Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-515/2020 03.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs o, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlama, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq şəxsə ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx xxxxxx 2020-ci il tarixdə axşam saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olub evin həyətə baxan pəncərəsinin üzərində olan dəmir barmaqlığı əli ilə qıraraq qanunsuz içəri daxil olmaqla evin mətbəxində olan 01 ədəd 300 manat dəyərində ağ rəngli “Robello” 24 KW-lıq kombi istilik aparatını, hər biri 35 manat olan ümumi 105 manat dəyərində 03 ədəd istilik radiatorunu, xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində yenidən Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olub evin həyətə baxan pəncərəsinin üzərində olan dəmir barmaqlığı əli ilə qıraraq qanunsuz içəri daxil olmaqla evdən 01 ədəd 1200 manat dəyərində kondisioneri, 01 ədəd 50 manat dəyərində su matorunu və 01 ədəd 50 manat dəyərində su sayğacını, bir ədəd 15 manat dəyərində olan qara rəngli divar saatını, xx xxxxxx 2020-ci il tarixdə təxminən saat 23 radələrində yenidən Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətə daxil olub evin həyətə baxan pəncərəsinin üzərində olan dəmir barmaqlığı əli ilə qıraraq qanunsuz içəri daxil olmaqla evdən 1 ədəd 300 manat dəyərində soyuducu, hər biri 50 manat dəyərində olan 4 ədəd ümumi 200 manat dəyərində xalçanı və 1 ədəd 40 manat dəyərində peyk antenin aparatını vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 2260 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, xx xxx 2020-ci il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdyi 480,0 qram çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı öz üzərində saxlamış, Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən xx xxx 2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Müşviq küçəsində saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı sol əlində olan bir ədəd qara rəngli sellafon torbanın içərisində ümumi xalis çəkisi 480,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla qonşuluqda yaşayır. Şəkərlə münasibətləri bir qonşu kimi hər zaman yaxşı olmuş və aralarında hadisə baş verən günədək heç bir düçmənçilik və ədavət olmamışdır. O, narkotik vasitə istifadəçisidir təxminən 4-5 il olar, narkotik vasitə qurudulmuş marixuanadan siqaretin içərisinə dodurmaqla hərdən bir qəbul edir. Narkotik maddə almaq üçün 2020-ci ilin fevral ayının sonlarında Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsində onlarla qonşulquda yaşayan Şəkərin evindən oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs məxsus evdə yaşayış olmadığını bildiyi üçün xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Şəkərin yaşadığı evin hasarından həyətə keçərək evin həyətinə baxan pəncərəsinin üzərində olan dəmir barmaqlığı əli ilə qırıb içəriyə daxil olmuş, evdə çoxlu əşyaların olduğunu görüb həmin əşyaları hissə-hissə oğurlamağı fikirləşmiş, bunun üçün mətbəxdə olan kombi istilik aparatını yerindən sökdükdən sonra pəncərədən həyətə atmış, sonra kombini hasarın üzərinə qoyub küçəyə keçib kombini götürüb yaşadığı evə aparıb evin arxa hisəsində həyətdə gizlətmiş, sonra təkrarən Zərərçəkmiş şəxs evinə getmiş və birinci dəfə keçdiyi kimi hasardan həyətə keçib pəncərədən evə daxil olmuş və mətbəxdə olan 01 ədəd radoitaroru yerindən çıxartmış, sonra yataq otağında olan iki ədəd radiatoruda çıxardıb yaşadığı evin həyətinə aparıb kombini qoyduğu yerdə gizlətmiş, səhərisi gün xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində o, yenidən Zərərçəkmiş şəxs evinə qalan əşyaları götürmək üçün getmiş, həmin vaxt evin kondisionerini sökdükdən sonra 01 ədəd su sayğacını və 01 ədəd su motorunu sökmüş və oğurladığı əşyaları evinə aparıb yaşadığı evin həyətində gizlətmişdir. xx xxxxxx 2020-ci il tarixdə oğurladığı əşyaları Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxsə 200 manata satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa narkotik vasitəyə təlabatı olduğu üçün pul əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayının sonlarında Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsində bizimlə qonşulquda yaşayan Şəkərin evindən oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrində Şəkərin evində heç kim olmayan zaman hasardan Şəkərin evinin həyətinə keçmiş və evin pəncərəsinin dəmir barmaqlığını əli ilə dartaraq qırıb evə daxil olmuş, həmin vaxtı evdə qonaq otağında olan 1 ədəd xalçanı və mətbəxdə olan 1 ədəd soyuducunu oğurlayıb evlərinin həyətinə aparıb evin arxasında gizlətmiş, bundan 2 gün sonra oğurladığı bir ədəd soyuducunu Sumqayıt şəhərində yerləşən əşya bazarında tanımadığı şəxsə 100 manata satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa təxminən 4-5 il olar narkotik vasitə hesab olunan qurudulmuş marixuanadan siqaretin içərisinə dodurmaqla hərdən bir qəbul etmiş, narkotik vasitə hesab olunan marixuananı o, Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəsxdən almışdır. xx.xx.2020-ci il tarixdə o, saat 23 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, orada tanımadığı bir şəxsə yaxınlaşaraq ona narkotik vasitə hesab olunan marixuana lazım olduğunu demiş, həmin şəxs də ona qurudulmuş marixuana olduğunu, lakin təxminən xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsinə gətirəcəyini demiş, o da həmin şəxsə Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı Mikayıl Müşfiq küçəsinə gətirməsini demiş, bundan sonra həmin şəxs təxminən saat 02:30 radələrində onun dediyi yerə sellafan torbada ona narkotik vasitə hesab olunan marixuana gətirmiş, o da həmin şəxsə 150 manat pul verib rəngli sellafon torbanın içərisində narkotik vasitə almış, həmin torbanı açıb baxmış və torbanın içərisindəkinin qurudulmuş marixuana olduğunu görmüş, həmin şəxsdən ayrılıb yaşadığı ünvana getmək istəyərkən təxminən saat 03 radələrində küçədə iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib onu Abşeron RPİ-nə dəvət etmişlər. Polis idarəsində polis əməkdaşları ondan üzərində qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamasını soruşduqda o, sol əlində saxladığı sellafon torbada olan narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdikdən sonra onu xidməti otaqların birinə apararaq polis əməkdaşlarının iştirakı və video çəkilişlə üzərinə şəxsi axtarış aparılacağını bildirmişlər. Şəxsi axtarış keçirməzdən əvvəl üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya, predmet və narkotik vasitə olub-olmaması sorğu edilmiş, varsa təqdim etməsi təklif olunmuş, o, sol əlində olan sellafon torbanın içərisində olan narkotik vasitəni təqdim etmiş, təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana qablaşdırılaraq DİN-in 56 saylı möhürü ilə möhürlənmiş və götürülmüş, bu barədə protokol tərtib olunmuş, daha sonra o və digər iştirakçılar protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər. Sonda o, tutuduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 1-ci mikrorayon ev 19/45, mənzil 4-də ailəsi ilə birlikdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi, M.Müşfiq küçəsində 2014-cü ildə 2 sota yaxın torpaq sahəsinin içərisində kürsülü təmirsiz fərdi yaşayış evi almış, həmin evi təmir etdikdən sonra orada təxminən bir aya yaxın yaşamışdır. 2019-cu ilin dekabr ayında evini İlqar adlı şəxsə 200 manata kirayə vermiş, xx xxxxxx 2020-ci il larixdə istifadəsində olan ***-***-**-** saylı mobil telefona evimdə kirayə yaşayan İlqar adlı şəxs ona zəng vuraraq ona evdən oğurluq olduğunu demiş, bundan sonra o, yaşadığı evə getmiş, bir az orada dayandıqdan sonra oraya polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları ilə birlikdə o, evinə baxmış və evindən oğurluq olduğu ona məlum olmuşdur. Oğurluq zamanı evindən naməlum şəxs və ya şəxslər 01 ədəd 850 manat dəyərində 32 km kombi istilik aparatını, 01 ədəd 1200 manat dəyərində markası yadında qalmayan 80 km-lik kondisioneri, 01 ədəd 55 manat dəyərində su motorunu, 01 ədəd 50 manat su sayğacını, 03 ədəd ümumi dəyəri 200 manat olan istilik radiatorunu oğurlamışlar. Oğurluq zamanı evin plastik pəncərəsini və üzərində olan dəmir barmaqlığını qıraraq ona 350 manat maddi ziyan vurmuşlar. Bundan başqa xx xxxx 2020-ci il tarixdə onun evində baş vermiş oğurluq zamanı naməlum şəxs və ya şəxslər onun evindən bir ədəd 300 manat dəyərində olan “Çinar” markalı istifadə olunmuş 2 kameralı soyuducunu, bir ədəd 40 manat dəyərində krosna antenasının aparatını, hər biri 50 manat ümumi 200 manat dəyərində 4 ədəd 3x4 metr ölçüdə xalçanı oğurlamaqla ona 540 manat ziyan dəydiyini bildirmişdir. Hər iki oğurluq nəticəsində ona ümumilikdə 3245 manat maddi ziyan dəymişdir. Sonda o, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona dəymiş maddi ziyandan - bir ədəd “Robello” markalı kombi istilik sistemi aparatı, bir ədəd divar saatı, bir ədəd istilik radiatoru və bir ədəd xalça ona qaytarıldığını, qalan əşyaların və ya onların məbləğinin ona ödənilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron rayon X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar o, raportla idarə rəhbərliyinə müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra əməliyyat qrupunun üzvü ondan, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitanı Şahkərəmov Rövşən Əli oğlundan, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və adları qeyd olunan polis əməkdaşları ilə bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Mikayıl Müşviq küçəsində məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqə göstərmişlər. Narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli olduğunu bildirib onu Abşeron RPİ-nə dəvət etmişlər. İdarədə şəxsiyyəti müəyyən edilərkən məlum oldu ki, həmin şəxs xx.xx.1987-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Azərbaycanlı, subay, orta təhsilli, əvəllər məhkum olumamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Abşeron RPİ-nin inzibati binasında video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə Təqsirləndirilən şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuş sonra isəona üzərində qanunla qadağan edilmiş əşyalari, o cümlədən narkotik vasitə varsa könüllü olaraq təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs əlində ağ, qara rəngli damalara olan üzərində qırmızı hərflərlə “Nyork” sözləri yazılmış sellofan torbanı təqdim etmişdir. Həmin ağ, qara rəngli damalara olan üzərində qırmızı hərflərlə “Nyork” sözləri yazılmış sellofan torbanın içərisinə baxdıqda sellofan torbanın içərisində yaşıl ot kütləsi müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi əlində ağ, qara rəngli damalara olan üzərində qırmızı hərflərlə “Nyork” sözləri yazılmış sellofan torbanın içərisində olan yaşıl ot kütləsi qurudulmuş marixuanadır, xx xxx 2020-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 150 manata alıb özündə saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunan bir ədəd şəffaf rəngli sellofan torba qablaşdırılmış və üzəri möhürlənmişdir. Şəxsi axtarış keçirilməsi tam başa çatdıqdan sonra bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, orada olan bütün iştirakçılar protokolun düzgünlüyünü, həmçinin aşkar edilmiş maddənin qablaşdırıldığı zərfi imzalamışlar. Keçirilmiş şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə olunmuşdur. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Təqsirləndirilən şəxs ətrafında apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə yerləşən fərdi yaşayış evindən oğurluq etməklə Zərərçəkmiş şəxs ümumilikdə 2855 manat məbləğində maddi ziyan vurmuşdur. İstintaq zamanı şahid qismində dinirilmiş Həsənli X4 Elnur Hafiz oğlu ilə eyni məzmunlu ifadə vermişdir. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 1646 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd xalça 50, manat, bir ədəd ağ rəngli “Robello” markalı, 24KW-lıq kombi aparatı 300 manat, bir ədəd divar saatı 15 manat, bir ədəd ağ rəngli panel radiator 35 manat müəyyən olunur.Ekspertiza tədqiqatına təqdim edilən malların hazırki vəziyyətdə 2020-ci ilin fevral ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 485,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin təhqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 7/251 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” sözləri yazılmış torbada bir ədəd sellofan torbada təmiz çəkisi 480.0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəyin qeyd hissəsindən görünür ki, tədqiqatdan sonra qalıq qalan qurudulmuş marixuananın təmiz çəkisi 479.95 qramdır. Ekspertiza tədqiqatının dəyəri 89 (səksən doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və müvafiq ekspertiza tədqiqatından sonra qalıq qalmış 479,95 qram narkotik vasitə olan qurudulmuş marixuana saxlanılması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1439 saylı rəyindən görünr ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən və Çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra bir ədəd “Robello” markalı kombi istilik sistemi aparatı, bir ədəd divar saatı, bir ədəd istilik radiatoru və bir ədəd xalça saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi və bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli DVD farmatlı disk cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi dinləyib, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı və ibtidai istintaq zamanı verdikləri ifadələri təhlil edib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirliliyi, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanmış digər materiallarla sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri, ilə törətmiş olduğu cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən iş üzrə ittiham hökmü çıxarılmalı və təqsirləndirilən şəxslər təqsirli olduqları Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyaları həddlərində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdurki,məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə müvafiq olaraq Təqsirləndirilən şəxs törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” barədə İİ hissəsinin 27-ci bəndində kannabis qətranı, ekstraktı və cövhəri yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan qurudulmuş marixuana kannabis təmiz halda 5 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli məhkumluq haqqında arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİH başçısının Saray qəsəbə nümayəndəliyindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Dadaşov X5 rayonu, Saray qəsəbəsi, M.Müşviq küçəsi yerləşən 24 saylı evdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun tərəfindən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcələrini, onların törədilməsi hallarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, qanunvericiliyin tələblərini və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş müəyyən müddətə azdlıqdan məhrum etmə növündə cəzalarının təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növüüçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təyin olunacaq azadlıqdan məhrum etmə cəzaları qismən toplanılmaqla ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, istintaq orqanı tərəfindən xx.xx.2020-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad olunmuş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Abşeron RM-nin 4(012)-392 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində həbsetmənin əvvəli xx.xx.2020-ci il tarixindən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istintaq zamanı həbsdə axlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasənqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Hökmün icrası ona aid hissədə Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır Məhkəmə, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 479,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan müvafiq ekspertiza tədqiqatında sonra qalıq qalmış 479,95 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 139 (yüz otuz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş və ödənilməmiş ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmün icrası Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pnitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 (üç yüz) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertizadan sonra bir ədəd “Robello” markalı kombi istilik sistemi aparatı, bir ədəd divar saatı, bir ədəd istilik radiatoru və bir ədəd xalça saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi və bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli DVD formatlı diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-515/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-515/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver