Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-518/2024 16.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, Abşeron rayonu, Xırdalan şəhəri, X6 küçəsi, ev 56a, mənzil 22 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə gecə saat 23 radələrində yaşadığı ünvan 2 ünvanında hamam otağındakı təmizlik vəziyyəti ilə bağlı arvadı Zərərçəkmiş şəxs ilə ailə daxili münasibətlər zəminində yaranmış narazılıq üstündə mübahisə edib həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən sonuncunun qarın nahiyəsinə təpiklə zərbə vuraraq onu yerə yıxıb yerdə də Zərərçəkmiş şəxs qarın, sifət, baş, bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ baldır nahiyəsinin qançırı ilə müşahidə olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək verilən suallara cavab bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 3 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Buna səbəb Xəyalənin onun başqa bir qadınla münasibətinin olmasından məlumatının olmasıdır. O, 28 dekabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evə gəlmiş, hamam otağına daxil olduqda oranın natəmiz olduğunu görüb əsəbiləşmiş, əvvələr də hamam otağının natəmiz olmasına görə irad bildirdiyi üçün kobud ifadə ilə kimin hamam otağını natəmiz vəziyyətə saldığını soruşmuş, bu zaman Xəyalə öz otağından çıxıb ona, nəslinə və vəfat etmiş atasının ünvanına nalayiq ifadələr işlətmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, o, Xəyalənin otağına getmiş, otağa daxil olduqdan sonra əlləri ilə Xəyaləni itələmiş və Xəyalə yerə yıxılmış, daha sonra isə sillə ilə bir neçə dəfə Xəyalənin sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, mübahisə zamanı orada olan anası Şahid və övladı Uğur onu otaqdan çıxararaq sakitləşdirmiş, bundan sonra aralarında olan mübahisə başa çatmış, sonradan Xəyalənin onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, 28 dekabr 2023-cü il tarixdə saat 23 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı əlləri ilə Xəyaləni itələdiyini, Xəyalənin yerə yıxıldığını, daha sonra isə sillə ilə bir neçə dəfə Xəyalənin sifət və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurduğunu, aralarındakı mübahisənin təxminən 5 dəqiqə davam etməsini, həmin zaman orada anası Şahid və 2014-cü il təvəllüdlü övladı Uğur Həsənlinin olduğunu, mübahisənin yaranma səbəbinin Xəyalənin ona, nəslinə və vəfat etmiş atasının ünvanına nalayiq ifadələr işlətməsinin olduğunu, Xəyalə ilə aralarında olan mübahisənin yaşadıqları evin içərisində olduğunu, qısa müddət davam etdiyini, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını və Xəyalənin mübahisə zamanı ona müqavimət göstərmədiyini bildirmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2008-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 3 övladları vardır. Ailədaxili münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmişdir. Buna səbəb Fəridin başqa bir qadınla münasibətinin olmasıdır. 28 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Fərid yaşadıqları evə gəlib hamam otağına daxil olduqdan sonra hansı səbəbdən həmin otağın su olduğunu və təmizlənmədiyini demiş, evdə olan qayınanası Şahid Fəridə bir qədər əvvəl onun hamam otağında duş qəbul etdiyini demiş, Fərid bundan sonra ona qarşı nalayiq ifadələr işlətməyə başlamış, o, buna görə otağından çıxıb Fəridə cavab qaytarmış və yenidən öz otağına geri qayıtmış, Fərid isə otağa gələrək onunla mübahisə etməyə başlamış, mübahisə zamanı əvvəlcə təpiklə qarın nahiyəsinə zərbə vurmuş və o, yerə yıxılmış, yerə yıxıldıqdan sonra Fərid yenə də təpiklə bir neçə dəfə onun qarın və sifət nahiyəsinə zərbə vurmuş, orada olan qayınanası Gülşən və övladları Uğur Fəridi sakitləşdirib otaqdan çıxartmış, bundan sonra aralarındakı mübahisə başa çatmış, o da sonradan bu barədə şikayət etmək qərarına gəlmişdir. O, ifadəsində əlavə olaraq Fəridin 28 dekabr 2023-cü il tarixdə gecə saat 23 radələrində yaşadıqları evin içərisində mübahisə zamanı əvvəlcə təpiklə qarın nahiyəsinə zərbə vurub onu yerə yıxdığını, yerə yıxıldıqdan sonra Fəridin yenə də təpiklə bir neçə dəfə onun qarın və sifət nahiyəsinə zərbə vurduğunu, mübahisələrinin təxminən 10-15 dəqiqə davam etməsini, həmin zaman yaşadıqları evin içərisində qayınanası Şahid və 2014-cü il təvəllüdlü övladı X3 olduğunu, mübahisənin yaranma səbəbinin Fəridin ona qarşı nalayiq ifadələr işlətməsinin və onun da buna görə Fəridə cavab qaytarmasının olduğunu, mübahisə zamanı səs-küy yaranmadığını, oraya kənardan yaxınlaşan olmadığını və mübahisə zamanı Fəridi vurmadığını göstərmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, işin xitam olunmasını xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Təyin olunmuş məhkəmə-tibbi ekspertizası ilə əlaqədar "МТЕ və PA ETT Birliyi" X7 Abşeron rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 2829 nömrəli rəyindən görünür ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma ilə müşahidə olunan sağ gözün üst və alt göz qapaqlarının, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi, sağ baldır nahiyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-nin BƏSİİnin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-518/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-518/2024
16.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver