Məhkəmə qərarları › İş №1(012)-518/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-518/2020

30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-518/2020 30.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Araz küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində "ev dustaqlığı" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etməklə aldadaraq xeyli miqdarda ələ keçirməklə dələduzluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qohumu Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindən 0.03 ha torpaq sahəsini 5000 manata satmasını vəd verərək inandırıb sonuncunun Türkiyə Respublikasında olmasından öz maraqları üçün istifadə edərək Zərərçəkmiş şəxs 2018-ci ilin yanvar ayında tanışı Şahid2 ilə göndərdiyi 1000 manat pulu Bakı şəhərində Şahid2lə görüşərək almış, lakin 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs Türkiyə Respublikasından qayıtdıqdan sonra həmin torpaq sahəsini bəyənmədiyini görüb dələduzluq niyyətini davam etdirərək tanışı X4 ilə əvvəlcədən razılaşdırılmış qaydada cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən Abşeron rayonu, Xırdalan şəhər bələdiyyəsinin balansında olan 0.03 ha torpaq sahəsini Zərərçəkmiş şəxs göstərərək həmin torpaq sahəsinin tanışı Ruslan İsmayılova məxsus olduğunu və həmin torpaq sahəsini ona 9000 manata satmasını vəd verərək inandırıb, sonuncudan xx.xx.2018-ci il tarixdə saat 11 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən 43 saylı natariat kontorunun qarşısında 5200 manat pulunu, sonra isə həmin torpaq sahəsinə sənəd düzəltməsini vəd verərək 2018-ci ilin mart ayının axırlarında Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Zərərçəkmiş şəxs 2000 manat, 2018-ci ilin aprel ayının ortalarında tanışı Şahid2 vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 500 manat pulunu, 2018-ci ilin aprel ayının axırlarında yenidən ondan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 300 manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 9000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Hüseyn küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun xalası qızıdır. Onunla münasibətləri həmişə bir qohum kimi normal olmuş, Zərərçəkmiş şəxs 2018 əvəllərində bacısı Yeganəyə özü torpaq sahəsi axtardığını və ev tikmək istədiyini və ona köməklik göstərmək lazım olduğunu demiş, o da İlhaməyə köməklik etmək qərarına gəlmiş, bundan sonra İlhaməyə Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsində 2 sot torpaq sahəsinin satıldığını deyərək həmin torpaq sahəsinin hər sotunun 2500 manat olduğunu bildirmiş, İlhamə isə ilkin olaraq həmin torpaq sahəsinin fotoşəkillərinə və videosuna baxdıqdan sonra razılaşmış və həmin torpaq sahəsini almaq qərarına gəlmiş, sonradan yəni təxminən bir neçə vaxtdan sonra İlhamə ona poçt vasitəsi ilə 1000 manat pul göndərmiş, o da həmin pulu Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində torpaq alqı-satqısı ilə məşğul olan adını bilmədiyi şəxsə vermiş, lakin sonradan İlhamə Türkiyə Respublikasından gəldikdən sonra həmin torpaq sahəsini bəyənməmiş və ondan həmin torpaq sahəsi üçün verdiyi 1000 manat pulu geri qaytarmağı xahiş etmiş, bundan sonra İlhamə ondan evinə yaxın, yəni Abşeron rayonu Xırdalan şəhərindən torpaq sahəsi axatıb tapmağı xahiş etmi, o da bu barədə onunla birlikdə işləyən Ruslana demiş, Ruslanda ona Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayaış massivi 119 saylı marşurut avtobusunun son dayanacağında 3 sot özünə məxsus torpaq sahəsi olduğunu və pul lazım olduğu üçün təcili həmin torpaq sahəsini 6200 manata satdığını demiş, o da sonradan bu barədə İlhaməyə demiş və o, torpaq sahəsinə baxmaq istədiyini bildirmiş, o da bundan sonra İlhamə ilə birlikdə Ruslana məxsus həmin torpaq sahəsinə baxmışlar. Həmin vaxt Ruslan da onların yanında olmuş, o, həmin vaxt Ruslana ilkin olaraq 100 manat beh, sonradan isə sənədləri hazırlamaq üçün 500 manat pul vermiş, 2018-ci ilin mart ayında yadında qalmayan tarixdə İlhamə, o və Ruslan Bakı şəhəri, Nəsimi rayonu, “Qızıl Tac” restoranının yaxınlığında görüşmüş, Nəsimi rayonunda yerləşən Notariat kantoruna gedərək orada qarşılıqlı ərizə yazaraq pulu vermələrini təsdiq etmişlər. Həmin vaxt İlhamə Ruslana verilməsi üçün ona 3000 manat pul vermiş, o da həmin pulu İlhamənin yanında Ruslana vermişdir. Notariat kontorundan çıxdıqdan sonra o, İlhaməni dayanacaqda düşürüb özünə məxsus olan “VAZ 2109” markalı avtomobili 2500 manat əvəzinə Ruslana vermişdir ki, torpağın 6200 manat pulundan çıxsın. Ümumilikdə o həmin günü Ruslana 5500 manat pul vermişdir. 100 manatı da Notariat Kantoruna vermiş, bundan bir müddət keçdikdən sonra İlhamənin həmin torpaq sahəsindən xoşu gəlməmiş və torpaq sahəsini qaytarmaq fikrinə düşmüş, ona bu barədə danışanda həmin torpaq sahəsini istəmədiyini və satmağı demiş, o da buna etiraz etmiş və ona həmin torpaq sahəsində tikinti işlərinin aparılmasına köməklik göstərə biləcəyini demiş, sonradan ona şər ataraq Ruslanla onun tanış olmasının səbəbkarı o olduğunu, pulunu ondan tələb edəcəyini demiş, sonradan İlhamənin onun barəsində Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət etdiyini eşitmişdir. Hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tam ödəməklə onunla razılıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəyən maddi ziyanı ödədiyinə, zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Xətai rayonu, Xətai prospekti, Dövlət ittihamçısı küçəsi, ev 4 ünvanında qeydiyyatda olsada, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, X. Məmmədov küçəsi, ev 4 B, mənzil 33 ünvanında yaşayır, o, Türkiyə Cumhuriyyətində aşbaz vəzifəsində işləyir, Təqsirləndirilən şəxs onun xalası Natiqə Məmmədovanın oğludur, 2018-ci il tarixdə mart ayında o, Türkiyədə olan zaman torpaq sahəsi almaq istəmiş, telefonla xalası qızı Yeganə ilə danışan zaman Yeganədən bu barədə ona köməklik etməsini xahiş etmiş, 2018-ci ilin əvəllərində Yeganə bu barədə qardaşı Ramilin ona köməklik edəcəyini demiş, o da Yeganə ilə razılaşmış, o, Türkiyədə olan zaman bir neçə dəfə Ramil ilə telefon vasitəsi ilə danışmış,. Ramillə telefonda danışarkən Ramil ona Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 3 sot torpaq sahəsini 5000 manata satıldığını demiş, o da Ramillə razılaşmış, Ramilə qohumu Sahibin vasitəsi ilə 1000 manat pul beh göndərmiş, Sahib də Ramilə 1000 manat pulu beh kimi vermiş, Ramillə telefonla danışarkən Sahibin ona 1000 manat beh verdiyini təsdiq etmişdir. Təxminən 2018-ci ilin mart ayında o, Azərbaycana gəlmiş və Ramil ilə görüşmüş, Ramildən ondan torpaq sahəsinə görə aldığı 1000 manat behə görə torpaq sahəsini ona göstərməsini xahiş etmiş,. Ramil həmin vaxt ona Türkan qəsəbəsinin uzaqda yerləşdiyini, həmin torpaq sahəsinin yaxınlığında market və bazarın olmadığını demiş, ona görə ona Abşeron rayonu, Xırdalan şəhərindən 3 sot torpaq sahəsi almağı təklif etmiş, bu zaman ona bir nəfər şəxsin təcili olaraq 6200 manata torpaq sahəsi satdığını demiş, o da Ramillə razılaşmış, Ramil ilə birlikdə həmin torpaq sahəsinə gedib baxdıqda həmin torpaq sahəsi onun xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş, bu məqsədlə o, Ramil ilə birlikdə torpaq sahəsinə baxdıqdan bir neçə gün sonra pulu verməyi qərarlaşdırmış, xx xxxx 2018-ci il tarixdə təxminən saat 11 radələrində o, Ramil ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən 43 saylı notariat kontoruna getdikdə yolda Ramil sonradan adını bildiyi X2 avtomobilə götürmüş, həmin vaxt o, Ramildən bu şəxsin kim olduğunu soruşmuş, Ramil isə ona Ruslanı torpağın sahibi kimi təqdim etmiş, bundan sonra onlar Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən 43 saylı notariat kontoruna getmiş, orada X3 notariat qaydada pul vasaitini nağd olaraq ondan almasını, həmçinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 349,6 kv.m torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi ilə bağlı ərizə yazmış və notariat qaydasında təsdiq etdikdən sonra Ruslan çıxıb getmiş, onlar isə Ramil ilə birlikdə Ramilə məxsus avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektinə gəlmiş, orada avtomobilin içərisində o, Ramilə 5200 manat pul vermiş, bundan sonra Ramil yaxın vaxtlarda torpağın sənədinin ona veriləcəyini, həmçinin pulu aparıb Ruslanın atasına verəcəyini demiş, o da 2018-ci ilin mart ayının axırlarında Tükiyə Respublikasına işləməyə getmiş, həmin vaxtı Ramil ilə danışarkən ona topağın sənədlərinin düzəlmədiyini və buna görə də 2500 manat pul lazım olduğunu demiş, o da 2000 manatı Tükiyə Respublikasına getməmişdən əvvəl Ramilə vermiş, qalan pulu isə Türkiyədə olarkən 2018-ci ilin aprel ayının ortalarında tanışı Sahib müəllimə 500 manat məbləğin aparıb Ramilə verməyi xahiş etmiş, o da həmin məbləği Ramilə çatdırmış, ümumilikdə o, torpaq sahəsinə və torpağın sənədləşməsi ilə bağlı Ramilə 9000 manat pul vermiş, 2018-ci ilin aprel ayının axırlarında o, Ramilə əlavə 300 manat pul vermiş, Ramil ona sənədlər düzəltdiyini demiş, sonradan Ramil ona Daşınmaz Əmlakın qiymətləndirmə rəyini gətirib verərək həmin sənədin torpağın sənədi olduğuna inandırmış, o da Ramilə inanmış, sonradan ona Ramilin ona satmış olduğu torpaq sahəsinin Ruslana məxsus olmadığını, Ramilgilin onu aldadaraq onun 9000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkləri məlum olmuşdur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxsla barışdığını, ziyanı ödədiyini, ondan şikayətçi olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasıında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Gədəbəy rayonu, Şəkərbəy Gödəkdərə kəndində qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 2018-ci il tarixdə o, özünə torpaq sahəsi axtarmış, bu məqədlə o, Şahməddin adlı şəxslə tanış olmuş, həmin vaxt Şahməddin adlı şəxs ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində 03 sot torpaq sahəsi olduğunu və həmin torpaq sahəsini 7000 manata satdığını, lakin torpaq sahəsinin sənədlərinin olmadığını demiş, lakin o, razılaşaraq Şahməddinə 7000 manat pul verib həmin torpaq sahəsini almış, sonradan ona həmin torpaq sahəsini Ruslan adlı şəxsin İlhamə adlı qadına satdığı məlum olmuşdur. Əlavə olaraq onun istifadəsində olan torpaq sahəsinə dair heç bir sənədi olmasa da, lakin həmin torpaq sahəsini Şahməddin adlı şəxsdən aldığını, Şahməddinin də ona torpaq sahəsinin ona məxsus olduğunu bildirdiyini və hal-hazırda həmin torpaq sahəsinin onun istifadəsində olduğunu göstərdi. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatət verərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət məsuliyyətindən azad olunması və cinayət işinə xitam verilməsi üçün onun mənimsəməkdə ittiham olunduğu 3300 manatın dövlət büdcəsinə ödənilməli olan hissəsini hesablayaraq müəyyən edilməsi və bu barədə müvafiq məlumatın verilməsini xahiş etmiş və Abşeron RM-nin xx.xx.2020-ci il tarixli qərardadına əsasən vəsatət qismən təmin edilmiş, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirlilik haqqında məsələyə qabaqcadan hüquqi qiymət verilmədən iştirakçılıqla törədilən hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təreəfindən zərərçəkmişə vurulan ziyanın məbləği 3500 manat olması nəzərə alınmış və Dövlət Büdcəsinə ödənişlə bağlı Təqsirləndirilən şəxs payı 875 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarını 880 manatını dövlət büdcəsinə ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2019cu il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, daha sonra məhkəmənin çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, o,xx.xx.2020-ci il tarixdə tutularaq həbsə alınmış, daha sonra xx.xx.2020-ci il tarixdə müdafiəçinin vəsatəti təmin edilərək Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərək həbsdən azad olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri xitam olunsun. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar