Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-513/2023 06.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Şəmkir rayonu, Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olan, Xəzər rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 avqust 2021-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evinə plastik pəncərəni sıxıb açma yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağında olan çamodanın içərisindən 01 ədəd 250 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 160 manat dəyərində qızın qadın üzüyü və 01 ədəd 500 manat dəyərində Sovetlər İttifaqında qəhrəman analar üçün verilməsi nəzərdə tutulan qızıl medal, ümumilikdə 910 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs15 910 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2021-ci il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Kürçaylı küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evinin hasarından aşma yolu ilə həyətə, oradan isə yaşayış evinin pəncərəsindən evə qanunsuz daxil olaraq, evin yataq otağında yerləşən dolabda asılmış kostyumun pencəyinin cibindən 06 ədəd 500 manat dəyərində qızıl dişlərini, 01 ədəd 500 manat dəyərində qızıl qadın üzüyü, 01 cüt 400 manat dəyərində qızıl qadın sırğası, 01 ədəd 350 manat dəyərində qızıl qadın boyunbağı, 1800 manat nağd pulunu və yataq otağında döşəyin arasında saxladığı həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 3400 manat təşkil edən 2000 ABŞ dolları ümumilikdə 6950 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 6950 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs19 Arif oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A. Heydərov küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəni sıxıb açma yolu ilə həmin evə qanunsuz daxil olaraq, evdən 490 manat nağd pulu və 01 ədəd 600 manat dəyərində qızıl qadın üzüyü, ümumilikdə 1090 manat dəyərində əmlakı gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs19 1090 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 noyabr 2021-ci il tarixdə saat təxminən 16 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, A. Səhhət küçəsində yerləşən 21 nömrəli fərdi yaşayış evinin ikinci mərtəbəsinin pəncərəsini özündə olan vintaçanla açmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub evin ikinci mərtəbəsindəki yataq otağında olan dolabın içərisindən 500 manat pul, hamin otaqda güzgülü komodun siyirməsində olan 01 ədəd 12 qram çəkidə 583 əyyarlı 1000 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 4,0 qram çəkidə 583 əyyarlı 300 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 8,0 qram çəkidə 583 əyyarlı 800 manat dəyərində qızıl kişi üzüyü, komodun üzərində olan 200 manat dəyərində qadın üçün bijuteriya dəsti, ümumilikdə 2800 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 2800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini vintaçanla sıxıb açmaqla qanunsuz daxil olaraq, həmin evin qonaq otağında siyirmədən 01 ədəd 250 manat dəyərində qızıl qadın sırğası, 01 ədəd 700 manat dəyərində qızıl qadın üzüyü, hər birinin qiyməti 250 manat olmaqla 02 ədəd 500 manat dəyərində qızıl qadın üzükləri, 03 ədəd 200 manat dəyərində qol saatları, evin digər otağından isə 01 ədəd 150 manat dəyərində Xiaomi Redmi 5a markalı və 01 ədəd 150 manat dəyərində Samsung Galaxy A3 markalı mobil telefon ümumilikdə 1950 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs14 1950 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı yatağın döşəyinin altından 300 manat və həmin otaqda yerləşən dolabdakı paltarların arasında olan 250 manat dəyərində 1 cüt qızıl uşaq sırğasını, 1800 manat dəyərində 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl qolbaq və 1 ədəd qızıl boyunbağıdan ibarət komplekti və 15 manat dəyərində bijuteriya boyunbağı, ümumilikdə 2365 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 2365 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 dekabr 2021-ci tarixdə X4 məxsus Abşeron rayonu Saray qəsəbəsi Nizami küçəsində yerləşən fərdi yaşayış evin hasarından tullanaraq həyətə daha sonra isə evin plastik pəncərəsini açmaqla qanunsuz olaraq evə daxil olub yataq otağının dolabında olan Ruqiyyə Cəlilovaya məxsus paltonun cibindən 700 manatı nağd pulu talayaraq zərərçəkmiş X4 700 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q. Əkbərov küçəsi, döngə 1, ev 16 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evinin əvvəlcə hasarı aşma yolu ilə həyətə, daha sonra mətbəxin plastik pəncərəsini sıxıb açma yolu ilə evin içərisinə qanunsuz daxil olaraq, evin qonaq otağında yerləşən paltar dolabının üst gözündə saxlanılan qara rəngli çantanın içərisindən 01 komplekt, 900 manat dəyərində qızıl qolbaq və boyunbağı, 01 komplekt 700 manat dəyərində 01 cüt qızıl sırğa və üzüyü, 01 ədəd 900 manat dəyərində brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 400 manat dəyərində paxlava formalı qızıl üzük, 01 ədəd 200 manat dəyərində qızıl qolbaq, 01 komplekt, 200 manat dəyərində gümüş qolbaq və boyunbağı, 01 ədəd 50 manat dəyərində gümüş üzük, 01 ədəd 50 manat dəyərində qızıl suyuna çəkilmiş boyunbağı, ümumilikdə 3400 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 3400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 mart 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs16 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Məhəllədə yerləşəm evin pəncərəsini açmaqla yaşayış evinə qanunsuz daxil olaraq, həmin evdən həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 1020 (bir min iyirmi) manat təşkil edən 600 (altı yüz) ABŞ dolları pulu, 10 manat dəyərində pul kisəsi, 01 ədəd 500 manat dəyərində qızıl qadın qolbağı, 01 ədəd 1000 manat dəyərində qızıl qadın boyunbağı, hər birinin dəyəri 500 manat olmaqla 02 ədəd 1000 manat dəyərində qızıl qadın üzükləri, ümumilikdə 3530 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs16 3530 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 mart 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs18 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsini açaraq yaşayış evinə qanunsuz daxil olub, həmin evin yataq otağındakı dolabdan 1-ci rəfindən 3000 manat nağd pul 01 ədəd 500 manat dəyərində qızıl dəsti , ümumilikdə 3500 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs18 3500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 mart 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 2 ünvanda yerləşən fərdi həyət evinin pəncərəsini vintaçanla açaraq yaşayış evinə qanunsuz daxil olub, evin yataq otağındakı dolabdan 01 ədəd 800 manat dəyərində qızıl boyunbağı və həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 85 manat təşkil edən 50 ABŞ dolları nağd pul , ümumilikdə 885 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs11 885 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 17 may 2022-ci il tarixdə, saat 21 radələrində Abşeron rayonu, saray qəsəbəsi, Üzümçülük yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evinin mətbəxin plastik pəncərəsini sıxıb açma yolu ilə evə qanunsuz daxil olaraq, həmin evin yataq otağında yerləşən paltar dolabından 830 manat nağd pul və 01 ədəd 350 manat dəyərində mirvari dənələrdən ibarət olan ortasında qızıl göz muncuğu olan qızıl boyunbağı , ümumilikdə 1180 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs10 1180 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 iyun 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin ikinci mərtəbəsinin yataq otağında yerləşən termonun siyirməsindən 2500 manat dəyərində 02 ədəd qızıl qadın sırğası, 01 ədəd qızıl kulon və 01 ədəd qızıl qadın üzüyündən ibarət komplekti, 2000 manat dəyərində qızıl kişi üzüyünü, 150 manat dəyərində gümüş qadın üzüyü, 50 manat dəyərində gümüş qadın boyunbağını və 200 manat dəyərində gümüş qadın sırğası, 01 ədəd gümüş kulon və 01 ədəd gümüş qadın boyunbağından ibarət komplekt , ümumilikdə 4900 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 4900 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 iyun 2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağında olan paltar dolabındakı çantanın içərisindən 300 manat nağd pul, orada olan tumbanın içərisində olan qızıl qabından 01 cüt 500 manat dəyərində qızıl qadın sırğası, 01 ədəd 1000 manat dəyərində qızıl boyunbağı, 01 ədəd 500 manat dəyərində qızıl qadın üzüyü, 01 ədəd 500 manat dəyərində qızıl qaşın bilərziyi və 01 ədəd 500 manat dəyərində qızıl kişi üzüyü , ümumilikdə 3300 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs17 ümumilikdə 3300 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərədən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı sandıqdakı içərisində 1000 manat pul olan 01 ədəd şüşə banka və yataq otağında yerləşən komodun siyirməsindəki 1500 manat dəyərində 01 ədəd brilyant qaşlı qızıl qadın üzüyü, ümumilikdə 2500 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 2500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyul 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, Ə. Cavad küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evinin hasarından tullanaraq həyətə daha sonra evin ikinci mərtəbəsinə qoyduğu pilləkən vasitəsi ilə qanunsuz daxil olub, evin yataq otağından 01 ədəd 3500 manat dəyərində brilyant qaşlı qızıl komplekt, 01 ədəd 2500 manat dəyərində boyunbağı və bilərzik komplekti, 01 ədəd 700 manat dəyərində qızıl kameya kulonu, 01 ədəd 1200 manat dəyərində qızıl kameya komplekti, 01 ədəd 250 manat dəyərində fantaziya qızıl üzük, 01 ədəd 250 manat dəyərində qızıl üzük, 01 ədəd 250 manat dəyərində yantar daşlı qızıl kulon, 01 ədəd 100 manat dəyərində qızıl uşaq bilərziyi, 01 ədəd 700 manat dəyərində göy qaşlı qızıl komplekt, 01 ədəd 1200 manat dəyərində tros qızıl boyunbağı, 01 ədəd 400 manat dəyərində Quran qızıl kulon, 01 ədəd 1000 manat dəyərində brilyant qaşlı qızıl kişi üzüyü, 01 ədəd 1500 manat dəyərində qadın üçün brilyant qaşlı qızıl üzüyü, 01 ədəd 100 manat olan qadın qol saatı, 01 ədəd 450 manat dəyərində qızıl beşlik, 01 ədəd 950 manat dəyərində qızıl onluq, 01 ədəd 150 manat dəyərində qızıl sırğa, 01 ədəd 50 manat dəyərində gümüş sırğa, 01 ədəd 150 manat dəyərində qızıl sırğa, 01 ədəd 50 manat dəyərində kişi qol saatı və 1500 manat nağd pul , ümumilikdə 16920 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs5 16950 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 avqust 2022-ci il tarixdə saat 11 radələrindən Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus nömrəsiz fərdi evinin əvvəlcə hasarı aşma yolu ilə həyətə, daha sonra plastik pəncərəni sıxıb açma yolu ilə evin içərisinə qanunsuz daxil olaraq, evin yataq otağında yerləşən dolabın alt hissəsindən 1500 manat nağd pul, çarpayının üzərindəki döşəyin alt hissəsindən isə 120 manat nağd pul, olmaqla ümumilikdə 1620 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 1620 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 avqust 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə açıq qapıdan keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin mətbəxində yerləşən dolabda saxlanılan daxılın içərisindən 4700 manat və həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 1190 manat təşkil edən 700 ABŞ dollar pulu , ümumilikdə 5890 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 5890 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 sentyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Zərərçəkmiş şəxs13 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarın üstündən aşaraq həyətə daxil olub, oradakı evin birinci mərtəbəsindəki pəncərəni sıxmaqla açaraq, yaşayış evinə qanunsuz daxil olaraq, evin yataq otağındakı şkafdan həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 651,70 manat təşkil edən 7000 Türk lirəsi nağd pul, həmin günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq 340 manat təşkil edən 200 ABŞ dolları, 01 ədəd 200 manat dəyərində gümüş üzük və 01 ədəd 250 manat dəyərində gümüş boyunbağı, ümumilikdə 1441,70 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs13 1441,70 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış, ifadələrin yerində yoxlanması protokolları ilə yanaşı digər istintaq hərəkəti protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü tam təqsirli bilmiş, ittihamla razı olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İşin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittiham üzrə özünü tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə Xəzər rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, 5 ildir ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün 30 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu Saray qəsəbəsi ərazisinə gəlmişdir. Məqsədi Saray qəsəbəsi ərazisində yaşayış olmayan evlər müəyyən etmək və həmin evlərdən oğurluq etmək olmuşdur. Abşeron rayonu Saray qəsəbəsində gəzərək oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Bu zaman Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yerləşən bir evin işıqlarının yanmadığın evin qapısının bağlı olduğunu görüb evdə heç kimin olmadığından şübhələnmişdir. Bundan sonra bir müddət evin kənarında dayanıb evi müşahidə etmişdir. O, evdə heç kimin olmadığını görüb qapıya yaxınlaşmış və qapını döyməyə başlamışdır. Bundan sonra qapını heç kimin açmadığını görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Evin həyətində olan nərdivanı evin dəmir barmaqlıq olmayan ikinci mərtəbəsinin pəncərəsini söykəyib nərdivana çıxmış və plastik pəncərəni sıxıb açaraq evə daxil olmuşdur. Evə daxil olarkən evdə pul qızıl və sair qiymətli əşyalar axtarmışdır. Bu zaman yataq otağında olan çamadanın içərisindən 2 ədəd qızıl qadın üzüyü 01 ədəd nə olduğunu bilmədiyi lakin qızıl ola biləcəyini düşündüyü medal tapmış və həmin əşyaların hamısını cibinə qoyub gəldiyi yolla mənzildən çıxmışdır. Bundan sonra, yaşadığı evə getmişdir. Əldə etdiyi 2 ədəd qızıl qadın üzüyünü və 01 ədəd qızıl medalı yolda tanımadığı şəxslərə ucuz qiymətə satmışdır. Həmin əşyalardan iki ədəd qızıl üzüyü və 01 ədəd qızıl medalın qızıl ulduz olan hissəsini çıxarıb Gəncə şəhəri ərazisində tanımadığı ayrı-ayrı şəxslərə satmışdır. İki ədəd qızıl üzüyü tanımadığı şəxsə 250 manata 01 ədəd qızıl medalı isə 300 manata satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 30 oktyabr 2022-ci il tarixdə saat 15-30 radələrində o, həmişəki kimi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində boş ev axtararkən Masazır qəsəbəsində Kürçaylı qəsəbəsində həyət evlərinin küçə qapılarına baxıb ondan bilmişdir ki, evdə heç kim yoxdur və bu səbəbdən evə oğurluğa girmişdir. O, sonradan adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsə məxsus yaşayış evinin küçə qapısını zamok hissəsinə baxmış və görmüşdür ki, zamokdan bağlanıb, ondan sonra bilmişdir ki, evdə adam yoxdur. Bundan sonra hasardan keçib həyətə daxil olduqdan sonra evə yaxınlaşıb giriş qapısının yanında olan pəncərəni açıb içəriyə daxil olub, yataq otağına keçib, orada olan dolabdan kişi kostyumunun ciblərində olan 6 ədəd qızıl dişləri, qadın üzüklərini, sırğalarını, qızıl qadın sepini, 1800 manat nağd pulu ve 2000 ABŞ dollarını götürüb təxminən 15 dəqiqə müddətində evdən çıxıb getmişdir. Oğurladığı qızıl zinyət əşyalarını aparıb 8-ci kilometr adlana ərazidə tanımadığı şəxsə 1000 manata satmışdır. Bundan başqa o, 19 oktyabr 2021-ci il tarixdə, saat 17 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, A. Heydərov küçəsinin yaxınlığında, oğurluq etmək üçün münasib ev axtardığı vaxt, oradakı həyətlərin birində heç kimin olmadığı diqqətini cəlb etmişdir. Ətrafda heç kim olmadığına görə, hasarın üstündən aşaraq, həyətə daxil olmuşdur. Bir neçə dəqiqə hasarın yanında qalıb gözləmiş və evdə heç kimin olmadığına əmin olduqdan sonra, plastikdən olan pəncərəsini üstündə olan vintaçanla açıb, pəncərədən evə daxil olmuşdur. Evi axtardığı vaxt qonaq otağındakı şifonerdə gördüyü 490 manat pulları və bir ədəd qızıl üzüyü götürərək oğurladı, evə daxil olduğu pəncərədən çıxaraq evinə getmişdir. Sabahı günü yəni, 20 oktyabr 2021ci il tarixdə, saat 12 radələrində həmin qızıl üzüyü Bakı şəhəri, Memar Əcəmi metrostansiyasının yanındakı "Moskva" ticarət mərkəzin yaxınlığında tanımadığı bir qadına 60 manata satmışdır. Həmin qadına satdığı üzüyün özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satmağa gətirdiyini demişdir. Beləliklə əldə etdiyi həmin pulları ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, yenə də oğurluq etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, A. Səhhət küçəsində olan zaman oğurluq etmək üçün boş ev axtarmağa başlamışdır. Həmin küçədə iki mərtəbəli ev görmüşdür. Hasardan boylanmış, bir qədər baxdıqdan sonra evdə heç kimin olmadığını gördükdən sonra həmin evə daxil olmaq qərarına gəlmişdir. Küçədə ətrafa baxmış, heç kimin olmadığından əmin olduqdan sonra hasara çıxmışdır. Hasarın üstü evin ikinci mərtəbəsinin pəncərəsinə yaxın olmuşdur. O, özündə olan vintaçanla evin ikinci mərtəbəsinin pəncərəsini açıb içəri daxil olmuşdur. Bundan sonra evin otaqlarında qiymətli əşya axtarmağa başlamışdır. Evin otaqlarına baxdıqda ikinci mərtəbədə yataq otağında olan dolabın içərisindən 500 manat pul, həmin otaqda güzgülü komodun siyirməsindən 2 ədəd qadın qızıl üzüyü, 1 ədəd kişi qızıl üzüyü, komodun üzərində olan bijuteriya dəstlərini götürmüşdür. Bundan sonra həmin pəncərədən çıxaraq küçəyə düşüb oradan uzaqlaşmışdır. Oğurladığı qızılları Bakı şəhəri, Xalqlar metro stansiyasında qızıl dükanlarının qarşısında dayanaraq qızıl almağa gələn müştərilərə ümumilikdə 1000 manata satmışdır. Qızılları satdığı şəxslərə xəstə olduğu üçün pula ehtiyac olduğundan həmin qızılları satdığını bildirmişdir. Həmin evdən oğurladığı bijuteriyaları isə lazımsız bilib xatırlamadığı yerdə yolun kənarına atmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsi, V. Axundov küçəsində sahibsiz ev axtarırmış. Həmin vaxtı bir evin həyət darvazasının bağlı olduğunu görmüş və evdə heç kimin olmadığını yəqin edib evin arxasında təxminən 1 metr hündürlüyündə hasardan həyətə keçmiş və evin arxa plastik pəncərəsini cibində olan vintburanla sıxıb açmış və pəncərədən evə daxil olmuşdur. Evin yataq otağında siyirmədən bir neçə ədəd qızıl üzüyü, sırğanı və bir neçə ədəd sadə saatı götürmüşdür. Sonra evin digər otaqlarını axtarmış və başqa bir yataq otağından bir Redmi markalı telefonu və bir ədəd Samsung markalı mobil telefonu götürmüş və daxil olduğu pəncərədən çıxıb getmişdir. Telefonlara görə müəyyən olunub həbs ediləcəyindən ehtiyat etdiyi üçün telefonları xatırlamadığı ünvanda atmışdır. Oğurladığı qızıl-zinyət əşyalarını isə səhəri gün yəni xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Moskva univermağının qarşısına aparmış və orada qızıl almaq istəyən bir nəfər tanımadığı şəxsə 500 manata satmışdır. 3 ədəd saatı isə sadə olduğundan pula satılmayacağını görüb zibil qutusuna atmışdır. Bundan başqa o, 08 dekabr 2021-ci il tarixdə axşam saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində gəzən zaman bir evin işıqlarının sönmüş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, bir daha evdə heç kimin olmadığını dəqiqləşdirmək üçün həyət evinin çöl darvazasını döymüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra hər hansı bir şəxsin qapıya çıxmadığını gördükdə əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra o, evin küçəyə baxan istiqamətdə olan pəncərəsinin yerləşdiyi dalan formalı yerə doğru getmişdir. Orada olan zaman üzərində olan vintaçanla həmin plastik pəncərəni gərib açmışdır. Bundan sonra o, həmin pəncərədən evin yataq otağına daxil olmuşdur. Yataq otağını axtaran zaman orada olan yatağın altından 300 manat nağd pul aşkar etmişdir. Bundan sonra o, içəridəki paltar dolabına baxdıqda orada olan paltarların arasından 1 cüt uşaq sırğası, 1 cüt sırğa, 01 ədəd üzük, 01 ədəd qolbaq və 02 ədəd boyunbağı tapmışdır. Həmin qızıl əşyalarını da özü ilə götürüb evdən, evə girdiyi pəncərədən də çölə çıxmışdır. Bundan sonra o, həmin qızıl zinyət əşyalarını Nizami rayonunda yerləşən “Neftçilər” metrostansiyasının yaxınlığında lombard mağazaları olan yerdə bir nəfər küçədən keçən tanımadığı şəxsə 1000 manata satmışdır. Daha sonra isə həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 25 dekabr 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q. Əkbərov küçəsi, döngə 1, ev 16 ünvanının işıqlarının sönmüş olduğunu görmüşdür. Əvvəlcə qapını döymüş və açan olmadıqda evdə kimsənin olmadığına əmin olmuşdur. Yoldan hasarı aşaraq həyətə daxil olmuşdur. Mətbəxin plastik pəncərəsini burğacla sıxaraq açıb içəri daxil olmuşdur. Dəhlizin sonundakı otağa daxil olaraq dolab olduğunu görmüşdür. Dolabın üst gözünü açdıqda orada qara rəngli çantanı götürərək içinə baxmış və qızıl-zinət əşyalarının olduğunu müşahidə etmişdir. Daha sonra həmin çantanın içərisində olan iki ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl üzüyü, bir ədəd brilyant qaşlı qızıl üzüyü, bir ədəd paxlava formalı qızıl üzüyü, bir ədəd gümüş qolbağı, bir ədəd gümüş boyunbağını, bir ədəd gümüş üzüyü və bir ədəd qızıl olmayan boyunbağını oğurlamışdır. Daha sonra mətbəxin plastik pəncərəsindən çıxaraq oranı tərk etmişdir. 26 dekabr 2021-ci il tarixdə Bakı şəhəri, “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığına getmişdir. Qızıl dükanlarına gedən şəxslərə yaxınlaşaraq xəstə olduğu üçün dəyərindən ucuz qiymətə qızıl-zinət əşyaları satdığını demişdir. Bir nəfər naməlum kişi həmin qızıl-zinət əşyalarına baxmış və hamısını 1000 manata ala biləcəyini demişdir. O, razılaşıb həmin iki ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl üzüyü, bir ədəd brilyant qaşlı qızıl üzüyü, bir ədəd paxlava formalı qızıl üzüyü təqdim edib 1000 manat pulu almışdır. Həmin pulları da öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 2021-ci ilin dekabr ayının ortalarında Saray qəsəbəsində tək piyada həyət evlərinin yanından keçəndə görmüşdür ki, bir mərtəbəli evin işıqları yanmır. Dərhal həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxdıqda kimsənin olmadığını görmüş və hasardan həyətə tullanmışdır. O, özündə olan əvvəlcədən götürdüyü vintaçanla plastik pəncərəni açandan sonra evin bir başa yataq otağına daxil olmuşdur. Özündə olan alışqanın fənəri ilə şkafın içini açıb baxmağa başlamışdır. Şkafın içində olan qadın paltarların ciblərinə baxanda 700 manat görmüş və götürüb cibinə qoyaraq dərhal daxil olduğu yerdən çıxıb qaçıb getmişdir. Həmin pulları da öz ehtiyacına xərcləmişdir. Bundan başqa o, 2022-ci ilin mart ayının ortalarında, təxminən 15 mart 2022ci il tarixdə, saat təxminən 22 radələrində Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə küçə ilə gedərkən bir evdə adam olmadığını görüb həmin evin həyətinə girmişdir. Həmin ev iki mərtəbəli olmuş və evin birinci mərtəbəsinin pəncərələrində dəmir barmaqlıqlar olmuşdur. İkinci mərtəbəsinin pəncərələrində isə dəmir barmaqlıqlar olmuşdur. O həmin evə girmək üçün evin giriş qapısının sağ tərəfində olan kondisionerin üstünə çıxıb oradan ikinci mərtəbənin plastmas pəncərəsini özündə olan vintaçanla açmış və evə girmişdir. Evin yataq otağında çemodanlar olmuş və həmin çemodanları axtarmış, həmin çemodanların içərisində bir ədəd pul qabını götürmüş, içərisində 600 ABŞ dolları, bir ədəd qızıl boyunbağı, bir ədəd qolbağı və iki ədəd qızıl üzükləri də götürmüşdür. Ondan sonra həmin evdən çıxmış, oğurladığı qızılları da səhəri günü Bakı şəhəri M. Əcəmi metrosunun yaxınlığında “Moskva” univermağının qarşısında səyyar qızıl alan bir şəxsə 700 manata satmış, pul qabını isə xatırlamadığı yerə atmışdır. Həmin şəxs də qızılların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, 21 mart 2022-ci il tarixdə gecə saat 03-04 radələrində həmişəki kimi Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yolu keçən zaman bir mərtəbəli hasarlı evin olduğunu görmüşdür. Baxanda görmüşdür ki, evin işıqları yanmır. Oradan oğurluq etmək qərarına gəlmişdir. O, hasardan həyətə daxil olmuş, həmin vaxt qapı bağlı olduğundan qapının sağ hissəsində plastik pəncərəsinin olduğunu görmüş və həmin pəncərənin qapısını əli ilə içəri itələyərək açmışdır. O, oradan həmin otağa düşmüşdür. Yer çox alçaq olmuş, otağın taxta döşəməsi vurulmamışdır. O həmin evin torpaq sahəsinə düşmüş evdə heç kim olmamışdır. Bir başa qarşı otağı keçib orada güzgülü şifanerin birinci rəfini axtarmış paltarların altında 3000 (üç) min manat pul vəsaitini və bir ədəd qadın üçün qızıl sırğa üzük boyunbağı dəstini götürərək evdən çıxıb getmişdir. Oğurladığı qızıl zinyət əşyalarını aparıb Bakı şəhəri ərazisində Vasmoy kilometr deyilən əraziyə apararaq tanımadığı şəxsə 150 manata satmışdır. O, oğurladığı 3000 min pulu və qızıl əşyalarını satdığı 150 manat pulu ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2022ci ilin mart ayında, novruz bayramından iki-üç gün sonra Abşeron rayonu, Masazır kəndində, T. İsmayılov küçəsində fərdi həyət evindən oğurluq cinayəti törətmişdir. Həmin gün axşam vaxtı, saat təqribən 20 radələrində küçədə gəzərkən həmin evdə işıq yanmadığın görüb evdə adam olmadığını bilmişdir. Ona görə də, həmin evdən oğurluq etmişdir. Evlə üzbəüz durduqda sağ tərəfdəki ev təzə tikilmiş və yaşayış olmamışdır. Həmin evin həyətinin hasarı alçaq olmuş, ona görə də, həmin həyətə girib, sonra hasarın üstünə çıxmış və oğurluq etdiyi evin həyətinə keçmişdir. Oğurluq etdiyi evə sağ tərəfdəki otağa açılan plastik pəncərədən keçmişdir. Belə ki, həmin pəncərəni özündə olan vint açan (atverka) ilə açmış və otağa daxil olmuşdur. Yataq otağında paltar dolabını, tumbuçkaları axtarmışdır. Qapıdan girərkən sol tərəfdə olan paltar dolabında kiçik qabda bir ədəd qızıl sep və qadın bijuteriyası olmuşdur. Bijuteriyanı götürdükdən sonra küçəyə atmış, qızıl sepini isə götürüb cibinə qoymuşdur. Evi pul üçün axtarmış və qarşı tərəfdəki tumbuçkada 50 ABŞ dolları məbləğində pul olduğunu görmüşdür. Həmin 50 ABŞ dolları məbləğində pulu götürüb pəncərədən çıxmış və Bakı şəhərinə getmişdir. Evdən götürdüyü sarı rəngli metaldan olan qadın sepinin qızıldan olduğunu bilməmişdir. Çünki evdən çıxıb uzaqlaşdıqdan sonra oğurladığı həmin əşyalara baxmış və əşyaların bijuteriya olduğunu görmüşdür. Bijuteriyanın içərisində üzük, sep, sırğa, sep aralığı olmuşdur. O həmin qızıl sepin qızıl materialından olduğunu bilmədiyi üçün onu da bijuteriya hesab edib götürdüyü əşyaların hamısını atmışdır. Həmin əşyaları atdığı yerin konkret hara olduğu yadında olmamışdır. Oğurladığı 50 ABŞ dollarını Bakı şəhərində, Neftçilər metrostansiyasının yanında valyuta dəyişmə məntəqəsində Azərbaycan manatına dəyişib şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2022-ci ilin may ayının ortalarında, saat təxminən 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, “Üzümçülük yaşayış massivndə” yerləşən iki mərtəbəli evdən oğurluq etmişdir. Evdə işıq yanmadığından bilmişdir ki, evdə adam yoxdur. Çox da hündür olmayan hasardan həyətə keçmişdir. Evin birinci mərtəbəsində giriş tərəfdən plastik pəncərələri və qapısı olan eyvan olmuşdur. Eyvanın plastik pəncərəsini vintaçanla (atverka) açıb içəri girmişdir. Eyvandan evə dəmir giriş qapısı olsa da, qapı açarlanmamışdır. Ona görə də, evin yaşayış sahəsinə rahat şəkildə daxil olmuşdur. Evin ikinci mərtəbəsinə qalxıb sol tərəfdəki yataq otağında paltar dolabını axtarmışdır ki, oradan pul və qızıl əşyalar tapıb oğurlamışdır. Otağı axtarıb paltar dolabından 830 (səkkiz yüz otuz) manat və bir ədəd mirvari muncuqları, ortasında qızıl materialdan göz muncuğu olan boyunbağı oğurlamışdır. Oğurladığı pul və digər əşyaları özü ilə götürüb içəri keçdiyi pəncərədən küçəyə çıxmış və kirayə qaldığı evə getmişdir. Oğurladığı boyunbağını Bakı şəhərində, Xalqlar Dostluğu metro stansiyasının yanında əlində tutub göstərərək tanımadığı şəxsə 70 manata satmışdır. Oğurladığı pulu və əşyaların satışından əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 05 iyun 2022-ci il tarixdə axşam saat 23:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində gəzən zaman bir evin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, bir daha evdə heç kimin olmadığını dəqiqləşdirmək üçün həyət evinin çöl darvazasını döymüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra hər hansı bir şəxsin qapıya çıxmadığını gördükdə bir daha əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra hasarı aşaraq evin həyətinə daxil olmuşdur. Həyətdə bir neçə dəqiqə gəzib içəridə hər hansı bir şəxsin olmadığından əmin olduqdan sonra üzərində olan vintaçanla evin plastik pəncərəsini gərib açmışdır. Bundan sonra o, həmin pəncərədən evin birinci mərtəbəsində olan otaqlardan birinə daxil olmuşdur. O, evin birinci mərtəbəsindəki otaqları axtarsa da, heç nə tapa bilməyib ikinci mərtəbəyə çıxmışdır. İkinci mərtəbədə olan yataq otağındakı termonun qapısını açan zaman içərisindən 02 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl qaşın üzüyü, 01 ədəd qızıl kişi üzüyü, 01 ədəd qızıl qadın boyunbağı, 01 ədəd qızıl qadın üzüyü, 01 ədəd gümüşə bənzər qadın sırğası, boyunbağı və kulon götürmüşdür. Bundan sonra o, evin digər otaqlarını da axtarsa da, hər hansı dəyərli əşya tapa bilməyib birinci mərtəbəyə düşərək daxil olduğu pəncərədən evdən çölə çıxmışdır. Daha sonra isə yenidən hasarı aşıb oradan uzaqlaşmışdır. Səhəri gün isə həmin qızıl zinyət əşyalarını Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən Moskva Univermağının ətrafında anket məlumatlarını bilmədiyi və xarici görkəm əlamətlərini xatırlamadığı bir nəfər şəxsə 2000 manat müqabilində satmışdır. Həmin şəxsə də satmış olduğu qızılların ona məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satmaq istədiyini demişdir. Həmin pulları isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 15 iyun 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində olan zaman oğurluq etmək məqsədi ilə yenə də ətrafdakı evlərə nəzər yetirmişdir. Həmin vaxt orada olan evlərdən birində işıqların yanmadığını müşahidə eləyib həmin evdə yaşayış olmadığını yəqin etmişdir. Bir müddət gözlədikdən sonra evdə heç kimin olmadığına əmin olub həmin evə hasardan keçmə yolu ilə daxil olmuşdur. Bundan sonra həmin evin pəncərəsinin bir qədər aralı olduğu diqqətini çəkmişdir. Həmin pəncərəyə yaxınlaşıb bir qədər itələdikdən sonra pəncərə açılmışdır. O da həmin pəncərədən evə daxil olmuşdur. Bundan sonra evin yataq otağına keçib orada pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. Həmin otaqda olan qadın çantasının içərisindən 300 manat pulu, yataq otağında yerləşən mebelin siyirməsinin içərisində olan qızıl qabıdan isə qızıl-zinət əşyalarını götürmüşdür. Götürdüyü pulu və qızıl-zinət əşyalarını cibinə qoyub evə girdiyi yerdən də çıxaraq həmin yerdən uzaqlaşmışdır. Həmin evdən oğurladığı pulu öz şəxsi xərcləri üçün istifadə etmişdir. Qızıl-zinət əşyalarını isə növbəti gün Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında tanımadığı təxminən 25-30 yaşlı bir nəfər kişiyə 1000 manat müqabilində satıb həmin pulları da şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, 22 iyul 2022-ci il tarixdə axşam saat 21 radələrində Xırdalan şəhəri, Rövşən Əliyev küçəsində gəzən zaman bir evin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, bir daha dəqiqləşdirmək üçün həyət evinin çöl darvazasını döymüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra hər hansı bir şəxsin qapıya çıxmadığını gördükdə əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra o, evin küçəyə baxan istiqamətdə olan hasarının yaxınlığındakı trubadan tutunaraq hasarı aşıb həyətə daxil olmuşdur. O, həyətdə olan zaman evi bir az da dinləyib hər hansı bir şəxsin olmadığına bir daha əmin olduqdan sonra üzərində olan vintaçanla plastik pəncərəni gərərək açmış və içəriyə daxil olmuşdur. Bundan sonra daxil olduğu mətbəxdən evin yataq otaqlarından birinə daxil olmuş və orada olan kamodun sürmələrini axtaran zaman oradan qızıl üzük tapmışdır. Daha sonra evin digər otaqlarını gəzən zaman evdəki ikinci yataq otağından içərisi dəmir pullarla dolu şüşə banka olduğunu aşkar etmiş və onu da götürmüşdür. Daha sonra o, içəriyə daxil pəncərədən çölə çıxaraq hasara doğru gəlmiş və hasarı aşıb evdən uzaqlaşmışdır. Oradan bir qədər uzaqlıqda, hal hazırda ünvanını xatırlamadığı yerdə şüşə bankanı sındıraraq içərisindəki 1000 manat pulu götürüb öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin oğurluq yolu ilə ələ keçirdiyi bir ədəd brilyant qaşlı qızıl üzüyü Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Moskva Univermağı”nın yanında tanımadığı, anket məlumatlarını bilmədiyi və xarici görkəm əlamətlərini unutduğu bir nəfər kişiyə 1000 manat müqabilində satıb həmin pulları da şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa o, 28 iyul 2022-ci il tarixdə axşam saatlarında Xırdalan şəhərinə gəlmiş və oradan məhəllələrin arasında piyada gəzmişdir. O, həyət evlərinin yanından keçəndə görmüşdür ki, evin qarşısında işıq yanır lakin evin bütün işıqları sönülüdür. Dərhal həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, özündə olan əvvəlcədən götürdüyü əlcəkləri geyinmiş, ətrafda kimsənin olmadığına əmin olduqdan sonra hasara çıxmış və həyətə daxil olmuşdur. Evin böyür tərəfinə baxdıqda dəmir barmaqlıqların olduğunu, lakin ikinci mərtəbədə reşotkanın olmadığını görmüşdür. Həyətə baxanda görmüşdür ki, hasarın yanında boçka və nərdivan var. Nərdivanı boçkanın üstünə qoyub ikinci mərtəbəyə dırmaşmışdır. Özündə olan otvyorka ilə plastik pəncərəni açmış və evin içinə daxil olmuşdur. Daxil olan otaq uşaq üçün nəzərdə tutulduğundan dərhal digər böyürdə olan yataq otağa daxil olmuşdur. Qaranlıq olduğu üçün həmin otağın pərdələrini bağlamış və özündə olan alışqanın feneri ilə şkafın içini açıb baxmağa başlamışdır. Şkafın içində olan hazırda yadında qalmayan rəngli qutuya baxanda görmüşdür ki, içində qızıl zinyət əşyaları və böyürəndə 1500 manat pul var. Həmin pulu və qızılları cibinə qoyub dərhal daxil olduğu yerdən çıxıb qaçıb getmişdir. Həmin əlcəkləri də həyətdə tullamışdır. Bakıda qızılları satmaq üçün şəxsiyyət vəsiqəsi tələb edildiyinə görə bir neçə gün sonra Gəncə şəhərində getmiş və orada bazarın giriş hissəsində dayanan tanımadığı qızıl alverçilərinə 3000 manata satmışdır. Həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa mən, 20 avqust 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində piyada hərəkətdə olduğum zaman nömrəsiz fərdi evlərdən birinin işıqlarının sönülü | olduğunu müşahidə etdim. Daha sonra giriş qapısına yaxınlaşaraq döyməyə başladım. Qapını açan olmadıqda evdə kimsənin olmadığına əmin oldum. Daha sonra evin sol tərəfinin hasarı ilə yol eyni səviyyədə olduğu üçün rahatlıqla hasarı aşdım. Plastik pəncərəni burmacla sıxıb açaraq içəri daxil oldum. Əvvəlcə daxil olduğum otaqdakı əşyaları tökərək nağd pul və ya qızıl- zinət əşyası axtarmağa başladım və heç nə tapa bilmədim. Daha sonra ikinci otağa keçib əşyaları tökməyə başladım. Həmin otağın giriş qapısı ilə təxminən üzbəüz dolaba baxdım və heç nə tapa bilmədim. Daha sonra həmin dolabı kənara çəkdikdə altında pulların olduğunu gördüm. Həmin pulları saydım və 1500 manat olduğunu müəyyən etdim. Daha sonra həmin otağın girişindən sol tərəfdə olan çarpayın döşəyini qaldırdım və altında 120 manat nağd pul olduğunu gördüm və götürdüm. Daha sonra evə daxil olduğum həmin pəncərədən çıxaraq oradan uzaqlaşdım. Bundan başqa o, 25 avqust 2022-ci il tarixdə axşam saat 20:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Seyfəddin Dağlı küçəsi ilə piyada gəzən zaman bir evin işıqlarının sönülü vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt o, bir daha dəqiqləşdirmək üçün həyət evinin çöl darvazasını döymüşdür. Bir neçə dəqiqə gözlədikdən sonra hər hansı bir şəxsin qapıya çıxmadığını gördükdə əmin olmuşdur ki, evdə heç kim yoxdur. Bundan sonra o, həmin hasara dırmaşa bilmədiyindən qonşunun darvazasından istifadə edərək evlərin birləşik olan hasarına çıxmışdır. Bundan sonra o, hasarın üstü ilə gəzə-gəzə gəlib həmin evin ikinci mərtəbəsində olan pəncərəsini özündə olan vintaçanla gərib açmışdır. O, evin ikinci mərtəbəsinə daxil olub içəriyə ətraflı baxdıqda yalnız musiqi aləti olan gitara tapmış və birinci mərtəbəyə düşərək evin qapısını açıb çölə çıxmışdır. Bundan sonra o, evin çöl tərəfində olan pilləkənlə aşağı düşən zaman evin dəmir qapısının da olduğunu görmüşdür. Həmin vaxt o, dəmir qapının açıq olub-olmadığını yoxlayan zaman qapının açıq olduğunu aşkar etmişdir. Bundan sonra o, içəri daxil olub evin mətbəxini axtardıqda 02 ədəd dəmir pul qabı aşkar etmişdir. Elə oradaca həmin dəmir pul qabından birini mətbəxdəki bıçaqla kəsərək içərisindəki pulları götürmüşdür. Digər dəmir pul qabı yüngül olduğundan düşünmüşdür ki, içərisində pul yoxdur. Həmçinin ev sahibinin evə gələcəyindən ehtiyat etdiyi üçün tez tələsik evdən çıxmış və ikinci mərtəbədən götürdüyü gitaranı da həyətə qoyub hasarı və darvazanı aşaraq oradan uzaqlaşmışdır. Daha sonra o, oğurluq yolu ilə ələ keçirdiyi pulları sayan zaman 4700-ü Azərbaycan manatı və 700-ü ABŞ dolları olmaqla ümumilikdə 5890 manat pul ələ keçirdiyini müəyyən etmiş və həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa o, 18 sentyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində Abşeron rayonu Novxanı kəndində, Əsgər Abuzərov küçəsi ilə piyada gedərək, oğurluq etmək üçün münasib ev axtardığı vaxt, orada gördüyü evin həyətində sakitlik olduğunu, heç kimin olmadığın gördükdə, evdən oğurluq etmək qərarına gəlmiş və hasarın üstündən aşaraq həyətə daxil olmuşdur. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin birinci mərtəbəsindəki, sol pəncərəsini sıxmaqla açaraq oradan evə daxil olmuşdur. Yataq otağındakı şkafda gördüyü 7000 türk Lirəsini, 200 ABŞ dolları, gümüş boyunbağı və üzüyü götürüb, evə daxil olduğu pəncərədən çıxmaqla, oğurlamışdır. Oğurladığı türk lirəsini və 200 ABŞ dolları sabahı günü Xırdalan şəhərində, tanımadığı şəxsə verməklə 400 manata dəyişmişdir. Həmin pulları dəyişdiyi şəxsə pulların özünə məxsus olduğunu, milli pula ehtiyacı olduğu üçün dəyişdiyini demişdir. Həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Oğurladığı gümüş boyunbağı və üzüyü isə Xırdalan şəhərində tanımadığı bir qadına 30 manata satmışdır. Həmin qadına satdığı üzük və boyunbağının özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Həmin pulu da şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu tək etmişdir. O, oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu, oğurluq olmadığını demişdir. O həmin oğurluq hadisələrini tək törətmiş, həmin vaxt yanında heç kim olmamışdır. Bundan başqa həmin ərazilərdə çox az sayda insan yaşadığından onu görən hər hansı bir şəxs olmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivində yeni tikilidə yaşayır, ailəlidir, heç bir yerdə işləmir. 17 may 2022-ci il tarixdə saat təxminən 15 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yerləşən anası X3 evinə getmişdir. Evdən çıxarkan evin girişdə olan dəmir qapısını bağlamamış, balkonda olan plastik qapını isə açarla bağlamışdır. Onu anasıgilə qardaşı Qorxmaz maşını ilə aparmışdır. Qardaşım Qorxmaz santexnik ustasıdır. Qorxmaz, onun evində santexnik işləri görəcəkmiş. Ona görə də, iki gün əvvəl usta alətlərini, yəni özünə məxsus bir ədəd inşaat ütüsünü, bir ədəd perferatoru, bir ədəd laqonda və işıq uzadıcısını (udilniteli) onlara gətirmişdir. Qardaşı Qorxmaz gətirdiyi usta alətlərini evin giriş hissəsində olan eyvana qoymuşdur. Eyvan plastik pəncərə ilə bağlanmış və plastk qapısı olmuşdur. Evə girmək üçün balkondan keçib dəmir qapını açaraq daxil olurmuşlar. Həmin gecə təxminən saat 23 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi Üzümçülük massivindəki evinə qardaşı ilə qayıtmışdır. O, evə çatanda evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Evə keçib baxan zaman yataq otağından 830 (səkkiz yüz otuz) manat nağd pulunun və bir ədəd mirvari dənələrindən ortasında qızıl materialdan göz muncuğu olan boyunbağının ikinci mərtəbədə, sol tərəfdə olan yataq otağındakı paltar dolabından oğurlandığını aşkar tmişdir. Həmin otaqda olan paltar şkafını axtarıb paltyarları yerə tökmüşlər. Bundan başqa qardaşının balkonda qoyduğu 40 (qırx) manat dəyərində inşaat ütüsü, 130 (yüz otuz) manat dəyərində perferator, 70 manat dəyərində laqonda və 30 manat dəyərində işıq uzadıcısının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Onun evindən özünə məxsus 830 manat nağd pul və onun bir ədəd dəyəri 350 manat olan mirvari dənələrindən ortasında qızıl materialdan göz muncuğu olan boyunbağı aparılmışdır. Beləliklə onun özünə 1180 (min yüz səksən) manat maddi ziyan dəymişdir. Bundan başqa qardaşı Qorxmaza məxsus inşaat ütüsü, perferator, laqonda və işıq uzadıcısının oğurlanması barədə məlumat vermişdir. Lakin daha sonra ona məlum olmuşdur ki, həmin əşyaları qarşı ondan xəbərsiz götürmüşdür. Ona görə də oğurlandığını düşünmüşdür. Onun evindən istilik sistemi iki il əvvəl may ayında oğurlanmış və bununla əlaqədar həmin vaxt polis əıməkdaşları gəlmiş və o, şikayət ərizəsi ilə həmin vaxt müraciət etmişdir. Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində ailə üzvüləri ilə birlikdə Saray qəsəbəsində yaşadığı evdən çıxıb Sumqayıt şəhərinə qohumu gilə getmişdir. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Saray qəsəbəsinə evinə gəlmiş və həmin vaxtı evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Evin arxasına açılan pəncərənin açıq olduğunu görmüş və pəncərəni bağlamışdır. Sonra evə baxmış və bu zaman yataq otağında siyirmədə olan 1 ədəd 250 manat dəyərində qızıl sırğanın, 1 ədədi 700 manat, 2 ədədi hər biri 250 manat olan qızıl üzüklərin, 3 ədəd 200 manat dəyərində sadə saatların, digər otaqlardan 1 ədəd 150 manat dəyərində işlənmiş Redmi A5 markalı və 1 ədəd 150 manat dəyərində Samsung A3 markalı mobil telefonların oğurlandığını aşkar etmişdir. Bu barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1950 manat maddi ziyan dəymişdir. Evindən oğurluq olması ilə bağlı şübhələndiyi kimsə olmamışdır. Evindən əvvəllər oğurluq olmamışdır. Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş X7 vermiş olduğu ifadəsində bildirmişdir ki, həyat yoldaşı Hörmət Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ət bazarında qəssab işləyir, hər gün səhər tezdən evdən çıxır. Özü də Xırdalan şəhərində restoranda işləyir. Buna görə də hər gün o da səhər tezdən evdən çıxır. 19 dekabr 2021-ci il tarixdə həmişəki kimi səhər tezdən evdən çıxmış və işə getmişdir. Həmin gün axşam saat 21 radələrində evə qayıtmış və görmüşdür ki, evin birinci mərtəbəsində olan pəncərənin dəmir barmaqlığı kəsib çıxarılmış, evə daxil olanda görmüşdür ki, evin otaqlarında səliqə səhman pozulmuş, şkaflardakı paltarlar və digər əşyalar dağınıq vəziyyətdədir. O, yataq otağına baxdıqda orada olan şkafın içindəki cibində 700 manat pulun oğurlandığını aşkar etmişdir. Bundan sonra dərhal DİN-nin 102 xidmətinə zəng vurmuş, bir qədər sonra Saray polis bölməsinin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Konkret şübhələndiyi adam olmasa da, o, hər gün evdən çıxanda yaxınlıqda bir nəfər tanımadığı şəxsin kənarda dayandığını görürmüş. Həmin şəxs qara rəngli paltarda olurmuş. Evdən başqa hər hansı bir əşya oğurlanmamışdır.Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 vermiş olduğu ifadəsində bildirmişdir ki, 20 avqust 2022-cı il tarixdə səhər saat 7-8 radələrində həyat yoldaşı Rəna ilə bir yerdə evdən cıxıb işə getmişdir. Həmin günü saat 14 radələrində o, evə gəlmişdir. O, evə gəldikdə görmüşdür ki, mənzilin sol pəncərəsi qırılmış və açıq vəziyətdədir. O, ona görə də mənzilin giriş qapısını açıb içəri daxil olmuş və görmüşdür ki, mənzilin səliqəsi tam pozulmuş və evdən oğurluq olmuşdur. Ona görə də o, əlini heç bir yerə vurmadan DİN-nin 102 xidmətinə zəng edərək oğurluq barəsində məlumat vermişdir. Sonradan yaşadığı ünvana Abşeron RPİ-nin əməkdaşları gəlmiş və polislərlə bir yerdə mənzilə baxış keçirmiş. Baxış zamanı müəyyən edilmişdirki, yatağ otağından tumbanın altına qoyduğu 1500 manat və yataq otağında olan yatacağın altından 120 manat pulu götürərək ona cəmi 1620 manat ziyan yetirmişlər. Puldan başqa mənzildən əşyalar oğurlanmamışdır. O, heç kimdən şübhələnməmiş, mənzildə pulun olmasını heç kim bilməmişdir. Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 vermiş olduğu ifadəsində bildirmişdir ki, onun ünvan 9 ünvanda fərdi həyət evi vardır. Həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. 24 mart 2022-ci il tarixdə səhər 08 radələrində o və oğlu Samir Bakı şəhərinə işə getmişlər. Həmin gün günorta saat 14:30 radələrində həyat yoldaşı, gəlini və nəvələri Sumqayıt şəhərinə, qudasının evinə qonaq getmişlər. Həyat yoldaşı onunla telefonda danışaraq axşam işdən çıxarkan götürüb evə aparmağını bildirmişdir. O, axşam işdən çıxıb Sumqayıt şəhərinə getmiş və ailə üzvlərini oradan götürmüş Masazır kəndindəki evə gəlmişdir. Evə saat 21:38-də çatmışdır. O, qapını açarla açmış, işığı yandırıb evə keçmişdir. Giriş qapısı ilə üzbəüz dəhlizin sonunda olan yataq otağına keçərkən dolabın içindəki paltarların və digər əşyaların yerə və çarpayının üstünə töküldüyünü, otağın pəncərəsinin açıq olduğunu görmüşdür. Başa düşmüşdür ki, evdən oğurluq edilmişdir. Odur ki, polis çağırmaq üçün DİN-nin “102” xidmətinə zəng etmişdir. Məlum olmuşdur ki, özü və ailə üzvlərinin evdə olmadığı müddətdə ona məxsus həmin evin pəncərəsini açaraq yaşayış sahəsinə daxil olan naməlum şəxs və ya şəxslər evin yataq otağında, sol tərəfdə qoyulmuş dolabdan həyat yoldaşına məxsus bir ədəd 800 (səkkiz yüz) manat dəyərində qızıl sepi və 50 ABŞ dolları məbləğində pulu oğurlamışlar. Evindən oğurlanmış bir ədəd qızıl sep 583 əyarlıq, sarı qızıl materialdan olmuşdur. Yastı piltələrin bir-birinə birləşmiş formasında imiş, təxminən on il əvvəl almışlar. Hazırkı qiyməti təxminən 800 (səkkiz yüz) manat təşkil edir. Naməlum şəxslər sepin qabını aparmamış, yalnız özünü götürmüşlər. Həmçinin dolabdan 50 (əlli) ABŞ dolları pulunu da oğurlamışlar. 50 ABŞ dollarının cinayət baş verən zaman manata nisbəti 85 (səksən beş) manat təşkil etdiyindən ona cəmi 885 (səkkiz yüz səksaən beş) manat maddi ziyan dəymişdir. Evindən baş vermiş oğurluqda şübhələndiyi konkret şəxs və ya şəxslər olmamışdır. Dəyən ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, Abşeron rayonu, Saray qəsəbəsində fərdi ev tikdirmişdir. Həmin evdə onun bacısı X8 yaşamışdır. xx.xx.2022-ci il tarixdə həmin evdə heç kim olmamışdır. Bacısı Şövkət də həmin vaxtı Sumqayıt şəhərində yerləşən xəstəxanada müalicə almışdır. Həmin günü axşam təxminən saat 20 radələrində o, evə gələn zaman görmüşdür ki, evin pəncərəsi açıqdır. O, evdən oğurluq hadisəsi baş verdiyin düşünüb polisə məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra o, evə baxan zaman evdə qonaq otağında olan çamadanın içərisindən 01 ədəd 250 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 160 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 500 manat dəyərində keçmiş Sovet ittifaqında qəhrəman analar üçün nəzərdə tutulmuş qızıl medalın oğurlandığını aşkar etmişdir. Hadisə nəticəsində ona ümumilikdə 910 manat məbləğində maddi ziyan dəymişdir. Tələbi ona məxsus evdən oğurluq edən şəxs və ya şəxslərin tapılaraq barələrində qanuni tədbir görülməsindən ibarət olmuşdur. Dəyən ziyanın ödənilməsini tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, heç bir yerdə işləmir, təqaüdçüdür. xx.xx.2021ci il tarixdə saat təxminən 14 radələrində yaşadığı ünvan 10 ünvanda yerləşən evdən çıxıb Sumqayıt şəhərinə getmişdir. Həmin gün saat təxminən 20 radələrində evə qayıtmışdır. Evin giriş qapısını açıb içəri daxil olduqda evdə olan əşyaların dağılmış vəziyyətdə olduğunu, bundan sonra evin içərisində olan pilləkənin üzərindəki plastik pəncərənin açıq olduğunu görmüşdür. Evin otaqlarına baxdıqda evin ikinci mərtəbəsindəki yataq otağında olan dolabın içərisinə qoyduğu 500 manat pulun, həmin otaqda güzgülü kamotun siyirməsində olan 1 ədəd təxminən 12 qram çəkidə təxminən 583 əyarlı 1000 manat dəyərində qadın qızıl üzüyünün, 01 ədəd təxminən 4 qram çəkidə təxminən 583 əyarlı 300 manat dəyərində qadın qızıl üzüyünün, 1 ədəd təxminən 8 qram çəkidə təxminən 583 əyarlı 800 manat dəyərində kişi qızıl üzüyünün, kamotun üzərində olan 200 manat dəyərində qadın üçün bijuteriya dəstinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, həmin əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. Ona məxsus evdən 500 manat nəğd pul, 1 ədəd 1000 manat dəyərində qadın qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində qadın qızıl üzüyü, 1 ədəd 800 manat dəyərində kişi qızıl üzüyü, 200 manat dəyərində qadın üçün bijuteriya dəsti oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. O, ilkin araşdırma zamanı izahat verən zaman ona oğurluq nəticəsində ümumilikdə 2000 manat ziyan dəydiyini bilmiş, sonradan evdə 1 ədəd 800 manat dəyərində kişi qızıl üzüyünün də oğurlandığını bilmişdir. Evindən baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2800 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadıqları, ünvan 12 ünvanının əvvəlcə həyətinə hasarı aşma yolu ilə daxil olub, daha sonra evin mətbəxinin plastik pəncərəsini sıxıb açma yolu ilə içəri daxil olaraq qonaq otağında olan paltar dolabının üst gözündə, qara rəngli qadın çantasının içərisindən bir komplekt, 900 (doqquz yüz) manat dəyərində olan qızıl qolbaq və sepi, bir komplekt, 700 (yeddi yüz) manat dəyərində olan bir cüt qızıl sırğa və üzüyü, bir ədəd, 900 (doqquz yüz) manat dəyərində olan brilliant qaşlı qızıl üzüyü, bir ədəd, 400 (dörd yüz) manat dəyərində olan paxlava formalı qızıl üzüyü, bir ədəd, 200 (iki yüz) manat dəyərində olan qızıl qolbağı, bir komplekt, 200 (iki yüz) manat dəyərində olan gümüş qolbağı və sepi, bir ədəd, 50 (əlli) manat dəyərində olan gümüş üzüyü, bir ədəd, 50 (əlli) manat dəyərində olan qızıl suyuna çəkilmiş sepi oğurlamışdır. Baş vermiş oğurluq hadisəsini xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonundan qayıtdıqda aşkar etmiş və DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə, daha sonra Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumi olaraq 3400 (üç min dörd yüz) manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhə etdiyi kimsə olmamışdır. Yaşadığı evə mütəmadi olaraq gəlib-gedən kimsə olmamışdır və yaşadığı evin açarı ancaq ailə üzvlərində olmuşdur. Onun yaxın keçmişdə heç kimlə aralarında problem olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, arvadı X11, oğlu Mirəli Nural, Mirəliyev Murad və anası X12 ilə birlikdə yaşayır.Hazırda heç bir işlə məşqul deyil. Evdə olan şkafda bir ədəd 3500 manat əyərində briliant qaşlı komplekt, bir ədəd 2500 manat dəyərində sep və bilərzik, bir ədəd 700 manat dəyərində kameya kulonu, bir ədəd 1200 manat dəyərində kameya komplekti, bir ədəd 250 manat dəyərində fantaziya üzüyü, bir ədəd 250 manat dəyərində üzük, bir ədəd 250 manat dəyərində yantar daşlı kulon, bir ədəd 100 manat dəyərində uşaq bilərziyi, bir ədəd 700 manat dəyərində göy qaşlı komplekt, bir ədəd 1200 manat dəyərində tros sep, bir ədəd 400 manat dəyərində Quran kulonu, bir ədəd 1000 manat dəyərində briliant qaşlı kişi üzüyü, bir ədəd 1500 manat dəyərində qadın üçün briliant qaşlı üzüyü, bir ədəd 100 manat olan markasını bilmədiyi qadın saatı, bir ədəd 450 manat dəyərində qızıl beşlik, bir ədəd 950 manat dəyərində qızıl onluq, bir ədəd 150 manat dəyərində sırğa, bir ədəd 50 manat dəyərində gümüş sırğa, bir ədəd 150 manat dəyərində qızıl sırğa və bir ədəd 50 manat dəyərində markasını bilmədiyi kişi qol saatı oğurlanmışdır. Nəticədə oğurlanmış qızılların dəyəri 15420 manat təşkil etmiş. Ümumilikdə ona 16920 manat ziyan vurulmuşdur. Evdən çıxarkən ətrafda hər hansı bir şübhəli hala rast gəlməmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 vermiş olduğu ifadəsində bildirmişdir ki, onun ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi vardır. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. 21 iyul 2022-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə Şəki şəhərinə toy məclisinə getmişdir. Evdən çıxanda da evin giriş qapısını bağlasalar da, evin mətbəxinin pəncərəsini açıq saxlamışdır. Bir neçə gün Şəki şəhərində qaldıqdan sonra 23 iyul 2022-ci il tarixdə o, tək evə qayıtmışdır. Yorğun olduğu üçün evə çox da fikir verməmişdir. Səhəri gün yəni ki, 24 iyul 2022-ci il tarixdə saat 12 radələrində oğlunun yataq otağına girən zaman yataq otağının dağınıq olduğunu görmüşdür. Yataq otağında axtarış edib müəyyən etmişdir ki, bankaya yığdığı içərisində təxminən 1000 manat pul olan şüşə banka yerində yoxdur. Bir az da axtarış edib müəyyən etmişdir ki, ona məxsus olan qızıl üzük də yerində yoxdur. O, başa düşmüşdür ki, evdə olmayan müddət ərzində yəni ki, 21 iyul 2022-ci il tarixdən 23 iyul 2022-ci il tarixədək olan müddət ərzində evlərinə oğru girmişdir. O, evə daxil olanda evin giriş qapısı bağlı olmuşdur. Ona görə də düşünmüşdür ki, evinə girən oğru mətbəxin pəncərəsindən evə daxil olmuşdur. Sonra o, polisə zəng edib oğurluq olması barədə məlumat vermişdir. Evindən içərisində təxminən 1000 manat pul olan şüşə banka və 1500 manat dəyərində brilyant qaşlı üzük oğurlanmışdır. Onun konkret olaraq şübhələndiyi şəxs olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, evdən çıxmışdır. Elə həmin gün yəni xx.xx.2022-ci il tarixdə ailə üzvləri evin qapısını açıq qoyub darvazanın qapısını kildləyərək evdən çıxıb gəzmək üçün Dənizkənarı parka gəlmişlər. Həmin gün axşam radələrində ailə üzvləri yenidən evə qayıtmışlar. Onlar təxminən evə saat 22:00 radələrində çatan zaman ona zəng edərək evdə oğurluq olduğunu bildirmişlər. O, bunu öyrəndikdən sonra dərhal evə getmiş və həmin vaxt DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edildiyini görmüşdür. Bundan sonra evə baxış keçirən zaman məlum olmuşdur ki, evin birinci mərtəbəsindəki yerləşən mətbəxdəki pul qabının içərisindəki 2700 manat pulun oğurlandığını aşkar etmişlər. Bundan sonra polis əməkdaşları müvafiq sənədləşmə işləri aparıb oradan getmişlər. Polis əməkdaşları getdikdən sonra evə ətraflı baxış keçirdikdən sonra məlum olmuşdur ki, evə daxil olmuş naməlum şəxs evdən həmçinin 700 ABŞ dollar və 2000 manat puluda ələ keçirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:00-dan 22:00-dək olan müddət ərzində yaşadığı ünvan 6 ünvanında yerləşən evdən naməlum şəxs ona məxsus ümumilikdə 4700 manat və 700 ABŞ dolları pulu oğurlayaraq ona ümumilikdə 5890 manat ziyan vurmuşdur. Oğurluq hadisəsi baş verən zaman 700 ABŞ dolları həminki məzənnəyə uyğun olaraq 1190 manat pul edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş X26 vermiş olduğu ifadəsində bildirmişdir ki, yaşadığı Abşeron rayonu, Novxanı kəndindəki evindən 18 sentyabr 2022-ci il tarixdə, saat 17:00 radələrində oğlu Nuran çıxmış və saat 18:20 radələrinə qədər olan müddət ərzində evdə heç kim olmamışdır. Oğlu Nurlan həmin tarixdə, saat 18:20 radələrində ona zəng edərək yaşadıqları evdən oğurluq olduğunu ona dedi. O, dərhal yaşadığı evə gəlmiş və görmüşdür ki, evin birinci mərtəbəsinin sol pəncərəsi açıqdır. Evə daxil olmuş və evdəki əşyalarını yoxladıqda evdəki yataq otağında olan şkafda saxladığı, özünə məxsus olan 7000 türk lirəsin, 200 ABŞ dolların, 250 manat dəyərində olan 60 qramlıq gümüş boyunbağı və 200 manat dəyərində gümüş üzüyün yerində olmadığını gördükdə, oğurlandığını bilmişdir. Oğurluq barədə dərhal DİN-nin 102 xidmətinə zəng edib, xəbər vermişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində bildirmişdir ki, onun Masazır qəsəbəsində fərdi yaşayış evi vardır. Həmin evdə öz övladları ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 12:45 radəsində kürəkəni Rəşadla birlikdə qızının evinə getmişdir. O, gedən zaman evinin qapısını bağlayıb açarlarını özü ilə götürmüşdür. Evində heç kim olmamışdır. Həmin günü o, axşam saat təxminən 17:53 dəqiqəsində evinə gəlmiş və evinin giriş qapısını açarla açmaq istəyərkən görmüşdür ki, qapı açılmır. O, evin arxa tǝrǝfinə keçdikdə mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. O, bundan sonra şübhələnib evinə mətbəxdən daxil olmuş və evin giriş qapısına tərəf getdikdə giriş qapısının içəridən bağlı olduğunu görmüşdür. Bundan sonra o, yataq otağına baxdıqda yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. O, içəri girib dolabda olan kostyumun cibinə baxmış və görmüşdür ki, kostyumun cibində olan özünə məxsus 6 ədəd qızıl dişləri, 1 ədəd qızıl qadın üzüyü, 1 cüt sirğa. 1 ədəd sep və 1500 manat pulu yoxdur. Elə həmin dolabda saxladığı pul qabının içərisində olan 300 manat pulumu aşkar etməmişdir. Bundan başqa yataq otağında olan mitlin arasında saxladığı özünə məxsus 2000 ABŞ dollarınında oğurlandığını aşkar etmişdir. Yataq otağında dolabın içərisində kostyumun cibində olan özünə məxsus istifadə olunmuş 500 manat dəyərində olan 6 ədəd qızıl dişləri, 500 manat dəyərində olan 1 ədəd qızıl qadın üzüyü, 400 manat dəyərində 1 cut sırğa, 350 manat dəyərində 1 ədəd sep və 1500 manat pulunun. dolabda saxladığı pul qabının içərisində olan 300 manat pulu, mitlin arasında saxladığı özünə məxsus 2000 ABŞ dolları oğurlanmışdır. Oğurluq nəticəsində ümumilikdə 6950 manat ziyan dəymişdir. Oğurluq baş verən günü 100 dollar Azaraycan manatı ilə hesablandıqda 170 manata bərabər olmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs19 Arif oğlu vermiş olduğu ifadəsində bildirmişdir ki, 19 oktyabr 2021-ci il tarixdə, səhər saat 08 radələrində o, ailə üzvləri ilə birlikdə yaşadığı həmin evdən çıxaraq, işiylə əlaqədar getmişlər. Həmin tarixdə yəni, 19 oktyabr 2021-ci il tarixdə, saat 19: 20 radələrində yaşadığı həmin evə qayıtdıqda, evin pəncərəsinin açıq olduğunu görmüş və bundan şübhələnmişdir. Evə daxil olub evdəki əşyalarını yoxladıqda yataq otağındakı şifonerdə ona məxsus olan 490 manat pulunun və 600 manat dəyərində olan bir ədəd üzüyünün yeribdə olmadığını görmüş, bilmişdir ki, evinə pəncərədən kimsə girərək pulunu və qızıl üzüyünü oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1090 manat ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadəsində bildirmişdir ki, o arvadı Gülsüm, 6 ayazlı qızı Şükran və 4 yaşlı oğlu Yusif ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən xx.xx.2021-ci il tarixədək saat 21 radələrinədək olan müddətdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs pma məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi nömrəsiz evinin plastik pəncərəsini açıb yataq otağına daxil olub oradan yatağın altında qoyduğu 300 manat nağd pulu, həmin otaqdakı şkafın süyürməsindəki paltarın arasından 1 cüt 250 manat dəyərindən qızıldan hazırlanmış uşaq sırğasını, qızıldan hazırlanmış 1 cüt sırğadan, 1 ədəd üzükdən, 1 ədəd qolbağdan, 1 ədəd boyunbağından ibarət ümumi dəyəri 1800 manat dəyərində olan komplekti, 15 manat dəyərində 1 ədəd byujeteriya boyunbağını oğurlamış, ona 2365 manat ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixdə o, səhərdən ailəsiylə öz yaşadığı evdə olmuşdur. Həmin günü saat 19 radələrində Binəqədi rayonu Sulu Təpə qəsəbəsində yaşayan qardaşı X5 yaşadığı evə getmişdir. Sonradan həmin günü saat 21 radələrində ailəsi ilə qardaşı Rəşadın evindən çıxıb öz yaşadığı evə qayıtmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs17 vermiş olduğu ifadəsində bildirmişdir ki, 2022-ci ilin mart ayında qaynanası X13 xəstələndiyindən o, yoldaşı ilə birlikdə qaynanasının yaşadığı Abşeron rayonu, Hökməli kəndinə baş çəkməyə getmişdir. Bu zaman qaynanasının evində olarkən yoldaşı Həsənov Mülkǝdar Niftalı oğlu da xəstələndiyindən onlar öz yaşadıqları Masazır qəsəbəsində gələ bilməmiş və bir neçə ay orada qalmışlar. 2022-ci ilin iyuna ayının 4-də o, həm evə baş çəkməyə həm də evi təmizləmək üçün Masazır qəsəbəsində yerləşən evlərinə gəlmişdir. Bundan bir qədər sonra iyun ayının 23-də yoldaşı sağaldığından onlar birdəfəlik Masazır qəsəbəsində yerləşən evlərinə gəlmişlər. 2022-ci ilin mart ayından iyun ayınadək olan müddət ərzində onların Masazır qəsəbəsində yerləşən evlərində yaşayış olmamışdır. Onlar 2022-ci ilin iyun ayının 23-də Masazır qəsəbəsində yerləşən evlərinə gəlmişlər. Bu zaman o, evə girərəkən pəncərənin açıq olduğunu görmüş, lakin açıq unutduğunu düşünüb çox da əhəmiyyət verməmişdir. Həmin gün axşam saatlarında evdə təmizlik işləri apararkən yataq otağında paltar dolabında olan çantanın içərində 300 manat pulunun olmadığını görmüşdür. Daha sonra dərhal yataq otağında tumbanın içərisinə qızlar olan siyirməyə baxmışdır. Bu zaman tumbanın içərisində olan qızıl qabının içərisində bir cüt dəyəri 500 manat olan sırğa, 1 adǝd dəyəri 1000 (min) manat olan boyunbağı, 1 ədəd dəyəri 500 manat olan qadın üzüyü, 1 ədəd dəyəri təxminən 500 manat olan qızıl bilərzik və bir adəd dəyəri 500 manat olan qızıl kişi üzüyünün yerində olmadığını görmüşdür. Daha sonra bu barədə qaynına xəbər vermişdir. Gecə gec saat olduğu üçün səhər tezdən evdən oğurluq olduğundan əmin olub DİN-nin 102 xidmətinə müraciət etmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs16 vermiş olduğu ifadəsində bildirmişdir ki, yaşadığı ev iki mərtəbəlidir, evin 2-ci mərtəbəsinin pəncərələrində dəmir barmaqlıqlar olmamışdır. 14 mart 2022-ci il tarixdə, təxminən saat 10 radələrində yaşadığı evdən çıxmış və evin qapılarını da açarla bağlamışdır. 16 mart 2022-ci il tarixdə, təxminən saat 23-30 radələrində yaşadığı evə gəlmişdir. 17 mart 2022-ci il tarixdə evin pəncərəsinin kənar şəxs tərəfindən açıldığını aşkar etmiş və ondan sonra evin yataq otağında çemodanın yerinin dəyişildiyini və içərisində olan 10 manat dəyərində pul qabının içərisində olan 600 ABŞ dolları, bir ədəd 1000 manat dəyərində qızıl boyunbağı, bir ədəd 500 manat dəyərində qızıl bilərzik, bir ədədi 500 manat olan 1000 manat dəyərində iki ədəd qızıl üzüklər oğurlanmışdır. Ona görə də bununla DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Onun ümumilikdə 3530 manat dəyərində əmlakı oğurlanmışdır. Onun şübhələndiyi şəxs olmamışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrində evdən çıxaraq ailəsi ilə birlikdə qaynanasıgilin yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanıya getmişlər. Onlar evdən çıxarkən evin bütün qapılarını və plastikdən olan pəncərələrini bağlamışlar. xx.xx.2022-ci il tarixdə təxminən saat 12 radələrində həyat yoldaşı anasıgildən çıxaraq evə gəlmişdir. Evə gələrkən evə daxil olmuş və mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Daha sonra arvadı evin ikinci mərtəbəsinə qalxdıqda yataq otağında olan termonun qapısının açıq olduğunu görüb içərisinə baxdıqda içərisində olan qiyməti 2500 manat olan 1 dəst, yəni 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl klon, bir ədəd qızıl üzük, daha sonra qiyməti 2000 manat olan qızıl kişi üzüyü, qiyməti 50 manat olan gümüş boyunbağı, qiyməti 150 manat olan gümüş qadın üzüyü, qiyməti 200 manat olan, gümüşdən 1 dəst, yəni qadın sırğası, sepi va klonu yerində olmadığını gördükdən sonra ona zəng vurmuş və evdən oğurluq olması barədə məlumat vermişdir. O da yoldaşı X2 oğurluq barədə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzizəng xidmətinə məlumat verməsini demişdir. Daha sonra o, işdən çıxaraq evə gəlmiş və evdən oğurluq olmasını görmüşdür. Bir müddətdən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları evə gələrək baxış keçirtmişlər. O və ailəsi xx.xx.2022-ci il tarixdə saat 13 radələrindən xx.xx.2021-ci il tarixdə saat 13 radələrinədək yaşadığı evdə olmamışdır. Yaşadığı evin yataq otağından qiyməti 2500 manat olan 1 dəst, yəni 2 ədəd qızıl sırğa, 1 ədəd qızıl klon, bir ədəd qızıl üzük, daha sonra qiyməti 2000 manat olan qızıl kişi üzüyü, qiyməti 50 manat olan gümüş boyunbağı, qiyməti 150 manat olan gümüş qadın üzüyü, qiyməti 200 manat olan, gümüşdən 1 dəst, yəni qadın sırğası, sepi və klonu oğurlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 4900 manat ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs18 vermiş olduğu ifadəsində bildirmişdir ki, o, 20 mart 2022-ci il tarixdə səhər işə getmiş, həmin günün səhərsi, yəni 21 mart 2022-ci il tarixdə saat 07 radələrində arvadı X14 onun istifadəsində olan 070 *** ** ** mobil telefonuna zəng vurub ağlaya-ağlaya bildirmişdir ki, evdən oğurluq olub. O da dərhal yol avtomobili ilə yaşadığı Abşeron rayonu, Masazır kəndi, Ə.Əliyev küçəsi 7 saylı evinə gəlmişdir. O, evinin təmir olunmamış otağımın plastik pəncərəsinin sındırılıb həmin yerdən mənzilə daxil olunaraq yataq otağımdakı dolabdan paltarların yığıldığı yerdə saxladığı 3000 min manat nəğd pul vəsaitinin və ümumi dəyəri təxminən 500 manat olan bir ədəd qızıl qolbağın və bir ədəd dəst sırğanın oğurlandığını müəyyən etmişdir. O, hadisə yerin qoruyub bunla bağlı hadisə barədə polisin 102 məlumat mərkəzinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin foto şəkilləri çəkilərək baxış protokoluna əlavə edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçılar və onun tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər yaşadığı, ünvan 12 ünvanının əvvəlcə həyətinə hasarı aşma yolu ilə daxil olub, daha sonra evinin mətbəxinin plastik pəncərəsini sıxıb açma yolu ilə içəri daxil olaraq qonaq otağında olan paltar dolabının üst gözündə, qara rəngli qadın çantasının içərisindən bir komplekt, 900 (doqquz yüz) manat dəyərində olan qızıl qolbaq və sepi, bir komplekt, 700 (yeddi yüz) manat dəyərində olan bir cüt qızıl sırğa və üzüyü, bir ədəd, 900 (doqquz yüz) manat dəyərində olan brilliant qaşlı qızıl üzüyü, bir ədəd, 400 (dörd yüz) manat dəyərində olan paxlava formalı qızıl üzüyü, bir ədəd, 200 (iki yüz) manat dəyərində olan qızıl qolbağı, bir komplekt, 200 (iki yüz) manat dəyərində olan gümüş qolbağı və sepi, bir ədəd, 50 (əlli) manat dəyərində olan gümüş üzüyü, bir ədəd, 50 (əlli) manat dəyərində olan qızıl suyuna çəkilmiş sepi oğurlamışdır. Baş vermiş oğurluq hadisəsini xx.xx.2022-ci il tarixdə Cəlilabad rayonundan qayıtdıqda aşkar etmiş və DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə, daha sonra Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində onlara ümumi olaraq 3400 (üç min dörd yüz) manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhə etdiyi kimsə olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 vermiş olduğu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X19 vermiş olduğu ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş X11 vermiş olduğu ifadəsində bildirmişdir ki, 28 iyul 2022-ci il tarixdə saat 19 radələrində ərinin qardaşı Mirəliyev Rəhbərin yaşadığı Mehdiabad qəsəbəsindəki evinə qonaq getmişlər. Belə ki, qardaşının oğlu instituta qəbul edildiyindən ora getmişlər. Onlar gedən zaman həmişəki kimi evin giriş qapısının üstündə işığı yanılı qoymuş, qapıları da kilidləyib getmişlər. 29 iyul 2022-ji il tarixə keçən gecə yəni saat 01 radələrində evə qayıtmışlar. O, ikinci mərtəbədəki yataq otağına daxil olanda otaqda yatağın üstündə olan qızılı gizlətdiyi qabı görmüş, şkafın qapısı isə açıq olmuşdur. O, dərhal başa düşmüşdür ki,evə oğru girib. Digər otağa girəndə də pəncərənin açıq olduğunu aşkar etmiş və bu barədə ailə üzvlərimə demişdir. Bundan sonra 102 xidmətinə zəng vurmuşdur. Bir qədər sonra polislər gəlmişdir. Evdən oğurlanmış 1500 manat və qızılzinət əşyaları ona məxsus olsa da, bütün qızılları əri Vidadi tərəfindən ona alınmışdır. Şübhələndiyi adam olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrindən xx.xx.2021-ci il tarixə saat 21 radələnərikədək olan müddətdə şəxsiyyəti istintaqa məlum olmayan şəxs ona vər ərinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi nömrəsiz evinin plastik pəncərəsini açıb yataq otağına daxil olub oradan yatağın altında qoyduğu 300 manat nağd pulu, həmin otaqdakı şkafın sürməsindəki paltarın arasında 1-cüt 250 manat dəyərində qızıldan hazırlanmış uşaq sırğasını, qızıldan hazırlanmış 1 cüt sırğada, 1 ədəd üzükdən, 1 ədəd qolbaqdan, 1 ədəd boyunbağından ibarət ümumi dəyəri 1800 manat olan komplekti, 15 manat dəyərində 1 ədəd bujiteriya boyunbağısını oğurlamış, ərinə 2365 manat ziyan vurmuşdur. xx.xx.2021-ci il tarixdə o və ərim cəhərdən ailəsi ilə öz yaşadıqları evdə olmuşlar. Həmin gün saat 19 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan qaynı X5 yaşadığı evə gtmişlər. Sonradan həmin günü saat 21 radələrində ailəsi ilə qardaşı Rəşadən evindən çıxıb öz yaşadıqları evə qayıtmışlar. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 24 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsi 57 nömrəli mənzil olan Zərərçəkmiş şəxs17 məxsus nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən paltar dolabının içərisində 300 manat pulun, yataq otağındakı tumbanın içərisində olan qızıl qabdan 1 cüt dəyəri 500 manat olan sırğanın, 01 ədəd dəyəri 1000 manat olan boyunbağının, 01 ədəd dəyəri 500 manat olan qadın üzüyünün, 01 ədəd dəyəri təxminən 50 manat olan bilərziyin və 01 ədəd dəyəri 500 manat olan qızıl kişi üzüyünün yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhət küçəsi 21 nömrəli mənzil olan Zərərçəkmiş şəxs1 məxsus evdir. Baxış zamanı qeyd olunan evdə qızıl zinyət əşyalarının və 500 manat nağd pulun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 23 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən Zərərçəkmiş şəxs16 məxsus nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evindən Zərərçəkmiş şəxs16 məxsus yataq otağında olan 10 manat dəyərində içərisində 600 ABŞ dolları olan pul qabını, bir ədəd 1000 manat dəyərində qızıl boyunbağının, bir ədəd 500 manat dəyərində qızıl bilərziyin, bir ədədi 500 manat olan 1000 manat dəyərində iki ədəd qızıl üzüklərin yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır kəndi, Ə.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs18 məxsus 7 saylı yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evinin yataq otağındakı dolabından Zərərçəkmiş şəxs18 məxsus paltarların yığıldığı yerdə saxladığı 3000 min manat nəğd pul vəsaitinin və ümumi dəyəri təxminən 500 manat olan bir ədəd qızıl qolbağın və bir ədəd dəst sırğanın yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 14 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs14 məxsus nömrəsiz fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayış evinin yataq otağından Zərərçəkmiş şəxs14 məxsus 1 ədəd 250 manat dəyərində qızıl sırğanın, 1 ədədi 700 manat, 2 ədədi hər biri 250 manat olan qızıl üzüklərin, 3 ədəd 200 manat dəyərində sadə saatların, digər otaqlardan 1 ədəd 150 manat dəyərində işlənmiş Redmi A5 markalı və 1 ədəd 150 manat dəyərində Samsung A3 markalı mobil telefonların yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 avqust 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllə, 4 saylı orta məktəbin yaxınlığında yerləşən Zərərçəkmiş şəxs15 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdən Zərərçəkmiş şəxs15 məxsus qonaq otağında olan çamadanın içərisindən 01 ədəd 250 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 160 manat dəyərində qızıl qadın üzüyünün, 01 ədəd 500 manat dəyərində keçmiş Sovet ittifaqında qəhrəman analar üçün nəzərdə tutulmuş qızıl medalın yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, Nizami küçəsində yerləşən X4 məxsus fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan evdən Ruqiyyə Cəlilovaya məxsus yataq otağında olan şkafın içindəki cibində 700 manat pulunun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 30 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan evdən Zərərçəkmiş şəxs3 məxsus kostyumun cibində olan özünə məxsus 6 ədəd qızıl dişlərin, 1 ədəd qızıl qadın üzüyünün, 1 cüt sirğanın, 1 ədəd sepin, 1500 manat pulun, elə həmin dolabda saxladığı pul qabının içərisində olan 300 manat pulunun və yataq otağında olan mitlin arasında saxladığı özünə məxsus 2000 ABŞ dollarının yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 04 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış Massivi, S.Bəhlulzadə küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus 14 nömrəli fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan fərdi yaşayışı evindən Zərərçəkmiş şəxs4a məxsus qonaq otağında yerləşən paltar dolabının üst gözündə saxlanılan qara rəngli çantanın içərisində olan 01 komplekt, 900 manat dəyərində qızıl qolbaq və boyunbağının, 01 komplekt 700 manat dəyərində 01 cüt qızıl sırğa və üzüyün, 01 ədəd 900 manat dəyərində brilyant qaşlı qızıl üzüyün, 01 ədəd 400 manat dəyərində paxlava formalı qızıl üzüyün, 01 ədəd 200 manat dəyərində qızıl qolbaın, 01 komplekt, 200 manat dəyərində gümüş qolbaq və boyunbağının, 01 ədəd 50 manat dəyərində gümüş üzüyün, 01 ədəd 50 manat dəyərində qızıl suyuna çəkilmiş boyunbağın yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 20 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs12 məxsus fərdi evdir. Baxış zamanı qeyd olunan evdən Zərərçəkmiş şəxs12 məxsus yatağ otağındakı tumbanın altına qoyduğu 1500 manat və yataq otağında olan yatacağın altındakı 120 manat pulun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 18 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 7 ünvanında yerləşən X20 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs13 məxsus evdəki yataq otağında olan şkafda saxladığı, özünə məxsus olan 7000 türk lirəsinin, 200 ABŞ dollarının, 250 manat dəyərində olan 60 qramlıq gümüş boyunbağının və 200 manat dəyərində gümüş üzüyünüm yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 19 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, A. Heydərov küçəsində yerləşən Zərərçəkmiş şəxs19 Arif oğluna məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs19 məxsus 490 manat nağd pulun və 01 ədəd 600 manat dəyərində qızıl qadın üzüyünün yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 17 may 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük massivində yerləşən Zərərçəkmiş şəxs10 qızına məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs10 məxsus 830 manat nağd pulunun və 01 ədəd 350 manat dəyərində mirvari dənələrindən ortasında qızıl materialdan göz muncuğu olan boyunbağının oğurlandığını yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 mart 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 9 ünvanda yerləşən Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdən Zərərçəkmiş şəxs11 məxsus 01 ədəd 800 manat dəyərində qızıl boyunbağının və 50 ABŞ dolları nağd pulun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu Xırdalan şəhəri, Ə. Cavad küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus fərdi yaşayış evidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs5 məxsus şkafda bir ədəd 3500 manat əyərində briliant qaşlı komplektin, bir ədəd 2500 manat dəyərində sep və bilərzikin, bir ədəd 700 manat dəyərində kameya kulonunun, bir ədəd 1200 manat dəyərində kameya komplektinin, bir ədəd 250 manat dəyərində fantaziya üzüyünün, bir ədəd 250 manat dəyərində üzüyün, bir ədəd 250 manat dəyərində yantar daşlı kulonun, bir ədəd 100 manat dəyərində uşaq bilərziyinin, bir ədəd 700 manat dəyərində göy qaşlı komplektin, bir ədəd 1200 manat dəyərində tros sepin, bir ədəd 400 manat dəyərində Quran kulonunun, bir ədəd 1000 manat dəyərində briliant qaşlı kişi üzüyünün, bir ədəd 1500 manat dəyərində qadın üçün briliant qaşlı üzüyün, bir ədəd 100 manat olan markasını bilmədiyi qadın saatının, bir ədəd 450 manat dəyərində qızıl beşlikin, bir ədəd 950 manat dəyərində qızıl onluğun, bir ədəd 150 manat dəyərində sırğanın, bir ədəd 50 manat dəyərində gümüş sırğanın, bir ədəd 150 manat dəyərində qızıl sırğanın və bir ədəd 50 manat dəyərində markasını bilmədiyi kişi qol saatının yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 25 avqust 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 6 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan evdən Zərərçəkmiş şəxs7 məxsus 4700 manat və 700 ABŞ dolları pulun yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 08 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs8 məxsus nömrəsiz fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs8 məxsus evdə, yatağın altında qoyduğu 300 manat nağd pulun, həmin otaqdakı şkafın süyürməsindəki paltarın arasından 1 cüt 250 manat dəyərindən qızıldan hazırlanmış uşaq sırğasının, qızıldan hazırlanmış 1 cüt sırğadan, 1 ədəd üzükdən, 1 ədəd qolbağdan, 1 ədəd boyunbağından ibarət ümumi dəyəri 1800 manat dəyərində olan komplektin və 15 manat dəyərində 1 ədəd byujeteriya boyunbağının yerində olmaması müəyyən olunmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri, ünvan 13 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus nömrəsiz fərdi yaşayış sahəsidir. Baxış zamanı qeyd olunan evdə Zərərçəkmiş şəxs6 məxsus evdə, 1000 manat pul olan şüşə bankanın və ona məxsus olan qızıl üzüyün yerində olmaması müəyyən olunmuşdur. İfadəsinin yerində yoxlanılması haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 15 iyun 2022-ci il tarixdə Humay Əkbər qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Nazim Əsədov küçəsində yerləşən fərdi yaşayış evindən sonuncuya məxsus evdə olan 300 manat pulu, yataq otağındakı tumbanın içərisində olan qızıl qabdan 1 cüt dəyəri sırğanı, 01 ədəd boyunbağını, 01 ədəd qadın üzüyünü, 01 ədəd bilərziyi və 01 ədəd qızıl kişi üzüyünü oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 13 noyabr 2021ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivi, A.Səhhət küçəsində yerləşən evdən yataq otağında olan dolabın içərisindən 500 manat pulu, həmin otaqda güzgülü kamotun siyirməsində olan 2 ədəd qadın qızıl üzüyünü, 1 ədəd kişi qızıl üzüyünü, kamotun üzərində olan qadın üçün bijuteriya dəstini oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 15 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs16 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evinə evin ikin mərtəbəsinin plasmas pəncərəsini vintaçanla sındırmaqla daxil olub oradan içərisində 600 ABŞ dolları olan pul qabını, bir ədəd qızıl boyunbağını, bir ədəd qızıl bilərziyi və iki ədəd qızıl üzükləri oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 16 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 21 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs18 məxsus nömrəsiz fərdi yaşayış evinə daxil olaraq, oradan yataq otağındakı dolabdan paltarların yığıldığı yerdən 3000 min manat nəğd pulu və bir ədəd qızıl qolbağı və bir ədəd dəst sırğanı oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 14 noyabr 2022ci il tarixdə Zərərçəkmiş şəxs14 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə daxil olub 1 ədəd qızıl sırğanı, bir neçə ədəd qızıl üzükləri və sadə saatları, digər otaqlardan 1 ədəd Redmi A5 markalı və 1 ədəd Samsung A3 markalı mobil telefonları oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 30 avqust 2021-ci il tarixdə Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinə daxil olub evdən qonaq otağında olan çamadanın içərisindən 02 ədəd qızıl qadın üzüyünü, 01 ədəd qızıl medalı oğurlandığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 19 dekabr 2021ci il tarixdə X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Nizami küçəsində yerləşən evə daxil olaraq yataq otağında olan şkafın içindəki 700 manat pulu oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 30 oktyabr 2021ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu Masazır qəsəbəsi, Kürçaylı küçəsində yerləşən fərdi evə daxil olub evdən 6 ədəd qızıl dişləri, qadın üzüklərini, sırğalarını, qızıl qadın sepini, 1800 manat nağd pulu ve 2000 ABŞ dollarını oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 30 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Q. Əkbərov küçəsi, döngə 1, ev 16-ya daxil olaraq dəhlizin sonundakı otağa daxil olaraq dolab olduğunu dolabın üst gözünüdəki çantanın içərisində olan iki ədəd qızıl qolbağı, bir ədəd qızıl boyunbağını, bir cüt qızıl sırğanı, bir ədəd qızıl üzüyü, bir ədəd brilyant qaşlı qızıl üzüyü, bir ədəd paxlava formalı qızıl üzüyü, bir ədəd gümüş qolbağı, bir ədəd gümüş boyunbağını, bir ədəd gümüş üzüyü və bir ədəd qızıl olmayan boyunbağını oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 12 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 20 avqust 2022ci il tarixdə Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən fərdi evin hasarı aşma yolu ilə həyətinə, daha sonra plastik pəncərəni sıxıb açma yolu ilə evin içərisinə qanunsuz daxil olaraq, evin yataq otağında yerləşən dolabın alt hissəsindən 1500 manat nağd pulu, çarpayının üzərindəki döşəyin alt hissəsindən isə 120 manat nağd pulu oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 18 sentyabr 2022-ci il tarixdə X20 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin hasarın üstündən aşaraq həyətə daxil olub, oradakı evin birinci mərtəbəsindəki pəncərəni sıxmaqla açaraq, yaşayış evinə qanunsuz daxil olaraq, evin yataq otağındakı şkafdan 7000 Türk lirəsi nağd pulu, 200 ABŞ dollarını, 01 ədəd gümüş üzüyü və 01 ədəd gümüş boyunbağını oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 19 oktyabr 2021ci il tarixdə Zərərçəkmiş şəxs19 Arif oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A. Heydərov küçəsində yerləşən fərdi yaşayış evinin hasarın üstündən aşaraq həyətə daxil olub, oradakı evin plastikdən olan pəncərəsini üstündə olan vintaçanla açıb, pəncərədən evə daxil olaraq qonaq otağındakı şifonerdə gördüyü 490 manat pulları və bir ədəd qızıl üzüyü götürərək oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 17 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 məxsus Abşeron rayonu, saray qəsəbəsi, Üzümçülük yaşayış massivində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini vintaçanla (atverka) açıb içəri girdiyini və evin ikinci mərtəbəsinə qalxıb sol tərəfdəki yataq otağında olan paltar dolabınnda 830 manat və bir ədəd mirvari muncuqları olan boyunbağını oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 24 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs11 məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin pəncərəsini özündə olan vintaçanla amış və qapıdan girərkən sol tərəfdə olan paltar dolabındakı kiçik qabda olan qızıl sepi və qarşı tərəfdəki tumbuçkadakı 50 ABŞ dolları məbləğində pulu oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 07 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 28 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu Xırdalan şəhəri, Ə. Cavad küçəsində yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsinə dırmaşıb özündə olan otvyorka ilə plastik pəncərəni açıb evə daxil olaraq yataq otağındakı şkafın içində olan yadında qalmayan rəngli qutudakı qızıl zinyət əşyalarını və yanında olan 1500 manat pulu oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 08 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 25 avqust 2022ci il tarixdə Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin açıq dəmir qapısında içəri daxil olub evin mətbəxindəki içərisində 4700 manat və 700 ABŞ dolları pul olan dəmir pul qabını açaraq ümumilikdə 5890 manat oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 25 avqust 2022ci il tarixdə Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evin yataq otağındakı yatağın döşəyinin altından 300 manat və həmin otaqda yerləşən dolabdakı paltarların arasında olan 2 cüt sırğanı, 1 ədəd qızıl üzüyü, 1 ədəd qızıl qolbağı və 1 ədəd qızıl boyunbağını və bijuteriya boyunbağını oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 05 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus A ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evdən 02 cüt qızıl qadın sırğası, 01 ədəd qızıl kulon, 01 ədəd qızıl qaşın üzüyü, 01 ədəd qızıl kişi üzüyü, 01 ədəd qızıl qadın boyunbağı, 01 ədəd qızıl qadın üzüyü, 01 ədəd gümüşə bənzər qadın sırğası, boyunbağı və kulon oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İfadəsinin yerində yoxlanılması haqqında 09 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini təsdiq etməklə 22 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs6 məxsus ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, həmin evdən xatırlamadığı yerdə şüşə bankanı sındıraraq içərisindəki 1000 manat pulu və bir ədəd brilyant qaşlı qızıl üzüyü oğurladığını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. Əməliyyat tapşırığına cavab olaraq Abşeron RPİ-nin CAŞ-dan daxil olmuş məktubundan görünür ki, əməliyyat tapşırığında göstərilən xüsusatların müəyyən olunması istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin təqsirləndirilən şəxs tərəfindən oğurlanmış zərərçəkmiş şəxslərə məxsus əmlakları satmış şəxlərsi və həmin əmlakların yerini müəyyən etmək mümkün olmamışdır. Əməliyyataxtarış tədbirlərinin keçirilməsinə baxmayaraq hadisəni görən hər hansı bir şəxs müəyyən olunmamışdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 10 avqust 2022-ci il tarixli 014-9096-1222 nömrəli məktubdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Əhməd Cavad küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 02 ədəd əlcək Abşeron RPİ-nin xx.xx.2022-ci il tarixli 128-56513-1222 nömrəli məktubu ilə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekular-genetik identifikasiya nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 02 ədəd əlcəyin iç səthində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1984 Şəmkir r.) (Xətai RPİ-nin xx.xx.2016cı il tarixli 101-33213-1216 nömrəli məktubu ilə) məxsusdur. Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olan məhkəmə daktiloskopik ekspertizasının 15 fevral 2023-cü il tarixli 23/130 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə, ünvan 14 ünvanında yaşayan Zərərçəkmiş şəxs17 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müəyinəsi zamanı götürülmüş 05 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan ıl izlərindən 03 ədəd əl-barmaq izi xx.xx.1984-cü ildə Şəmkir şəhərində anadan olmuş Təqsirləndirilən şəxsn Qəhrəman oğlunun sağ əlinin orta (02 dəfə) və adsız barmaqları ilə eynilik müəyyən edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1984-cü ildə Şəmkir rayonunda doğulmuş Atamov X9 Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən AR CM-nin 333.1, 333.4, 66.3 və 68.1-cü maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Fizuli Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 333.4 və 67-ci maddəsi ilə təqsirli bilinərək barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2010-cu il tarixli 1268 saylı “Əfv” fərmanına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş qalan cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Xəzər rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)243/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluq dövründə törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu hazırki iş üzrə cinayət əməlini törədən zaman ödənilməmiş və götürülməmişdir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmamasını,cəzasını ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 –cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. ” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təyin olunacaq cəzaya Xəzər rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)243/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş cəzası CM-nin 67.1 maddəsinə əsasən ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli və cəzasının əvvəli Xəzər rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)243/2023 nömrəli hökmü ilə müəyyən edilən 01 noyabr 2022-ci il tarixdən hesablanmalı və hazırda 17 saylı cəzaçəkmə müəssisəsinidə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron şəhər Vəkil Bürosunun vəkili X1 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Xəzər rayon məhkəməsinin 09 mart 2023-cü il tarixli 1(003)243/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplansın, ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs AR ƏN PX-in 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-513/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-513/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver