Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-511/2023 26.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 vəkili Bakı şəhər 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 2020-ci il tarixində Ermənistan Respublikasının torpaqlarımıza növbəti təcavüzü zamanı minlərlə vətən oğlu kimi vətənin müdafiəsinə qalxmışdır. Torpaqlarımızın azad edilməsində yaxından iştirak edərək, qanlı döyüşlərdə ağır yaralanaraq, 3 qrup əlil olmuşdur. Döyüşlərdə göstərdiyi xidmətlərinə görə ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV cənablarının sərəncamı ilə “Qubadlı cəsur döyüşçü” medalı və “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif edilmişdir. Döyüş yoldaşlarının gözlərinin önündə necə şəhid olmalarını, düşmənin atdığı mərmilərdən necə parçalandığını görən bir adam kiıni, ona müğənni Nüşabə Musayevanın sosial şəbəkələrdə qırmızı paltar geyinərək, şəhidlərin ili çıxmamış rəqs etməsini əks etdirən video paylaşması çox pis təsir etmiş və o Nüşabə Musayevanın bu hərəkətinə öz etiazını bildirmişdir. Həmin vaxt Nüşabə Musayeva “İnstaqram” sosial şəbəkəsində onun bu etirazına görə, onu və ailəsinin ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də, o Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Lakin Abşeron rayon Polis İdarəsinin 01 dekabr 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasını rədd edilməsi barədə qərar çıxarılmışdır. Müraciəti ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququm ona izah edilmişdir. Buna görə də, məhkəməyə müraciət edir. Beləliklə, Nüşabə Musayeva “İnstaqram” sosial şəbəkəsində" onu və ailəsinin adına deyilməsi etik qaydalara uyğun olmayan (həmin sözlər instaqramdan çıxarış ərizəyə əlavə olunur.) nalayiq ifadələr işlətmişdir. Nüşabə Musayeva onu hamının görə biləcəyi bir şəraitdə, yəni sosial şəbəkədə təhqir etmişdir. Bununla d, Nüşabə Musayeva onu və ailəsini təhqir edərək, kütləvi çıxışlarda, sosial şəbəkədə şəxsiyyətini şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayəti törətmişdir. X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməni xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, şikayətindən imtina etməsini nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 vəkili Müdafiəçi şikayət ərizəsinin dəlillərinə etiraz edib əsassız olduğundan məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmiş, hazırda həmin şikayətindən imtina edir və şikayətindən imtinasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 302.1-ci maddəsinə görə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında 1)şikayət həmin məhkəməyə aid olmadıqda; 2)şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 3)şikayətin məzmunu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 4)cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 5)barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 6)cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 7)şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 8)şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyi hallarında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə görə şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsində imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndinə görə məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmaması yoxlanılmalı və xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyinə görə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə X2 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-511/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-511/2023
26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver