunmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə göstərdiyi hüquqi yardıma görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 350 manat (40 saat x 6 AZN + 10 x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə olduğu 04 (dörd) ay 19 (on doqquz) gün ümumilikdə 04 (dörd) ay 21 (iyirmi bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 08:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saatın hər iş saatının 6 manatdan, digər 10 saatın hər iş saatının isə 11 manatdan hesablanmaqla, cəmi 350 (40 saat x 6 AZN + 10 x 11 AZN) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar