Məhkəmə qərarları › İş №1(012)-518/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-518/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-518/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Museyib oğlunun iştirakı ilə, xx xxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində Abşeron rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Aysel Abbasova adlı şəxsə məxsus səhifənin ad və şifrəsini müəyyən edib həmin səhifəyə daxil olmuş, bundan sonra həmin səhifənin dostluğunda olan Zərərçəkmiş şəxs1 “İnstagram” sosial şəbəkəsindəki "humaytağiyeva1" adlı səhifəsinin məktub qutusuna ismarış yazıb uduşlu oyun vasitəsilə pul qazanmağı təklif edərək həmin oyuna qatılmaq üçün sonuncudan yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şosesi, Çinar MTK-da yerləşən mənzilində olan zaman istifadəsində olan "xxxx" ASC-dən verilmiş 5243-7544- 1506-0738 nömrəli bank kartının rekvizitlərini almış və elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs1 dediyi təsdiqləmə kodunu yazıb həmin bank kartından 1052 manat pulu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətlə xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Fəridə Mikayılovaya məxsus səhifənin ad və şifrəsini müəyyən edib həmin səhifəyə daxil olmuş, bundan sonra həmin səhifənin dostluğunda olan Zərərçəkmiş şəxs2 “İnstagram” sosial şəbəkəsindəki “esra vaqifli” adlı səhifəsinin məktub qutusuna ismarış yazıb Kristal Abşerondan 250 manat məbləğində kiçik həcmli sosial yardım almağı təklif edərək sonuncudan yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilində olan zaman istifadəsində olan "xxxx" ASC-dən verilmiş 5239 1517 8214 7352 nömrəli bank kartının rekvizitlərini almış və elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs2 dediyi təsdiqləmə kodunu yazıb həmin bank kartından 138 manat manat pulu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Jalə adlı şəxsə məxsus “mkjalə” adlı səhifəsinin ad və şifrəsini müəyyən edib həmin səhifəyə daxil olmuş, bundan sonra həmin səhifənin dostluğunda olan Zərərçəkmiş şəxs6 “İnstagram” sosial şəbəkəsindəki səhifəsinin məktub qutusuna ismarış yazıb “COP- 29”-a görə 200 manat məbləğində sosial yardım almağı təklif edərək sonuncudan yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində olan zaman istifadəsində olan “Kapitalbank ASC”dən verilmiş 4169-7388-4702-1544 nömrəli bank kartının rekvizitlərini almış və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs6 istifadəsində olan 4169-7388- 4702-1544 nömrəli bank kartının istifadə edildiyi “Bır bank” mobil tətbiqinə giriş edərək həmin bank kartından 1250 manat pulu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı “Fidan” adlı şəxsə məxsus səhifənin ad və şifrəsini müəyyən edib həmin səhifəyə daxil olmuş, bundan sonra həmin səhifənin dostluğunda olan Zərərçəkmiş şəxs5 qızının “İnstagram” sosial şəbəkəsindəki səhifəsinin məktub qutusuna ismarış yazıb “COP-29”-a görə 200 manat məbləğində sosial yardım almağı təklif edərək sonuncudan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Boranı” restoranında olan zaman istifadəsində olan "xxxx" ASC-dən verilmiş 5167 5133 3603 7767 nömrəli bank kartının rekvizitlərini almış və elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs5 dediyi təsdiqləmə kodunu yazıb həmin bank kartından həmin gün saat 19:39-da 600 manat, saat 19:52-də isə 100 manat olmaqla ümumilikdə 700 manat pulu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 qızına həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsində tanımadığı “Miri” adlı şəxsin adına ”sahbazov.41_" adlı saxta hesab açaraq həmin hesabında dostluq siyahısında olan Zərərçəkmiş şəxs3 İnstaqram” sosial şəbəkəsindəki səhifəsinin məktub qutusuna ismarış yazıb “COP-29”-a görə 250 manat məbləğində sosial yardım almağı təklif edərək sonuncudan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti-1, ev-26, mənzil-185 ünvanında yerləşən mənzilində olan zaman istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4098 5844 6017 4269 nömrəli bank kartının rekvizitlərini almış və elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs3 pul çıxarılması bildirişi təsdiq etdikdən sonra həmin bank kartından 101 manat pulu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı “Həbibə Şahverdiyeva” adlı şəxsə məxsus səhifənin ad və şifrəsini müəyyən edib həmin səhifəyə daxil olmuş, bundan sonra həmin səhifənin dostluğunda olan Zərərçəkmiş şəxs4 İnstagram” sosial şəbəkəsindəki səhifəsinin məktub qutusuna ismarış yazıb “COP-29”-labağlı 200 manat məbləğində sosial yardım almağı təklif edərək sonuncudan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mənzildə olan zaman istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4098-5844-6252-3612 nömrəli bank kartının rekvizitlərini almış və elektron məlumat daşıyıcısından istifadə etməklə Zərərçəkmiş şəxs4 "xxxx" mobil tədbirində pul çıxarılması bildirişini təsdiq etdikdən sonra həmin bank kartından sonuncunun daha öncə ora yükləmiş olduğu 1637 manat və 500 manat olmaqla ümumilikdə 2137 manat pulunu istifadəsində olan "xxxx" tətbiqinə yükləyərək gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ona elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ildə Türkiyə Respublikasında yerləşən Fenerbahçe universitetində 1 il müddətində “komputer mühəndisliyi” ixtisası üzrə təhsil almışdır. İnternet texnologiyaları və kibernetika üzrə bir çox məlumat öyərnmişdir. Bir çox internet proqramlarını, o cümlədən xaker proqramlarını öyrənib işləyə bilmişdir. xx.xx.2024-cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Aysel Abbasova adlı şəxsə məxsus profilə aid olan login və parolunu müəyyən etmişdir. Bundan sonra həmin profilin parolunu dəyişdirərək həmin səhifəni ələ keçirmişdir. Daha sonra həmin profildəki şəxsin dostluğunda olan bir neçə nəfərə, o cümlədən əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxsə məxsus olan “humaytağiyeva” adlı instagram profilinə Aysel Abbasovanın adı ilə mesaj yazaraq “COP- 29”-a görə 200 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı da təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Humay bunun necə baş verdiyini soruşduqda Humaya 200 manat sosial yardım verildiyin bildirmişdir. Humay da razılaşmış və istifadəsində olan və "xxxx" ASC-dən verilmiş 5243- 7544-1506-0738 nömrəli bank kartının rekvizitlərini ona demişdir. O, həmin 5243-7544- 1506-0738 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra ”mpay.az” ödəniş saytı vasitəsi ilə həmin kartda olan 1052 manat pulu da çıxardıb saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Həmin şəxs aldadıldığını bildikdə şikayət edəcəyini demişdir. O, isə 670 manat pulu qaytarıb geridə qalan 382 manat pulu hal-hazırda xatırlamadığı başqa bank hesabından nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə yenə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Fəridə Mikayılova adlı şəxsə məxsus profilə aid olan hesab adı və parolunu müəyyən etmişdir. Bundan sonra həmin profilin parolunu dəyişdirərək həmin səhifəni ələ keçirmişdir. Daha sonra həmin profildəki şəxsin dostluğunda olan bir neçə nəfərə, o cümlədən əvvəllər tanımadığı, sonradan adının Zərərçəkmiş şəxs2 olduğunu bildiyi şəxsə məxsus olan instagram profilinə Fəridə Mikayılovanın adı ilə mesaj yazaraq “COP-29”-a görə 200 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Əsra bunun necə baş verdiyini soruşduqda Əsraya 200 manat sosial yardım verildiyini bildirmişdir. Əsra da razılaşmış və istifadəsində olan və "xxxx" ASC-dən verilmiş 5239 1517 8214 7352 nömrəli bank kartının rekvizitlərini ona demişdir. Bundan sonra o, 5239 1517 8214 7352 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra özünün istifadəsində olan ”mpay.az” ödəniş saytı vasitəsi ilə həmin kartda olan 140 manat pulu da çıxardıb “Fake”, yəni saxta əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Bundan sonra həmin pulları başqa hesablar vasitəsi ilə nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır. Aytacla heç bir münasibəti olmamışdır. Həmçinin Zərərçəkmiş şəxs6 rəfiqəsi Jalə adlı şəxsi də tanımamışdır. Maddi ehtiyacları olduğu üçün kiber cinayət yolu ilə pul qazanmaq istəmişdir. Həmin səbəbdən xx.xx.2024cü il tarixdə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı şəxsin “mkjalə” adlı profil istifadəçisinin həmin profilə aid olan login və parolunu müəyyən etmişdir. Bundan sonra həmin profilin parolunu dəyişdirərək həmin səhifəni ələ keçirmişdir. Daha sonra həmin profildəki şəxsin dostluğunda olan bir neçə nəfərə, o cümlədən Zərərçəkmiş şəxs6 instagram profilinə Jalənin adı ilə mesaj yazaraq “COP-29”-a görə 200 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Aytac bunun necə baş verdiyini soruşduqda Aytaca bildirmişdir ki, 200 manat sosial yardım verirlər. Həmin pulun 30 manatını da ona göndərər. Aytac da razılaşmış və istifadəsində olan və “Kapitalbank ASC”-dən verilmiş 4169-7388-4702-1544 nömrəli bank kartının rekvizitlərini ona demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs6 bank kartına pulun yüklənməsi üçün əvvəlcədən 100 manat pul göndərilməli olduğunu bildirmişdir. Aytac da razılaşmış və onun hal-hazırda xatırlamadığı saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə 100 manat pul göndərmişdir. O, 4169-7388-4702-1544 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra özünün istifadəmdə olan “Birbank” tətbiqi vasitəsi ilə həmin karta daxil olmuş və orada olan 1250 manat pulu da çıxardıb saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Bundan sonra həmin pulları başqa hesablar vasitəsi ilə nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə yenə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Fidan adlı şəxsə məxsus profilə aid olan login və parolunu müəyyən etmişdir. Bundan sonra həmin profilin parolunu dəyişdirərək həmin səhifəni ələ keçirmişdir. Daha sonra həmin profildəki şəxsin dostluğunda olan bir neçə nəfərə, o cümlədən əvvəllər tanımadığı, sonradan yəni, istintaq dövründə adının Zərərçəkmiş şəxs5 qızına məxsus olduğunu bildiyi şəxsə məxsus olan instagram profilinə Fidan adı ilə mesaj yazaraq “COP-29”-a görə 200 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Ləman bunun necə baş verdiyini soruşduqda Ləmana 200 manat sosial yardım verildiyin bildirmişdir. Ləman da razılaşmışdır və istifadəsində olan "xxxx" ASC-dən verilmiş 5167 5133 3603 7767 nömrəli bank kartının rekvizitlərini ona demişdir. Bundan sonra o, 5167 5133 3603 7767 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra özünün istifadəsində olan ”mpay.az” ödəniş saytı vasitəsi ilə həmin kartda olan 700 manat pulu da çıxardıb saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Bundan sonra həmin pulları başqa hesablar vasitəsi ilə nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə İnstagram sosial şəbəkəsində qarşısına çıxan “sahbazov.41” adlı açıq profil görmüşdür. Həmin profilə oxşar olan, yəni “sahbazov.41_” adlı profil açmış və birinci göstərdiyi şəxsin dostluğunda olanları yeni səhifədəki dostluğa əlavə etmişdir. Bundan sonra həmin şəxsin dostluğunda olan şəxslərdən birinə, əvvəllər adını tanımadığı, sonradan yəni, istintaq dövründə adının Zərərçəkmiş şəxs3 olduğunu bildiyi şəxsin instagram profilinə yazaraq “COP-29”-a görə 250 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Hikmiəli bunun necə baş verdiyini soruşduqda 250 manat sosial yardım verildiyin bildirmişdir. Hikmiəli də razılaşmış və istifadəsində olan "xxxx" ASC-dən verilmiş 4098 5844 6017 4269 nömrəli bank kartının rekvizitlərini ona demişdir. O, 4098 5844 6017 4269 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra özünün istifadəsində olan ”mpay.az” ödəniş saytı vasitəsi ilə həmin kartda olan 101 manat pulu da çıxardıb saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Bundan sonra həmin pulları başqa hesablar vasitəsi ilə nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2024-cü il tarixdə yenə “RAAT” internet proqramı vasitəsi ilə “İnstagram” sosial şəbəkəsində olan, əvvəllər tanımadığı Həbibə Şahverdiyeva adlı şəxsə məxsus profilə aid olan login və parolunu müəyyən etmişdir. Bundan sonra həmin profilin parolunu dəyişdirərək həmin səhifəni ələ keçirmişdir. Daha sonra həmin profildəki şəxsin dostluğunda olan bir neçə nəfərə, o cümlədən əvvəllər tanımadığı, sonradan yəni, istintaq dövründə adının Zərərçəkmiş şəxs4 olduğunu bildiyi şəxsə məxsus olan İnstagram profilinə Həbibə Şahverdiyeva adı ilə mesaj yazaraq “COP-29”-a görə 200 manat hədiyyə paketi qazandığını bildirib eyni hədiyyəni qazanmağı təklif etmişdir. Razı olacağı halda bank kartının rekvizitlərini ona bildirməsini istəmişdir. Ayşən bunun necə baş verdiyini soruşduqda Ayşənə 200 manat sosial yardım verildiyin bildirmişdir. Ayşən də razılaşmış və istifadəsində olan və "xxxx" ASC-dən verilmiş 4169 7388 3301 9395 nömrəli bank kartının rekvizitlərini ona demişdir. Bundan sonra o, 4169 7388 3301 9395 nömrəli bank kartının rekvizitlərini bildikdən sonra özünün istifadəsində olan ”mpay.az” ödəniş saytı vasitəsi ilə həmin kartda olan 2137 manat pulu da çıxardıb saxta yolla əldə etdiyi mobil telefon nömrəsi ilə açdığı "xxxx" tətbiqinə köçürmüşdür. Bundan sonra həmin pulları başqa hesablar vasitəsi ilə nəğdləşdirib şəxsi ehtiyaclarına xərcləmişdir. O, sözü gedən cinayətləri tək törətmişdir. Cinayət yolu ilə əldə etdiyi puldan heç kimə verməmişdir. O, “mpay.az” onlayın ödəniş saytında saxta mobil nömrə ilə hesab açmışdır. Zərərçəkmiş şəxslərin kart məlumatlarını öyrəndikdən sonra sayt üzərində balans artırma edərək həmin kart məlumatlarını daxil etmişdir. Daha sonra zərərçəkmiş şəxslərə pulun çıxarılması ilə bağlı təsdiq bildirişi və ya kod göndərilirmiş. Həmin bildiriş təsdiq edildikdən sonra və ya zərərçəkmiş şəxslər ona təsdiq kodunu dedikdən sonra o, kartdan pulları “mpay.az” saytı vasitəsilə çıxarırmış. Yalnızca Zərərçəkmiş şəxs6 kartından pulu kartın kodunu və digər məlumatları öyrənib onun kart hesabına “Birbank” tətbiqindən daxil olaraq oğurlamışdır. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəmiş və onlarla barışmışdır. Onun atası X4 Stansiyasınında baş vermiş qəzanın aradan qaldırılmasının iştirakçısıdı və 03 qrup əlildir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə İnstagram sosial şəbəkəsində rəfiqəsi Aysel Abbasovanın profilini naməlum şəxs ələ keçirmiş və bundan sonra istifadədində olan "humaytağiyeva1" səhifəsinə yazaraq müvafiq danışıqlar aparmış və danişıq nəticəsində, ona bildirmişdir ki, uduşlu oyun var və ondan kartımın məlumatlarını istəmişdir. Bundan sonra o, həmin şəxsə istifadəsində olan "xxxx" banka məxsus 5243-7544-1506-0738 nömrəli kartın 14 rəqəmini istifadə müddətini və CVC kodunu yazmışdır bundan sonra, ona bildirmişdir ki istifadəsində olan mobil nömrəsinə təsdiq kodu gələcək və onu yazsın. İstifadəsində olan ***-***-**-** nömrəyə 4 rəqəmli təsdiq kodu gəldikdən sonra həmin kodu İnstagram sosial şəbəkəsi vasitəsilə rəfiqəsinin profilini ələ keçirmiş naməlum şəxsə yazmış və bundan sonra hesabından 1052 manat pul çıxarılmışdır. O, aldadıldığını başa düşdükdə həmin şəxsə polisə müraciət edəcəyini bildirdikdən sonra həmin şəxs 670 manat pulu kart hesabına geri qaytarmışdır. Ona ümumilikdə 382 manat maddi ziyan dəymişdir. Bu barədə konkret olaraq şübhələndiyi kimsə olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-ci il tarixdə “İnstagram” sosial şəbəkəsində rəfiqəsi X2 aid olan “mikayilovaferide_” profilindən onun istifadəsində olan “esravaqifli” adlı profilinə ismarıc qutusuna yazaraq Kristal Abşerondan 250 manat məbləğində kiçik həcmli sosial yardım verildiyini, bu işi anasıgilin təşkil etdiklərini bildirib debet, ya da kredit kartının olub-olmadığını soruşmuşdur. O da istifadəsində "xxxx" ASC-dən “Birbank” kartının olduğunu demişdir. Həmin şəxs də ondan kart hesabının nömrəsini istəmişdir. O da istifadəsində olan və "xxxx" ASC-dən aldığı 5239-1517-8214-7352 nömrəli kartının rekvizitlərini bildirmişdir. Bundan sonra mobil telefonuna gələn mesajda yazılan kodu ondan soruşmuşdur. O da həmin kodu dedikdən sonra bank kartının balansında olan 138 manat məbləğində pul çıxılmışdır. O, aldanıldığını başa düşüb Fəridə Mikayılovanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etdikdə sonuncu “İnstagram” profilinin naməlum şəxs tərəfindən ələ keçirildiyini bildirmişdir. Ona ümumilikdə 138 manat maddi ziyan dəymişdir. Onu da qeyd etmişdir ki, o, həmin vaxt yaşadığı ünvan 3 ünvanında olan mənzilində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə İnstagram sosial şəbəkədə tələbə yoldaşı Jalə "mkjalə" adlı profil istifadəçisi onun istifadə etdiyi Zərərçəkmiş şəxs6 adlı profilinə sosial yardım edilməsi ilə bağlı mesaj göndərmiş və istiyirsə bank hesab kart nömrəni göndər sözlərini yazmışdır. Sonra 200 manat məbləğində pulun ona, 30 manat pulunda özünə çatacağını qeyd etmişdir. O, həmin şəxsdən bu məsələnin necə olacağını soruşmuşdur. Həmin şəxs də ona narahat olmamağı, anasıgilin yaxın adamlara sosial yardım həyata keçirdiklərini bildirmişdir. O, ilk öncə çox sevinmişdir. Bundan sonra onun özünə aid olan və "Kapitalbank ASC"-dən verilmiş 4169 7388 4702 1544 nömrəli hesab kartını həmin şəxsə göndərmişdir. Jalə adlı tələbə yoldaşı ona bank hesab nömrəsinin kodunu və tarixini göndərməyini xahiş etmişdir. O, həmin şəxsdən səbəbin soruşduqda həmin şəxs ona narahat olmamağını hər şeyin qaydasında olduğunu demişdir. O da etiraz etməyərək kart heabının rekvzitlərini demişdir. Sonra Jalənin adı ilə ona yazan şəxs bank heab nömrəsi göndərib pulun təsdiq olunması üçün 100 manat göndərməyini, həmin 100 manat pulun da ona veriləcək sosial yardımla birlikdə özünə qaytarılacağını demişlər. O da anasının **********761952 saylı bank hesabından 100 manat məbləğində pulu həmin hesaba göndərmişdir. Sonradan aldanıldığını başa düşdükdə Jalənin istifadə etdiyi mobil nömrəyə zəng edərək ondan nə məsələ olduğunu soruşmuşdur. Jalə də hesabının naməlum şəxs tərəfindən ələ keçirildiyini, eyni zamanda bütün yaxınlarından aldadılaraq kart hesablarından pul çəkildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə kart hesabından 1250 manat pul çıxarılmasını aşkar etmişdir. Bundan sonra Abşeron RPİ-nə gedərək ərizə ilə müraciət etmişdir. Ona ümumilikdə 1350 manat dəyərində maddi ziyan dəymişdir. Onu da qeyd etmişdir ki, o, həmin vaxt yaşadığı ünvan 4 ünvanında yerləşən mənzilində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 qızı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Boranı” restoranında olarkən tanışı Fidan adlı şəxsin “İnstagram” sosial şəbəkəsində “Cop29” ilə bağlı 200 manat məbləğində sosial yardım alınması barədə paylaşım görmüşdür. Daha sonra Fidanın proflindən yazan şəxs ondan kart hesbı istəmiş və o, Beynəlxalq bankdan ona verilmiş 5167-5133-3603- 7767 nömrəli kart hesabını həmin şəxsə bildirmişdir. Daha sonra həmin şəxs onun kart hesabını ələ keçirtdikdən sonra 700 manat pulunu oğurlamışdır. Daha sonra o, Fidanla əlaqə saxladıqda Fidan profilinin oğurlandığını bildirmişdir. Ona ümumilikdə 700 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Miri adlı şəxsin adına açılmış "sahbazov.41_" adlı saxta hesabdan naməlum şəxs onunla Mirinin adından əlaqə saxlayaraq bildirmişdir ki, "COP-29"la əlaqədar maddi dəstək olunur. Həmin şəxs 250 manat maddi yardım almaqda ona köməklik edə biləcəyini bildirmiş və bunun üçün ondan istifadəsində olan bank kartının hesab nömrəsini istəmişdir. O, həmin şəxsə istifadəsində olan "Leobank”-a aid 4098-5844- 6017-4269 saylı kart hesabını təqdim etmiş və bundan sonra həmin şəxs ona bankın mobil tətbiqinə daxil olaraq açılan pəncərədə olan əməliyyatı təsdiq etməyini bildirmiş və o, həmin şəxsin ona dediyi kimi əməliyyatı təsdiq etmişdir. Bundan sonra onun hesabından 101 manat çıxarılması ilə bağlı bildiriş gəlmişdir. Həmin şəxslə əlaqə saxlayaraq hesabından pul çıxarılmasını bildirdikdə ona hesabına yenidən 100 manat pul yükləməyini və pulun qaytarılacağını bildirmişdir. Lakin o, inanmayaraq Mirinin ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayıb baş vermiş hadisəni bildirmişdir. Miri isə istifadəsində olan "sahbazov.41" adlı hesabın olduğunu, onunla əlaqə saxlayan səhifənin özünə aid olmadığını, həmin saxta hesabın naməlum şəxs tərəfindən açılaraq adından tanışlarına qarşı dələduzluq olunduğunu bildirmişdir. Onu da qeyd etmişdir ki, o, həmin vaxt yaşadığı ünvan 6 ünvanında yerləşən evində olmuşdur. Ona ümumilikdə 101 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsində, iş yerində olan zaman olarkən tanışı Həbibə Şahverdiyevanın “İnstagram” sosial şəbəkəsində “Cop29” ilə bağlı 200 manat məbləğində sosial yardım olunması barədə paylaşım görmüşdür. Həmin vaxt o, işlədiyi üçün bu barədə Həbibəyə yazaraq məlumat ala bilməmişdir. Həmin gün nişanlısının yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evində olan zaman Həbibə Şahverdiyevanın adına açılmış hesaba yazmışdır. Daha sonra Həbibənin profilindən yazan şəxs ondan kart hesabı istəmiş və o, Leo bankdan nişanlısı Şahid verilmiş və onun istifadə etdiyi 4098-5844-6252-3612 nömrəli kart hesabını həmin şəxsə bildirmişdir. Daha sonra həmin şəxs onun kart hesabını ələ keçirtdikdən sonra ona 3950 manat pul qazandığını və həmin məbləği almaq üçün 500 manat pul göndərməli olduğunu bildirmişdir. O da və həmin şəxsin istəyi istifadəsində olan bank kartının balansına əlavə 500 manat pul köçürmüş və daha sonra o, kartında olan 1637 manat və sonradan balansına əlavə etdiyi 500 manat pulunun çıxarıldığın bilmişdir. Daha sonra o, Həbibə ilə əlaqə saxladıqda profilinin oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs4 ifadəsində ona ümumilikdə 2137 manat maddi ziyan dəymişdir. ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun nişanlısıdır. "xxxx" ASC-dən almış olduğu 4098-5844-6252-3612 nömrəli bank kartı onun adına olsa da, o, istifadə etməsi üçün həmin kartı Ayşənə vermişdir. Bir sözlə kartın içərisindəki pul və əməliyyatlar Ayşənə məxsus olmuşdur. xx.xx.2024-cü Ayşən işdən çıxıb onun yaşadığı ünvan 7 ünvanına gəlmişdir. Həmin vaxt o, bir qədər evdə qaldıqdan sonra çölə çıxmışdır. Çöldə olan zaman Ayşən ona zəng edərək 2137 manat pulunun oğurlandığını demişdir. O, Ayşəndən bunun necə baş verdiyini soruşduqda Ayşən ona işdə olan zaman tanışı Həbibə Şahverdiyevanın “İnstagram” sosial şəbəkəsində “Cop29” ilə bağlı 200 manat məbləğində sosial yardım olunması barədə paylaşım etdiyini, daha sonra evə gələn zaman həmin sosial yardımı almaq üçün kart məlumatlarını həmin şəxsə verdiyini və həmin şəxsin kartda olan 2137 manat pulunu ələ keçirdiyini bildirmişdir. Daha sonra onlar öyrənmişlər ki, həmin hesab Həbibənin adına naməlum şəxs tərəfindən açılmış saxta hesabdı və Ayşənin pulunu özünü tanışları kimi göstərib oğurlamışdır. Həmin 2137 manat pul ona yox Ayşənə məxsus olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 30 oktyabr 2024-cü il tarixli Tutma haqqında qərarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə 177.2.2 və 177.2.3-1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 01 noyabr 2024-cü il tarixdə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 30 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 qızı, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara dəymiş ziyan tam ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməklə aradan qaldırılması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, atası X4 Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasının iştirakçısı və 03 qrup əlil olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki,cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini, cəzasını yüngülləşdiriən halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 04 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilmişdir, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut kimi Zərərçəkmiş şəxs6 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış və fotoşəkillər, "xxxx" QSC-dən daxil olmuş çıxarış, Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış, Zərərçəkmiş şəxs2 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış, Zərərçəkmiş şəxs5 qızının təqdim etmiş olduğu fotoşəkillər və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış və Zərərçəkmiş şəxs4 təqdim etmiş olduğu fotoşəkillər cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Museyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 oktyabr 2024-cü il tarixdən 03 aprel 2025-ci il tarixədək həbsdə saxlandığı 05 ay 04 gün nəzərə alınaraq, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 01 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalında həbsdən azad edilsin. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs6 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış və fotoşəkillər, "xxxx" QSC-dən daxil olmuş çıxarış, Zərərçəkmiş şəxs1 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış, Zərərçəkmiş şəxs2 təqdim etmiş olduğu "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış, Zərərçəkmiş şəxs5 qızının təqdim etmiş olduğu fotoşəkillər və "xxxx" ASC-yə aid xx.xx.2024-cü il tarixli çıxarış və Zərərçəkmiş şəxs4 təqdim etmiş olduğu fotoşəkillər cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Museyib oğluna göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar