Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-517/2020 06.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri M.İbrahimov küçəsi 51 nömrəli evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən bir ədəd kibrit qutusunda siqaretin gümüşü rəngli kağızına 3 büküm halında, şəffaf sellofan kəsiyinə 1 büküm halında bükülmüş cəmi 0,216 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlamış, xx xxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Abşeron rayon polis idarəsinin əməkdaşları saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Nizami oğlunu Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi S.Bəhlulzadə küçəsi, dalan- 3, 9 nömrəli evdə saxlamış və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sol qabaq cibindən bir ədəd kibrit qutusunda cəmi 4 bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,164 qram, 0,017 qram, 0,019 qram və 0.016 qram ümumi təmiz çəkisi 0,216 qram, şəxsi istehlak miqdarından artıq miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini aşkar edib götürmüşlər. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən iki ildir narkotik vasitələrdən istifadə edir. Bununla bağlı 2020-ci ilin yanvar ayında Nərimanov rayon məhkəməsinın hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 2 il azadlıqdan məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, “Kristal Abşeron-2” yaşayış kompleksində tanımadığı şəxsdən 30 manata bir ədəd kibrit qutusunun içərisində 3 büküm siqaretin gümüşü rəngli kağızına bükülmüş və 1 büküm şəffaf sellofan kəsiyinə bükülmüş heroin alıb özü istifadə etmək üçün şalvarının cibinə qoymuş, həmin günü bundan az sonra, yəni saat 13 radələrində qeyri-rəsmi olaraq birlikdə yaşadığı Şahid1 ilə Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivi, S.Bəhlulzadə küçəsi dalan-3, ev 9-da yaşayan tanışı Şahid2 evinə qonaq getmişlər. Cavidin yaşadığı evə daxil olduqdan 10-15 dəqiqə sonra Abşeron rayon polis idarəsinin əməkdaşları həmin ünvana gələrək, onun narkotik vasitə qəbul etməkdə şübhəli olduğunu söyləyib üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da razılıq vermiş, axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra polislər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. O da əynindəki qara rəngli şalvarının sol qabaq cibində olan kibrit qutusuna qoyduğu 3 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini onlara təqdim etmiş və həmin heroini bir neçə saat əvvəl Xırdalan şəhərindəki “Kristal Abşeron-2” yaşayış kompleksində tanımadığı şəxsdən 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları yenə onun üzərində şəxsi axtarış aparmış, lakin heç nə tapmayıb, onun təqdim etdiyi həmin 4 büküm heroinə polis baxış keçiriib, bükümləri kağız zərfə qoyularaq qablaşdırılıb götürmüşlər. Bu barədə də protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmış, sonra polis əməkdaşları onun dostu Cavidin və qeyri-rəsmi birlikdə yaşadığı Şahid1 üzərində onların öz razılıqları ilə şəxsi axtarış aparmışlar. Lakin onların da üzərindən heç bir narkotik vasitə və psixotrop maddə aşkar edilməmiş, bu barədə də protokollar tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra polis əməkdaşları Cavidin yaşadığı evin sahibinin razılığı ilə onun evinə də baxış keçirmişlər. Həmin evdən də saxlanılması qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamış, bu barədə də protokol tərtib olunaraq imzalandıqdan sonra polis əməkdaşları onu Abşeron RPİ-nə aparmışlar. Sonda o, tutduğu əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini əsas gətirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat təxminən 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsi ev 51-də yaşayan Təqsirləndirilən şəxs Xırdalan şəhəri “Quşçuluq” yaşayış massivi, S.Bəhlulzadə küçəsi dalan-3, ev 9-da narkotik vasitə qəbulu ilə məşğul olması, az sonra həmin evdə narkotik vasitə qəbul edəcəyi barədə məlumat alıb, dərhal həmin məlumatı RPİ-nin rəhbərliyinə məruzə edərək müvafiq sənədləşmə aparıldıqdan sonra Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Şahid5 və Abşeron RPİnin Təhqiqat şöbəsinin təhqiqatçısı Rövşən Şahkərəmovla birlikdə həmin ünvana gedib, Təqsirləndirilən şəxs qeyri-rəsmi yaşadığı Şahid1 ilə Şahid3 oğlu Şahid2 ilə birlikdə yaşadıqları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsi dalan-3, ev 9-da olduqlarını görüb, Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməkdə şübhəli olduğunu bildirib, onun üzərində videoçəkilişlə axtarış keçirəcəklərini söyləmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etmədiyini bildirdikdən sonra Xırdalan şəhər vəkil Bürosundan vəkil dəvət edib, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib, üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs üzərində özü istifadə etmək üçün dörd büküm heroin olduğunu bildirmiş və əlini əynindəki qara rəngli şalvarının sol qabaq cibinə salıb oradan kibrit qutusunu çıxarıb içərisində siqaretin gümüşü rəngli kağızına bükülmüş 3 büküm, şəffaf sellofan kəsiyinə bükülmüş 1 büküm narkotik vasitə olan heroini təqdim etmiş və həmin heroini bir neçə saat əvvəl Xırdalan şəhərindəki “Kristal Abşeron-2” yaşayış kompleksində tanımadığı şəxsdən 30 manata özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra onlar yenə Ələsgərin üzərində şəxsi axtarış aparmış, lakin heç nə tapmayıb, onun təqdim etdiyi həmin 4 büküm heroinə baxış keçiriib, bükümləri kağız zərfə qoyaraq qablaşdırılıb götürmüşlər. Bu barədə də protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onlar Ələsgərin qeyri-rəsmi yaşadığı Şahid1 üzərində şəxsi axtarış keçirəcəkliərini deyib, ona üzərində qanunsuz saxlanılan əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. Həmin vaxtı Elbanə də əynində olan göy rəngli cins şalvarının saq qabaq cibindəki 2 ədəd “Röyal” ağrıkəsici dərmanını çıxarıb könüllü təqdim etmiş və həmin dərmanı aptekdən aldığını bildirmişdir. Bundan sonra onlar Elbanənin təqdim etdiyi həmin 2 ədəd dərmana baxış keçirib qablaşdıraraq götürüb bu barədə protokol tərtib etmişlər. Digər iştirakçılar həmin protokolu imzaladıqdan sonra onlar Cavidin də üzərində şəxsi axtarış aparıb, yaşadığı evə baxış keçirmişlər, lakin heç nə tapmayıb bu barədə ayrı-ayrılıqda protokollar tərtib edib imzalamışlar. Bundan sonra Ələsgəri, Elbanəni, Cavidi və ev sahibi Şahid3 polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini dəqiq bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis mayoru Şahid5 ifadəsindən görünür ki, o, Şahid4 göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şahid2 onun həyat yoldaşıdır, Təqsirləndirilən şəxs yoldaşı Elbanə ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 13 radələrində onların Abşeron rayonu, Xırdalan şəhəri, “Quşçuluq” yaşayış massivində yaşadıqları evə qonaq gəlmiş, bir neçə dəqiqədən sonra Abşeron RPİ-nin əməkdaşları həmin evə gələrək, Ələsgərin, Elbanənin və Cavidin üstündə narkotik vasitə olmasından şübhələndiklərini bildirib, videoçəkilişlə onların üzərində şəxsi axtarış keçirdikdən sonra evə baxış keçirmişlər. Həmin vaxtı Ələsgərin üzərindən kibrit qutusunun içərisində siqaretin gümüşü rəngli kağız parçasına bükülmüş 3 büküm, şəffaf sellofan kəsiniyinə bükülmüş 1 büküm narkotik vasitəyə bənzər kütlə aşkar edilib götürülmüş, bundan sonra polis əməkdaşları Şahid1 üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı əşya və predmet varsa könüllü təqdim etməsini təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sağ qabaq cibindəki aptekdən aldığı 2 ədəd “Röyal” ağrıkəsici dərmanını çıxarıb könüllü təqdim etmiş, bundan sonra polis əməkdaşları sonuncunun təqdim etdiyi həmin iki ədəd dərmana baxış keçirib qablaşdıraraq götürüb bu barədə protokol tərtib etmişlər. O, həmin protokolu öz imzası ilə təsdiq etdikdən sonra polis əməkdaşları Cavidin də üzərində şəxsi axtarış aparıb, yaşadığı evə baxış keçirmişlər, lakin heç nə tapmayıb bu barədə ayrı-ayrılıqda protokollar tərtib edib imzalatdırdıqdan sonra Ələsgəri onu, Cavidi və Şahid1 polis idarəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-nə gəlmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 elan olunaraq tədqiq edilmiş ifadələrindən görünür ki, onlar Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək oxşar məzmunlu ifadələr vermişlər. X6 Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə xx.xx.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə X6 Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə zamanı şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı nümayiş etdirilərək tədqiq edilmiş, iş üzrə maddi sübut 1 ədəd “DVD” formatlı diskə yazılmış videogörüntülərdə Təqsirləndirilən şəxs üzərindən bir ədəd kibrit qutusunda cəmi 4 bükümdə ümumi təmiz çəkisi 0,216 qram, narkotik vasitə olan heroini, X3 üzərindən 2 ədəd açıq qırmızı rəngli, tərkibində tramadol-hidroxlorid maddəsi olan 2 ədəd dərman tableti aşkar edilib götürülməsi və Şahid2 üzərindən və Şahid3 yaşadığı evdən isə qanunla saxanlıması qadağan olunmuş əşya və predmet aşkar edilməməsi bir daha təsdiq olunmuşdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ” barədə İ hissəsinin 49-cu bəndində heroin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən narkotik vasitə olan heroinin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/937 saylı materialların məhkəmə ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,164 qram, 0,017 qram, 0,019 qram və 0,016 qram, ümumi təmiz çəkisi 0,216 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmçininarayışdaqeydedilmişdirki, birədədkibrit qutusunda olanmaddədən 0,04qrammaddətədqiqatasərfolunmuş 0,176qramolanmaddəqalıqqalmışdır.Həmin rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 109 (yüz doqquz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzi (VÖEN **********, hesab AZ34CTRE********************). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,176qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator X1 dair xx.xx.2020-ci il tarixli 2244 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində deydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş məhkumluq haqqında xx.xx.2020-ci il tarixli arayışından (tələbnamədən), Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən və Sumqayıt şəhər Probasiya Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.3-cü maddəsi ilə qəti olaraq 02 il 06 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixində Sumqayıt şəhər Probasiya şöbəsinə tabeçiliyi müəyyən edilən Abşeron rayon İcra və Probasiya şöbəsində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən olunmur. İş materiallarında olan Abşeron RİH 4 saylı MTİİTS tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış masivi, M.İbrahimov küçəsi, 51 saylı evdə yaşayır və yaşayış üzrə müsbət xarakterizə olunur. . Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunan azadlıqdan məhrum etmə cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməli, həmin cəzaya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 04 ay 13 günü müddətə olan hissəsi 01 il 02 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş cəzaya qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmış və həmin qətimkan tədbiri məhkəmədə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2020ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan 0,176 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xirdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 06 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 04 ay 13 günü müddətə olan hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq 01 il 02 ay 06 günü azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0,176 qram narkotik vasitə heroin məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının dəyəri olan 109 (yüz doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 35 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xirdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 210 (iki yüz on) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-517/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-517/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver