Məhkəmə qərarları › İş №1(012)-513/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-513/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-513/2022 29.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçinın iştirakı ilə, xx.xx.1997-ci ildə Siyəzən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını açıq olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllə, M.Hüseynzadə küçəsində yerləşən “Araz” marketin yaxınığında Zərərçəkmiş şəxs sağ əlində tutduğu içərisində 30 manat 60 qəpik pul, Zərərçəkmiş şəxs və qızı X3 məxsus şəxsiyyət vəsiqələri, “Kapital” banka məxsus 1 ədəd 8 manat dəyərində kart, “Unibanka” məxsus 2 ədəd hər biri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan plastik kartlar, 1 ədəd 3 manat dəyərində balansında 5 manat olan avtobusdan istifadə etmək üçün “Bakı” kart olan pul kisəsini əlindən alıb qaçaraq, Zərərçəkmiş şəxs 66 manat 60 qəpik məbləğində əmlakını açıq talayaraq soyğunçuluq etmiş və şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, kirayə qalır. 44 günlük Vətən mühаribəsində iştirаk еtmişdir. Siyəzən rаyоn Yоl idаrəsində gözətçi işləyir. Bir gün işdə оlur, iki gün isə dincəlir. Аiləsi аltı nəfərdən ibаrətdir, özü subаydır. 16 аprеl 2022-ci il tаriхdə sааt 11 rаdələrində Kаpitаl bаnk tərəfindən vеrilmiş kаrtın bаlаnsındа vеtеrаn pulunun yаtırılıb-yаtırılmаmаsını yохlаmаq məqsədilə Хırdаlаn şəhəri ərаzisindəki «Аrаz» mаrkеtə gеtmiş, Bаnkоmаtа kаrtı sаlmış, görmüş ki, kаrtа pul yüklənməyib, bundаn sоnrа mаrkеtdən çölə çıхıb yаşаdığı еvə dоğru hərəkət еtməyə bаşlаmışdır. Həmin vахt onun qаrşısında еyni istiqаmətdə bir nəfər qаdın hərəkət еtmişdir. Həmin qаdının əlində ərzаq məhsullаrı ilə dоlu оlаn iki ədəd tоrbа olmuşdur. Həmçinin onun gözü həmin qаdının sаğ əlində tutduğu pul kisəsinə sаtаşmışdır. Onun pulа еhtiyаcı оlduğu üçün həmin pul qаbını qаdının əlindən аlıb qаçmаq qərаrınа gəlmişdir. Həmçinin fikirləşmiş ki, həmin qаdının аrхаsı ona tərəfdir, onu tаnımаyаcаqdır. Arхаdаn qаdınа yахınlаşıb sаğ əlində tutduğu pul qаbını dаrtıb əlindən аlаrаq оrаdаn qаçıb uzаqlаşmışdır. Ətrаfа bахmış, hеç kimin оlmаdığını görüb pul qаbını аçmışdır. Həmin pul kisəsində 24 mаnаt pul, хırdа qəpiklər, iki ədəd şəхsiyyət vəsiqəsi, Bаkı kаrt, təхminən 3-4 ədəd bаnk kаrtlаrı olmuşdur. 24 mаnаt pulu götürüb cibinə qоymuşdur. Şəхsiyyət vəsiqələri, bаnk kаrtlаrı və хırdа qəpiklər isə pul kisəsində qаlmışdır. Pul kisəsini yеrə tullаmışdır. Sоnrа çıхıb еvə gəlmişdir. 18 аprеl 2022-ci il tаriхdə sааt 16 rаdələrində yаşаdığı еvə gələrkən blоkdа iki nəfər mülki gеyində pоlis əməkdаşı ona yахınlаşаrаq xx.xx.2022-ci il tаriхdə bir nəfər qаdının əlindən pul kisəsini аlıb qаçmаqdа şübhəli оlduğunu bildirərək onu Аbşеrоn rаyоn Pİ-nə dəvət еtmişlər. Orada həmin cinаyəti törətdiyini еtiraf еtmişdir. Əlavə olaraq o, həmin hadisəni pula ehtiyacı olduğu üçün törətdiyini, niyyəti şəxsiyyət vəsiqələrini və ya digər mühüm sənədlərinin oğurlamasına yönəlmədiyni bildirmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxaraq alış-veriş etmək üçün evin yaxınlığında yerləşən “Araz” marketə getmişdir. Həmin marketdə biraz bazarlıq etdikdən sonra aldığı əşyaları 2 torbaya yığaraq marketdən çıxıb evə tərəf yola düşmüşdür. Marketdən çıxdıqda hər bir əlində torba olmuşdur. Həmin vəziyyətdə evə tərəf gedərkən yaşadığı binanın qarşısında arxa tərəfdən bir nəfər adam anidən sağ əlində olan pul qabını dartaraq əlindən alıb qaçmışdır. Dərhal arxaya tərəf dönüb həmin şəxsin arxası ilə qaçmaq istəsə də, həmin şəxs iti addımlarla oradan uzaqlaşmışdır. Pul qabının içərisində 30 manat pul, özünə və qızı X3 məxsus şəxsiyyət vəsiqələri, “Kapital” banka məxsus 1 ədəd 8 manat dəyərində kart, “Unibanka” məxsus isə 2 ədəd hər biri 10 manat olmaqla ümumi dəyəri 20 manat olan plastik kartlar, 1 ədəd 3 manat dəyərində balansında 5 manat olan avtobusda gediş üçün “Bakı” kart, 1 ədəd pulsuz əldə etdiyi “Araz” marketin bonus kartı və 60 qəpik pul olmuşdur. Əlavə olaraq bildirmişdir ki, baş vermiş hadisədən 3- 4 gün keçdikdən sonra yaşadığı binanın qarşısında olan zaman tanımadığı yaşlı bir qadın ona yaxınlaşaraq pul qabını vermişdir. Həmin qadın pul qabını binanın yaxınlığında tapdığını bildirmişdir. Pulqabının içərisində olan özünə və qızı X3 məxsus şəxsiyyət vəsiqələri, “Kapital” banka məxsus 1 ədəd kart, “Unibanka” məxsus isə 2 ədəd plastik kartlar, 1 ədəd avtobusda gediş üçün “Bakı” kart, 1 ədəd pulsuz əldə etdiyi “Araz” marketin bonus kartı olmuşdur. Lakin pul qabında olan 30 manat və 60 qəpik pulu pul qabında olmamışdır. Pul qabını ona verən qadın pul qabının içərisində olan puldan heç bir xəbəri olmadığını bildirmişdir. Baş vermiş soyğunçuluq hadisəsi nəticəsində ona ümumilikdə 66 manat 60 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİO-da 2013-cü ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində 2018-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. xx.xx.2022-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs DİN-in 102 xidmətinə zəng edərək və Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə M.Hüseynzadə küçəsində yaşadığı evin yaxınlığında tanımadığı şəxsin onun əlindən içərisində özü və qızına aid şəxsiyyət vəsiqələri, bank kartları və pul olan pul qabını alaraq qaçması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs qarşı soyğunçuluq cinayətinin törədilməsində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksində yaşayan Təqsirləndirilən şəxs şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Orada Elmini binanın dəhlizində görüb yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra Elminə sözügedən cinayətin törədilməsində şübhəli olduğunu bildirdikdən sonra onu Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Elmin də etiraz etməyib onlarla polis idarəsinə gəlmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs ilə fərdi söhbət zamanı o, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə M.Hüseynzadə küçəsində tanımadığı qadının əlindən pul qabını alaraq qaçdığını, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aidiyyəti üzrə zəruri istintaq hərəkətləri keçirilməsi üçün Abşeron rayon polis idarəsinin istintaq şöbəsinə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Komisyon ambulator məhkəmə-psixiatrik еkspеrtizаsı qərаrınа əsаsən Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nazirliyi Məhkəmə X2 аlınmış xx.xx.2022-ci il tаriхli 1833 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzvi dissosiativ pozuntu müəyyən edilir, o, hadisə zamanı etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən poçt vasitəsi ilə göndərilmiş teleqramdan görünür ki, ona dəymiş ziyan tam ödənildiyinə görə onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Medalınin vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsi qazisidir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında əməldə vətəndaşın şəxsiyyət vəsiqəsini və ya digər mühüm şəxsi sənədini talama cinayətinin olmadığından Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 180.1 və 326.2-ci maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 326.2-ci maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur ondan ötrü ki, o, Zərərçəkmiş şəxs sağ əlində tutduğu içərisində sonuncuya məxsus şəxsiyyət vəsiqələri olan pul kisəsini əlindən alıb qaçaraq, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini və digər mühüm sənədini talamışdır. İş materiallarından, eləcə də, təqsirləndirilən şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələrindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdə saat 11 radələrində Kapital bank tərəfindən verilmiş kartın balansında veteran pulunun yatırılıb-yatırılmamasını yoxlamaq məqsədilə Xırdalan şəhəri ərazisindəki yerləşən Bankomata getmiş və orada karta pul yüklənmədiyini görmüşdür. Bundan sonra, Təqsirləndirilən şəxs evə doğru hərəkət edərkən qarşısında eyni istiqamətdə bir nəfər qadının hərəkət etdiyini görərək gözü həmin qadının sağ əlində tutduğu pul kisəsinə sataşmış, pula ehtiyacı olduğu üçün qadına yaxınlaşıb sağ əlində tutduğu pul qabını dartıb əlindən alaraq oradan qaçıb uzaqlaşmışdır. Daha sonra o, heç kimin olmadığı yerdə pul qabını açmış və həmin pul kisəsindən 24 manat pulu götürüb cibinə qoymuş, lakin içərisində şəxsiyyət vəsiqələri, bank kartları və xırda qəpiklərini olan pul kisəsini yerə tullamışdır. Təqsirləndirilən şəxs həmin hadisəni pula ehtiyacı olduğu üçün törətdiyini, niyyəti şəxsiyyət vəsiqələrini və ya digər mühüm sənədlərinin oğurlamasına yönəlmədiyni bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs şəxsi niyyəti vətəndaşın şəxsiyyət vəsiqəsini və ya digər mühüm şəxsi sənədini talaması olmamış, yalnız pul əldə etməsinə yönəlmiş hərəkətlər olmuşdur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə CM-in 326.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 180.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, onun Qarabağ müharibəsi qazisi olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 65 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 65 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdlan şəhər Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 390 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 480 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam ödənilmişdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar