Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-514/2022 24.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, ali təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, X5 küçəsi, ev 5 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi fərdi evdə yaşamış, ünvan 6əhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlib, 08 iyun 2022-ci il tarixdə, saat 04:30 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus dərman preparatlarının satışı üçün nəzərdə tutulmuş, başqa saxlanc yeri hesab olunan aptekə qapısını güc tətbiq etməklə açaraq, qanunsuz daxil olub, oradan bir ədəd 38 manat 20 qəpik dəyərində təzə vəziyyətdə «Pampers» markalı, 5 nömrəli 60 ədədli uşaq bezini, bir ədəd 17 manat 30 qəpik dəyərində təzə vəziyyətdə «Malyutka Gold» markalı, 2 nömrəli, 800 qram çəkili uşaq yeməyini, bir dəst 200 manat dəyərində istifadədə olmuş içərisində optik eynək şüşələri olan çemodanı gizli talamaq istədiyi zaman obyektə qoşulmuş xüsusi mühafizə qurğusunun işə düşməsi nəticəsində ünvan 6ühafizə İdarəsinə həyəcan siqnalı daxil olduğu üçün hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanıldığına görə cinayəti bilavasitə törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsində asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək, oğurluq cinayətini törətməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi vəziyyəti yaxşı olmadığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bir azyaşlı qızı, atası və anası onunla birlikdə həmin ünvanda yaşayır. Əvvəllər soyğunçuluq etdiyi üçün məhkum həyatı yaşamışdır. Bundan başqa 2022-ci ilin may ayında Şamaxı rayon məhkəməsi tərəfindən oğurluq cinayəti törətdiyi üçün ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Onun maddi vəziyyəti yaxşı olmadığı üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2022-ci il tarixdə saat 04 radələrində yaşadığı evdən çıxıb Abşeron rayonu Masazır qəsəbəsi ərazisinə gəlmişdir. Masazır qəsəbəsində yerləşən Apteklərdən birinin plastik qapısını sıxaraq qapını açıb içəri daxil olmuşdur. İçəri daxil olduqdan sonra aptekdə olan uşaq qidaları və pampers uşaq bezlərinin yerləşdiyi vitrinə yaxınlaşmışdır. Bundan sonra plastik torba axtarmağa başlamışdır. Obyektdə olan vitrinlərin alt hissələrinə baxan zaman orada bir ədəd çamadan olduğunu görmüşdür. Həmin çamadanı açıb içərinə baxmaq istədikdə aça bilməmiş və həmin çamadanı özü ilə aparmaq üçün vitrinin altından çıxarıb vitrinin çöl tərəfinə qapıya yaxın yerdə yerə qoymuşdur. Fikri həmin çamadanı da oğurlamaq olmuşdur. Çamadanı yerə qoyub qonşu otağa keçib baxan zaman polis əməkdaşlarının gəldiyini hiss etmişdir. Polis əməkdaşları ona yaxınlaşıb onu Abşeron rayon polis idarəsinə gətirmişlər. Həmin aptekdən oğurluq etmək istəmiş, lakin polis əməkdaşları onu saxladığı üçün bunu yekunlaşdıra bilməmişdir. Hadisə vaxtı tək olmuşdur. Onun aptekə daxil olmaqda məqsədi həmin aptekdən uşaq qidaları, pampers oğurlamaq olmuşdur. Lakin çamadanı da gördüyü üçün onu da sonradan aparmaq qərarına gəlmişdir. Çamadanın içərisində nə olduğunu bilməmiş, lakin düşünmüşdür ki, çamadanın içərisindən pul çıxsa xərcləyər, lakin digər qiymətli əşya çıxsa ya özü istifadə edər ya da satıb pul edər. O, cəmi 01 qutu “Malyutka 2” uşaq bezi və 01 qutu 5 nömrəli Pampers uşaq bezi götürəcəkdi lakin çamadanı gördüyü üçün həmin çamadanın içərisində pul və yaxud qiymətli əşyalar olduğunu zənn edərək onu da götürməyə qərar vermiş və çamadanı vitrinin altından çıxararaq aparmaq üçün aptekin çıxış qapısına yaxın yerə qoymuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstrəmişdir ki, ünvan 5 ünvanında yerləşən aptek ona məxsusdur. Həmin aptek ünvan 6ühafizə idarəsi tərəfindən mühafizəyə götürülmüşdür. Belə ki, obyektə müdaxilə olduğu təqdirdə ünvan 6ühafizə idarəsinə həyəcan siqnalı göndərilir və dərhal polis əməkdaşları həmin obyektə yaxınlaşır. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində polis əməkdaşları ona zəng vuraraq obyektə müdaxilə olduğunu bildirmişlər. Polis əməkdaşları obyektə daxil olduqda bir nəfər şəxsin obyektin içərisində oğurluq etmək istəyərkən aşkar etmişlər. Ona məxsus obyektdə 2000 manat dəyərində uşaq qidaları və pamperslər vardır. O, sonradan təhlükəsizlik kamerasının görüntülərinə baxan zaman həmin şəxsin obyektə daxil olduqdan sonra obyektdən özünün dediyi kimi yalnız uşaq qidaları və pamperslər götürmək istəmədiyi eyni zamanda şkafların siyirməsini çəkərək nağd pul axtardığı və uşaq qidaları olmayan bölmələrə də baxdığı müəyyən olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs əlavə dindirmə zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi il razı olduğunu ona məxsus obyektdə ümumi 2000 manat dəyərində müxtəlif markalı uşaq qidaları və uşaq bezləri olduğu lakin həmin şəxs tərəfindən yalnız 01 ədəd “Malyutka Qold” markalı uşaq qidası ,01 ədəd 60 ədədli 5 nömrəli “Pampers”markalı uşaq bezi və 01 ədəd içərisində optik şüşələr olan çamadan seçilərək aparılmaq üçün kənara qoyulmuşdur. Eyni zamanda ilkin olaraq ifadəsində optik şüşələr olan çamadanın dəyərini təxmini olaraq 500 manat olduğunu zənn etdiyini lakin ekspertizanın rəyi ilə razı olduğunu və ona məxsus aptekdə 01 ədəd 60 ədədli “Pampers” markalı 5 nömrəli uşaq bezinin qiyməti 38 manat 20 qəpik, 01 ədəd “Malyutka Qold” markalı uşaq qidasının 17 manat 30 qəpik olduğunu bildirmişdir.Onun tələbi həmin şəxs barəsində qanuni tədbir görülməsindən ibarətdir. Onun tələbi həmin şəxs barəsində qanuni tədbir görülməsindən ibarətdir. Onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1996-cı ildən DİO-da və həmin tarixdən ünvan 6ühafizə idarəsi manqa komandiri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrindən xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrinədək ünvan 6ühafizə idarəsində iş yoldaşları Şahid2 və Şahid3 ilə birlikdə əməliyyat növbəsində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 04:30 radələrində ünvan 6ühafizə idarəsində olan zaman ünvan 6ühafizə idarəsində mərkəzləşdirilmiş mühafizə-siqnalizasiya sisteminə qoşulmuş ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus aptekdən həyəcan siqnalı daxil olmuşdur. Onlar dərhal hər üçü xidməti avtomobilə əyləşərək həyəcan siqnalı daxil olan aptekə yaxınlaşmışlar. Aptekə daxil olan zaman aptekin içərisində bir nəfər şəxsin olduğunu aşkar etmişlər. Onlar dərhal həmin şəxsi zərərsizləşdirərək Abşeron rayon polis idarəsinə gətirib təhvil vermişlər. Abşeron rayon polis idarəsində həmin şəxsin xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07 iyul 2022-ci il tarixli, 9/4668 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən malların 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 255,50 manat müəyyən edilir. O cümlədən: 01 ədəd təzə vəziyyətdə «Pampers» markalı 5 nömrəli 60 ədədli uşaq bezi 38,20 manat, 01 ədəd təzə vəziyyətdə «Malötka Gold» markalı, 2 nömrəli, 800 qram çəkili uşaq yeməyi 17,30 manat, 01 ədst istifadədə olmuş içərisində optik eynək şüşələri olan çemodan 200 manat. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin 28 iyun 2022-ci il tarixli, 21-1-3- 982/11 nömrəli məktubunda göstərilmişdir ki, məhkum Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin 1(074)-45/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinə əsasən 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum qeydiyyata alınmadığı üçün cəzasını çəkməmiş və cəzanın çəkilməmiş hissəsi 02 il 28 gün təşkil edir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli şübhəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. ünvan 6əhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, maddi sübut kimi tanınmış, bir ədəd «Pampers» markalı, 5 nömrəli 60 ədədli uşaq bezi, bir ədəd «Malyutka Gold» markalı, 2 nömrəli, 800 qram çəkili uşaq yeməyi, bir dəst içərisində optik eynək şüşələri olan çemodan saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmışdır. Zərəçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona heç bir ziyan dəymədiyinə görə onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, onun cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Pampers» markalı, 5 nömrəli 60 ədədli uşaq bezi, bir ədəd «Malyutka Gold» markalı, 2 nömrəli, 800 qram çəkili uşaq yeməyi, bir dəst içərisində optik eynək şüşələri olan çemodan ibtidai istintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 02 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilsin, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs qəti olaraq, 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd «Pampers» markalı, 5 nömrəli 60 ədədli uşaq bezi, bir ədəd «Malyutka Gold» markalı, 2 nömrəli, 800 qram çəkili uşaq yeməyi, bir dəst içərisində optik eynək şüşələri olan çemodan ibtidai istintaq zamanı saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində ünvan 6əhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-514/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-514/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver