Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-511/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs- xx.xx.1989-cu ildə Naxçıvan MR, Şahbuz rayonu Şahbuz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Naxçıvan MR, Şahbuz şəhəri M.Ə.Sabir küçəsi, ev 15-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, döngə 2, ev 8-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.10.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu Memar Əcəmi metro stansiyası yaxınlığında istintaqa məlum olmayan mənbədən üç ədəd bükümdə, 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,027 qram, 0,505 qram, 0,113 qram, ümumi təmiz çəkisi 0,645 qram, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və bir ədəd bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan təmiz çəkisi 0,421 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib Xırdalan şəhərində daşıyaraq üzərində saxlamış, Abşeron rayon polis idarəsinin əməkdaşları 28 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi döngə 2-də yerləşən 8 nömrəli evində üzərinə şəxsi axtarış keçirərkən sonuncudan qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxladığı, üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,027 qram, 0,505 qram, 0,113 qram, ümumi təmiz çəkisi 0,645 qram, şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və bir ədəd bükümdə təmiz çəkisi 0,421 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Bundan başqa o, 05.06.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri “AAAF” park yaşayış kompleksində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan bir ədəd şəffaf selofana bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxil olan ümumi 1,995 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və bir ədəd şəffaf selofana bükülmüş Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısına daxil olan tərkibində təsiredici maddənin miqdarı 0,04 qram olan üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd həb metodon tərkibi dərman preparatını qanunsuz əldə edib saxlayaraq Abşeron rayonu Xırdalan şəhərinə daşımış, Abşeron RPİ-nin İŞ-də Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs 09.06.2021-ci il tarixdə saat 16:35 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri 120 deyilən ərazidə saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti-6 ünvanında yerləşən, Abşeron RPİ-nin inzibati binasına gətirilmiş və RPİ-də üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara idman şalvarının sağ yan cibindən həmin bir ədəd şəffaf selofana bükülmüş təmiz çəkisi 1,995 qram olan psixotrop maddə metamfetamin və üzərində “F/M40” yazısı həkk olunmuş 1 ədəd həb metodon tərkibi dərman preparatı aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 4-5 aydan artıqdır ki, narkotik vasitələrdən istifadə edir və narkotik vasitələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. 27.10.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu yaxınlığında yerləşən Memar Əcəmi metrosu ətrafında tanımadığı şəxsdən özü istifadə etmək üçün 30 manat pul müqabilində narkotik vasitə hesab olunan heroin və psixotrop maddə metamfetamin almışdır. O, həmin narkotik vasitəni əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Bundan sonra ünvan 3 ünvanına gəlmişdir. Həmin ünvanda qeyri-rəsmi münasibət saxladığı Şahid5 yaşayır. Həmin günün səhərisi yəni, 28 oktyabr 2020-ci il tarixdə saat 13 radələrində o, yaşadığı evdə olduğu zaman narkotik vasitədən istifadə etmək qərarına gəlmişdir. Buna görədə cibindən həmin narkotik vasitənin bir hissəsini çıxartmış və istifadə etmək üçün masada olan boşqabın içərəsinə qoymuşdur. Bu zaman polis əməkdaşları evə daxil olmuşlar və cinayət hadisəsi törətdiyinə görə axtarışda olan qeyri-rəsmi həyat yoldaşı Ceyhunənin ögey bacısı Şahid3 tutmuşlar. Həmin anda o, masanın üzrəinə narkotik maddə qoyduğunu unutmuşdur. Bunu görən polis əməkdaşları ona üzərində və yaşadığı evə axtarış keçiriləcəyini bildirmişlər. O, yalan danışmağın və müqavimət göstərməyin mənasız oldğunu anlayıb polis əməkdaşlarına könüllü olaraq narkotik vasitə istifadəçisi olduğumu bildirmişdir. Bundan sonra polis əmkdaşları videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Bundan sonra o, masanın üzərində olan boşqabdakı bükümləri də təqdim etmişdir. Bundan başqa üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı o, üzərindən aşkar olunmuş narkotik vasitələri tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən üzərində və evə axtarış keçirilməsi barədə protokol tərtib edilmişdir. O, da digər iştirakçılar kimi protokolun doğruluğunu imzasıyla təsdiq etmişdir. Bundan başqa bildirmişdir ki, üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığı üçün 28.10.2020-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları tərəfindən Xırdalan şəhərində yaşadığı evdə üzərinə şəxsi axtarış keçirilmiş və narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşlərinin gərgin olması səbəbilə istintaqa gələ bilməmişdir. 09.06.2021-ci il tarixdə saat 16:35 radələrində Xırdalan şəhərində 120-nin sonu adlanan ərazidə piyada gəzən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını, barəsində Abşeron RPİnin İŞ-də aparılan cinayət işi üzrə axtarış elan olunduğunu, bu səbəbdən polis əməkdaşları ilə birlikdə RPİ-nin inzibati binasına gəlmişdir. Lazımi sənədləşmə aparıldıqdan sonra saat 18 radələrində onu Abşeron RPİ-nin MSY-nə təhvil vermişlər. Təhvil verilən zaman o, üzərinə baxış keçiriləcəyini bildiyi üçün orada xidmət aparan polis serjantı Şahid2 üzərində 1 ədəd psixotrop maddə olan metadon F/M40 həbinin, 1 ədəd bıçağın və 1 ədəd ağ rəngli selofana bükülmüş limon duzunun olduğunu demişdir. Bu səbəbdən üzərinə baxış keçirmədən əvvəl raport yazılmışdır. Bundan sonra MSY-də istintaq otağında video çəkilişlə üzərində şəxsi axtarış və götürmə həyata keçirmişlər Şəxsi axtarış keçirməzdən öncə ona hüquq və vəzifələri tam olaraq izah olunmuşdur. Daha sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O, da əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd qatlanan bıçağı, 1 ədəd şəffaf selofana bükülmüş limon duzu olan bükümü və şalvarımın belinin ipinin dəliyində gizlətdiyi 1 ədəd metadon F/M40 həbini masanın üzərinə qoymuşdur. Həmin metadon F/M40 həbini ağrıları olan zaman şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin həbi təsadüfən Xırdalan şəhərində “AAAF” park yaşayış kompleksində yerdən tapdığımı, 1 ədəd ağ rəngli selofana bükülmüş içərisində limon duzu olan kütləni isə narkotik vasitədən istifadə zamanı istifadə etdiyim üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin üzərində olan 1 ədəd qatlanan bıçağı isə iş zamanı istifadə etdiyi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərində başqa əşyanın olub-olmadığı soruşulmuş, o, da üzərində başqa əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar edilmiş kütlələri və 1 ədəd bıçağı ekspertiza təyin edilməsi üçün zərfə qoyub qablaşdırmışlar və üzərini DİN-in zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürləmişlər. Üzəri möhürlənmiş zərfin üzərini iştirakçılar, o və vəkili Rasim Əliyev tərəfindən imzalanmışdır. Həmçinin qeyd olunan proses təhqiqatçı tərəfindən protokol tərtib olunaraq yazılmış, ucadan oxunmuş, heç bir vəsatət və etiraz daxil olmadığı üçün imzalarla təsdiq edilmişdir. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə idarəsi tərəfindən barəsində axtarış elan edilmiş Şahid3 28.10.2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, döngə 2, ev 8-də olması barədə məlumat almış və iş yoldaşı CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə qeyd olunan ünvana yollanmışdır. Həmin ünvanda stolun üstündə olan boşqabda iki büküm narkotik vasitəyə oxşar maddə şübhələrini çəkmiş və o, evdə olan bir nəfər gənc oğlandan həmin bükümlərdə nə olduğunu soruşmuşdur. Həmin şəxs bükümlərdə narkotik olduğunu və onun özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. O, bu barədə RPİ-nin rəhbərliyinə telefon vasitəsilə bildirmişdir. Bundan sonra həmin ünvana gələn təhqiqatçı Sərxan Ramazanov tərəfindən müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. Eyni zamanda stolun üstündə boşqabda olan 2 ədəd bükümlərdəki narkotik vasitəyə oxşar maddələr götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs razılığı əsasında onun yaşadığı evə baxış keçirilmiş, baxış zamanı evdən qanunla dövriyyəsi qadağan edilən əşya, predmet aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 4 ədəd bükümlərdən 01 ədədi narkotik vasitə heroin, 03 ədədi isə psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitəni və psixotrop maddəni 27.10.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Nəsimi rayonu, M.Əcəmi metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 30 manata özü istifadə etmək üçün alıb özündə saxlamışdır. Bundan sonra Sahib Alməmədovun üstündən götürülümüş bükümlər kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin CAŞnin əməliyyat müvəkkili Sadıqov X2 Elmir Zaur oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamışdır. Bacısı Şahid3 da onlarla birlikdə yaşamışdır. Fəridə cinayət törətdiyi üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən axtarışa verilmişdir. 28.10.2020-ci il tarixdə günorta saatlarında evdə olan zaman polis əməkdaşları yaşadıqları evə gəlmişlər və Fəridəni axtarışda olduğunu və bununla əlaqədar polis idarəsinə getməyini bildirmişlər. Həmin vaxtı Sahibdə evdə olmuş və polis əməkdaşları Sahibin stolun üstündə olan boşqaba qoyduğu iki ədəd bükümü görmüşlər. Polis əməkdaşları həmin bükümlərin kimə məxsus olduğunu sorumuşmuşlar və Sahib həmin bükümlərin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları müdafiəçi dəvət etmişlər və otaqda Sahibin üzərinə şəxsi axtarış keçirilmişdir. Bundan sonra polis əməkdaşları Sahibi və Fəridəni oradan aparmışlar. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, şahid qismində dindirilmiş Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 09.06.2021-ci il tarixdə Abşeron RPİ-nin MSY-də polis serjantı Şahid6 xidmətdə olan zaman saat 18 radələrində RPİ-nin istintaq şöbəsi tərəfindən barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs CAŞ-nin əməliyyat müvəkkiləri Samir Səmədov və Şahid1 tərəfindən tutularaq MSY-nə təhvil verilmişdir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üstü yoxlanılan zaman sonuncu bildirmişdir ki, üstündə 01 ədəd bıçaq və narkotik vasitə var. Bu barədə o, RPİ-nin rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilən əşya, predmet olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs üzərində 01 ədəd bıçaq, narkotik vasitə metadon həbi və limon duzu olduğunu bildirmişdir. Əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qatlanan bıçağı, 01 ədəd ağ sellofana bükülmüş ağ rəngli kristala bənzər maddəni və şalvarın bel ipinin dəliyindən 01 ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli dərman preparatını təqdim etmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı təqdim etdiyi 01 ədəd narkotik vasitə metadon həbini ağrıları olduğu üçün istifadə etdiyini, limon duzunu narkotik vasitələrədn istifadə etmək üçün üzərində gəzdirdiyini, həmçinin bıçaqdan işdə istifadə etmək üçün üzərində gəzdirdiyini və narkotik vasitəni təsadüfən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülmüş bir ədəd şəffaf selofana bükülmüş maddə, 01 ədəd dərman preparatı və 01 ədəd bıçaq kağız zərflərə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Abşeron RPİ-nin MSY-nin mühafizəçi üzrə polis nəfəri Usubov X3 Fuad Barat oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 29 oktyabr 2020-ci il tarixli 6/2316 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün №56” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,027 qram, 0,505 qram, 0,113 qram ümumi təmiz çəkisi 0,645 (qalıq 0,560) qram olan ağ rəngli kristallik formada maddə xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bükümdə təmiz çəkisi 0,421 (qalıq 0,371) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 10 iyun 2021-ci il tarixli 6/2352 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Alməmmədov” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,995 (qalıq 1,945) qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və bir ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli həb metadon tərkibi dərman preparatıdır. 1(bir) ədəd həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 (qalıq həbin ½ hissəsi) qramdı. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 30 iyun 2021-ci il tarixli 3/1032 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist blçağıdır, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararsızdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 24 iyul 2021-ci il tarixli 2449 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq sindromu (Narkomanioya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və 2 ədəd DVD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 30 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılması məqsədi ilə Abşeron rayon Məhkəməsinə təqdimat verilməsi üçün 30.10.2020-ci il tarixdə vəsatətlə Abşeron rayon prokuroruna müraciət edilmiş, vəsatət təmin edilməmişdir. Həmin qərara əsasən Təqsirləndirilən şəxs 30.10.2020-ci il tarixdə Abşeron RPİ-nin MSY-dən azad edilmiş və həmin tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə 03 dekabr 2020-ci il tarixdə onun barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. 09 iyun 2021-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqı davam etdirilmişdir. 09.06.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11.06.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Abşeron rayon məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış və evinə baxış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs 03 ədəd bükümdə psixotrop maddə olan metamfetamini və 01 ədəd bükümdə narkotik vasitə olan heroini 27.10.2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonunda M.Əcəmi metrostansiyası ətrafında tanımadığı şəxsdən 30 manata alması və özü ilə Abşeron rayonu Xırdalan şəhərinə gətirməklə üzərində saxlaması müəyyən edilmişdir. Bundan başqa məhkəmədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd şəffaf selofana bükülmüş psixotrop maddə metamfetamin, 1 ədəd qəhvəyi rəngli dəmir qarışıq qulpu olan bıçağın və idman şalvarının bel ipinin dəliyindən 1 ədəd şəffaf selofana bükülmüş narkotik vasitə metodon olan dərman həbi preparatının aşkar olunması müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs 21.05.2019-cu il təvəllüdlü Ömür Alməmmədova adlı bir övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində 1(bir) azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla, ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 09.06.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 243 (iki yüz qırx üç) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi qalıq çəkisi 1,945 qram və 0,560 qram metamfetamin, 0, 371 qram narkotik vasitə olan heroin, və bir ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli metadonun ½ hissəsi məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd turist bıçağı Təqsirləndirilən şəxs özünə qaytarılmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28.10.2020-ci il tarixdən 30.10.2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və qəti olaraq üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 09.06.2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 243 (iki yüz qırx üç) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 1,945 qram və 0,560 qram metamfetamin, 0, 371 qram narkotik vasitə olan heroin, və bir ədəd üzərində F/M40 yazısı həkk olunmuş qəhvəyi rəngli metadonun ½ hissəsi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd turist bıçağı Təqsirləndirilən şəxs özünə qaytarılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-511/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-511/2021
16.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver