Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-513/2020 17.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1968-ci ildə Salyan rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, y/massivində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zərərçəkmiş şəxs bağında yaşayan Şahid2 tanışı Şahid1 onun işlədiyi avtoyuma məntəqəsində gələrək avtomobilini yuduzdurduqdan sonra zəhmət haqqısını verməməsi ilə bağlı Zərərçəkmiş şəxs narazılığını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs Şahid1 zəng edərək sonuncunu söhbət etmək üçün yaşadığı bağa çağırmış, xx.xx.2020-ci il tarixdə, saat 19.30 radələrində Şahid1 atası Təqsirləndirilən şəxs ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən, Şahid2 işlədiyi avtoyuma məntəqəsinin qarşısına gəlmişlər. Orada Təqsirləndirilən şəxs ilə tanıdığı Zərərçəkmiş şəxs arasında sonuncunun Təqsirləndirilən şəxs oğlu Şahid1 çağırması səbəbindən mübahisə olmuş, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla və avtomobildən götürdüyü dəmir parçası ilə Zərərçəkmiş şəxs sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə qəsdən zərbələr vurmaqla sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə oğlu Pərviz tanışı Şahinin onu bezdirdiyini və görüşə çağırdığını ona demiş, o, Şahini tanıdığı üçün məsələyə aydınlıq gətirmək məqsədi ilə Pərvizə gedəndə onu da aparmasını demiş, bir neçə dəqiqədən sonra oğlu Pərvizin avtomobilinə minib Şahmarın işlədiyi avtoyuma sexinin yanıa getmişlər. O, Şahinə yaxınlaşan zaman Şahindən oğlu Pərvizi nə səbəbə çağırdığını soruşmuş, Şahin içkili vəziyyətdə “sənlik deyil" dedikdə o, ikinci dəfə Şahindən “nə məsələ” olduğunu soruşmuş, bu zaman “sənə demirəm sənlik deyil” deyib əli ilə ona uzaqlaşmasına işarə etmişdir. O, Şahinin bu hərəkətinə əsəbləşib Şahinin sifətinə bir dəfə sillə və bir dəfə yumruq vurmuş, bundan sonra Şahin də ayağa qalxıb onun sifətinə yumruq vurub avtomobilinə tərəf gedərkən onun avtomaşından bıçaq götürəcəyindən ehtiyat edib yerdə olan dəmir parçasını götürüb Şahinin üzərinə getmişdir. Bu zaman Şahin avtomobildən qaz balonu götürüb onun sifətinə sıxmış, qazın təsirindən onun gözləri “acışmışdır”. O, çətilkilə su yanına gedib sifətini yuduqda Şahinin əlində plasmas boru ilə gülə-gtilə onun üzərinə gəldiyini görmüş, o, daha da əsəşləşib yenidən dəmir parçasını götürüb bir neçə dəfə Şahini başına və bədəninə zərbələr vurmuşdur. Zərbələrin təsirindən Şahin yerə yıxılmış və o, yerdə də dəmirlə Şahini vurmuşdur. Bu zaman oğlu Pərviz Şahinin üzərinə uzanıb ondan Şahini vurmamağı xahiş etmiş, bundan sonra o, Pərvizlə birlikdə avtomobilə minərək oradan uzaqlaşmışlar. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilərkən Zərərçəkmiş şəxsAbşeron rayonu Saray qəqəbəsində yerləşən özünə məxsus torpaq sahəsində Şahmar adlı şəxslə birlikdə yaşadığını, Şahmarın yaxınlıqda yerləşən avtomobil yuma sexində işlədiyini, təxminən bir-iki ay əvvəl Şahmarın Pərviz adlı tanışının avtomobil yudurdaraq pulunu verməməsi barədə narazılıq etdiyini, sonra Pərvizlə görüşüb bununla bağlı iradlarını bildirdiyini, göstərdi. xx.xx.2020-ci il tarixdə Şahmar yenə Pərvizdən ona şikayət etdikdə o, Pərvizə zəng edib məsələyə aydınlıq gətirmək üçün Pərvizi bağına çağırmış, Pərviz isə bir neçə dəqiqədən sonra ona zəng edib atası ilə avtoyuma sexinin yanına gələcəyini demiş, bundan sonra o, Şahmarla birlikdə avtoyuma sexinin yanına getmişdir. Bir neçə dəqiqədən sonra saat 19.30 radələrində Pərviz və atası X4 markalı avtomobillə oraya gəlmiş, Pərvizin atası Natiq ona yaxınlaşan zaman o, əl uzadıb salam vermək istədikdə Natiq onu nalayiq söyüşlərlə söyməyə başlamış və əlini itələyib sifətinə sillə vurmuşdur. O, oturduğu yerdən qalxıb özünü müdafiə etmək istədikdə Pərviz və atası Natiq gəldikləri avtomobilə tərəf qaçıb avtomobildən dəmir parçası götürüb onun üzərinə gəlmiş, dəmir parçası ilə onun sifətinə, qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla onu döymüşlər. Sonra Şahmar ona kömək etmək istədikdə Natiq Şahmarı da söyərək dəmir parçası ilə onu da vurmuş, mübahisə zamanı o, özünü müdafiə etmək üçün avtomobilindən dəmir qabın içərisində olan alışdırıcı məhlul götürüb Natiqin sifətinə sıxmışdır. Natiqin gözləri acışdığı üçün Natiq avtoyuma sexinə gedib sifətini yuduqdan sonra daha da aqressivləşmiş və onun üzərinə gəlib onu döyməyə davam etmişdir. Sonra o, müdafiə olunmaq üçün avtomobilin yük yerində olan plasmas borunu götürüb üzərinə gələn Natiqə tərəf zərbə atmış, lakin atdığı zərbə Natiqə dəyməmiş, bundan sonra onlar yenə dəmir parçası ilə onu vurmağa davam etmiş, o, zərbələrin təsirindən yerə yıxılmış, yerdə Pərviz onun əllərindən tutmuş, atası Natiq isə dəmir parçası ilə onun başına, bədəninə zərbələr vurmuş və nəticədə onun başından qan axmağa başlamışdır. O, ayağa qalxmaq istədikdə huşunu itirib yerə yıxılmış, bundan sonra Natiq və Pərviz avtomobilə əyləşib oradan çıxıb getmişlər. O. Natiq və Pərvizi əvvəllər tanısa da aralarında əvvəllər heç bir münaqişə olmadığını, hadisə zamanı orada başqa heç kimin olmadığını, oraya ətrafdan toplaşanların olmadığını, Natiqin onun sifətinə sillə, ağzına yumruqla, başına, alnına və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurmaqla döydüyünü, Pərvizin isə dəmir parçası ilə onun qoluna və bədəninə bir neçə dəfə zərbələr vurduğunu əlavə etmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və qanunamüvafiq qaydada onun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki,xx.xx.2020-ci il tarixdə Şahin ona zəng edib onun bağında yaşayan Şahmara zəhmət haqqısını vermədiyini bildirib onu söhbət etmək üçün bağına çağırdı. Onun Şahinlə telefonla danışığını atası Natiq eşidib nə baş verdiyini soruşanda o, tanışı Şahinin onu bezdirdiyini və onu görüşə çağırdığını atasına demiş, atası Natiq gedəndə onu da aparmağını istəmiş və onlar bir neçə dəqiqədən sonra məsələyə aydınlıq gətirmək üçün Atası Natiqlə birlikdə onun Volsvaqen markalı, 99-S.İ- 874 dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahmarın işlədiyi avtoyuma sexinin yanına getmişlər. Orada atası Natiq Şahinə yaxınlaşıb salamlaşdıqdan sonra Şahindən onu çağırmasının səbəbini soruşmuş, Şahin içkili vəziyyətdə “sənlik deyil'’ dedikdə atası Natiq ikinci dələ Şahindən “nə məsələ” olduğunu soruşduqda Şahin yenə “sənə demirəm sənlik deyil” deyib əli ilə atası Natiqə uzaqlaşmasına işarə etmiş, atası Natiq Şahinin bu sözlərinə və hərəkətinə əsəbləşib Şahinin sifətinə bir dəfə sillə və bir dəfə yumruq vurmuş, bundan sonra Şahin ayağa qalxıb atası Natiqin sifətinə yumruq vurub avtomobilinə tərəf getməyə başlamış,atası Natiq yerdən dəmir parçası götürüb Şahinin üzərinə getmiş və dəmir ılə bir neçə dəfə Şahinin bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Bu zaman Şahin maşından qaz balonu götürüb atası Natiqin sifətinə həmin qazı sıxmağa başladıqdaqazın təsirindən atası Natiqin gözlərim acışmış, o, atası Natiqin görməsinin müvəqqəti çətinləşdiyini görüb Şahinin qarşısına keçib atasını vurmasına mane olmuş,atası Natiq çətinİiklə su yanına gedib sifətini yuduqda Şahin maşınından plasmas boru götürüb gülə-gülə atasının üzərinə gəldikdə atası Şahinin bu davranışına daha da əsəbləşib bir neçə dəfə dəmir parçası ilə Şahinin başına və bədəninə zərbələr vurmuşdur. Zərbələrin təsirindən Şahin yerə yıxıldıqdao, Şahinin üzərinə uzanıb atası Natiqdən Şahini vurmamasını xahiş etmişdir. Bundan sonra atam Natiq ona oradan çıxıb getməyi bildirmiş və onlar avtomobilə minərək oradan uzaqlaşmışlar. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu Saray qəqəbəsində tanışım Şahinə məxsus torpaq sahəsində Şahinlə birlikdə yaşayır. O, yaxınlıqda yerləşən avtomobil yuma sexində işləyir. Təxminən bir-iki ay əvvəl o, Pərviz adlı şəxsin ona avtomobil yudurdaraq pulunu vermədiyini Şahinə bildirmiş, Şahin də bu barədə Pərvizlə görüşüb ona iradlarını bildirmişdi. xx.xx.2020-ci il tarixdə mən yenə Şahinə Pərvizdən şikayət etdikdə Şahin Pərvizə zəng edib məsələyə aydınlıq gətirmək üçün onu bağına çağırdıqda Pərviz bir neçə dəqiqədən sonra zəng edib atası ilə avtoyuma sexinin yanına gələcəyini bildirmiş, o, Şahinlə avtoyuma sexinin yanına getmiş,bir neçə dəqiqədən sonra saat 19.30 radələrində Pərviz və atası VVolsvagen Golf markalı avtomobil ilə oraya gəlmişlər. Pərvizin atası Şahinə yaxınlaşan zaman Şahin ona əl uzadıb salam vermək istədikdə o, Şahini nalayiq söyüşlərlə söyməyə başlamış və Şahinin əlini itələyib sifətinə sillə vurmuş, Şahin oturduğu yerdən qalxmaq istədikdə Pərviz və atası gəldikləri avtomobilə tərəf qaçıb avtomobildən dəmir parçası götürüb onların üzərinə gəlmiş, Natiq dəmir parçası ilə Şahinin sifətinə, qollarına, ayaqlarına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmaqla Şahini döymü, Şahini onun əlindən almaq istədikdə onuda söyb dəmir parçası ilə vurmuşdur. Mübahisə zamanı Şahin özünü müdafiə etmək üçün avtomobilindən dəmir qabın içərisində olan alışdırıcı məhlul götürüb Pərvizin atasının sifətinə sıxmış, Pərvizin atasının gözləri acışmış, o, avtoyuma sexinə gedib sifətini yuduqdan sonra o,daha da aqressivləşmiş, Şahini döyməyə davam etdikdə Şahin müdafiə olunmaq üçün avtomobilinin yük yerində olan plasmas borunu götürüb üzərinə gələn Pərvizin atasına tərəf zərbə atmış, lakin atdığı zərbə ona dəyməmiş, bundan sonra o, yenə dəmir parçası ilə Şahini vurmağa davam etmiş, Şahin zərbələrin təsirindən yerə yıxılmış, onlar isə qaçaraq avtomobilə minib oradan çıxıb getmişlər. X3 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə, X3 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid1 ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsindən alınmış, xx.xx.2020-ci il tarixli 1563 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər; - qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, üst dodağın selikli qişasının səthi əzilmiş yaraları, döş qəfəsinin sağ yarısının, döş qəfəsinin sol yan səthinin, sol kürək, sol kürəkaltı, sol said nahiyəsinin orta 1/3-nin, sağ bud nahiyəsinin yuxarı 1/3-nin, sol baldır nahiyəsinin aşağı 1/3-nin qançırları, sağ kürəküstü, qarın nahiyəsinin sol yarısının, sol bazu nahiyəsinin orta 1/3-nin, sağ dirsək oynağı, sol said nahiyəsinin orta 1/3-nün, sol said nahiyəsinin aşağı 1/3-nün, sol əlin V barmağının, sağ ayağın İ barmağının sınıqları bərk- küt əşya(əşyalar) təsirindən törənmişdir zərərçəkmişin göstərdiyi tarixdə və şəraitdə yəni xx.xx.2020-ci il tarixdə ağır çəkiyə malik olan dəmir parçası (armaturla) ilə vurulması nəticəsində əmələ gələ bilərdi; ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin58.1-cimaddəsinintələblərinəgörəcinayəttörətməkdətəqsirlibilinənşəxsə, buMəcəlləninÜmumihissəsininmüddəalarınəzərəalınmaqlaXüsusihissəsininmüvafiqmaddələrind ənəzərdətutulmuşhədlərdəədalətlicəzatəyinedilir. Törədilmişcinayətəgörənəzərdətutulmuşcəzalardandahaciddicəzanövüyalnızohaldatəyinedilirki, azciddicəzanövücəzanınməqsədlərinitəminedəbilmir. Həmin Məcəllənin 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə, “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə X3 Məhkəməsinin xx xxxx 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair məhkəmədə göstərdiyi xüsusatlar işin təsdiq olunmuş halları ilə təkzib olunduğundan məhkəmə tərəfindən onun özünü müdafiə xarakter daşıyan qeyri-səmimi ifadəsi kimi qiymətləndirilməlidir. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış arayışdan görünür ki, təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs Salyan RMnin xx.xx.2010-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 93.1.4-cü maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs Salyan RM-nin xx.xx.2010-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmişdir. İşmateriallarındaolan Abşeron rayonu, İHB-nın Saray qəsəbə İƏDÜ Nümayəndəliyindən alınmış arayışa və xasiyyətnaməyə əsasən Ağazadə X1 rayonu, Saray qəsəbəsi, yeni məhəllədə ailə üzvləri ilə birlikdə qeydiyyatsız yaşayır və müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. HökmünicrasıTəqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı şəhəri Sumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs AzərbaycanRespublikasıCinayətMəcəlləsinin128-ci maddəsiilə nəzərdə tutulmuş cinayətin törədilməsindətəqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-513/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-513/2020
17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver