Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-519/2023 03.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olmaqla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə istintaqında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edərək üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda on manat müqabilində bir ədəd gümüşü folqa bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan təmiz çəkisi 0,439 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Məmmədli kəndi ərazisinə daşımış, həmin gün saat 19 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlanılıb Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan açıq yaşıl rəngli gödəkcənin sağ yan cibindən həmin bir ədəd bükümdə 0,439 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. İttihamın mahiyyəti elan edilmişdir və tam aydındır. Təxminən səkkiz aydır ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən on manat müqabilində istifadə etmək məqsədi ilə adını “kakos” olaraq bildiyi narkotik vasitə heroin almış və istifadə etmək məqsədi ilə əynində olan açıq yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Abşeron rayonu, Məmmədli kəndini ərazisində iki nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə dəvət etmişdirlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinə getmişdir. Bölmədə xidməti otaqların birində üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Əvvəlcə ona hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələrim izah olunaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub- olmaması soruşulmuşdur. O, da könüllü olaraq əynində olan açq yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən çıxardığı bir ədəd gümüşü rəngli falqa bükümdə saxladığı narkotik vasitə heroini təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olduğu soruşulduqda narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin bükümü onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. O, qeyd etmişdir ki, həmin narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində, tanımadığı şəxsdən on manat müqabilində almışdır və istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Məhkəmə istintaqında Şahid qismində dindirilmiş Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Abşeron RPİ-nin Mehdiabad PB-nə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə, Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi polis polkovnik-leytenantı Ceyhun Qasımov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa qrup rəhbəri o, qrup iştirakçısı polis kapitanı Şahid2 təyin olunmuşdur. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində onun və Şahid2 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlayaraq, şəxsiyyətini dəqiqləşdirərək Abşeron RPİ- nin Mehdiabad PB-nə dəvət etmişdirlər. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan açıq yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinə oxşar maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş toz şəkilli maddə narkotik vasitə heroindir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhər, Sabunçu rayon, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması, daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Abşeron RPİ-nin Mehdiabad PB-nə məlumat daxil olmuşdur. Məlumatın yoxlanılması məqsədi ilə, Abşeron RPİ-nin Mehdiabad PB-nin rəisi polis polkovnik-leytenantı Ceyhun Qasımov tərəfindən əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa qrup üzvü o, qrup rəhbəri polis mayoru Şahid1 təyin olunmuşdur. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə saat 17 radələrində onun və Şahid1 iştirakı ilə əməliyyat tədbiri keçirilmiş və Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlayaraq, şəxsiyyətini dəqiqləşdirərək Abşeron RPİ- nin Mehdiabad PB-nə dəvət etmişdirlər. Abşeron RPİ-nin Mehdiabad PB-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, sonra isə video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan açıq yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibində saxladığı bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinə oxşar maddəni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra həmin büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənib, üzərində qeydlər aparılmaqla imzalanıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs həmin maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda o, bildirmişdir ki, üzərində aşkar olunmuş bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş toz şəkilli maddə narkotik vasitə heroindir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhər, Sabunçu rayon, Kürdəxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş:\ Məhkəmə-kimyəvi ekspertizasının 01 mart 2023-cü il tarixli, 6/1219 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №236” dairəvi möhür əksi olan, “...şübhəli şəxs qismində Mehdiabad PB-nin polis əməkdaşları tərəfindən saxlanılmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir büküm bükülünü...Qablaşdırdı: T.Tağıyev...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz 0,439 (0,389) qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının 10 aprel 2023-cü il tarixli, 2033 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 28 fevral 2023-cü il tarixli protokoldan və məhkəmə istintaqında tədqiq edilən diskə baxış zamanı müəyyən edilmişdir ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan açıq yaşıl rəngli qış gödəkcəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Azərbaycan Respublikası DİN-nin, BƏSİİ-dən alınmış 11 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Abşeron RPİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzası xx.xx.2022-cü il tarixdə 01 il müddətinə azaldılmış, xx.xx.2022-ci il tarixdə isə başa çatmışdır. Belə olan halda Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən bir ildən daha az müddət keçdiyi üçün onun məhkumluğu ödənilməmiş hesab olunur. Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 02 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, keçirilmiş ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü Fatimə adlı 1 azyaşlı və və xx.xx.2008-ci il təvəllüdlü Əli adlı 1 yetkinlik yaşına çatmayan övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını, residiv və məhkumluğu olmasa da əvvəllər məhkum olunmasını onun şəxsiyyətini müəyyən edən hal kimi nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyindən onun barəsində seçilmiş “həbs qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəməyədək icraat dövründə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barədə olan həmin rəydəki ekspert-həkim məsləhəti sonuncunun sağlamlığının müdafiəsinə xidmət edən amildir və ona görə də təmin olunması zəruridir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübut məsələsini həll edərək hesab edir ki, iş üzrə maddi sübut, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, tədqiqata sərf edildikdən sonra qalıq 0,389 qram narkotik vasitə olan heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub, dövlət nəfinə keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış materialların məhkəmə ekspertizasının dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatlardan sonra qalıq qalan və saxlanılması üçün Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş tədqiqata sərf edildikdən sonra qalıq 0,389 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş materiallarında olan şəxsi axtarış və götürmə barədə videogörüntü olan disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti ver ilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-519/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-519/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver