Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-52/2021 01.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşavir Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1986-cı ildə Sabirabad rayonu, Klinovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, AAAF yaşayış kompleksində kirayə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15 radələrində kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF yaşayış kompleksində yerləşən evdə qeyri rəsmi ər arvad münasibətdə olduğu Zərərçəkmiş şəxs şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan yanan siqaret kötüyünü sonuncun əlinə basaraq sillə ilə vurub döyərək sağ said nahiyəsinin orta 1/3-nin və sol əlin arxa səthinin yanıq yarası ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2019-cu ilin may ayında Sumqayıt şəhəri 42-ci məhəllədə ev təmiri edirmiş və təmir etdiyi binanın həyətində Zərərçəkmiş şəxs ilə tanış olmuşdur, həmin vaxtdan onunla münasibəti yaranmışdır. Təxminən 1 ay Zərərçəkmiş şəxs ilə telefonla danışdıqdan sonra onun işlədiyi mənzildə onunla təbii yolla cinsi əlaqədə olmuşdur. O, Zərərçəkmiş şəxs bəkirləyini pozduqdan sonra təxminən bir ay sonra onunla ər arvad münasibətində bir yerdə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs onunla qeyri rəsmi ər münasibətində yaşadığı üçün Zərərçəkmiş şəxs valideynləri dəfələrlə polisə ondan şikayət etmişlər, lakin Zərərçəkmiş şəxs polis əməkdaşlarına və valideynlərinə öz istəyi ilə onunla yaşadığı bildirmişdir. O, Zərərçəkmiş şəxs ilə birlikdə təxminən 2 ay yarım müddətində Bakı şəhəri, Xəzər rayonu, Şahan qəsəbəsində kirayə yaşamış, bir müddət sonra isə Abşeron rayonu, «AAAF» park yaşayış kompleksində kirayə yaşamışlar. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs instaqram sosial şəbəkəsində canlı yayıma çıxmışdır və onun bu hərəkətləri onun xoşuna gəlmədiyi üçün o, Zərərçəkmiş şəxs öz iradımı bildirmiş ki, instaqram profilini bağlasın, lakin Zərərçəkmiş şəxs profilini bağlamaq istəmədiyini bildirmiş və buna görə aralarında sözlə mübahisə baş vermişdir. Zərərçəkmiş şəxs ona cavab qaytardığı üçün o, boğazından tutub sifətindən sillə vurub əlində olan siqareti onun sağ qolundan və sol əlinin üzündən basmışdır. Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən küsərək atasının evinə getmişdir. O, Zərərçəkmiş şəxs ilə kirayə yaşadığı evdə təxminən 10 dəqiqə mübahisə etdiyini, həmin vaxt ətrafda heç kimin olmadığını və sək küyə heç kimin gəlmədiyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ilin iyun ayından tanıyır. Təqsirləndirilən şəxs onun yaşadığı binada mənzil təmir etmişdir və həmin vaxtda onunla tanış olmaq istədiyini demişdir və onlar tanış olub instaqram vasitəsilə söhbət etmişlər. Tanış olduqdan bir müddət sonra Təqsirləndirilən şəxs təmir işləri gördüyü evdə öz könüllü razılığı ilə cinsi əlaqədə olmuşlar və bu səbəbdən evlənmək məqsədilə Təqsirləndirilən şəxs qoşulub Xudat rayonuna qaçmışdılar. Təxminən bir aya yaxın Təqsirləndirilən şəxs anasıgildə qaldıqdan sonra Abşeron rayonu, Xırdalan şəhərində kirayə ev tutmuşlar. O, Təqsirləndirilən şəxs qoşulub qaçdığına görə valideynləri Sumqayıt rayon Polis İdarəsinə şikayət etmişdilər və buna görə orada araşdırma aparılmış və o, özü könüllü razılığı ilə Təqsirləndirilən şəxs qoşulub qaçmağı barədə ərizə ilə müraciət etdiyi üçün araşdırma yekunlaşdırlmışdır. xx.xx.2019-cu il tarixdə saat 15 radələrində o, İntiqamla birlikdə kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində mənzildə olarkən, istifadəsində olan mobil telefonda İnstaqram sosial şəbəkəsini açmış, axşam saatlarında Təqsirləndirilən şəxs evə gələrkən görmüşdür ki, o, İnstaqram profili açmıb və ondan nə səbəbə görə icazəsiz İnstaqram profilini açdığını soruşanda o, da Təqsirləndirilən şəxs cavab olararaq əcəb elədiyini demişdir və sonra aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun boğazından tutaraq əlində olan siqaret kötüyünü onun sağ əlinə basaraq demişdir ki, sən kimdən icazə almısan və sifətinin sağ nahiyyəsindən sillə ilə vurmuşdur. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində İntiqam işə getdikdən sonra o, şəxsi əşyalarını yığıb Sumqayıt şəhərində yaşayan valideynlərinin evinə getmişdir. Sonra da Abşeron rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-ci il tarixli 2724 saylı rəyində göstərilmişdir ki, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ said nahiyəsinin orta 1/3-nin və sol əlin arxa səthinin yanıq yaraları yüksək hərarətin yerli təsirindən törənmişdir, törənmə müddətləri müayinədən bir aya qədər əvvələ uyğun gəlir, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə yanmış halda siqaretin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yeri müəyyən edilib tutularaq Abşeron rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. Həmin tarixdə cinayət işi üzrə icraat təzələnərək, cinayət işinin istintaqı tərəfimdən davam etdirilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron rayon Polis İdarəsinin MSY-dən azad olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili X2 göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardıma görə 60 manat məbləğdə pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-52/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-52/2021
01.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver