Məhkəmə qərarları › İş №1(012)-518/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-518/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-518/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, X1 iştirakı ilə, X2 X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayəti üzrə Abşeron rayon məhkəməsinə 16.09.2021-ci il tarixdə daxil olmuş ərizəsinə məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayəti ilə məhkəməyə müraciət edərək onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 ərizə ilə məhkəməyə müraciət edərək şikayətinə baxılmamasını, şikayət ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, X2 X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayəti geri qaytarılmalıdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsində. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Barəsində şikayət verilən şəxs X4 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin, 302-ci və 303-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən imtina ediisin və geri qaytarılsın. Barəsində şikayət verilən şəxs X4 məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar