Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-513/2024 29.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan kəsiyi bükümündə 1,066 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 15 manat müqabilində əldə edib, üzərində saxlaayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 02 may 2023-cü il tarixdə saat 16:40-da Abşeron RPİ-nin Cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən ”Access Bank"ın yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib, saat 17:30-dan 17:38-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə 1,066 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 23 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə 0,349 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pul müqabilində əldə edib üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, həmin gün saat 19:00-da Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.B.Zərdabi küçəsində saxlanılaraq Abşeron RPİ-nə gətirilib, saat 19:45-dən 20:10-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümündə 0,349 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1,407 qram çəkidə narkotik vasitə - heroini 10 manat pul müqabilində əldə edib, üzərində saxlayaraq Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 19 iyul 2023-cü il tarixdə 01:50-də Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, H.Zərdabi küçəsində Abşeron rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib, saat 03:15dən 03:24-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümündə 1,407 qram çəkidə narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, o, 23 oktyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 0,751 qram çəkidə narkotik vasitə-heroini 20 manat pul müqabilində əldə edib, üzərində saxlayaraq, Abşeron rayonu, Xırdalan şəhərinə daşımış, 24 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində Abşeron rayon Polis İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, idarəyə gətirilib, saat 18:00-dən 18:15-dək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə 0,751 qram çəkidə narkotik vasitə-heroin aşkar edilib götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir. 01 may 2023-cü il tarixdə saat 12 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən 15 manat müqabilində bir büküm narkotik vasitə olan heroin alaraq, həmin bükümü sonra istifadə edəcəyi məqsədilə cibində saxlamıdışdır. 02 may 2023-cü il tarixdə saat 16:40 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "xxxx" ASC-nin yaxınlığında piyada hərəkətdə olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq, özlərini Abşeron rayon Polis İdarəsinin əməkdaşları olaraq təqdim etmiş və ona narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda və üzərində saxlamaqda şübhəli bilindiyi üçün Abşeron rayon Polis idarəsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə idarəyə getmiş və orada xidməti otaqların birində müdafiəçinin iştirakı ilə şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə varsa təqdim etməyi təklif olunmuş, o üzərində narkotik vasitə olan heroin olduğunu bildirərək əynində olan qara rəngli şalvarın sağ cibindən şəffaf sellofan kəsiyinə bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb təqdim etmiş və həmin vasitəni 01 may 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat müqabilində istifadə etmək məqsədilə alaraq üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitə olan büküm ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan başqa, 23 iyun 2023-cü il tarixdə saat 11:30 radələrin Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə üzdən tanıdığı, lakin şəxsiyyəti ona məlum olmayan şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində bir ədəd bükümdə narkotik vasitə heroin alaraq, istifadə etmək üçün əynində olan göy rəngli şalvarın sağ cibinə qoymuş və oradan yaşadığı ünvana gəlmişdir. Həmin tarixdə saat təxminən 19 radələrində yaşadığı evin qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, adını və burada dayanmasının səbəbini soruşmuş, lakin o, üzərində narkotik vasitə olduğundan qorxduğu üçün özünü şübhəli aparmışdır. Polis əməkdaşları onu Abşeron RPİ-nə gətirərək, orada xidməti otaqda video çəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirmiş və axtarış zamanı ona hüquq və vəzifələri izah edilərək, üzərində qanunla qadağa edilmiş əşya, predmet və ya narkotik vasitə olub-olmaması soruşmuşlar. O, əynində olan göy rəngli şalvarının sağ cibindən bir büküm narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olmasını və 23 iyun 2023-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını, soyadını, adını və yaşadığı ünvanını bilmədiyi şəxsdən öz istifadəsi üçün 20 manat müqabilində əldə etməsini etiraf etmişdir. Təqdim etdiyi narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa o, 18 iyul 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində “ŞOK” marketin yaxınlığında əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pul müqabilində 1 büküm narkotik vasitə olan heroin alıb, istifadə etməsi üçün şalvarının cibində saxlamışdır. 19 iyul 2023-cü il tarixdə saat 01:50 radələrində yaşadığı evə gedən zaman polislərlə rastlaşmış və cibində narkotik vasitə olduğundan qorxduğu üçün oradan qaçmağa cəhd eləmiş, lakin polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilmişdir. İdarədə xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış başlamazdan əvvəl polis əməkdaşları ondan qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmiş, bu zaman o, şalvarın cibində olan sellofan bükümdə saxladığı narkotik vasitəni polis əməkdaşlarına təqdim etmiş və onu Masazır qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün əldə edib saxladığını etiraf etmişdir. Təqdim etdiyi büküm zərfə qoyulub qablaşdırılmış, iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bundan başqa, 23 oktyabr 2023-cü il tarixdə günorta saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Kubinka deyilən ərazidə əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manat pul müqabilində 1 büküm heroin əldə edərək, şalvarının cibində saxlamışdır. 24 oktyabr 2023-cü il tarixdə saat 17 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində hərəkət edərkən, mülki geyimli şəxslər ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitə istifadəsində şübhəli olduğunu deyərək, Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. İdarənin xidməti otağında ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Şəxsi axtarış başlanılarkən polis əməkdaşları ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməsini təklif etmiş, bu zaman o, şalvarının sağ cibində olan şəffaf sellofan bükümdə saxladığı narkotik vasitə olan heroini çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı həmin heroini 23 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata əldə etdiyini etiraf etmişdir. Təqdim etdiyi büküm kağız zərfə qoyulub qablaşdırılmış və həmin zərf iştirakçılar və onun tərəfindən imzalanmışdır. Ondan aşkar olunmuş narkotik vasitələrlə bağlı protokol tərtib edilib oxunmuş, protokolun doğruluğu iştirakçılar və onun tərəfindən imzalanmışdır. O, narkotik vasitələr və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, əldə etdiyi heroini özü istifadə etmək üçün üzərində saxlamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra ona qarşı fiziki və psixi zor tətbiq edilməmiş, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. Məhkəmə iclasında Abşeron Rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı X6 şahid qismində dindirilərək, ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslə yaxın qohumluq münasibəti, şəxsi tanışlığı və ya ədavəti yoxdur. 01 may 2023-cü il tarixdə saat 15:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yarımtikilidə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi barədə məlumat alıb, müvafiq sənələşmə apardıqdan sonra CAŞ-ın əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid1 ilə birlikdə Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "xxxx"ın yaxınlığına gedib gözləməyə başlamışlar. Bundan bir qədər sonra saat 16:40 radələrində Təqsirləndirilən şəxs "xxxx"ın piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin olması barədə məlumatları olduğunu bildirib Abşeron RPİ-yə dəvət etmişlər. Sonuncu heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-yə gəlmiş, bundan sonra Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, sonuncu isə üzərində özü istifadə etmək üçün bir büküm halında narkotik vasitə olan heroin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli cins şalvarının sağ yan cibinə salıb oradan şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Videoçəkiliş ilə təqdim edilən bükümə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını, həmin bir büküm heroini 01 may 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manat müqabilində alıb sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan heroinə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. İştirakçılarla birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Bundan başqa, 24 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin cinayət-axtarışı şöbəsinə Abşeron rayonu, M.Hüseynzadə küçəsində yaşayan, barəsində Abşeron RPİ-də axtarış işi açılmış Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra, şöbənin əməliyyat müvəkkili Samir Səmədovun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Samir Səmədovla birlikdə Xırdalan şəhəri Qalubiyyə küçəsində əməliyyat mövqeyi seçib gözləmiş, saat 17 radələrində zahiri əlamətləri əvvəlcədən onlara məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərini təqdim edərək, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması və qanunsuz istifadəsində şübhəli olduğunu bildirib, onu idarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edimiş, video çəkilişlə sonuncunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edimiş, bu zaman sonuncu əynindəki boz rəngli cins şalvarının cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisindək qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. İlkin İbrhaimlinin üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasına dəvət edilmiş şahid Abşeron Rayon Polis İdarəsinin CAŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 digər şahid X4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin İctimai-təhlükəsizlik şöbəsinin sahə rəisi, polis leytenantı X3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 19 iyul 2023-cü il tarixdə şöbənin sahə rəisi Şəhriyar Əsədovla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Zərdabi küçəsində xidmətdə olarkən gecə saat 01:50 radələrində bir nəfər şəxsin özünü şübhəli aparıb, onları gördükdə qaranlıq küçəyə tərəf qaçmasını görüb, həmin şəxsi saxlayıb, şəxsiyyətini təsdiq edən sənədini istəmişlər, həmin şəxsin sənədi olmadı həmin şəxsin hərəkətlərindən şübhələnib, onu idarəyə gətirmişlər. İdarədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra rəhbərliyə raportla müraciət etmişlər, Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmişdir. Bundan sonra onların iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş. Bu zaman o, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini Masazır qəsəbəsində ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə şahid Abşeron RPİ-nin Cinayət-axtarışı şöbəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə Abşeron RPİnin Cinayət-axtarışı şöbəsinə Abşeron rayonu, Xırdalan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmiş və bundan sonra, şöbənin əməliyyat müvəkkili Aqil Abbasovun iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Həmin gün Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə Aqil Abbasovla birlikdə Xırdalan şəhəri H.Zərdabi küçəsində əməliyyat mövqeyi seçib gözləmişlər, saat 19 radələrində zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs gəldiyini görüb ona yaxınlaşıb, özlərin təqdim edib, xidməti vəsiqələri göstərib, Təqsirləndirilən şəxs narkotik vasitələrin daşıması və qanunsuz istifadəsində şübhəli olduğunu bildirib, onu idarəyə dəvət etmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan sonra, dövlət hesabına vəkil dəvət olunub təqdim edilmiş, bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, bu zaman o, əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, bükümün içərisindək qəhvəyi rəngli maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini “kubinka” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxundu, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Abşeron rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofanı bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 01 may 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/2547 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 1,066 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 1,066 qram, tədqiqata sərf edildi - 0,10 qram, qalıq - 0,966 qramdır. Aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir; - “Maddi sübut kimi tanıma” haqqında 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,066 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitəheroin ********* №-li cinayət işi üzrə maddi sübut tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,966 qram çəkidə narkotik vasitə heroin işin məhkəmə baxışınadək saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin günü tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Abşeron rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir; - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofanı bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” deyilən narkotik vasitə heroin olduğunu, həmin heroini şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/3528 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxsin üzərindən....” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,349 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,349 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,299 qramdır. Aparılmış tədqiqatın dəyəri 55 manat təşkil edir; - “Narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd bükümdə, təmiz çəkisi 0,349 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,299 qram çəkidə heroin işin məhkəmə nəticəsinə kimi saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin MSK-nə təhvil verilmişdir. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Abşeron rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmiş və müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofanı bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin heroini 18 iyul 2023-cü il tarixdə Masazır qəsəbəsində “ŞOK” marketin yaxınlığında tanımadığı şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-2-6/3894 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...İmza Musayev... imza Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,407 qram olan qəhvəyi rəngli toz şəkkili maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,407 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,357 qramdır. Aparılmış tədqiqatın dəyəri 88 manat təşkil edir; - “Əşyanın maddi sübut hesab edilməsi” haqqında 19 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 büküm təmiz çəkisi 1,407 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və qalıq qalan 1,357 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. - Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən - xx.xx.1993-cü ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə nömrəsiz evdə kirayədə yaşayan barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə tutulması qərara alınmışdır. - “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin gün tutulmuşdur. - Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. - Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2023-cü il tarixli protokoldan və cinayət işinə əlavə edilmiş, məhkəmə iclasında baxış keçirilən DVD diskdən görünür ki, şəxsi axtarış Abşeron RPİ-nin inzibati binasında xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə keçirilmiş, şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki kütlənin narkotik maddə olan heroin olduğunu və Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16-2-6/5723 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “...Azərbaycan Respublikası DİN Zərflər üçün № 56” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” yazıları və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,751 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,751 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,701 qramdır. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir; - “Əşyanın maddi sübut hesab edilməsi” haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş 01 büküm təmiz çəkisi 0,751 qram çəkidə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və qalıq qalan 0,701 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir. - “Əşyanın maddi sübut hesab edilməsi” haqqında 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 04 ədəd DVD disk ********* №-li cinayət işi üzrə maddi sübut hesab edilmiş və DVD disklər cinayət işinin materiallarına əlavə edilmişdir. - Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-808/2024 saylı, qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X9 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 8281 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs oğlunda OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlaması və daşıması cinayətini 02 may 2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə törətməsi onun etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan video görüntülərlə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində hər bir fakt üzrə cinayət törədilən zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələrini nəzərə alır. Məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza növü və həddi müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, şəxsin narkotik vasitədən istifadə etdiyi üçün şübhəli şəxs qismində tutulmasından nəticə çıxarmayaraq, yenidən eyni xarakterli əməlləri davamlı olaraq törətməsi, azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzasının cəzanın məqsədini əhatə edə bilməyəcəyi və ədalətli olmayacağı nəticəsinə gəlmək üçün əsas olduğundan, barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli, qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək - 2 gün, xx.xx.2023-cü il tarixdən 25 iyun 2023-cü il tarixədək - 2 gün, xx.xx.2023-cü il tarixdən 20 iyul 2023-cü il tarixədək - 2 gün olmaqla tutulduğu cəmi 6 (altı) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanıb ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan yəni 24 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron rayon Polis İdarəsində saxlanılan, 0,701 qram, 1,357 qram, 0,966 qram və 0,299 qram narkotik vasitə olan heroin Cinayət- Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd DVD-R formatlı disk hökm qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 278 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 06 (altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Abşeron RPİ-nin Növbətçi Hissəsində saxlanma otağında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış kustar üsulla hazırlanmış 0,701 qram, 1,357 qram, 0,966 qram və 0,299 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 04 (dörd) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 278 (iki yüz yetmiş səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-513/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-513/2024
29.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver