Məhkəmə qərarları › İş №1(012)-511/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-511/2020

14.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-511/2020 14.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 185 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, Rövşən Pəhlivani küçəsində yerləşən fərdi yaşayış evində yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 0,418 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 16:40 radələrinlə ünvan 3 saylı ünvanın yaxınlığında Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb Bakı şəhəri, Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, polis əməkdaşları tərəfindən xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli vilvet şalvarının sağ arxa cibindən həmin bir ədəd siqaretin gümüşü kağızına bükülülmüş təmiz çəkisi 0.418 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan ümumi 0.155 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxx 2020-ci il tarixdə saat 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Ç.Mustafayev küçəsində Abşeron rayon polis idarəsinin Qobu Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Abşeron rayon Pİ-nin Qobu Polis Bölməsinə gətirilərək xidməti iş otağında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins gödəkçənin sağ yan cibindən həmin bir ədəd siqaretin gümüşü kağızına bükülülmüş təmiz çəkisi 0.155 qram narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Rövşən Pəhlivani küçəsində yerləşən fərdi evdə yaşayır. Təxminən iki aya yaxın müddətdir “kakos” adlanan narkotik vasitədən istifadə etmiş, 2 dəfə narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar mertostansiyasının yaxınlığından təxminən 30 yaşında və qara saçları olan, orta boylu, cənub ləhcəsi ilə danışan, lakin adını və ya ünvanını bilmədiyi bir nəfər şəxsdən almış, həmin şəxslə təsadüfən çayxanada tanış olmuş, adının “Elnur” olduğunu demişdir. Həmin şəxs ilk dəfə onunla həmin kakosu yandırıb birlikdə iyləmişlər, sonra ona bir bükümünü 10 manata satmışdır. O, həmin bükümdəki vasitədən 4-5 dəfə istifadə etmiş, bundan sonra ona həmin şəxsdən yenidən ikinci dəfə 10 manata yenə də bir büküm narkotik vasitə almış və onu da 4-5 dəfə istifadə etmişdir. Axırıncı dəfə xx xxxxx 2020-ci il tarixdə saat təxminən 14 radələrində yenə də Bakı şəhəri metronun 20 yanvar stansiyasının çıxacağının yaxınlığında Elnur adlı şəxsdən 10 manata siqaretin gümüşü kağızına bükülmüş halda olan bir büküm kakos dediyi narkotik vasitəni almış və əynində olan tünd göy rəngli vilvet şalvarının arxa sağ cibinə qoymuş, oradan da taksi ilə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində avtoyumada işləyən, əslən Naxçıvan rayonu, Şərur rayonundan olan, lakin Bakı şəhərində yaşadığı ünvanı bilmədiyi, adını “Bəhruz” kimi bildiyi şəxslə görüşmək üçün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinə gəlmiş, onun məqsədi Bəhruzla görüşüb ona borc verdiyi 100 manat pulu Bəhruzdan almaq olmuşdur. Bəhruz ondan 100 manat dəyərində ərzaq malları almış, lakin pulunu verməmişdir. O, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Bəhruzun kirayə yaşadığı ünvanı bilmədiyi, lakin yerini tanıdığı həyət evinin darvazasını döymüş, lakin heç kim qapını açmamışdır. Sonra o, öz evinə qayıtmaq üçün “Aura” şadlıq sarayının yaxınlığında yolda dayanıb avtobus gözləyən zaman polis əməkdaşları ona yaxınlaşmış və ondan sənədlərini tələb etmişlər. O da sənədlərini təqdim etmiş polis əməkdaşları sənədlərinə baxdıqdan sonra onu Suraxanı rayon Pİ-nin 32-ci PB-nə gətirmişlər. Orada onun hüquqlarını müdafiə etmək məqsədilə vəkil dəvət olunmuş, ona şübhəli şəxs qismində tutulduğu, onun üzərində şəxsi axtarış və götürmə aparılacağı bildirilmiş, hüquq və vəzifələri elan edilmiş, ondan üzərində qanunla qadağan olunan hər hansı bir əşya olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi bildirilmişdir. O da əynində olan tünd göy rəngli vilvet şalvarının arxa sağ cibində saxladığı, həmin narkotik vasitəni çıxartmış və stolun üstünə qoyub narkotik vasitə olduğunu və özü istifadə etmək üçün bir az əvvəl aldığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış aparılmış, lakin hər hansı bir qanunsuz vasitə aşkar edilməmiş, protokol yazılmış, o, və içtirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, etdiyi əməlin cinayət olduğunu başa düşmüş və səmimi peşman olmuşdur. Narkotik vasitə aldığı şəxsin əlamətlərini, adının “Elnur” olduğunu, həmin şəxsin barəsində başqa heç nə bilmədiyini demişdir. O, narkotik vasitəni yalnız özü istifadə etmək üçün almış, heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsində, Hökməli-Qobu yolunda tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroin almış, həmin narkotik vasitəni əynində olan tün göy rəngli gödəkçənin sağ yan cibinə qoyub Abşeron rayonu, Hökməli qəsəbəsində evinə gələn zaman xx.xx.2020-ci il tarixdə saat təxminən 00:30 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda iki nəfər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları narkotik vasitələrin saxlanmasında və gəzdirilməsində şübhəli olduğu üçün onu Abşeron RPİ-nin Qobu polis bölməsinə getməsini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nin Qobu polis bölməsinə getmiş, həmin vaxtı polis bölməsində xidməti otaqların birində müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan tünd göy rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim edib öz istifadəsi üçün Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, polis əməkdaşları üzərindən aşkar edilmiş kütləni ekspertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışlar Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx xxxxx 2020-ci il tarixdə “Elbrus” adlı şəxsin üzərində qanunsuz narkotik vasitə saxlaması və daşıması barədə daxil olmuş məlumata əsasən tərəfindən həmin şəxsin müəyyən edilərək tutulması məqsədi ilə Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və onun birlikdə iştirakı ilə əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 16:40da ünvan 6 saylı ünvanın yaxınlığında həmin şəxs, yəni Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 32-ci polis bölməsinə gətirilmişdir. Bölmənin inzibati binasında baş təhqiqatçı polis mayoru Əli İsgəndərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən onun hüquqlarını müdafiə etmək məqsədi ilə vəkil dəvət olunmuş, şübhəli şəxs qismində tutulması barədə hüquq və vəzifələri elan edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması barədə bildirilmiş, qanunla qadağan olunmuş hər hansı əşya və predmetin olub-olmaması soruşulmuş və olduğu halda təqdim edilməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli vilvet şalvarının arxa sağ cibində saxladığı narkotik vasitəni çıxarıb stolun üzərinə qoyaraq narkotik vasitə olduğunu və özü istifadə etmək üçün naməlum şəxsdən aldığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bu barədə baş təhqiqatçı tərəfindən protokol yazılmış və onlar həmin protokola imza atmışlar. Təqsirləndirilən şəxs üzərində saxladığı vasitənin narkotik vasitə heroin olduğunu, narkotik vasitə aldığı şəxsi görərsə üzdən tanıyacağını, yalnız adının “Elnur” olmasını, barəsində başqa heç bir məlumatının olmadığını, narkotik vasitəni yalnız özü istifadə etmək üçün aldığını, heç kəsə narkotik vasitə vermədiyini və satmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs götürülmüş həmin narkotik vasitə ekspertizaya tədim edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı rayon polis idarəsinin 32, -ci polis bölməsinin əməkdaşı Şahid3 ifadəsindən görünür ki, o, Şahid4 ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etdi. İbtidai zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron RPİ-nin Qobu PB-nin CA üzrə əməliyyat müvəkkili vəsifəsində işləyir, polis baş leytenantıdır. xx xxx 2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbulu ilə məşğul olması, hazırda Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda olması və üstündə narkotik vasitə olması barədə məlumat alıb, dərhal həmin məlumatı Polis bölməsinin rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra bölmənin polis sahə rəisi Şahid2 ilə birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi Qobu-Hökməli yoluna getmişlər. Həmin vaxtı küçə ilə hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və Elbrusa narkotik maddə qəbul etməsi barədə məlumatılarının olduğunu bildirib, polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-nin Qobu PB-nə gəlmişdir. Bundan sonra onlar bölmədə xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Elbrusa üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Elbrus da üzərində özü istifadə etmək üçün bir ədəd siqaretin gümüşü kağızına bükülü heroin olduğunu bildirmiş və əlini əynindəki tünd göy rəngli gödəkçəsinin sağ yan cibinə salıb cibində olan bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülünü çıxarıb təqdim etmişdir. Bundan sonra onlar Elbrusun üzərində şəxsi axtarış aparmışlar və Elbrusun üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra onlar Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmişlər. Baxış zamanı həmin bükümdə qəhvəyi rəngli, tozşəkilli kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “təqdim etdiyi bükümdəki kütlə heroindir, həmin heroini xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Hökməli-Qobu yolunda tanımadığı bir nəfər şəxsdən 10 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş bir büküm kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O da protokolda yazılanların doğru olduğunu imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində qeyd etdikləri xüsusatları bir daha təsdiq etdi. X5 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X5 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 2 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs əynində açıq göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülü narkotik vasitə olan heroinin və əynindəki tünd göy rəngli vilvet şalvarın sağ arxa cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülü olan narkotik vasitə olan heroinin aşkar olunaraq götürülməsi bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 17313 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs.... sözləri və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 0.155 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Republikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına (Siyahı 1) daxildir”. Həmçininarayışdaqeydedilmişdirki, heroindən 0,03qrammaddətədqiqatasərfolunmuş 0,125qramolanmaddəqalıqqalmışdır.Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,125qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli, 1536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, ontoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 334.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2001-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad edilmişdir, daha sonra Moskva şəhəri Nikulin rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən RF CM-nin 111-ci maddəsinin 1-ci hissəsi, 222-ci maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmiş və daha sonra xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olsa da, ödənilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarında olan Abşeron RİH Hökməli qəsəbə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Hökməli qəsəbəsi, Pəhlivanlı küçəsində yerləşən evdə qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə cinayətin təkrar törədilməsini Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən ağırlaşdıran hal hesab edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 (iki) gün müddət cəza müddətinə daxil edilməli və cəzaçəkməsinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,125 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Re-spublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün həbsdə saxlamanın müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,125 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti, Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Yusifov Ramil Hörmət oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar