Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-519/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi, ev 12-də qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yaşamış yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən yeni tikilən fərdi yaşayış evinin birinci mərtəbəsinin plastik pəncərəsini sıxıb açmaqla qanunsuz evə daxil olub həmin evin zirzəmisindən və 2-ci mərtəbəsindən 1 ədəd 90 manat dəyərində qızılı rəngli təpə duşunu, 2 ədəd 700 manat dəyərində qızılı rəngli 2 çıxışlı divariçi krantı, 2 ədəd 140 manat dəyərində qızılı rəngli tualet duşu, 1 ədəd 60 manat dəyərində qızılı rəngli əl duşunu, 1 ədəd 40 manat dəyərində qızılı rəngli krant, 1 ədəd 50 manat dəyərində qızılı rəngli 150sm duş sepini, 1 ədəd 80 manat dəyərində qızılı rəngli unitazı, 1 ədəd 70 manat dəyərində qızılı rəngli lülək ovalvari krant, 1 ədəd 40 manat dəyərində qızılı rəngli arko krantını, 1 ədəd 25 manat dəyərində qızılı rəngli duş sepini, 1 ədəd 350 manat dəyərində qızılı rəngli krantı, 2 ədəd 16 manat dəyərində arko krantı, 1 ədəd 50 manat dəyərində qızılı rəngli hamam dolabı sifonunu, 1 ədəd 40 manat dəyərində qara rəngli hamam sifonunu, 1 ədəd 130 manat dəyərində hamam dolabının yuyulma yerinin, 1 ədəd 70 manat dəyərində qızılı rəngli kağızılığı, 1 ədəd 85 manat dəyərində qızılı rəngli hamam asılqanını, 1 ədəd 350 manat dəyərində qızılı rəngli hamam quruducusunu, 2 ədəd 80 manat dəyərində qızılı rəngli hamam quruducusu vintini, 1 ədəd 250 manat dəyərində qara rəngli 2 çıxışlı divariçi krantı, 1 ədəd 60 manat dəyərində qara rəngli təpə duşunu, 1 ədəd qara rəngli 60 manat dəyərində krantı, 1 ədəd 15 manat dəyərində qara rəngli əl duşunu, 1 ədəd 15 manat dəyərində qara rəngli, 150sm duş sepini, 2 ədəd 80 manat dəyərində qara rəngli ovalvari tualet duşunu, 1 ədəd 180 manat dəyərində qara rəngli krantı, 2 ədəd 16 manat dəyərində arko krantı, 1 ədəd qara rəngli 200 manat dəyərində 1 çıxışlı divariçi krantı, 1 ədəd 55 manat dəyərində qara rəngli unitaz krantını, 1 ədəd qara rəngli 60 manat dəyərində hamam asılqanını, 1 ədəd 50 manat dəyərində qara rəngli kağızlığı, 1 ədəd 150 manat dəyərində qara rəngli hamam quruducusunu, 2 ədəd 100 manat dəyərində qara rəngli hama qurudcusu krantını, 1 ədəd 200 manat dəyərində duşu, 1 ədəd 150 manat dəyərində unitaz krantını, 1 ədəd 150 manat dəyərində duş dayağını, 1 ədəd 40 manat dəyərində unitaz krantını, 1 ədəd 10 manat dəyərində oynaqlı duş asılqanını, 1 ədəd 70 manat dəyərində krant başlığını, 1 ədəd 60 sm-lik, ağ rəngli 350 manat dəyərində hamam dolabını, 2 ədəd 24 manat dəyərində arko krantı, 1 ədəd 70 manat dəyərində hamam künclüyünü, 1 ədəd 40 manat dəyərində oval asılqanı, 1 ədəd 15 manat dəyərində kağızlığı, 1 ədəd 180 manat dəyərində unitazı, 1 ədəd 15 manat dəyərində tualet sifonunu, 1 ədəd 25 manat dəyərində su saxlayanı, 1 ədəd 23 manat dəyərində su saxlayan hamam aksesuarlarını, zirzəmidən 17 top 1191 manat dəyərində elektrik naqillərini və divara çəkilmiş 17 top 980 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 7290 manat məbləğində xeyli miqdarda ziyan vuraraq binaya qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 noyabr 2023-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə yeni inşa edilmiş fərdi yaşayış evinin plastik pəncərəsini sıxıb açmaqla içəri qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsindən 50 manat dəyərində elektrik mişarını, 1 ədədi 5,70 manat olan 20 ədəd ümumi 114 manat dəyərində elektrik avtomatlarını , 1-ci və 2-ci mərtəbələrdən 1 ədədi 11 manat olan 29 ədəd 319 manat dəyərində olan böyük ölçüdə led spot markalı elektrik lampasını, 1 ədədi 14 manat olan ümumi 140 manat dəyərində 10 ədəd kiçik ölçülü led spot elektrik lampasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 623 manat məbləğində ziyan vuraraq binaya qanunsuz daxil olmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə fərdi evdə kirayədə yaşayır. Əvvəllər cinayət məcəlləsinin oğurluq maddəsi ilə məhkum olunmuş, son vaxtlar heç bir yerdə işləmədiyi üçün maddi imkanı olmamış və buna görə Abşeron rayonu Masazır qəsəbəsində fərdi evlərdən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Masazır qəsəbəsi, yeni məhəllədə oğurluq etmək üçün ev axtarmağa başlamış və orada M.Dilbazi küçəsində yeni tikilmiş, hasara alınmamış ev olduğunu görmüşdür. Həyətə daxil olub evin plastik pəncərəsini sıxmaqla açıb evə daxil olmuş və evin zirzəmisində yığılan bir neçə top elektrik naqillərini və torbalara yığılmış hamam-tualet aksuarlarını oğurlayıb pəncərədən çıxarmışdır. Həmçinin evin divarına çəkilmiş elektrik naqillərini söküb özü ilə aparmışdır. Səhəri gün oğurladığı naqillərin rezinlərini soyub Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə metal qəbulu yerinə 70 manata satmışdır. Hamam aksesuarlarının bir hissəsini Bakı şəhəri 3-cü mikrorayon bazarında tanımadığı şəxsə 150 manata satdım, qalan aksesuarları isə həmin bazarda mağazaya 100 manata satmış, əldə etdiyi 320 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, yeni məhəllədə oğurluq etmək üçün ev axtarmışdır. Həmin vaxtı Masazır qəsəbəsi, yeni məhəllədə bir evdə heç kimin olmadığını yəqin edib, həmin evdən oğurluq etmək qərarına gəlmiş və evin plastik pəncərəsini sıxıb açmaqla evə daxil olub oradan elektrik lampaları, elektrik avtomatlarını və elektrik mişarını oğurlayıb evdən çıxarmışdır. Oğurladığı lampaları və avtomatları səhəri gün Bakı şəhəri, 3-cü mikrorayon bazarında elektrik avadanlıqları satılan mağazaya 81 manata satmış, elektrik mişarı isə işləmədiyi üçün hazırda xatırlamadığı ünvanda atmış, əldə etdiyi pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Fərdi evdən oğurladığı elektrik naqillərini və hamam aksesuarlarını satdığı şəxslərə həmin əşyların özünə məxsus olduğunu, ehtiyacı olduğu üçün satdığını bildirmiş, oğurluğu tək törətmiş, ona heç kim kömək etməmiş və oğurluq barədə heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, M.Dilbazi küçəsində fərdi yaşayış evi tikdirir. Evi tam tikdirib damını vurdurub, qapı və pəcərələrini saldırmış, hazırda evin daxilində təmir işləri gördürür. Bunun üçün tikinti materialları alıb evə yığmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evin qapısını bağlayıb getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında təmir etdirdiyi evə gəlmiş və həmin vaxtı evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb evə daxil olmuş və evdə zirzəmiyə yığdığı 1 ədəd 90 manat dəyərində qızılı rəngli təpə duşunun, 2 ədəd 700 manat dəyərində qızılı rəngli 2 çıxışlı divariçi krantın, 2 ədəd 140 manat dəyərində qızılı rəngli tualet duşunun, 1 ədəd 60 manat dəyərində qızılı rəngli əl duşunun, 1 ədəd 40 manat dəyərində qızılı rəngli krantın, 1 ədəd 50 manat dəyərində qızılı rəngli 150sm duş sepinin, 1 ədəd 80 manat dəyərində qızılı rəngli unitazın, 1 ədəd 70 manat dəyərində qızılı rəngli lülək ovalvari krantın, 1 ədəd 40 manat dəyərində qızılı rəngli arko krantının, 1 ədəd 25 manat dəyərində qızılı rəngli duş sepinin, 1 ədəd 350 manat dəyərində qızılı rəngli krantın, 2 ədəd 16 manat dəyərində arko krantın, 1 ədəd 50 manat dəyərində qızılı rəngli hamam dolabı sifonunun, 1 ədəd 40 manat dəyərində qara rəngli hamam sifonunun, 1 ədəd 130 manat dəyərində hamam dolabının yuyulma yerinin, 1 ədəd 70 manat dəyərində qızılı rəngli kağızılığın, 1 ədəd 85 manat dəyərində qızılı rəngli hamam asılqanının, 1 ədəd 350 manat dəyərində qızılı rəngli hamam quruducusunun, 2 ədəd 80 manat dəyərində qızılı rəngli hamam quruducusu vintinin, 1 ədəd 250 manat dəyərində qara rəngli 2 çıxışlı divariçi krantın, 1 ədəd 60 manat dəyərində qara rəngli təpə duşunun, 1 ədəd qara rəngli 60 manat dəyərində krantın, 1 ədəd 15 manat dəyərində qara rəngli əl duşunun, 1 ədəd 15 manat dəyərində qara rəngli, 150sm duş sepinin, 2 ədəd 80 manat dəyərində qara rəngli ovalvari tualet duşunun, 1 ədəd 180 manat dəyərində qara rəngli krantın, 2 ədəd 16 manat dəyərində arko krantın, 1 ədəd qara rəngli 200 manat dəyərində 1 çıxışlı divariçi krantın, 1 ədəd 55 manat dəyərində qara rəngli unitaz krantının, 1 ədəd qara rəngli 60 manat dəyərində hamam asılqanının, 1 ədəd 50 manat dəyərində qara rəngli kağızlığın, 1 ədəd 150 manat dəyərində qara rəngli hamam quruducusunun, 2 ədəd 100 manat dəyərində qara rəngli hamam qurudcusu krantının, 1 ədəd 200 manat dəyərində duşun, 1 ədəd 150 manat dəyərində unitaz krantının, 1 ədəd 150 manat dəyərində duş dayağının, 1 ədəd 40 manat dəyərində unitaz krantının, 1 ədəd 10 manat dəyərində oynaqlı duş asılqanının, 1 ədəd 70 manat dəyərində krant başlığının, 1 ədəd 60 sm-lik, ağ rəngli 350 manat dəyərində hamam dolabının, 2 ədəd 24 manat dəyərində arko krantın, 1 ədəd 70 manat dəyərində hamam künclüyünün, 1 ədəd 40 manat dəyərində aval asılqanın, 1 ədəd 15 manat dəyərində kağızlığın, 1 ədəd 180 manat unitazın, 1 ədəd 15 manat dəyərində tualet sifonunun, 1 ədəd 25 manat dəyərində su saxlayanın, 1 ədəd 23 manat dəyərində su saxlayan hamam aksesuarlarının, zirzəmidən 17 top 1191 manat dəyərində elektrik naqillərinin və divara çəkilmiş 17 top 980 manat dəyərində elektrik naqillərinin sökülərək oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə müraciət edib oğurluq barədə məlumat vermiş, oğurluq nəticəsində ona ümumilikdə 7290 manat ziyan dəymiş, evin divarının sökülməsi nəticəsində isə 1800 manat ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, şəhid Rafiq Dünyamalıyev küçəsində fərdi yaşayış evi tikdirmiş və halhazırda evin daxilində təmir işləri gördürür. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində həmin evə baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Masazır qəsəbəsi, şəhid R.Dünyamalıyev küçəsində təmir etdirdiyi evə getmiş və həmin vaxtı evin plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olduqda girişdə pilləkənin altında olan 1 ədəd 50 manat dəyərində elektrik mişarının (laqonda), 29 ədəd hər birinin qiyməti 10 manat olan böyük ölçülü led spot lampalarının, 10 ədəd hər birinin qiyməti 14 manat olan kiçik ölçülü led spot lampalarının və 1-ci və 2-ci mərtəbələrdə divara bərkidilmiş hər birinin dəyəri 5 manat olan 20 ədəd elektrik açarlarının oğurlandığını aşkar etmiş və bu barədə polisə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə qismən razıdır və oğurluq nəticəsində ona 623 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, “Şamaxinka” adlanan ünvanda metal qəbulu məntəqəsində işləyir. 2023-cü ilin sentyabr ayının əvvəllərində bir nəfər üzdən tanıdığı Mehman adlı şəxs işlədiyi metal qəbulu məntəqəsinə gəlib bir neçə top rezini soyulmuş elektrik naqili təqdim edib satmaq istədiyini bildirmiş və o, naqilləri tərəzidə çəkdikdən sonra 70 manat ona vermiş və həmin şəxs çıxıb getmişdir. Bundan bir neçə ay sonra polis əməkdaşları həmin Mehmanla metal qəbulu məntəqəsinə gəlib, Mehmanın satdığı elektrik naqillərinin oğurluq olduğunu bildirmiş, sonuncunun ona satdığı naqillər hazırda emala göndərilmişdir. O, əvvəllər Mehman adlı şəxsi tanımamış, Mehmandan naqilləri haradan əldə etdiyini soruşmuş vəsonuncu naqillərin özünə məxsus olduğunu və köhnə olduğu üçün rezinini soyub satdığını bildirmişdir. Mehman adlı şəxs metal qəbulu məntəqəsinə tək gəlmiş, yanında başqa heç kim olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3 ildir Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında icarə əsasında işlətdiyi mağazada santexnika mallarının satışı ilə məşğul olur. Təxminən 2023-cü ilin sentyabr ayının əvvəllərində bir nəfər üzdən tanıdığı və adını sonradan Mehman kimi tanıdğı şəxs işlədiyi mağazaya gəlib özünə məxsus olan 03 ədəd hamam krantını və 02 ədəd kiçik arko krantı satmaq istədiyini bildirmişdir. O, həmin şəxsin satmaq istədiyi mallara baxdıqdan sonra ona 140 manat pul verib almışdır. Malları aldıqdan bir həftə sonra satmış, Mehman adlı şəxsi usta kimi bazara gəlib-getdiyi üçün malları ondan sənədsiz almışdır. Göstərmişdir ki, Mehman adlı şəxsdən krantları alan zaman haradan əldə etdiyini soruşmuş və sonuncu malların özünə məxsus olduğunu bildirmiş, krantların oğurluq olduğunu polis əməkdaşları mağazaya gəldikdən sonra bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 5 ildir Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon bazarında icarə əsasında işlətdiyi mağazada elektrik mallarının satışı ilə məşğul olur. Təxminən 2023-cü ilin noyabr ayının əvvəllərində bir nəfər üzdən tanıdığı və adını sonradan Mehman kimi bildiyi şəxs işlədiyi mağazaya gəlib usta işlədiyi yerdə artıq qalan elektrik lampalarını satmaq istədiyini bildirmişdir. O, həmin Mehman adlı şəxsin satmaq istədiyi elektrik lampalarına baxmış və ona 80 manat pul verib 28 ədəd şüşə xrustal “Led spot”, 10 ədəd kiçik ölçülü metal “Spot”-ı, 10 ədəd kiçik ölçülü “Spot” lampasını almışdır. Mehman adlı şəxs usta kimi bazara gəlib-getdiyi üçün malları ondan sənədsiz almış, Mehmandan aldığı yuxarıda qeyd etdiyi elektrik mallarını istintaqa təqdim etmişdir. Mehman adlı şəxsdən qeyd edilən elektrik lampalarını alan zaman haradan əldə etdiyini soruşmuş və sonuncu usta işlədiyi yerdə artıq qalan malları götürüb satdığını bildirmiş, o, lampaların oğurluq olduğunu polis əməkdaşları mağazaya gəldikdən sonra bilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 7/2023 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, üzərində Split Ceilinq yazıları olan, 28 ədəd böyük ölçüdə let spot lampanın hər birinin dəyəri 11 manat, üzərində SMLİGHTİNG MR 16 yazıları olan 10 ədəd kiçik ölçüdə Led spot lampaların hər birinin dəyəri 1,50 manat, üzərində SİEMENS 5SL6116-6YA yazıları olan 11 ədəd elektrik açarının hər birinin dəyəri 5,70 manat müəyyən edilmişdir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, üzərində Split Ceilinq yazıları olan, 28 ədəd böyük ölçüdə Le spot lampaları, üzərində SMLİGHTİNG MR 16 yazıları olan 10 ədəd kiçik ölçüdə Led spot lampaları və üzərində SİEMENS 5SL6116-6YA yazıları olan 11 ədəd elektrik açarı maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-in 69.4-cü maddəsinə əsasən 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Abşeron rayon polis idarəsinin xx.xx.2023-cü il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadələrinin, ekspertiza rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış üzərində Split Ceilinq yazıları olan, 28 ədəd böyük ölçüdə Led spot lampaları, üzərində SMLİGHTİNG MR 16 yazıları olan 10 ədəd kiçik ölçüdə Led spot lampaları və üzərində SİEMENS 5SL6116-6YA yazıları olan 11 ədəd elektrik açarın ibtidai istintaq zamanı qanuni sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır, CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 04 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış üzərində Split Ceilinq yazıları olan, 28 ədəd böyük ölçüdə Led spot lampaları, üzərində SMLİGHTİNG MR 16 yazıları olan 10 ədəd kiçik ölçüdə Led spot lampaları və üzərində SİEMENS 5SL6116-6YA yazıları olan 11 ədəd elektrik açarın ibtidai istintaq zamanı qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-519/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-519/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver