Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-512/2020 28.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Prokuror – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs o]lunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi - Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, fərdi əməklə məşğul olan, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Tir park” adlanan yük avtomobillərinin duracağında tanışı Zərərçəkmiş şəxs ilə rastlaşarkən sonuncu atası Elçibəyin bir neçə gün öncə barəsində polisə əsassız şikayət etdiyini ona bildirib, onun atasının ünvanına söyüş söymüş, bu səbəbdən aralarında yaranmış şəxsi münasibətlər zəminindəki mübahisə zamanı o, yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bir neçə dəfə vuraraq ona sol gicgah-təpə nahiyəsinin hematoması, alın nahiyəsinin və ağız boşluğunun selikli qişasının əzilmiş yaraları, sol yanaq nahiyəsinin sıyrığından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə bir yerdə yaşayır, əvvəllər məhkum olunmamış, rəsmi olaraq heç bir yerdə işləməsə də özünə məxsus “Kamaz” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə saat 11:45 radələrində avtomobilinə ehtiyat hissəsi almaq üçün idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Tir park”a getmiş, təxminən 10-15 dəqiqə “Tir park”da olduqdan sonra “Kamaz” markalı yük avtomobilinin sürücüsü kimi tanıdığı Haqverdi adlı şəxsin də idarə etdiyi “Kamaz” markalı yük avtomobili ilə “Tir-park”a gəldiyini görmüş, Haqverdi avtomobildən düşdükdən sonra onun yanına gəlmiş və atası Elçibəyin bir neçə gün öncə onun barəsində polisə şikayət etdiyini bildirib atasının barəsində nalayiq sözlər danışmağa və ünvanına söyüşlər söyməyə başlamış, həmin vaxt o, Haqverdiyə hərəkətlərinə və sözlərinə diqqət etməyi, atasının ünvanına nalayiq sözlər deməməyi tələb etmiş, bu zaman Haqverdi ilə aralarında mübahisə düşmüş və həmin mübahisə dava-dalaşa çevrilmiş, dava-dalaş zamanı Haqverdini yumruq və təpiklə döymüş və həmin dava-dalaş təxminən 1-2 dəqiqə davam etmiş, sonra səs-küyə yaxınlıqdakı sexlərin birində çilingər işləyən Cahangir adlı şəxs gəlib onları aralamış, Cahangir onları araladıqdan sonra həmin yerə qohumu Seyran da gəlmiş, həmçinin Seyran da Haqverdinin onun üstünə gəlmək istədiyini görüb aralarında yenidən dava-dalaş yaranmaması üçün onu sakitləşdirib öz avtomobilinə əyləşdirmiş və o, həmin yerdən çıxıb getmiş, bundan iki gün sonra o, Abşeron RPİ-nin Qobu PB-nə dəvət olunmuş və baş vermiş hadisə ilə bağlı araşdırma aparılmışdır. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət işinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır, Qarabağ Müharibəsi veteranıdır, onun əvvəllər məhkumluğu olmamış, rəsmi olaraq heç bir yerdə işləməsə də, özünə məxsus “Kamaz” markalı **-BO-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla ailəsini dolandırır. Barəsində şikayət etdiyi şəxs Qobustan rayonu, Nabur kəndində yaşayan Səfa adlı şəxsdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin təkərlərini təmir etdirmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Tir park”a getmiş, “Tir park”da təkərlərin düzəldiyi yerə yaxınlaşdığı zaman tanıdığı Səfa adlı şəxsin də orada olduğunu görmüş, o, təkər ustasına avtomobilində hansı işləri görməli olduğunu başa saldıqdan sonra Səfa adlı şəxs həmin yerdən getmiş və təxminən 15-20 dəqiqədən sonra Səfa yenidən avtomobilini saxladığı yerə qayıtmış, həmin vaxt Səfa onunla söhbət edə bilib-bilməməsini soruşmuş, o, etiraz etməmiş və Səfanın “Kamaz” markalı avtomobilinin arxa tərəfinə keçən zaman Səfa arxasınca gələrək onu yumruq və təpiklə vurub yerə yıxmış, bu zaman səs-küyə yaxınlıqdakı sexlərin birində çilingər işləyən Cahangir adlı şəxs və təkərlərin təmiri ilə məşğul olan adlarını bilmədiyi 2 nəfər şəxs (ata və oğlu), həmçinin yuyucu sexində işləyən adını bilmədiyi şəxs, eləcə də həmin vaxt orada olan “Kamaz” markalı yük avtomobilinin sürücüsü Şövqi adlı şəxs gələrək onları aralaşdırdıqdan sonra Səfa adlı şəxs öz “Kamaz” markalı avtomobilinə əyləşib getmiş, ona görə də o, Abşeron RPİ-nin Qobu PB-nə ərizə ilə müraciət edib Səfa adlı şəxsin onu döydüyünü bildirib barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Sonda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən hazırki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan əlavə, məhkəmə baxışında Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın ödənildiyini göstərərək, sonuncunun barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Qobustan rayonu, Nabur kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, yeni həhəllədə yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır, əvvəllər məhkumluğu olmamış, rəsmi olaraq heç bir yerdə işləməsə də özünə məxsus “Kamaz” markalı. **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşımaqla ailəsini dolandırır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Kamaz” markalı yük avtomobilini təmir etdirmək üçün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən “Tir park”a getmiş, “Tir park”ın həyətinə daxil olan zaman həmin “Tir park”da çilingər işləyən Cahangir adlı şəxsin Səfanı tanıdığı Haqverdi adlı şəxsdən aralaşdıraraq öz avtomobilinə doğru apardığını görmüş, o, avtomobildən düşdükdən sonra ona bibisi oğlu Səfa ilə Haqverdinin arasında dava-dalaş olduğu məlum olmuş, ona görə də Cahangir onları aralaşdırıb Səfanı öz avtomobilinə doğru aparmış, həmin vaxt o, Haqverdinin Səfanı vurmaq istədiyini görüb Haqverdigili sakitləşdirməyə çalışmış və Səfanı öz “Kamaz” markalı avtomobilinə əyləşdirib oradan getməyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, ünvan 3 ünvanında ailəsi ilə bir yerdə yaşayır, təxminən 3 ay olar Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən “Tir-Park”da yük avtomobillərinin təkərlərinin təmiri ilə məşğul olur, oğlu Şahid3 da bəzi vaxtlarda işlədiyi yerə gələrək ona kömək etmiş, hadisə baş verən vaxt o, işdə olmuş, işlədiyi sexin içərisində olduğu zaman bayırdan qışqırıq səsləri gəldiyi üçün sexdən bayıra çıxanda Haqverdinin qışqırdığını və üz nahiyyəsinin qan içində olduğunu görmüş, həmin vaxt ona Haqverdi ilə tanıdığı Səfa adlı şəxsin arasında baş vermiş mübahisə zamanı Səfanın Haqverdini döyərək Haqverdiyə xəsarət yetirdiyi məlum olmuş, ona görə də onlara yaxınlaşıb yenidən aralarında dava-dalaş baş verməməsindən ötrü onları sakitləşdirməyə çalışmış, aralarında baş vermiş dava-dalaş anında işlədiyi sexin içərisində olduğu üçün Səfanın Haqverdini nə ilə vurmasını isə görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və X2 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 911 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gicgah-təpə nahiyəsinin hematoması, alın nahiyəsinin və ağız boşluğunun selikli qişasının əzilmiş yaraları, sol yanaq nahiyəsinin sıyrığı bərk küt əşya(əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və zərərçəkmiş şəxsin göstərdiy şəraitdə yəni xx.xx.2020ci il tarixdə qeyd olunan nahiyyələrə əl, yumruq, təpik, daş və dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən təqdim edilmiş məhkumluq barədə xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə,həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-512/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-512/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver