Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-515/2022 17.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi-vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Abşeron rayonu, Güzdək qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, İ qrup əlil, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01,05.2021-ci il tarixdə “ASR” firması ilə bağladığı icarə müqaviləsinə əsasən fiziki şəxs kimi vergi qeydiyyatinda olmaqla (VÖEN-**********) Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Daş karxanasının icarədarı olub, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Qızıl Qaya ünvanında yerləşən qeyri-yaşayış sahəsində “Güzdək” əhəngdaşı yatağında mişar daşı istehsalına rəhbərlik edilməsi, həmin işin icrası zamanı sahədə sanitar-gigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına, sahəni lazımı vəziyyətdə saxlamaq, onun əsaslı və cari təmir işlərini öz hesabına aparmada cavabdeh şəxs olmasına baxmayaraq, həmçinin daş karxanasında daş hasilatı işlərinin aparılması üçün istifadə edildiyi maşın və mexanizmlərin (həmçinin hadisə baş verdiyi daş kəsən maşının) texniki saz və təhlükəsizlik vəziyyətdə saxlanılması üçün müvafiq təşkili (maşınların müvafiq icra orqanlarda qeydiyyata alınması, onların saz və təhlükəsiz istismar olunmasına cavabdeh şəxsin təyin edilməsi) və texniki (texniki xidmət və baxışların keçirilməsi, hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulması) tədbirlərinin görülməsini, daşı kəsən maşınlarında (kombaynda) müvafiq təlim və təlimatlandırmalar keçmiş şəxslərin işləməsini, işçilərin (konkret olaraq zərərçəkmişin) xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsini, daş kəsən maşınlarında (kombaynda) hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulmasına rəhbərlik edən şəxs olmasına baxmayaraq, daş karxanasından istifadə qaydasını pozmaqla (“Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalar”nın 4, 5, 6, 7, 84 bəndlərinin, «Tikintidə Təhlükəsizlik Texnikası» 111-4- 80 saylı «Tikinti norma və qaydalarının 1.19, 1.20, 3.33-cü bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili”) tələblərini pozub, hər hansı bir əmək müqaviləsi bağlamadan Zərərçəkmiş şəxs fəhlə qismində işə cəlb edərək, ona əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə heç bir təlimatlandırmalar keçmədən sərbəst işə buraxmış, onun tərəfindən mədən işlərinin aparılmasına dair təhlüksizlik işlərinin aparılmasının kobud pozulması ehtiyatsızlıqdan fəhlə Zərərçəkmiş şəxs 27.01,2022-ci il tarixdə saat 16:00-da işdə olan zaman sağ qolu daş kəsən kombaynın sep və işlək hissələri arasında qalaraq sıxılması nəticəsində qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1/3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya səbəb olmuşdur . Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2015-ci ildə yaşadığı Abşeron rayonu, Güzdək qəsəbəsindəki evində baş vermiş partlayış zamanı arvadı X5 vəfat etmiş, o və 2014-cü il təvəllüdlü qızı Dəniz Əsgərova müxtəlif dərəcəli yanıq xəsarətləri almışlar. Baş vermiş hadisə zamanı o və qızı almış olduqları xəsarətlərdən 1-ci qrup əlildirlər. O, 01 yanvar 2020-ci il tarixdən Abşeron rayonu, Güzdək qəsəbəsində yerləşən Daş karxanasını Rəhman Xəlilovla bağladığı icarə müqaviləsi əsasında işlədir. Qeyd etmişdir ki, icarəyə götürdüyü və demək olar ki, rəhbəri olduğu Daş karxanasında görülən bütün işlərə-sifarişin qəbul edilməsi, kəsilən daşların ölçüsü və hündürlüyü, əməyin mühafizəsi, texniki təhlükəsizlik, daş kəsən kombayna lazım olan texniki xidmət avadanlıqlarının alınması, təmir üçün ustaların müəyyən edilməsi, işçilərin işə qəbulu, işdən azad olunması, əmək haqqının verilməsi, eyni zamanda ümumiyyətlə görülən və görüləcək işlə bağlı bütün rəhbərlik və nəzarət ona məxsusdur. O, Vergilər Nazirliyində rəsmi olaraq qeydiyyatdan keçmiş və fiziki şəxs olaraq dövlətə vergi ödəyir. Bildirmişdir ki, icarə əsasında götürdüyü və faktiki sahibi olduğu karxanada rəsmi olaraq hər-hansı fəhlə, usta və kombaynçı ilə əmək müqaviləsi yoxdur, adətən karxanaya işləmək üçün gələn fəhlələr 1-2 gündən artıq karxanada işləmir, çünki görülən iş olduqca ağırdır. Karxanada fəhələr daimi işləmir, adətən Azərbaycanın rayonlarında işsiz olan şəxslər karxanaya gəlir, 1-2 gün fəhlə olaraq işləyir, o, onlara gündəlik əlbəəl 30-40 manat pul verir, lakin həmin işçilər sonradan işə gəlmirlər, belə olan halda karxana günlərlə boş qalır, işləri dayanır. Mahiyyəti üzrə söyləmişdir ki, sonradan adının Zərərçəkmiş şəxs Sirac oğlu olduğunu bildiyi şəxs 2022-ci ilin yanvar ayının ortalarında ona müraciət edərək karxanada daş kəsən-kombaynçı olaraq işləmək istədiyini bildirmiş, o da buna etiraz etməmiş, çünki əvvəllər onun karxanasında işləyən kombaynçılar spirtli içkilər içib işə gəldiklərinə görə onları işdən azad etmişdir. O, hər-hansı əmək müqaviləsi bağlamadan Zərərçəkmiş şəxs işə götürmüşdür. Tahir adətən hər gün səhər saat 08:00-dan gecə saat 01:00-a qədər daş kəsmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, dostu Almasla birlikdə karxanada olmuş, səhər saat 08:00-da Zərərçəkmiş şəxs işə gəlmiş, kombaynı işə salmış və daşları kəsməyə başlamışdır. Həmin vaxt karxanada harada yaşadığını və kim olduğunu bilmədiyi iki nəfər fəhlə də olmuşdur. Eyni zamanda karxanada onunla şifahi olaraq gündəlik müəyyən qədər pul müqabilində razılaşıb kombaynın xarab olan hissələrini düzəldən və gecələr karxanaya gözətçilik edən Seyid adlı usta da olmuş, habelə Seyidlə də onun arasında da hər-hansı əmək müqaviləsi olmamış, o Seyidə gündəlik gördüyü işə uyğun olaraq pul vermiş, bəzi günlərdə kombayn heç xarab olmasa da gecələr gözətçilik etdiyinə görə də Seyidə müəyyən qədər əlbəəl pul vermişdir. Dostu Almas özünün kamaz markalı yük maşınına mişar daşları fəhlələrə yığdırıb satmaq üçün təxm nən saat 10:00 radələrində Pirşağı bazarına getmişdir. Kombaynın texniki sazlığı və zəruri olan ehtiyat hissələrinin alınmasına cavabdehlik o daşıdığına görə xx.xx.2022-ci il tarixdə təxminən saat 14 radələrində o, kombaynın motoru üçün kəmər almağa getmişdir. Karxanadan çıxdıqdan təxminən 2 saat sonra Seyid ona öz mobil telefonu ilə zəng edərək Tahirin üzərində geyindiyi dəri uzun gödəkcə kombaynın sepinə ilişib və kombayn da işlək vəziyyətdə olduğu üçün sonuncunun sağ qolu kombayna düşdüyün və xəsarət aldığını bildirmişdir. O, dərhal karxanaya qayıtmış, yolda olan zaman dostu Almasa zəng edərək Tahirin qolunun kombayna düşdüyünü bildirmişdir. Bu zaman Seyid Tahiri karxanada olan və istirahət üçün nəzərdə tutulan vaqona gətirmişdi. O, vaqona girən kimi Tahirin qolundan xəsarət aldığını görmüş və təcili olaraq taksi ilə sonuncunu 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışdır. Yolda olan zaman dostu Almas da onlara qoşulmuş və onlar birlikdə Semaşko xəstəxanasına getmişlər. Orada həkimlər tərəfindən Tahirə tibbi müdaxilələr edilmiş, Tahirin huşu özündə olmadığına görə o, təxminən 1 həftə komada qalmışdır. Tahir 1 həftədən sonra komadan ayılmış, Abşeron rayonu Qobu PB-nin təhqiqatçısına izahat və ərizə vermişdir. Tahirin səhhətində hər şey yaxşı olmuş, lakin bir neçə gün sonra yenə də Tahirin səhhətində narahatlıqlar başlamış, sağ qolu şişmiş, həkimlərin deməsinə görə qanqrenə vermiş, nəticədə sağ qolu çiyindən 4-5 barmaq aşağı tam olaraq amputasiya edilmişdir. Almas onun şəriki yox, dostudur. Onlar adətən birlikdə olur, Almas ona müxtəlif şəxslərdən mişar daş sifarişləri almağa, karxanada kəsilən daşın satışına köməklik edir. Bəzi vaxtlarda o, işdə olmayan zamanlarda fəhlələrin, kombaynçıların, eləcə də gözətçi Seyidin gündəlik pulunu Almasa verir ki, o, həmin pulları adlarını çəkdiyi işçilərə versin. Bəli, bir neçə dəfə Zərərçəkmiş şəxs ona demişdir ki, “Azad müəllim, daş kəsən kombaynın sepinin üst hissəsində qoruyucu yoxdur, qoruyucu olmasa iş zamanı ya paltarımızı, ya qolumuzu sep özü ilə birlikdə çəkib aparıb xırda-xırda hissələrə böləcək” Lakin o, bir neçə dəfə kombayn üçün ehtiyat hissələr almağa gedən zaman sepin üzərinə qoruyucu almağı unutduğuna görə hadisə baş verən günədək həmin qoruyucunu ala bilməmişdir. Hadisənin baş verdiyi daş karxanasının fəaliyyəti ilə bağlı, eləcə də orada olan kombayn və digər avadanlıqların texniki sazlığı, istismara yararlılığı ilə nəinki Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyndən heç digər qurumlarda da hər-hansı lisenziya və sənədləri yoxdur, lakin hazırki karxana fəaliyyəti ilə bağlı müvafiq sənədlərin alınması üçün Azərbaycan Respublikası Ekologiya Nazirliyinə müraciət etmiş və həmin nazirlikdən gələrək akt tərtib etmişlər, əlavə olaraq Təqsirləndirilən şəxs qeyd etmişdir ki, bildiyinə görə Ekologiya Nazirliyi tərəfindən verilən lisenziya nə vaxtsa olub, lakin həmin lisenziyanın qüvvədə olma müddəti bitdiyinə görə hal-hazırda həmin lisenziya etibarsızdır. 01,05.2021-ci il tarixli icarə müqaviləsi əsasında istifadə etdiyi karxanada görülən işlərə, onların nəticələrinə, keyfiyyətin, eləcə də işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə, ətraf mühit, iş şəraitinin yaxşılaşdırılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, kombayn və digər avadanlıqların xarab olmuş, sıradan çıxmış hissələrinin yeniləri ilə əvəz edilməsinə məsul və cavabdeh şəxs odur. 3 aydır icarə əsasında işlətdiyi karxanın işi dayandırılıb. Hal-hazırda işləmir və işçisi yoxdur. Karxananın işi ağır olduğu üçün heç bir işçi ilə əmək müqaviləsi bağlamamışdır. Abşeron rayonu ərazisində yerləşən və 01 may 2021 -ci il tarixli icarə müqaviləsi əsasında fiziki şəxs olaraq birbaşa rəhbərlik etdiyi “Güzdək” əhəngdaşı yatağında sağlam əmək şəraitinin yaradılmasına və təhlükəsizlik texnikasının qaydalarına nəzarət və rəhbərlik birbaşa ona məxsusdur. Qeyd olunan daş karxanasında bütün fəaliyyətə, o cümlədən sağlam iş şəraitinin yaradılmasına və işçilərin təhlükəsizlik texnikasına riayət etməsinə nəzarət və rəhbərlik birbaşa ona məxsusdur. O, Rəhman Xəlilovdan yalnız torpaq icarəyə götürmüş və həmin icarənin müqabilində sonuncuya ayda 200 manat icarə pulu vermiş, karxanada olan daş kəsən kombayn və digər avadanlıqlar ona məxsusdur. Bir daha qeyd etmişdir ki, Almas onun dostudur, şəriki deyil. Almas “Kamaz” markalı yük maşının sürücüsüdür. Karxanada daşlar kəsilir və əsasən gecə yüklənir deyə o, çox vaxt işçilərin pulunu Almasa vermişdir ki, günün sonunda işçilərin əmək haqlarını versin, bu o demək deyil ki, Almas karxananın şərikidir. Zərərçəkmiş şəxs ondan dəfələrlə zəng edərək pul istəmiş və o, Tahirə pul ödəmiş, lakin sonuncu hər gün ona və Almasa yenə zəng edərək pul istəmişdir. O artıq pulu olmadığını deyəndə Tahir Almasa zəng edərək sonuncunu şərləmişdir. Əməlindən peşmandır, yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismin dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, evlidir və 2 övladı var. 2021 -ci ilin təxminən dekabr ayının ortalarında, Abşeron rayonunun, Yuxarı Güzdək qəsəbəsində yerləşən Azad və Almas adlı şəxslərə məxsus daş karxanasında kombaynçı (maşinist) olaraq gündəlik, lakin 1 gündən 1 olmaqla təxminən ayda 15 dəfə səhər saat 08:00-dən axşam saat 00:00-dək, bəzi vaxtlarda isə səhər saatlarına kimi sutkalıq 60-70 manat əməkhaqqı müqabilində işə başlamışdır. Onu da qeyd etmişdir ki, Alması o başqa müəssisədə işləyən vaxt tanımışdır. Onu işə götürən Azad və Almas adlı şəxslər onunla hər hansı müqavilə bağlamamış və o, müqaviləsiz işləməyə başlamışdır. İş vaxtının əvvəli və sonu ilə əlaqədar dəqiq vaxt müəyyən edilməmiş, nahar fasiləsi də sərbəst olmuşdur. O, işdə olan zaman adətən yanında kombaynın qırılan hissələrini düzəldib təmir edən Seyid adlı usta və dəqiq xatırlamadığı 3-4 nəfər fəhlə olmuşdu. İşlədiyi karxanadakı fəhlələr adətən 1-2 günlük gəlib işlədiklərinə görə onların heç biri ilə münasibəti və hər hansı əlaqəsi olmamışdı-. Gördüyü işə görə həm Azaddan, həm də Almasdan əlbəəl maaş almış, maaşları gündəlik verilmiş, iş yerində onlar hər hansı fərdi mühafizə vasitələri və təhlükəsizlik vasitələri ilə təmin edilməmişdir. Görəcəyi işlə bağlı, yəni daşın ölçüləri, eni və hündürlüyü ilə bağlı bütün göstərişləri Azad və Almasdan almış, çünki onun gördüyü işə birbaşa olaraq Azad və Almas nəzarət və rəhbərlik etmişdir. 27.01,2022-ci il tarixdə saat 08:00-da işə gəlmiş, həmin vaxt karxanada Azad və Almas olmuşlar, bir qədər sonra Seyid də onların yanına gəlmişdir. O, elektrik cərəyanını kəsən açardan kombaynı işə salmış, ümumilikdə 3 tam gediş etmiş, onunla birlikdə olan 2 nəfər tanımadığı fəhlələr kombayndan çıxan daşları təxminən 1 metr sağ və sol tərəf daşımışlar. O, 4-cü gedişə başlayan zaman yanında olan 2 fəhlə çay içmək üçün vaqona tərəf getmişlər. O, kombaynı yenidən işə salmış, daşın ölçüsünü tənzimləmiş, kombayn aşağı surətlə daşları həmişəki kimi kəsməyə başlamışdır. Daşların kombaynla kəsimi zamanı daşın ölçüsünün nazikləşdiyini görmüş, həmin ölçünü düzəltmək üçün kombaynın sağ tərəfinə keçib sıxacı çəkiclə vura-vura sağa tərəf vurub daşın ölçüsünü düzəltmək istəyərkən gödəkcəsinin sağ ətəyi kardanın hərəkətdə olan zəncirinə ilişmiş və hərəkətdə olan zəncir bədəninin sağ hissəsinə ilişib irəliyə doğru getmişdir. O çətinliklə başını kardanın üzərinə söykəyərək arxaya baxmışdır ki, bəlkə köməyə Azad, Almas və ya Seyid usta gələrlər, eyni zamanda o, fəhlələrin də orada olub-olmamasına nəzər salmış, bərk qışqırmış, ətrafda 1 nəfər belə olmamışdır ki, kombaynı elektrik cərəyanından ayırsın. Təxminən 20 dəqiqə ərzində ona köməyə gələn olmamış, sonra uzaqdan Seyidin qaça-qaça ona yaxınlaşdığını görmüş, o dərhal kombaynı elektrik cərəyanından ayırmış, bu zaman o, bir anlıq da olsa özünə gəlmiş, daha sonra Seyid kombaynın zəncirini arxaya doğru hərəkət etdirmiş, bu zaman əynindəki gödəkcə ilə zəncirə ilişmiş qolu zəncirin arxasından çıxmış, sağ qolu dirsəkdən yuxarı, qoltuqaltı nahiyəsindən bir az aşağı kəsilmişdir. Seyid onu çox çətinlikdə otağa gətirmiş, Almas və Azada zəng edərək onun sağ qolunu kombaynın zəncirinin kəsdiyini demişdir. Bir neçə saatdan sonra Almas və Azad bir nəfər taksi sürücüsü ilə onların yanına çatmışlar və onu taksi ilə X8 aparmışlar, həkimlər tərəfindən edilən tibbi müdaxilələrə baxmayaraq sağ qolu amputasiya edilmişdir. Bildirmişdir ki onu Azad və Almas adlı şəxslər işə götürmüşlər, işlə bağlı bütün göstərişləri o, onlardan alırmış, əvvəllər əmək haqqını da onlar vermiş, gördüyü işin hər bir detalına da onlar cavabdehlik daşımışlar. Əlavə olaraq qeyd etmişdir ki, dəfələrlə karxanada işləyən zaman Azad və Almasa kombaynın zəncirinin üzərinin qoruyucu ilə bağlanmasını xahiş etmiş, hər ikisinə açıq vəziyyətdə qalan zəncirin təhlükəli olduğunu bildirmiş, lakin onun təkid və təkliflərinə baxmayaraq kombaynın zəncirinin üzərinə qoruyucu yerləşdirilməm ş, əsaslı təmir edilməmişdir. Əgər Azad və Almas vaxtında kombaynın zəncirbəndinin üzərinə qorucuyu keçirsəydilər, o, sepin sağ tərəfində olan sıxıcıya çəkiclə aşağıya doğru əyilib vuran zaman qolu zəncirə ilişməzdi. xx.xx.2022- ci il tarixdə işdə xəsarət alan zaman yanında heç kəs olmamış, amma bir az uzaqda Seyid adlı Almasın və Azadın işçisi olmuşdur. Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə istintaq zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iddia tələbinin təmin olunmasını, mülki cavabdeh, təqsirləndirilən şəxsdən ona dəymiş 20.000 manat məbləğində maddi və mənəvi ziyanın yəni 100.000 manat pul vəsaitinin alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, evlidir və 3 uşağı var. O, Təqsirləndirilən şəxsla təxminən 20 ilə yaxın müddətdir ki, dostdur. Azadın evində baş vermiş partlayış zamanı arvadı vəfat etmiş, özü və azyaşlı qızı isə yanıq xəsarətləri alaraq halhazırda l-ci qrup əlillik dərəcəsindədirlər. Azad təxminən 1-2 ildir ki, Abşeron rayonu, Güzdək qəsəbəsində daş karxanası icarəyə götürüb işlətmiş, ö da Azadın dostu olaraq, eyni zamanda şəxsi “Kamaz” markalı maşını olduğuna görə Azadın karyerindən çıxan daşları götürüb Abşeron rayonunda yerləşən müxtəlif daş bazarlarında satmışdır. Karxanada görülən bütün işlərə-sifarişin qəbul edilməsi, kəsilən daşların ölçüsü və hündürlüyü, əməyin mühafizəsi, texniki təhlükəsizlik, daş kəsən kombayna lazım olan texniki xidmət avadanlıqlarının alınması, təmir üçün ustaların müəyyən edilməsi, işçilərin işə qəbulu, işdən azad olunması, əmək haqqının verilməsi, eyni zamanda ümumiyyətlə görülən və görüləcək işlə bağlı bütün rəhbərlik və nəzarət Azada məxsusdur. Bildirmişdir ki, Azad sahibi olduğu karxanada rəsmi olaraq hər-hansı fəhlə, usta və kombaynç ilə əmək müqaviləsi bağlamamış, adətən karxanaya işləmək üçün gələn fəhlələr 1-2 gündən artıq karxanada işləməmiş, çünki görülən iş olduqca ağır olmuşdur. Karxanada fəhlələr daimi işləməmiş, adətən işsiz olan şəxslər karxanaya gəlmiş, 1-2 gün fəhlə olaraq işləmişlər, Azad da onlara gördükləri işə görə 20-30 manat pul vermiş, lakin həmin işçilər sonradan işə gəlməmişlər, belə olan halda karxana günlərlə boş qalmış, işləri dayanmışdır. Zərərçəkmiş şəxs Sirac oğlu 2022-ci ilin yanvar ayının ortalarından etibarən karxanada daş kəsən-kombaynçı olaraq işləmişdir. Bildiyi qədəri ilə Azadla Tahir arasında da əmək müqaviləsi olmamış, belə ki, Tahir adətən bir gün səhərdən axşamacan işdə olurdu, lakin dəqiq olaraq hansı saatlarda işdə olması barədə məlumatı olmamışdır. Bir sıra hallarda fəhlələr tərəfindən onun kamazına daş yığılması gecə saatlarına qədər davam etdiyindən, Azad fəhlə və kombaynçıların gündəlik əmək haqqı pullarını ona vermiş, o da öz növbəsində həmin pulları fəhlə və kombaynçılara vermişdir. xx.xx.2022-ci il tarixdə o, Azadla birlikdə karxanada olmuş, səhər saat 08:00-da Zərərçəkmiş şəxs işə gəlmiş, kombaynı işə salmış və daşları kəsməyə başlamışdır. Həmin vaxt karxanada harada yaşadığını və kim olduğunu bilmədikləri iki nəfər fəhlə də olmuş, eyni zamanda karxanada kombaynın xarab olan hissələrini düzəldən və gecələr karxanaya gözətçilik edən Seyid adlı usta da olmuşdur. Həmin vaxt fəhlələr gecədən kombaynın kəsdiyi daşları onun “Kamaz” markalı maşınına yığmışlar və o yığılmış daşı satmaq üçün Pirşağı bazarına yollanmışdır. Təxminən saat 16 radələrində Azad ona telefonla zəng edib demişdir ki, “Tez mənə köməyə gəl Tahirin sağ qolu kombayna düşüb” O dərhal yola çıxmış və Qobu qəsəbəsində Azadın Tahiri xəstəxanaya apardığı taksiyə minib onlarla birlikdə Semaşko xəstəxanasına getmişdir. Orada həkimlər tərəfindən Tahirə tibbi müdaxilələr edilmiş, Tahirin huşu özündə olmadığına görə o, təxminən 1 həftə komada qalmışdır. Tahir 1 həftədən sonra komadan ayılmış, Abşeron rayonu, Qobu PB-nin təhqiqatçısına izahat və ərizə vermişdir. Tahirin səhhətində hər şey yaxşı olmuş, lakin bir neçə gün sonra yenə də Tahirin səhhətində narahatlıqlar başlamış, sağ qolu şişmiş, həkimlərin deməsinə görə qanqrenə olmuş, onun sağ qolu çiyindən 4-5 barmaq olaraq amputasiya edilmişdir. Təqsirləndirilən şəxs şəriki deyil, Zərərçəkmiş şəxs onun Azadla şərik olmağı barədə yalandan ifadə vermişdir. O, Azadın dostudur, günün çox hissəsini idarə etdiyi yük maşınına fəh yığması üçün karxanada olmuş, amma bu o demək deyil ki, o. Azadın şərikidir. Zərərçəkmiş şəxs kombayna nəsə lazım olduğu halda bu barədə ancaq Təqsirləndirilən şəxs deyə bilər, ona yox. Yunisin Azada kombaynın sepinin üzərinə qoruyucu lazım olması barədə hansısa bir söz deyib-deməməsindən heç bir xəbəri olmamışdır. Lakin onu dəqiq olaraq bildirmişdir ki, hadisənin baş verdiyi xx.xx.2022-ci il tarixdə kombaynın sepinin üzərində qoruyucu olmamışdır. Karxanada görülən işlərə, onların nəticələrinə, keyfiyyətin, eləcə də işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə, ətraf mühit, ış şəraitinin yaxşılaşdırılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, kombayn və digər avadanlıqların xarab olmuş, sıradan çıxmış hissələrinin yeniləri ilə əvəz edilməsinə məsul və cavabdeh şəxs Təqsirləndirilən şəxsdur. Abşeron rayon, Aşağı Güzdək qəsəbəsində yerləşən daş karxanası onun dostu Təqsirləndirilən şəxs məxsusdur və sonuncu fiziki şəxs kimi qeydiyyatdan keçərək vergi ödəyir. O, Zərərçəkmiş şəxs əvvəl tanımamış və cəmi 4 gün sonuncu Azadın karxanasında işləmişdir. Bir daha qeyd etmişdir ki, o, “Kamaz” markalı yük maşının sürücüsüdür, bəzi hallarda fəhlələr tərəfindən oun yük maşınına daş yığılması gecə saatlarına qədər davam etdiy ndən Azad fəhlə və kombaynçıların gündəlik əmək haqqı pullarını ona vermiş, o da öz növbəsində həmin pulları fəhlə və kombaynçılara vermişdir. Bu o demək deyil ki, o, karxanan n sahibidir, Tahir yalan demiş, sonuncu daş karxanasına gələn zaman oranın sahibinin Azad olduğunu bilmiş və onu işə Azad götürmüşdür, lakin işçilər qısa müddətliyinə işlədiyi üçün Azad Tahir ilə əmək müqaviləsi bağlamamışdır. Daş karxanasında görülən işlərə, onların nəticələrinə, keyfiyyətin, eləcə də işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə, ətraf mühit, iş şəraitinin yaxşılaşdırılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, kombayn və digər avadanlıqların xarab olmuş, sıradan çıxmış hissələrinin yeniləri ilə əvəz edilməsinə məsul və cavabdeh şəxs Təqsirləndirilən şəxsdur. Onun Azadın daş karxanasında sonuncu ilə heç bir müqaviləsi olmamış, Azad ilə o yalnız dostdur, o, “’’Kamaz” markalı yük maşını sürür və heç bir yerdə qeydiyyatı yoxdur, heç kəslə əmək müqaviləsi bağlamamışdır. O, Zərərçəkmiş şəxs və ya hər hansı bir şəxsi işə qəbul eləməmiş, heç kəsə əmək haqqı verməmiş, Zərərçəkmiş şəxs yalan demiş, sonuncunun oğlu həbs edildiyi üçün onlardan 20.000 manat pul istəmiş və Azad ona pul ödəmədiyi üçün onu şərləmişdir. Tahir ona dəfələrlə zəng edərək pul istəmiş və o, Tahirə demişdir ki, “ Get sözünü Azada denən, mən səni tanımıram, mən səni işə qəbul eləməmişəm”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, evlidir və 2 uşağı var. 2005-ci il tarixdən Təqsirləndirilən şəxs tanıyır, Azadın evində baş vermiş partlayış zamanı arvadı vəfat etmiş, özü və azyaşlı qızı isə yanıq xəsarətləri alıb hal-hazırda İ qrup əlillik dərəcəsindədirlər. Azad təxminən 1-2 ildir ki, Abşeron rayonu, Güzdək qəsəbəsində daş karxanası icarəyə götürüb işlətmiş, o da həm usta, həm də gözətçi olaraq həmin karxanada işləmişdir. Həmçinin onu da qeyd etmişdir ki, adının Mirdamət olmasına baxmayaraq işdə olan iş yoldaşları onun soyadına uyğun olaraq “Seyid” deyə müraciət etmişlər. Onun usta olaraq əməyinə ancaq kombaynda hər-hansı nasazlıq yarandığı halda ehtiyac olmuşdur. Ona görə də çox vaxt o, karxanada qalıb gözətçilik etmiş və ona Azad tərəfindən gördüyü işə görə şifahi razılıqlarına əsasən günəmuzd əmək haqqı verilmişdir. Adətən onlarla birlikdə karxanada Almas adlı şəxs də olmuş, belə ki, Almasın özünü də “Kamaz” markalı yük maşını olmuş və sonuncu karxanadan yığılan daşı adətən öz maşını ilə müxtəlif daş bazarlarında satmışdır. Karxanada görülən bütün işlərə-sifarişin qəbul edilməsi, kəsilən daşların ölçüsü və hündürlüyü, əməyin mühafizəsi, texniki təhlükəsizlik, daş kəsən kombayna lazım olan texniki xidmət avadanlıqlarının alınması, təmir üçün ustaların müəyyən edilməsi, işçilərin işə qəbulu, işdən azad olunması, əmək haqqının verilməsi, eyni zamanda ümumiyyətlə görülən və görüləcək işlə bağlı bütün rəhbərlik və nəzarət Təqsirləndirilən şəxs məxsus olmuşdur. Bildirmişdir ki, Azad sahibi olduğu karxanada rəsmi olaraq hər-hansı fəhlə, usta və kombaynçı ilə əmək müqaviləsi bağlamamış, adətən karxanaya işləmək üçün gələn fəhlələr 1-2 gündən artıq karxanada işləməmiş, çünki görülən iş olduqca ağır olmuşdur. Karxanada fəhlələr daimi işləməmiş, adətən işsiz olan şəxslər karxanaya gəlmiş, 1-2 gün fəhlə olaraq işləmişlər, Azad da onlara gördükləri işə görə 20-30 manat pul vermiş, lakin həmin işçilər sonradan işə gəlməmiş, belə olan halda karxana günlərlə boş qalmış, işləri dayanmışdır. Zərərçəkmiş şəxs Sirac oğlu 2022-ci ilin yanvar ayının ortalarından etibarən karxanada daş kəsənkombaynçı olaraq işləmişdir Bildiyi qədər Azadla Tahir arasında da əmək müqaviləsi olmamış, Tahir adətən bir gündən bir, səhərdən axşamacan işdə olmuş, lakin dəqiq olaraq hansı saatlarda işdə olması barədə məlumatı olmamışdır. Bəzi vaxtlar fəhlələr tərəfindən Almasın yük maşınına daş yığılması gecə saatlarına qədər davam etdiyindən Azad fəhlə və kombaynçıların, eyni zamanda onun gündəlik əmək haqqısını Almasa vermiş, Almas da öz növbəsində həmin pulları fəhlə və kombaynçılara ödəmişdir. xx.xx.2022-ci il tarixdə Almas, Azad və o, daş karxanasında olmuş, həmin vaxt onlarla birlikdə işə gələn 2 nəfər yeni fəhlə də işləmişdir. Səhər saat 08:00-da Zərərçəkmiş şəxs işə gəlmiş, kombaynı işə salmış və daşları kəsməyə başlamışdır. Həmin vaxt karxanada olan harada yaşadığını və kim olduğunu bilmədikləri iki nəfər fəhlə də Tahirin yanında olmuşlar. Bu zaman o, istehsalat sahəsində olmuş, Tahirin yanında olan fəhlələr tez bir vaxtda gecədən kombaynın kəsdiyi daşları Almasın “Kamaz” markalı yük maşınına yığmışlar və o, yığılmış daşı satmaq üçıın Pirşağı bazarına yollanmışdır. Təxminən saat 16 radələrində Tahirin yanında olan fəhlələr və o, çay içdikləri vaqonun yanında, təxminən Tahirdən 300-400 metr aralıda olmuş, birdən uzaqdan o, Tahirin sol əlini yuxarıya doğru qaldırdığını görmüş, aralarındakı məsafə uzaq olduğuna görə o Tahirin qışqırıq səsini eşitməmişdir. O, tez qaça-qaça Tahirin yanına getmiş və sonuncunun yanına çatan zaman görmüşdür ki, Tahirin başı kombaynın sepinə dirənmiş, sonuncu bütün bədəni ilə özünü kombaynın ramasına, sağ qolu ilə isə kombayna daha bərk şəkildə sıxılmışdır. Kombayn irəliyə doğru hərəkət etməmiş, lakin sep işlək vəziyyətdə olmuşdur. O dərhal kombaynın ötürücü qutusunu arxaya doğru qaytarmış və bu zaman Tahirin kombaynın sepinə ilişərək irəliyə doğru getmiş uzun ətəkli gödəkçəsi və sağ qol nahiyəsi geri qayıtmışdır. O təcili orada olan 2 nəfər fəhlənin köməkliyi ilə Tahiri vaqona aparmışdır. Bu zaman o, Azada telefonla zəng edərək kombaynın sepinin Tahirin sağ qolunu kəsdiyini bildirmiş, Azad təxminən 20 dəqiqə sonra taksi ilə onların yanına çatmış və Tahiri maşına qoyub xəstəxanaya aparmışlar. Lakin o, karxanada qalıb oranın gözətçiliyini etmiş, xəstəxanada nə baş verməsindən onun məlumatı olmamışdır. Almas Azadın şəriki olmamış, dostudur. Almas adətən müxtəlif şəxslərdən mişar daş sifarişləri almağa, karxanada kəsilən daşın satışına köməklik etmişdir. Zərərçəkmiş şəxs Almasa kombayna nəsə alması barədə hər-hansı söz deməsi tamamilə mənasızdı-. Lakin Zərərçəkmiş şəxs Azad və Almasa daş kəsən kombaynın sepinin üst hissəsinə qoruyucu almaq üçün hər-hansı söz deyib-deməməsini bilməmişdir. Tahir öz səhlənkarlığı nəticəsində kombayna ilişmişdir, çünki kombaynda işləyən zaman uzun palto geyinmiş, kombaynın sepinin üzərindəki qoruyucunun olmaması nəticəsində də onun uzun ətəkli paltosu kombaynın sepinə ilişmiş və ağır xəsarət almışdır. Hal-hazırda kombaynın sepinin üzərindəki qoruyucu tərəfindən yenisi ilə əvəz edilmişdir. Karxanada görülən işlərə, onların nəticələrinə, keyfiyyətinə, eləcə də işçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə, ətraf mühit, iş şəraitinin yaxşılaşdırılmasına, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsinə, kombayn və digər avadanlıqların xarab olmuş, sıradan çıxmış hissələrinin yeniləri ilə əvəz edilməsinə məsul və cavabdeh şəxs Təqsirləndirilən şəxsdur. Kombaynın dəyişilməsi vacib olan ehtiyat hissəsini Təqsirləndirilən şəxs dedikdən və həmin ehtiyat hissəsini alıb ona verdikdən sonra o, xarab olan hissəni dəyişmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona kombaynın sepinin üzərinə qoruyucu dəmir əlavə edilməsi və bununla bağlı hər-hansı ehtiyat hissəsini alıb verməmişdir ki, o həmin qoruyucunu kombaynın sepinin üzərinə yerləşdirsin. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il 794 saylı ekspertiza rəyi və kliniki müayinəsi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: qoltuqaltı arteriya venasının və sinir kələfinin travmatik qopması, sağ bazu sümüyünün yuxarı 1/3-nin açıq çox qəlpli sınığı böyük ölçüdə yumşaq toxumaların defekti, sağ yuxarı ətrafın bazunun yuxarı 1-3-i səviyyəsində suptotal (tam) qopması, sağ yuxarı ətrafın bazunun yuxarı 1-3-i səviyyəsində amputasiyası bərk küt əşyaların təsirindən törənmiş, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 29.04 2022-ci il tarixli 10/2759 №-li rəyindən görünür ki, “ASR” firmasına məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin ərazisində yerləşən əhəngdaşı karxanasında əhəngdaşın hasilatı işlərinin aparılması üçün istifadə edilən maşın və mexanizmlərin (həmçinin hadisə baş verdiyi daş kəsən maşının) texniki saz və təhlükəsizlik vəziyyətdə saxlanılması üçün müvafiq təşkili (maşınların müvafiq icra orqanlarda qeydiyyata alınması, onların saz və təhlükəsiz istismar olunmasına cavabdeh şəxsin təyin edilməsi) və texniki (texniki xidmət və baxışların keçirilməsi, hərəkətdə olan hissələrin üzərində qoruyucu örtüklərin qoyulması) tədbirlərinin görülməsini, daşı kəsən maşınlarında (kombaynda) müvafiq təlim və təlimatlandırmalar keçmiş şəxslərin təşkil etmədiyinə, işçilərin (konkret olaraq zərərçəkmişin) xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin etmədiyinə görə “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydalar”nın 4, 5, 6, 7, 84 bəndlərinin, «Tikintidə təhlükəsizlik texnikası» İİİ-4-80 saylı «Tikinti norma və qaydaları»nın 1.19, 1.20, Z.ZZ-cü bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili” Ümumi tələblər 12.0.004-90 DÜST-nin ( dövlət standartının) 3.1, 44.4, 7.1, 7.2, 7.3 bəndlərinin tələbləri fiziki şəxs Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2021 -ci il tarixdə bağlanmış müqavilədən görünür ki, “ASR” firması Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Qızıl Qaya ünvanında yerləşən 5000 kv.m qeyri-yaşayış binasını hər ay 200 manat ödəməklə Təqsirləndirilən şəxs icarəyə vermişdir. Azərbaycan Respublikası FHN-nin X2 Görülməsi və X4 Agentliyi tərəfindən verilmiş məktubdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən daş karxanasına baxış keçirilən zaman 1 ədəd SM-89 markalı, 1 ədəd PDM-2U markalı daşkəsən maşınların işlədiyi və avadanlığın istismara yaralı olduğu müəyyən edilmişdir. Müəssisə mişardaşı istehsalı ilə məşğuldur ki, bu da dağ-mədən xarakterlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 və və Reabilitasiya Xidməti 13 saylı tibbi sosial ekspert komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs baş və boynun termiki və kimyəvi yanıqları, yanıq xəstəliyi boyunun sifətin hər iki qulaq seyvanının, hər iki əllərinin, hər iki ayağın termiki yanığı ilə birinci dərəcəli əlillik dərəcəsindədir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı himayəsində bir azyaşlı uşağının olmasını, o cümlədən İ qrup əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ehtiyatsızlıqdan törədilmiş cinayətin az ağır cinayət olmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyun 2013-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin mənasına uyğun olaraq - şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan törədilən cinayətə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzaya məhkum olunduqda cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Yunisov X6 Azad Azər oğluna qarşı baş vermiş hadisə nəticəsində Elmi-Tədqiqat travmatolojiya və ortopediya institutunun xx.xx.2022-ci il tarixli arayışını əsas gətirərək, ona dəymiş maddi və mənəvi ziyanın ümumilikdə 120.000 manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutulması barədə cinayət prosesində mülki iddia qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı mülki iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi arayışda isə aldığı xəsarətlərin müalicəsinə sərf etdiyi vəsaitin məbləği göstərilməmişdir. Mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, həmin mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından zərərçəkmiş şəxsin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Məhkəmə qeyd edir ki, mülki iddianın həll edilməsi məqsədilə digər sübutların toplanması üçün uzun zaman tələb olunduğuna görə qeyd edilən səbəbdən cinayət işinin məhkəmə baxışının qeyri-müəyyən müddətə uzanması təqsirləndirilən şəxsin ona elan olunmuş ittihama ağlabatan müddətdə baxılaraq, həll edilməsi barədə “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması ilə nəticələnə bilər. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Eyni zamanda zərərçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 222.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-515/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-515/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver