Məhkəmə qərarları › İş №1(012)-519/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-519/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-519/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs Tadım oğlunun və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1968-ci il il tarixdə Özbəkistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Saatlı rayonu, Şirinbəy kəndində qeydiyyatda olan, Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində fərdi evdə yaşayan, barəsində xx.xx.2024-cü il tarixdə Sabunçu rayon məhkəməsinin qərarı ilə 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Tadım oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Tadım oğlu 2024-cü ilin sentyabr ayında Saatlı rayonu, Şirinbəy kəndində istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 400 manat pul müqabilində 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarına” (Siyahı İ) daxil edilmiş bir ədəd sellofan torbada 05 ədəd kibrit qutularında və 05 ədəd sellofan bükümlərdə tərkibləri eyni olan ümumilikdə 44,82 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Sabirabad rayonu ərazisində gizlətmiş, xx.xx.2024-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 idarə etdiyi avtomobillə Sabirabad rayonuna gedib qeyd edilən narkotik vasitə-qurudulmuş marixuananı götürüb Abşeron rayonu, Hökməli qəsəbəsininə daşımış, orada həmin narkotik vasitə-qurudulmuş marixuananın bir kibrit qutusunda 4,45 qramını xx.xx.2024-cü il tarixdə Şahid1 ödəməli oldğu 80 manat yol pulunun əvəzində verərək satmış, dörd ədəd kibrit qutularında və beş ədəd sellofan bükümlərdə olan narkotik vasitə -qurudulmuş marixuananı bir ədəd elektron tərəzi ilə birlikdə sellofan torbaya qoyaraq yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evin yaxınlığında gizlədərək saxlamış, Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 21:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində saxlanılıb Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilərək orada həmin gün saat 23:10-dan 23:35-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda 4,45 qram çəkidə narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə, saat 02:10 radələrində Təqsirləndirilən şəxs içində narkotik vasitə-qurudulmuş marixuana və elektron tərəzinin olduğu sellofan torbanı gizlətdiyi yerdən götürüb Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yerləşən evin qarşısındakı küçə ilə gedərkən polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Sabunçu rayon polis idarəsinin 13cü polis şöbəsinə gətirilmiş, orada həmin gün saat 04:20-dən 04:47-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əlində olan sellofan torbadan 04 ədəd kibrit qutularında- ayrı-ayrılıqda 2,66, 4,55 , 4,48 və 4,51 qram, 05 ədəd sellofan bükümlərdə- ayrı-arılıqda 4,76, 4,42, 4,86, 5,22 və 4,91 qram, cəmi 40,37 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana və bir ədəd elektron tərəzi polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Tadım oğlu ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, verilən ittihamla qismən razı olduğunu, özünün istifadəsi üçün aldığını, əməlindən peşiman olduğunu bildirib,ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs Tadım oğlu ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar bir neçə dəfə məhkum olunmuşdur. Axırıncı dəfə cəzaçəkmə müəssisəsindən 03 aprel 2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Həmin vaxtdan həbs olunduğu 16 oktyabr 2024-cü il tarixədək Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış sahəsində, nömrəsiz fərdi evdə yaşamışdır. Azadlığa buraxıldıqdan sonra el arasında “nəşə” deyilən narkotik vasitə qurudulmuş marixuana çəkməklə qəbul etmişdir. 1990-cı ildən 2000ci ilədək hazırda qeydiyyatda olduğu Saatlı rayonu, Şirinbəy kəndində anası və qardaşı ilə birlikdə yaşamışdır. Anası və qardaşı Saatlı rayonu, Şirinbəy kəndində vəfat etmiş, orada dəfn edilmişlər. Odur ki, anasının və qardaşının məzarlarını ziyarət etmək üçün arabir Saatlı rayonu, Şirinbəy kəndinə gedib, kənddə olan köhnə tanışları ilə görüşərək sonra hazırda kirayədə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsindəki evə qayıtmışdır. Ondan aşkar olunan narkotik vasitəqurudulmuş marixuananı 2024-cü ilin sentyabr ayında günorta vaxtı Saatlı rayonu, Şirinbəy kəndində tanımadığı orta yaşlı kişidən kəndin içində 400 manat pul verərək almışdır ki, narkotikə olan tələbatını ödəmək üçün tez-tez narkotik vasitə axtarmasın. Narkotik vasitə- qurudulmuş marixuana kibrit qutularında və beş ədəd sellofan bükümlərdə olmuşdur. Narkotik vasitə qurudulmuş marixuana 22 kibrit qutusunda olmuşdur. Aldığı narkotik vasitə qurudulmuş marixuananın on beş kibrit qutusunu götürüb üstündə saxlayaraq 2024-cü ilin sentyabr ayında Hökməli qəsəbəsinə gətirmişdir. Qalan 7 ədəd kibrit qutularında və beş ədəd sellofan bükümlərdə olan narkotik vasitə qurudulmuş marixuananı isə bir ədəd sellofan paketdə bükərək Sabirabad rayonunun Orta Muğanlı kəndinin ərazisindən keçən avtomobil yolunun kənarındakı kanalın qırağında böyürtkən kolunun içində gizlətdi ki, sonradan götürüb istifadə etsin. Narkotik vasitəqurudulmuş marixuanası qurtardığı üçün Sabirabad rayonu, Orta Muğanlı kəndinə gedib orada gizlətdiyi narkotik vasitəni gətirmək qərarına gəlmişdir. Lakin getmək üçün yol pulu olmamış, odur ki, əvvəllər birlikdə cəza çəkdiyi Şahid1 taksi maşını ilə Sabirabad rayonuna getmişdir. Belə ki, 14 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində Bakı şəhəri, 20 yanvar dairəsi kimi tanınan əraziyə gəlib orada tanışı, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 tapmış və ondan xahiş etmişdir ki, onu Sabirabad rayonuna aparıb, sonra Bakı şəhərinə gətirsin. İbadət yol haqqı olaraq ondan 80 manat pul istəmiş, o, həmin məbləğdə pulu ona verəcəyi ilə razılaşmışdır, pulu qayıdanbaş verəcəyini söyləmişdir. Əslində isə ona yolhaqqı olaraq vermək üçün həmin məbləğdə pulu olmamışdır. İbadətə Sabirabad rayonuna nə məqsədlə getdiyini deməmişdir. Maşını Sabirabad rayonu, Orta Muğanlı kəndində yolun kənarında saxlatdırıb bir qədər kənarda olan kolun içindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paketi götürüb gödəkçəsinin altında gizlətmiş və qayıdıb maşına oturaraq həmin gün Hökməli qəsəbəsinə gəlmişdir. Sürücü Şahid1 onun üzərində narkotik vasitə qurudulmuş marixuana olduğundan xəbəri olmamışdır. Həmin gün, saat 22:30 radələrində Hökməli qəsəbəsinə çatdıqda yolun kənarında oturub çay içmiş və söhbət edərkən İbadətə ona vermək üçün pulu olmadığını bildirmiş, ona təklif etmişdir ki, 80 manatın əvəzində ona iki kibrit qutusunda “nəşə”, yəni narkotik vasitə qurudulumuş marixuana versin. İbadət əvvəlcə etiraz etsə də, sonradan razılaşmış və ona iki kibrit qutusunda narkotik vasitəqurudulmuş marixuana 80 manatın əvəzində vermişdir. İbadətdən ayrıldıqdan sonra yaşadığı evə getmişdir. Yaşadığı evə çatmamış, evdən təxminən 150-200 metr aralıda sellofan paketdən içində narkotik vasitə qurudulmuş marixuana olan bir kibrit qutusunu götürmüş, içərisində narkotik vasitə olan sellofan paketi isə həmin yerdə daşın altına qoyaraq gizlətmişdir. Götürdüyü bir kibrit qutusundakı nəşəni çəkib qurtardıqdan sonra 16 oktyabr 2024-cü il tarixdə, gecə saat 01:50 radələrində evdən çıxıb narkotik vasitəni qoyduğu yerə getmişdir. Narkotik vasitəni götürüb evə gətidikdən sonra çəkmək istəmişdir. İçərisində narkotik vasitə olan sellofan paketi götürüb evə qayıtmaq istəyərkən 16 oktyabr 2024-cü il tarixdə, gecə saat 02:10 radələrində iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşları olaraq təqdim etmişlər. Onun kimliyini soruşub şəxsiyyətini təsdiq edən sənədlər tələb etmişlər. Bu zaman əlində olan sellofan paketdə narkotik vasitə olduğuna görə həyəcanlanmışdır. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxladığından şübhələndiklərini bildirərək onu Sabunçu rayon polis idarəsinə aparmışlar. Orada xidməti otaqların birində videoçəkiliş apaılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl vəkillə təmin olunmuş, hüquq və vəzifələri ona izah edilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə etirazı olub-olmadığı soruşulmuş, o, etirazı olmadığını bildirmişdir. Üzərində cinayət xarakterli hər hansı əşya və predmet olub-olmadığı barədə soruşulduqda o, əlində tutduğu, içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı stolun üzərinə qoyaraq təqdim etmişdir. Sellofan torbaya baxış keçirilərkən içərisindən dörd ədəd kibrit qutularında və beş ədəd sellofan bükümlərdə olan narkotik vasitə- qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, ona məxsus iki ədəd mobil telefon aşkar olunaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalar çəkilmişdir. Sorğu zamanı aşkar olunan narkotik vasitə və əşyaların ona məxsus olduğunu, narkotik vasitəni özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Narkotik vasitəni Saatlı rayonu, Şirinbəy kəndində tanımadığı şəxsdən alarkən həmin şəxs ona satdığı narkotik vasitəni həmin elektron tərəzidə çəkərək vermiş və elektron tərəzini də satdığı narkotik vasitə ilə birlikdə ona vermişdir. O da həmin elekton tərəzini narkotik vasitə olan sellofan torbada saxlamışdır. İbtidai istintaqda iş üzrə dindirilmiş Şahid1 bildirmişdir ki, iki ildən artıqdır ki, “nəşə” adı ilə tanıdığı narkotik vasitə-qurudulmuş marixua istifadəçisidir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, “20 yanvar” dairəsinin yaxınlığında taksi fəaliyyəti ilə məşğul olarkan bir nəfər şəxs ona yaxınlaşmış, Sabirabad rayonuna getmək istədiyini bildirmiş, o, gediş haqqının 80 manat olacağını demiş, həmin şəxs razılaşmışdır. Həmin şəxslə birlikdə Sabirabad rayonuna getmişlər. Sabirabad rayonunda həmin şəxs maşından düşüb onu gözləməsini xahiş etmiş, o da gözləmiş, təxminən 40- 50 dəqiqədən sonra geri dönərək Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. Abşeron rayonu, Hökməli qəsəbəsinə çatdıqda yolun kənarında olan çayxanada oturub birlikdə çay içərkən sərnişin qismində Sabirabad rayonuna apardığı həmin şəxs gediş haqqını ödəyə bilməyəcəyini söyləyib 80 manatın əvəzində iki kibrit qutusunda narkotik vasitə- qurudulmuş marixuana verə biləcəyini söyləmişdir. O, əvvəlcə sərnişin qismində olan Ənsər adlı şəxsə etiraz etsə də, sonra razıılaşmış və ondan iki kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı almışdır. Ənsərdən aldığı həmin iki kibrit qutusundakı narkotik vasitə-qurudulmuş marixuananın bir qutusunu çəkərək istifadə etmiş, bir qutusunu isə, əynində olan şalvarının sağ yan cibində qoyaraq saxlamışdır. 15 oktyabr 2024-cü il tarixdə, saat 21:45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları olaraq təqdim etmiş və şəxsiyyətini təsdiq edən sənəd soruşduqda həyəcanlanaraq qeyri adekvat cavab vaermişdir. Bu zaman polis əməkdaşları onu Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilmiş, orada üzərində şəxsi axtarış və götürmə keçirilərkən üzərində olan bir kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuananı təqdim etmiş və həmin narkotik vasitəni Abşeron rayonu, Hökməli qəsəbəsində yaşayan Ənsər adlı şəxsdfən 80 manat gediş haqqının əvəzində aldığını bildirmişdir. Ondan aşkar olunan narkotik vasitə -qurudulmuş marixuana qablaşdırılmışdır. İbtidai istyintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Sabunçu rayon polis idarəsinə Şahid1 qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatları daxil olmuş, daxil olmuş əməliyyat məlumatlarını yoxlamaq məqsədi ilə onun rəhbərliyi altında Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 21:45 radələrində şöbənin əməliyyat müvəkkili Şahid3la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən “Akkord” şirkətinin tikdiyi binaların yerləşdiyi ərazidə əməliyyat məlumatlarında göstərilən əlamətlərə uyğun şəxsi saxlamış, özlərini polis əməkdaşları olaraq təqdim etmiş, onun şəxsiyyətini müəyyən etdikdən sonra, saxlanılan Şahid1 narkotik vasitələrin saxlamasında şübhəli olduğunu bildirərək onu Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. Şahid1 etiraz etməmiş və onlarla birlikdə Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinin inzibati binasına gəlmişlər.Polis şöbəsində Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bu zaman o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə- qurudulmuş marixuana olan kibrit qutusunu və şalvarının arxa cibindən bir ədəd qara rəngli “Samsunq” markalı mobil telefonu təqdim etmiş, sorğu zamanı ondan aşkar olunmuş kibrit qutusunun içindəki kütlənin “nəşə” kimi tanınan narkotik vasitə-qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni bir gün əvvəl Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində yaşayan Ənsər adlı şəxsdən 80 manat gediş haqqının əvəzində aldığını bildirmişdir. Ondan aşkar olunan narkotik vasitə qurudulmuş marixuana bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Şahid1 aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün onun rəhbərliyi və əməliyyat müvəkkili Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və Ənsər adlı şəxsin şəxsiyyətini müəyyən etmək məqsədilə Abşeron rayonu ərazisində əməliyyat-axtarış tədbirləri davam etdirilmişdir. xx.xx.2024-cü il tarixdə, saat 02:10 radələrində şöbənin əməliyyat müvəkkili Şahid3la birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsi, “Atyalı” yaşayış massivində əməliyyat məlumatlarında göstərilən əlamətlərə uyğun şəxsi saxlamış, özlərini polis əməkdaşları olaraq təqdim etmiş, onun şəxsiyyətini müəyyən etdikdən sonra, saxlanılan Təqsirləndirilən şəxs Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinin inzibati binasına gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş apaılmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs əlində tutduğu içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torbanı stolun üzərinə qoyaraq təqdim etmiş, sellofan torbada narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmişdir . Sellofan torbaya baxış keçirilərkən içərisindən dörd ədəd kibrit qutularında və beş ədəd sellofan bükümlərdə olan narkotik vasitə- qurudulmuş marixuana, bir ədəd elektron tərəzi, ona məxsus iki ədəd mobil telefon aşkar olunaraq götürülmüş, zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalar çəkilmişdir. Aşkar olunmuş narkotik vasitə tərkibinin müəyyən edilməsi üçün ekspertizaya təqdim edilmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İstintaq zamanı, iş materiallarında olan Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılmasının video görüntülərini əks etdirən diskin yaddaşına baxış keçirilmişdir. Baxış keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur. Narkotik vasitələrin saxlanılmasında şübhəli bilinərək Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilmiş Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilən xidməti otaqda təhqiqatçı olarkan otağın qapısı açılmış və otağa üç nəfər mülki geyimli şəxslər daxil olmuşlar. Təhqiqatçı özünü təqdim edərək xidməti otağa daxil olan polis əməkdaşlarına özlərini təqdim etməsini bildirmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra gətirilmiş şəxsə özünü təqdim etməsini bildirdikdə həmin şəxs özünü Şahid1 olaraq təqdim etmişdir. Təhqiqatçı, Şahid1 gətirilmə səbəbi barədə polis əməkdaşlarına sorğu etdikdə Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı X2, Şahid1 narkotik vasitələrin saxlanılmasında şübhəli olduğu üçün gətirildiyi barədə cavab vermişdir. Təhqiqatçı, Şahid1 vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək etirazı olub-olmadığını soruşduqda Şahid1 etirazının olmadığını bildirmişdir. Bundan sonra Şahid1 üzərində hər hansı cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman İbadət Nutiyev, əynində olan boz rəngli cins şalvarının arxa cibindən bir ədəd qara rəngli “Samsunq A 52” markalı mobil telefon, sağ yan cibindən isə, bir ədəd kibrit qutusunu çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Kibrit qutusuna baxıldıqda içərisində tünd yaşıl rəngli ot şəkilli kütlə aşkar olunmuşdur. Həmin ot şəklilli kütlənin nə olması barədə sorğuya Şahid1 cavab verərək həmin kütlənin “nəşə”, yəni narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmiş və həmin narkotik vasitəni öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsində Ənsər adlı şəxsdən 80 manat borcunun əvəzində aldığını bildirmişdir. Aşkar olunmuş narkotik vasitənin olduğu kibrit qutusu bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalar çəklilmişdir. Şahid1 üzərində şəxsi axtarış aparılarkan cinayət xarakterli digər əşya və predmet aşkar olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasının video görüntülərini əks etdirən diskin yaddaşına baxış keçirilmişdir. Baxış keçirilən zaman aşağıdakılar müəyyən olunmuşdur. Narkotik vasitələrin saxlanılmasında şübhəli bilinərək Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən xidməti otaqda təhqiqatçı olarkan otağın qapısı açılmış və otağa üç nəfər mülki geyimli şəxslər daxil olmuşlar. Təhqiqatçı özünü təqdim edərək xidməti otağa daxil olan polis əməkdaşlarına özlərini təqdim etməsini bildirmiş, polis əməkdaşları özlərini təqdim etdikdən sonra gətirilmiş şəxsə özünü təqdim etməsini bildirdikdə həmin şəxs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs polisə gətirilmə səbəbi barədə polis əməkdaşlarına sorğu etdikdə Sabunçu rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 cavab verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə narkotik vasitələrin saxlanılmasında şübhəli bilindiyi üçün Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilmiş Şahid1 narkotik vasitə-qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, narkotik vasitənin mənbəyi ilə əlaqədar sorğu zamanı İbadət Qəhrəmanov ondan aşkar olunan narkotik vasitə-qurudulmuş marixuananı Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Ona görə də, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə saat 02:10 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsində yaşadığı evinin qarşısından keçən küçədə saxlanılaraq Sabunçu rayon polis idarəsinin 13-cü polis şöbəsinə gətirilmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək etirazı olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs, əlində olan rəngli sellofan paketi stolun üzərinə qoyaraq təqdim etmişdir. Sellofan paketə baxıldıqda içərisindən 04 ədəd içərisində yaşıl kütlə olan kibrit qutuları, 05 ədəd içərisində yaşıl kütlə olan sellofan bükümlər, iki ədəd mobil telefon və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Həmin ot şəklilli kütlənin nə olması barədə sorğuya Təqsirləndirilən şəxs cavab verərək həmin kütlənin “nəşə” , yəni narkotik vasitəqurudulmuş marixuana olduğunu bildirmiş və həmin narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxladığını bildirmişdir. Elektron tərəzi ilə bağlı suala narkotikin çəkisini müəyyən etmək üçün saxladığını bildirmişdir. Aşkar olunmuş içərisində narkotik vasitənin olduğu kibrit qutuları və sellofan bükümlər bir ədəd zərfə qoyularaq qablaşdırılmış və zərfin üzərində şəxsi axtarış və götürmədə iştirak edən şəxslər tərəfindən imzalar çəklilmişdir. Aşkar olunmuş iki ədəd telefon və bir ədəd tərəzinin iş materiallarına əlavə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkan cinayət xarakterli digər əşya və predmet aşkar olunmamışdır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi mənbənin və onun narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri həyata keçirilməsi və həmin tədbirlər nəticəsində əldə olunan nəticələrin istintaqa təqdim edilmsi barədə əməliyyat tapşırığı verilmişdir. Əməliyyat tapşırığına alınmış cavabdan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəqurudulmuş marixuananı əldə etdiyi mənbənin, habelə onun narkotik satışı ilə məşğul olubolmamasının müəyyən edilməsi məqsədi ilə Abşeron rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi mənbəyi müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması əməliyyat yolu ilə yoxlanılarkan onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatları daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 49-2/2-2405 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 4,45 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına təqdim olunmuş marixuananın təmiz çəkisi– 4,45 qram, tədqiqata sərf edilən kütlə -0,02 qram, qalıq qalmış marixuananın çəkisi 4,43 qram təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 49-2/2-2406 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş kağız paketdə 04 (dörd) ədəd kibrit qutularda ayrı-ayrılıqda təmiz çəkiləri 2,66 qram, 4,55 qram, 4,48 qram, 4,51 qram və 05 (beş) ədəd sellofan bükümlərdə ayrı-arılıqda təmiz çəkiləri 4,76 qram, 4,42 qram, 4,86 qram, 5,22 qram və 4,91 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi 40,37 qramdır. Vətəndaş Təqsirləndirilən şəxs aşkar olunmuş 4 ədəd kibrit qutularında və 5 ədəd sellofan bükümlərdə və vət. Şahid1 üzərindən aşkar olunmuş 01 ədəd kibrit qutusunda marixuanalar tərkiblərinə görə eynidirlər. Ekspertiza tədqiqatına təqdim olunmuş marixuananın ümumi çəkisi– 40,37 qram, tədqiqata sərf edilən kütlə -0,45 qram, qalıq qalmış marixuananın çəkisi 39,92 qramdır. Cinayət işi üzrə məhkəmə narkoloji ekspertizası təyin edilərək rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi ambulator məcburi- narkaloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 7843 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Tadım oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün verdiyi ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, onları tamamlayan videogörüntülər, aparılmış ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs Tadım oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tadım oğlunun törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs Tadım oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 237.1, 234.2, 66.3-cü maddələrinə əsasən 04 il azadlıqdan məhrumetmə cəzasına, Şamaxı rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 67.1-cü maddələrinə əsasən 02 il azadlıqdan məhrumetmə cəzasına, Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2, 237.2.2, 66.3, 67, 234.1, 67.1, 93.1.4-cü maddələrinə əsasən 09 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şamaxı rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddələrinə əsasən 05 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Odur ki, X3 hazırda əvvəllər məhkumluğu olan şəxsdir. Bundan başqa, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yardır. Bu isə CM-nin 61.1.1 maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs Tadım oğlunun şəxsiyyətini, cəzasınıağırlaşdıran halı, cəzasını yüngülləşdirən halın olmamasını, cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Tadım oğlu 16 oktyabr 2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, 17 oktyabr 2024-cü il tarixdə barəsində Sabunçu rayon Məhkəməsinin qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Tadım oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Tadım oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Tadım oğlunun cəzaçəkmənin əvvəli tutulduğu 16 oktyabr 2024cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs Tadım oğluna narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 39,92 qram marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Tadım oğlunun üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs Tadım oğlundan tutulmalıdır. Təqsirləndirilən şəxs Tadım oğlunun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçin məhkəmədə sərf olunan 30 saat üçün 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına tutulub ona verilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Tadım oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Tadım oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 16 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Tadım oğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Tadım oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış çəkisi 39,92 qram marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan olan144 (yüz qırx dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Tadım oğlundan tutulsun. Təqsirləndirilən şəxs Tadım oğlunun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçin məhkəmədə sərf olunan 30 saat üçün 330 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına tutulub ona verilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına, Abşeron rayon İcra şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar