Məhkəmə qərarları › İş №1(012)-515/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-515/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-515/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1987-ci ildə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, usta işləyən, məhkumluğu olmayan, Masallı rayonu, Öncəqala ərazi dairəsi, Hüseynhacılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə, xx.xx.1996-cı ildə Masallı rayonu, Hüseynhacılı kəndində doğulmuş, azərbaycanlı, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, usta işləyən, məhkumluğu olmayan, Masallı rayonu, Öncəqala ərazi dairəsi, Hüseynhacılı kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 27 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid 4127 2081 1935 6706 nömrəli bank kartını Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında yerdən tapdıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin bank kartı ilə elektron məlumat daşıyıcısından istifadə etməklə 27 iyul 2023-cü il saat 23:50-dən 28 iyul 2023-cü il saat 06:32-dək olan müddət ərzində birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən ayrı-ayrı market və yanacaq doldurma məntəqəsində müxtəlif məbləğlərdə alış-veriş edərək cəmi 273 manat 18 qəpik dəyərində ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə həmin məbləğdə pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 273 manat 18 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 27 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs adına olan "xxxx" ASC-yə aid 4127 2081 1935 6706 nömrəli bank kartını Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında yerdən tapdıqdan sonra tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında həmin bank kartı ilə elektron məlumat daşıyıcısından istifadə etməklə 27 iyul 2023-cü il saat 23:50-dən 28 iyul 2023-cü il saat 06:32-dək olan müddət ərzində birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən ayrı-ayrı market və yanacaq doldurma məntəqəsində müxtəlif məbləğlərdə alış-veriş edərək cəmi 273 manat 18 qəpik dəyərində ödənişləri edib vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə həmin məbləğdə pulu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 273 manat 18 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun həmkəndlisidir. O, təxminən Orxanı 15 ilə yaxındır ki, tanıyır. Həmçinin onlar yaxın yaşayış komplekslərində yaşayırlar. 28 iyul 2023-cü il tarixdə gecə saat 23 radələrində o, Orxanla bir yerdə olan zaman Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında yerdən bir ədəd “Beynəlxalq Bank”a məxsus bank kartı tapmışlar. Bundan sonra Orxan həmin kartı yerdən götürüb içərisində pul olduğunu güman edərək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksində yerləşən “Nur” marketə getmiş və oradan pivə ilə siqaret alaraq ödənişi kart vasitəsilə etmişdir. Daha sonra, onun yanına gəlib bu barədə məlumat vermiş və kartda pul olduğunu bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs2lə qərara gəlmişlər ki, kartın içərisindəki puldan istifadə etsinlər. Bu məqsədlə o, Orxanla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Araz və Nur marketlərindən həmin “Beynəlxalq Bank”a aid kart vasitəsilə öz şəxsi ehtiyacları üçün alış verişlər etmişlər. Həmçinin həmin vaxt onları taksi kimi dedikləri yerlərə aparan “Gündüz” adlı tanışının idarə etdiyi dövlət qeydiyyat nişanı yadında qalmayan “Peugeot” markalı avtomobilinə də 10 və 15 manat olmaqla ümumilikdə 25 manatlıq benzin vurmuşlar. Lakin Gündüzə həmin kartın onlara məxsus olmaması barədə məlumat verməmişlər. Sadəcə Gündüzə onları gəzdirdiyi üçün ödəniş olaraq benzin vuracağını demişlər. Təxminən xx.xx.2023-cü il saat 06 radələrinədək 300 manata yaxın kartdan pul xərcləmişlər. Daha sonra evə getdikləri üçün kartları Masazır qəsəbəsi ərazisində dəqiq ünvanını xatırlamadığı yerə ataraq oradan uzaqlaşmışlar. Həmin hadisənin üzərindən uzun müddət keçdiyindən və ödəniş qəbzləri onlarda qalmadığından tam olaraq ələ keçirdikləri məbləğin nə qədər olduğunu bilməmişlər. Lakin kart vasitəsilə təxminən 273 manat 18 qəpiklik ödəniş etdiyini güman etmişdir. O və Surac kartı tapan zaman kartın onlara yox özgə bir şəxsə məxsus olduğunu bilirmişlər. Lakin həmin ərəfələr onların pula ehtiyacı olduğu üçün kartda olan pulu xərcləməyə qərar vermişlər. O, bu cinayət əməlindən başqa ayrı oğurluq etməmişdir. Sonda əməlindən peşman olduğunu və dəymiş ziyanın ödənildiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir. O, təxminən Suracı 15 ilə yaxındır ki, tanıyır. Həmçinin onlar yaxın yaşayış komplekslərində yaşayırlar. 28 iyul 2023-cü il tarixdə gecə saat 23 radələrində o, Suracla bir yerdə olan zaman Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 4 nömrəli məktəbin yaxınlığında yerdən bir ədəd “Beynəlxalq Bank”a məxsus bank kartı tapmışlar. Bundan sonra o, həmin kartı yerdən götürüb içərisində pul olduğunu güman edərək Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış kompleksindəki “Nur” marketə getmiş və oradan pivə ilə siqaret alaraq ödənişi kart vasitəsilə etmişdir. Həmi vaxt ödəniş qəbul edildiyi üçün Suracın yanına gəlib bu barədə məlumat vermiş və kartda pul olduğunu bildirmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1la qərara gəlmişlər ki, kartın içərisindəki puldan istifadə etsinlər. Bu məqsədlə o, Suracla birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Araz və Nur marketlərindən həmin “Beynəlxalq Bank”a aid kart vasitəsilə öz şəxsi ehtiyacları üçün alış verişlər etmişlər. Həmçinin həmin vaxt onları taksi kimi dedikləri yerlərə aparan “Gündüz” adlı tanışının idarə etdiyi dövlət qeydiyyat nişanı yadında qalmayan “Peugeot” markalı avtomobilinə də 10 və 15 manat olmaqla ümumilikdə 25 manatlıq benzin vurmuşlar. Lakin Gündüzə həmin kartın onlara məxsus olmaması barədə məlumat verməmişlər. Sadəcə Gündüzə onları gəzdirdiyi üçün ödəniş olaraq benzin vuracaqlarını demişlər. Təxminən xx.xx.2023-cü il saat 06 radələrinədək 300 manata yaxın kartdan pul xərcləmişlər. Daha sonra evə getdikləri üçün kartları Masazır qəsəbəsi ərazisində dəqiq ünvanını xatırlamadığı yerə ataraq oradan uzaqlaşmışlar. Həmin hadisənin üzərindən uzun müddət keçdiyindən və ödəniş qəbzləri onda olmadığından tam olaraq dəqiq məbləğin nə qədər olduğunu bilməmişdir. Lakin kart vasitəsilə təxminən 273 manat 18 qəpiklik ödəniş etdiyini güman etmişdir. O və Surac kartı tapan zaman kartın onlara yox özgə bir şəxsə məxsus olduğunu bilirmişlər. Lakin həmin ərəfələr onların pula ehtiyacı olduğu üçün kartda olan pulu xərcləməyə qərar vermişlər. O bu cinayət əməlindən başqa ayrı oğurluq etməmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş ziyanın tam ödənildiyini, onlardan şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə baxışında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, Azərbaycan Beynəlxalq Bankına məxsus onun adına olan 4127-2081-1935- 6706 nömrəli maaş kartı var idi. Sonuncu dəfə o, 27 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev mərkəzi ilə üzbəüz olan kafelərin birində yemək yeyib hesabı istifadəsində olan digər bank kartı ilə ödəmişdir. Ondan sonra o, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən Araz marketə getmişdir. Marketdə həmin 4127-2081-1935- 6706 nömrəli maaş kartının üzərində olmadığını müəyyən etmişdir. Lakin həmin vaxt düşünmüşdür ki, ola bilsin yadından çıxıb kartı evdə qalmışdır. Həmin gün axşam saat 23 radələrindən onun ***-***-**-** saylı mobil nömrəsinə həmin 4127-2081-1935-6706 nömrəli maaş kartından pul xərclənməsi barədə sms-lər gəlmişdir. Onun başı çıxmadığı üçün bankın qaynar xəttinə zəng edib kartını bloklaya bilməmişdir. Həmin kartda 28 iyul 2023-cü il saat 07 radələrinə kimi pul xərclənməsi barədə sms-lər gəlməyə davam etmişdir. Ümumilikdə isə kartından naməlum şəxs tərəfindən 273 manat 18 qəpik pul xərclənərək oğurlanmışdır. Ertəsi gün o, dərhal Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Azərbaycan Beynəlxalq Bankına gedib kartından çıxarış etmişdir. Həmin çıxarışla birlikdə polisə gəlib oğurluq hadisəsi barədə ərizə yazmışdır. O, ilkin araşdırma zamanı izahat verərkən bankdan əldə etdiyi kart çıxarışında oğurlanan pulları üst-` üstə gəlib ona dəymiş ziyanı hesablayarkən səhv hesablamışdır. Sonradan hesablayıb müəyyən etmişdir ki, kartından pulları xərclənərək oğurlanan zaman ona 273 manat 18 qəpik ziyan dəymişdir. Ona görə də ona dəymiş ziyanı 273 manat 18 qəpik kimi hesablamasını bildirmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayətlərini törətmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Masallı rayonu, Öncəqala ərazi dairəsi, Hüseynhacılı kəndində yerləşən evini saat 22:00dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisi hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 oğlunun cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə istintaq orqanı tərəfindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni ünvan 2 ünvanını saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Masallı rayonu, Öncəqala ərazi dairəsi, Hüseynhacılı kəndində yerləşən evini saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə ünvan 2 ünvanını saat 22:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar