Məhkəmə qərarları › İş №1(012)-52/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-52/2022

03.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-52/2022 03.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi və vəkili X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi RPİ-də qeydiyyatda olan, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki o, Şri-Lanka Respublikasından ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış təmsilçisi (ekspeditoru) vəzifəsində işləyərkən, cəmiyyətlə aralarında bağlanmış 02.09.2019-cu il tarixli əmək və 12.09.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, satışa buraxılan məhsulu müəssisənin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdan satış məntəqələrinə vaxtlı-vaxtında çatdırmaq, təlimata əlavə olunan plan və hesablaşmalar qaydalarında tərtib edilən həcmdə mallar satmaq, kateqoriyalara bölünmüş məntəqələr üzrə getmə tezlikləri əsasında məhsulun çatdırılmasını təmin etmək, satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatlar hazırlayıb şöbənin menecerinə yazılı surətdə təqdim etmək, məhsulun düzgün qiymətləndirilməsini müəyyənləşdirmək, ona etibar edilmiş maddi sərvətlərin qeydinə qalmaq, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamaq, müəssisənin rəhbərliyinə vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat vermək, ticarət şəbəkələrində MMC-yə məxsus malların satışına nəzarət etmək, satılmış malların pullarını ticarət məntəqələrindən vaxtında alıb müəssisənin kassasına təhvil vermək, ticarət şəbəkələrində hər hansı bir obyektin işləməməsi və ya bağlanması barədə vaxtında xəbər tutmaq, orada olan satılmış malların pullarının alınmasını, satılmamış malların geri qaytarılmasını təmin etmək, ona etibar edilmiş maddi sərvətlərin, məhsulların və avadanlıqların inventarizasiyasında iştirak etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrinin ona həvalə edilməsinə baxmayaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talama məqsədilə Bakı şəhərinin Səbail və Qaradağ rayonları ərazisində fəaliyyət göstərən ticarət obyektlərinə satılması üçün 03.08.2020-ci il tarixdən 21.10.2020-ci il tarixədək olan müddət ərzində onun sifarişi ilə cəmiyyətin ünvan 1 ünvanında yerləşən hazır məhsul anbarından rəsmi sənəd olan satış fakturaları əsasında, o cümlədən 17.10.2020-ci il tarixli **********11 nömrəli satış fakturası üzrə 442.24 manat, 28.08.2020-ci il tarixli **********67 nömrəli satış fakturası üzrə 689.26 manat, 03.08.2020-ci il tarixli **********66 nömrəli satış fakturası üzrə 301.26 manat, 03.08.2020-ci il tarixli **********65 nömrəli satış fakturası üzrə 3106.4 manat, 03.08.2020-ci il tarixli **********68 nömrəli satış fakturası üzrə 1355 manat, 03.08.2020-ci il tarixli **********69 nömrəli satış fakturası üzrə 772 manat, 06.08.2020-ci il tarixli **********84 nömrəli satış fakturası üzrə 87.8 manat, 06.08.2020-ci il tarixli **********83 nömrəli satış fakturası üzrə 63.6 manat, 06.08.2020-ci il tarixli **********82 nömrəli satış fakturası üzrə 88.65 manat, 06.08.2020-ci il tarixli **********81 nömrəli satış fakturası üzrə 350.6 manat, 06.08.2020-ci il tarixli **********80 nömrəli satış fakturası üzrə 58.59 manat, 06.08.2020-ci il tarixli **********79 nömrəli satış fakturası üzrə 39.4 manat, 06.08.2020-ci il tarixli **********78 nömrəli satış fakturası üzrə 311.8 manat, 07.08.2020-ci il tarixli **********91 nömrəli satış fakturası üzrə 485.1 manat, 07.08.2020-ci il tarixli **********89 nömrəli satış fakturası üzrə 39.4 manat, 07.08.2020-ci il tarixli **********88 nömrəli satış fakturası üzrə 21.5 manat, 07.08.2020-ci il tarixli **********87 nömrəli satış fakturası üzrə 34.05 manat, 07.08.2020-ci il tarixli **********86 nömrəli satış fakturası üzrə 203.7 manat, 07.08.2020-ci il tarixli **********85 nömrəli satış fakturası üzrə 155.9 manat, 08.08.2020-ci il tarixli **********92 nömrəli satış fakturası üzrə 974.8 manat, 08.08.2020-ci il tarixli **********94 nömrəli satış fakturası üzrə 39.06 manat, 08.08.2020-ci il tarixli **********93 nömrəli satış fakturası üzrə 312.12 manat, 10.08.2020-ci il tarixli **********00 nömrəli satış fakturası üzrə 92.3 manat, 10.08.2020-ci il tarixli **********99 nömrəli satış fakturası üzrə 82.38 manat, 10.08.2020-ci il tarixli **********98 nömrəli satış fakturası üzrə 19.7 manat, 10.08.2020-ci il tarixli **********97 nömrəli satış fakturası üzrə 155.49 manat, 10.08.2020-ci il tarixli **********11 nömrəli satış fakturası üzrə 38.89 manat, 12.08.2020-ci il tarixli **********08 nömrəli satış fakturası üzrə 170.18 manat, 12.08.2020-ci il tarixli **********06 nömrəli satış fakturası üzrə 9.68 manat, 11.08.2020-ci il tarixli **********05 nömrəli satış fakturası üzrə 39.06 manat, 11.08.2020-ci il tarixli **********02 nömrəli satış fakturası üzrə 38.48 manat, 13.08.2020-ci il tarixli **********19 nömrəli satış fakturası üzrə 1552 manat, 13.08.2020-ci il tarixli **********21 nömrəli satış fakturası üzrə 291.16 manat, 13.08.2020-ci il tarixli **********18 nömrəli satış fakturası üzrə 14.52 manat, 13.08.2020-ci il tarixli **********16 nömrəli satış fakturası üzrə 19.7 manat, 14.08.2020-ci il tarixli **********35 nömrəli satış fakturası üzrə 134.4 manat, 14.08.2020-ci il tarixli **********32 nömrəli satış fakturası üzrə 57.6 manat, 14.08.2020-ci il tarixli **********30 nömrəli satış fakturası üzrə 63.77 manat, 14.08.2020-ci il tarixli **********28 nömrəli satış fakturası üzrə 215 manat, 14.08.2020-ci il tarixli **********26 nömrəli satış fakturası üzrə 643 manat, 27.08.2020-ci il tarixli **********65 nömrəli satış fakturası üzrə 338 manat, 27.08.2020-ci il tarixli **********63 nömrəli satış fakturası üzrə 1352 manat, 27.08.2020-ci il tarixli **********64 nömrəli satış fakturası üzrə 106.92 manat, 05.08.2020-ci il tarixli **********77 nömrəli satış fakturası üzrə 150.94 manat, 05.08.2020-ci il tarixli **********76 nömrəli satış fakturası üzrə 83.3 manat, 05.08.2020-ci il tarixli **********75 nömrəli satış fakturası üzrə 87.8 manat, 05.08.2020-ci il tarixli **********74 nömrəli satış fakturası üzrə 29.55 manat, 04.08.2020-ci il tarixli **********73 nömrəli satış fakturası üzrə 111.7 manat, 04.08.2020-ci il tarixli **********72 nömrəli satış fakturası üzrə 159.94 manat, 04.08.2020-ci il tarixli **********71 nömrəli satış fakturası üzrə 387.2 manat, 04.08.2020-ci il tarixli **********70 nömrəli satış fakturası üzrə 1165.2 manat, 01.10.2020-ci il tarixli **********71 nömrəli satış fakturası üzrə 9.85 manat, 01.10.2020-ci il tarixli **********70 nömrəli satış fakturası üzrə 9.85 manat, 01.10.2020-ci il tarixli **********69 nömrəli satış fakturası üzrə 29.32 manat, 01.10.2020-ci il tarixli **********68 nömrəli satış fakturası üzrə 34.22 manat, 02.10.2020-ci il tarixli **********85 nömrəli satış fakturası üzrə 49.7 manat, 02.10.2020-ci il tarixli **********80 nömrəli satış fakturası üzrə 36.7 manat, 02.10.2020-ci il tarixli **********79 nömrəli satış fakturası üzrə 18.35 manat, 02.10.2020-ci il tarixli **********75 nömrəli satış fakturası üzrə 30.41 manat, 0210.2020-ci il tarixli **********74 nömrəli satış fakturası üzrə 33.85 manat, 02.10.2020-ci il tarixli **********81 nömrəli satış fakturası üzrə 131.12 manat, 02.10.2020-ci il tarixli **********78 nömrəli satış fakturası üzrə 8.5 manat, 02.10.2020-ci il tarixli **********73 nömrəli satış fakturası üzrə 33 manat, 02.10.2020-ci il tarixli **********83 nömrəli satış fakturası üzrə 17 manat, 02.10.2020-ci il tarixli **********84 nömrəli satış fakturası üzrə 9.85 manat, 02.10.2020-ci il tarixli **********77 nömrəli satış fakturası üzrə 33 manat, 02.10.2020-ci il tarixli **********72 nömrəli satış fakturası üzrə 319.9 manat, 29.09.2020-ci il tarixli **********66 nömrəli satış fakturası üzrə 321.47 manat, 05.10.2020-ci il tarixli **********89 nömrəli satış fakturası üzrə 34.22 manat, 05.10.2020-ci il tarixli **********88 nömrəli satış fakturası üzrə 320.2 manat, 05.10.2020-ci il tarixli **********87 nömrəli satış fakturası üzrə 295.15 manat, 05.10.2020-ci il tarixli **********86 nömrəli satış fakturası üzrə 29.04 manat, 06.10.2020-ci il tarixli **********91 nömrəli satış fakturası üzrə 542.4 manat, 06.10.2020-ci il tarixli **********90 nömrəli satış fakturası üzrə 1068.3 manat, 07.10.2020-ci il tarixli **********92 nömrəli satış fakturası üzrə 34.22 manat, 08.10.2020-ci il tarixli **********99 nömrəli satış fakturası üzrə 53.7 manat, 09.10.2020-ci il tarixli **********02 nömrəli satış fakturası üzrə 24.2 manat, 09.10.2020-ci il tarixli **********02 nömrəli satış fakturası üzrə 24.2 manat, 09.10.2020-ci il tarixli **********01 nömrəli satış fakturası üzrə 157.6 manat, 04.09.2020-ci il tarixli **********91 nömrəli satış fakturası üzrə 292.1 manat, 04.09.2020-ci il tarixli **********87 nömrəli satış fakturası üzrə 136.2 manat, 08.09.2020-ci il tarixli **********05 nömrəli satış fakturası üzrə 972.4 manat, 08.09.2020-ci il tarixli **********06 nömrəli satış fakturası üzrə 197 manat, 08.09.2020-ci il tarixli **********06 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********21 nömrəli satış fakturası üzrə 967.8 manat, 09.09.2020-ci il tarixli **********10 nömrəli satış fakturası üzrə 2028 manat, 09.09.2020-ci il tarixli **********13 nömrəli satış fakturası üzrə 968.4 manat, 09.09.2020-ci il tarixli **********15 nömrəli satış fakturası üzrə 969 manat, 09.09.2020-ci il tarixli **********14 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********20 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********22 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********16 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********20 nömrəli satış fakturası üzrə 197 manat, 09.09.2020-ci il tarixli **********18 nömrəli satış fakturası üzrə 216.7 manat, 14.09.2020-ci il tarixli **********27 nömrəli satış fakturası üzrə 449.72 manat, 14.09.2020-ci il tarixli **********26 nömrəli satış fakturası üzrə 401.1 manat, 24.08.2020-ci il tarixli **********58 nömrəli satış fakturası üzrə 591 manat, 24.08.2020-ci il tarixli **********55 nömrəli satış fakturası üzrə 293.52 manat, 24.08.2020-ci il tarixli **********56 nömrəli satış fakturası üzrə 225.08 manat, 24.08.2020-ci il tarixli **********58 nömrəli satış fakturası üzrə 591 manat, 17.08.2020-ci il tarixli **********38 nömrəli satış fakturası üzrə 847.48 manat, 17.08.2020-ci il tarixli **********36 nömrəli satış fakturası üzrə 317.02 manat, 18.09.2020-ci il tarixli **********45 nömrəli satış fakturası üzrə 44.07 manat, 19.09.2020-ci il tarixli **********47 nömrəli satış fakturası üzrə 338 manat, 21.09.2020-ci il tarixli **********50 nömrəli satış fakturası üzrə 38.83 manat, 21.09.2020-ci il tarixli **********52 nömrəli satış fakturası üzrə 175.92 manat, 23.09.2020-ci il tarixli **********57 nömrəli satış fakturası üzrə 338 manat, 24.09.2020-ci il tarixli **********60 nömrəli satış fakturası üzrə 155.9 manat, 24.09.2020-ci il tarixli **********59 nömrəli satış fakturası üzrə 96.8 manat, 24.09.2020-ci il tarixli **********58 nömrəli satış fakturası üzrə 338 manat, 28.08.2020-ci il tarixli **********71 nömrəli satış fakturası üzrə 19.7 manat, 28.08.2020-ci il tarixli **********70 nömrəli satış fakturası üzrə 290.9 manat olmaqla, satış üçün tam maddi məsuliyyətinə qəbul etdiyi təhvil verilmiş ümumilikdə 34563,45 manat dəyərində müxtəlif ad, çeşid və miqdarda hazır çayı satış ərazisində yerləşən və cəmiyyətlə ticarət münasibətlərində olan ticarət obyektlərinə sаtmaqla əldə olunmuş pulun cəmi 28348,87 manatını kassa mədaxil orderləri əsasında hissə-hissə cəmiyyətin xəzinəsinə nağd olaraq mədaxil edib, qeyd olunan ticarət obyektlərinə satışdan əldə etdiyi qalan 6214,58 manat (altı min iki yüz on dörd manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə edib cəmiyyətə məxsus qeyd olunan xeyli miqdarda əmlakı mənimsəməklə talamışdır. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 02.09.2019-cu il tarixdən "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmiş. İşə girərkən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMCnin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən onlara ayrılmış avtomobilə qəbul edirlər. Hər bir ekspeditora MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmadığından satışı həyata keçirməsi üçün MMC tərəfindən ona həm avtomaşın, həm də sürücü ayrılmışdır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar satış təmsilçilərinə qaimə-faktura sənədi əsasında təhvil verilir. Qaimə-faktura sənədində malların adları, miqdarı, hər birinin ayrılıqda və ümumilikdə qiyməti qeyd olunur. MMC-nin müəyyən etdiyi qaydalara əsasən hər bir satış təmsilçisi müştəriyə satdığı mallara dair məlumatları, özündə olan terminal vasitəsi ilə MMC-yə bildirir və onun hansı marketə nə qədər mal satması MMC-nin ümumi sistemində görünür. MMC-nin yalnız bu zaman malın hansı müştəriyə satılmasından məlumatlı olur. Bu zaman satış təmsilçisi müştərinin sifarişini terminala daxil etdiyi zaman terminaldan iki nüsxədə hazır satış qaiməsi çıxır ki, qaimənin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə müştəriyə malı qəbul etməsi ilə bağlı imzaladaraq özündə saxlayır. Daha sonra satış təmsilçisi satdığı malların ödənişlərini müştərilədən yığır. Müştəri tərəfindən satış təmsilçisinə ödəniş edildikdə, satış təmsilçisi həmin ödənişlə bağlı özündəki terminala qeydiyyat aparır. Satış təmsilçisi tərəfindən müştərilərdən alınmış ödənişlər terminala yükləndiyindən MMC-nin sitemində, həmin satış təmsilçisinin gün sonunda MMC-nin kassasına hansı müştəridən nə qədər ödəniş edəcəyi görünür. Bundan sonra satış təmsilçisi müştərilərdən aldığı həmin ödənişləri kassa mədaxil orderi əsasında MMC-nin xəzinəsinə mədaxil edir. Bu zaman kassa mədaxil orderi tərtib olunur və bir nüsxəsi satış təmsilçisinə verilir. Satış təmsilçisi MMC-nin kassasına ödəniş edərkən hər bir müştəri üçün terminaldan çıxartdığı satış qaiməsini MMC-nin xəzinəsinə təhvil verir. Özü də MMCdə həmin qaydada işləmiş, yəni malı MMC-nin anbarından qaimə-faktura sənədini imzalayaq qəbul edib satışını həyata keçirmişdir. Daha sonra müştərilərdən aldığı ödənişləri özündə olan terminalda qeyd etdikdən sonra MMC-yə gəlib həmin ödənişləri kassaya mədaxil etmişdir. Satış təmsilçisi kimi vəzifələri MMC-dən qəbul etdiyi malların ona təhkim olunmuş ərazilər üzrə isti satışının həyata keçirilməsi və ödənişləri müştərilədən yığaraq MMC-nin kassasına ödənilməsindən ibarət olmuşdur. MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə ona əvvəlcə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları ərazilərində olan ticarət obyektləri təhkim olunsa da, təhvil-təslim aparılmış və ona Qaradağ və Səbail rayonları ərazisindəki ticarət obyektləri təhkim olunmuşdur. Lakin həmin təhvil təslimdən bir neçə gün sonra MMC-nin rəhbərliyi ilə arasında mübahisə olduğundan işə gəlmədiyi üçün Səbail rayonu ərazisindəki ticarət obyeklərinə mal satmamışdır. Bu zaman onun və digər ekspeditorların iştirakları ilə təhvil təslim aparılmış və bu barədə müvafiq akt tərtib olunmaqla, akt onun və digər ekspeditorlar tərəfindən imzalanmışdır. Həqiqətən də 09.10.2020-ci il tarixdə, mal satdığı mağazalardan Binəqədi rayonundakı “Qız qalası” adlı ərzaq mağazasından 566,97 manat, “Qədim Şamaxı” adlı ərzaq mağazasından 187 manat, Sulutəpə qəsəbəsindəki “Bal market” adlı ərzaq mağazasından 100 manat və Biləcəri qəsəbəsində yerləşən “Elçin market” adlı ərzaq mağazasından isə 21,78 manat məbləğində satış pulu almış və həmin məbləğləri özündə olan terminala işləməklə, ödənişləri müştərilərdən almağı barədə MMC-yə məlumat vermişdir. Lakin sonradan həmin ödənişlərdən yalnız 21,78 manatını MMC-nin xəzinəsinə mədaxil etmişdir, 853,97 manat məbləği isə özünə götürmüşdür. Həmin məbləği MMC-nin xəzinəsinə mədaxil etməməsinə səbəb MMC-nin ona olan ümumilikdə 4500 manat borcu olmuşdur. Həmin 4500 manat borcun yaranmasına səbəb MMC-nin 2020-ci ilin mart ayından etibarən ona satdığı mallar görə faiz məbləğini verməməsi və hər dəfəsində yeni mağaza ilə əməkdaşlıq etdikdə, MMC tərəfindən mağazaya giriş pulunun verilməməsi ilə bağlıdır. Satdığı bütün mallar barədə MMC-yə məlumat vermiş, yəni satdığı mallara dair hər bir halda özündə olan terminalda qeydiyyat aparmışdır. Hazırda, ona ayrılmış avtomaşında nə qədər mal qalmasını dəqiq xatırlamasa da, avtomaşında olan malda əksiklik yaranmasına inanmır. MMC-nin sistemində "xxxx" adlı müştəri yoxdur, elə bir müştəri ilə işləməmişdir, "xxxx" adlı müştəriyə mal satmamışdır. Həmin müştəri ilə fərqin haradan yaranması barədə məlumatı yoxdur. “Elman market” adlı müştəri ilə yaranmış 20 manatlıq fərqlə, “Halal market” adlı müştəri ilə yaranmış 100 manatlıq fərqlə, “Nuray market” adlı müştəri ilə yaranmış 30,42 manatlıq fərqlə, “Onur market” adlı müştəri ilə yaranmış 56,55 manatlıq fərqlə, “Qobustan market” adlı müştəri ilə yaranmış 37,89 manatlıq fərqlə, “TS Coşğun market” adlı müştəri ilə yaranmış 717,03 manatlıq fərqlə, “Tur market” adlı müştəri ilə yaranmış 400,06 manatlıq fərqlə bağlı bildirmişdir ki, həmin məbləğləri müştərilərdən alsa da, MMC-nin xəzinəsinə mədaxil etməmiş, buna səbəb MMC-nin ona olan yuxarıda qeyd etdiyi borclarının olması olmuşdur. Həmin borcları hesablayaraq qeyd olunan marketlərdən və izahatında adlarını çəkdiyi üç müştəridən aldığı ödənişləri MMC-nin xəzinəsinə mədaxil etməyərək, MMC-nin ona olan borcuna hesablamışdır. Bundan başqa, "xxxx" ilə yaranmış 229,07 manat fərqlə bağlı bildirmişdir ki, həmin malı o, MMC-nin sisteminə öz adına vurmuş və ondan aldığı 229,07 manat satış pulunu MMC-nin xəzinəsinə ödəməmişdir. "xxxx" adlı müştəri ilə yaranmış 2705,6 manat fərqlə bağlı bildirmişdir ki, həmin fərq 2705,6 manat deyil, 2570 manat olmuşdur. Həmin malı o, MMC-nin sisteminə bölgə müdiri Fədainin adına vurmuş, Cəfər adlı səyyar satıcıya satmışdır. Cəfər isə 2570 manatı mənə ödəsə də, MMC-nin kassasına mədaxil etməmişdir. "xxxx" adlı müştəri ilə yaranmış 42,44 manatlıq fərqlə, “Mürsəl market” adlı müştəri ilə yaranmış 70,09 manat, “Saleh market” adlı müştəri ilə yaranmış 55,73 manat, "xxxx" adlı müştəri ilə yaranmış 18,02 manatlıq fərqlər isə MMC ilə həmin müştərilər arasında olan faiz probleminə görə yaranmışdır. Çünki MMC tərəfindən tətbiq edilən kompaniyalar daxilində müştərilər üçün nəzərdə tutulmuş faizlər hesablanmadığından həmin müştərilər buna etiraz etmiş və özləri üçün nəzərdə tutulmuş faizləri çıxdıqdan sonra qalan məbləği ona ödəmişlər. MMC isə həmin faizləri nəzərə almadığında həmin müştərilər ilə qeyd olunan fərqlər yaranmışdır. Həmin müştərilərdən aldığı bütün ödənişləri hər bir halda MMC-nin kassasına ödəmişdir. “Uluxanlı market” adlı müştəri ilə yaranmış 20 manat və “Alo market” adlı müştəri ilə yaranmış 90,20 manat fərqlə bağlı bildirmişdir ki, həmin mağazalrdan aldığı bütün ödənişləri MMC-nin kassasına ödəmiş, həmin marketlərlə hansı səbəbdən fərq yaranması barədə məlumatı yoxdur. O, MMC-dən hər hansı məbləğdə pul mənimsəmədiyini, sadəcə izahatında qeyd etdiyi müştərilərdən aldığı ümumilikdə 4500 manat satış pulunu, MMC-nin ona borcu olduğu üçün kassaya ödəməyərək, MMC ilə özlüyündə hesablaşmışdığını bildirmişdir. Həmin 4500 manat borcun 2500 manatının yaranmasına səbəb MMC-nin 2020-ci ilin mart ayından etibarən ona satdığı mallara görə faiz məbləğini verməməsi, 2000 manatının yaranmasına səbəb isə yeni mağazalarla əməkdaşlıq etdikdə, MMC tərəfindən mağazaya giriş pulunun ona verilməməsi ilə bağlıdır. Çünki "xxxx" çaylarını hər dəfə yeni bir mağazaya satdıqda, yəni MMC-nin sisteminə hər dəfə yeni bir mağaza daxil etdikdə, MMC tərəfindən satış təmsilçilərinə “giriş pulu” verilmişdir. Ona isə 2020-ci ilin mart ayından etibarən giriş pulu verilməmişdir. ona görə də hesab edir ki, ittihamda qeyd olunan məbləğ düzgün hesablanmamış, borclu olan mağazalar nəzərə alınmamışdır. Məhkəmə mühasibat ekspertizasının rəyi ilə qismən razıdır. "xxxx" MMC-yə dəymiş ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmandır.yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi qismində Nümayəndə ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisidir. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2019-cu il sentyabrın 2-dən "xxxx" MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. İşə götürülərkən Təqsirləndirilən şəxslə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMC-nin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən onlara ayrılmış avtomobilə qəbul edirlər. Hər bir ekspeditora MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmayan satış təmsilçislərinə isə MMC tərəfindən sürücü də ayrılır. Təqsirləndirilən şəxs də həmçinin MMC tərəfindən sürücü ayrılmışdır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar ekspeditora qaimə-faktura sənədi əsasında təhvil verilir. Qaimə-faktura sənədində malların adları və miqdarı göstərilir, hər birinin ayrılıqda və ümumilikdə qiyməti qeyd olunmur. Təqsirləndirilən şəxs isti satış həyata keçirdiyindən o, əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək məlumatları MMC-nin anbarına ötürməmiş, yalnız MMC-nin anbarından malları götürdükdən sonra yerindəcə müştərilərə satışını həyata keçirmişdir. Yəni o, malı MMC-nin anbarından götürdükdən sonra satışını həyata keçirir, əvvəlcədə müştərilərdən sifariş götürməklə satış həyata keçirmir. Bu zaman satış təmsilçisi hər bir müştəriyə satdığı mallara dair məlumatları, özündə olan terminal vasitəsi ilə MMC-yə bildirir və onun hansı marketə nə qədər mal satması MMC-nin ümumi sistemində görünür. MMC yalnız bu zaman malın hansı müştəriyə satılmasından məlumatlı olur. Bu zaman satış təmsilçisi müştərinin sifarişini terminala qeyd etdiyi zaman terminaldan iki nüsxəsə hazır satış qaiməsi çıxır ki, qaimənin bir surətini müştəriyə verir, digər surətini isə müştəriyə malı qəbul etməsi ilə bağlı imzaladaraq özündə saxlayır. Daha sonra satış təmsilçisi satdığı malların ödənişlərini müştərilədən yığır. Müştəri tərəfindən satış təmsilçisinə ödəniş edildikdə, satış təmsilçisi həmin ödənişlə bağlı özündəki terminala qeydiyyat aparır və terminaldan çıxmış ödəniş çekinin bir nüsxəsini imzalayaq müştəriyə təqdim edir, digər nüsxəsini isə özündə saxlayır. Satış təmsilçisi tərəfindən müştərilədən alınmış ödənişlər terminala yükləndiyindən sonra həmin satış təmsilçisi günün sonunda MMC-nin kassasına hansı müştəridən nə qədər ödəniş edəcəyi görünür. Bundan sonra satış təmsilçisi müştərilərdən aldığı həmin ödənişləri kassa mədaxil orderi əsasında MMC-nin xəzinəsinə mədaxil edir. Bu zaman kassa mədaxil orderi tərtib olunur və bir nüsxəsi satış təmsilçisinə verilir. Satış təmsilçisi MMC-nin kassasına ödəniş edərkən hər bir müştəri üçün terminaldan çıxartdığı satış qaiməsini və ödəniş çekini MMC-nin xəzinəsinə təhvil verir. Baş direktor olmaqla yanaşı, MMC-də həmçinin kassir vəzifəsinidə icra edir, yəni ekspeditorlardan kassaya mədaxil edilən bütün ödənişləri özü qəbul edir. Satış təmsilçisi kimi Təqsirləndirilən şəxs vəzifələri MMC-dən qəbul etdiyi malların ona təhkim olunmuş ərazilər üzrə isti satışının həyata keçirilməsi və ödənişlərin müştərilədən yığılaraq MMC-nin kassasına ödənilməsindən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə ona əvvəlcə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları təhkim olunsa da, sonradan ona Qaradağ və Səbail rayonları ərazisindəki marketlər təhkim olunmuşdur. Bu zaman onun və digər ekspeditorların iştirakları ilə təhvil təslim aparılmış və bu barədə müvafiq akt tərtib olunmaqla, Təqsirləndirilən şəxs və digər ekspeditorlar tərəfindən imzalanmışdır. 2020-ci ilin oktyabr ayında aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı marketlərdən olan Binəqədi rayonundakı “Qız qalası” adlı ərzaq mağazasının adına 566,97 manat, “Qədim Şamaxı” adlı ərzaq mağazasının adına 187 manat, Sulutəpə qəsəbəsindəki “Bal market” adlı ərzaq mağazasının adına 100 manat və Biləcəri qəsəbəsində yerləşən “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat məbləğində ödəniş edilməsi ilə bağlı özündə olan terminal vasitəsi ilə 2020-ci il oktyabrın 09-da MMC-nin sisteminə məlumat ötürmüş, lakin həmin məbləğlərdən MMC-nin kassasına yalnız oktyabrın 09-da “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat ödəniş etmişdir. Həmin ödənişi özü qəbul etmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin dörd müştəridən oktyabrın 09-da müştərilərdən aldığı ümumilikdə 875,75 manat satış pulunun, 853,97 manatını MMC-nin kassasına mədaxil etməyərək mənimsəmişdir. O, qeyd olunan üç müştəridən aldığı ümumilikdə 853,97 manat satış pulunu müştəridən alması barədə özündə olan terminal vasitəsi ilə MMC-yə məlumat versə də, həmin məbləği kassaya mədaxil etməmişdir. İqbalın həmin üç müştəridən aldığı satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməməsinə baxmayaraq, pulu alması barədə məlumatı MMC-nin sisteminə ötürməsinə səbəb, növbəti günlərdə MMC-nin auditi tərəfindən onun satış fəaliyyəti yoxlanılarkən ərazidə olan qalıq məbləğlə, müştərilərdən aldığı məbləğin üst-üstə düşməsi, yəni bir birini tamamlaması görüntüsü yaratmaq məqsədi daşımışdır. Qeyd etdiyim hal aşkar olunduqdan sonra mən Təqsirləndirilən şəxs qəbul etdim və o, həmin məbləği müştərilərdən almasına baxmayaraq, MMC-nin kassasına ödəmədiyini, ehtiyacı olduğu üçün şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və bir neçə gün ərzində MMC-nin xəzinəsinə ödəyəcəyini söz vermişdir. Bundan sonra İqbal həmin məbləği ödəmədiyi üçün onun barəsində MMC-nin auditoru Şahid2 tərəfindən daxili təftiş aparıldı, onun mal satdığı mağazalara gedilərək üzləşdirmələr keçirildi, ona ayrılmış avtomaşında olan mallara görə sayım aparıldı. Daxili təftiş zamanı iştirak etməsi üçün İqbala məlumat verilsə də, sonuncu iştirakdan yayınıb gəlməyəcəyini bildirdi. Bundan başqa MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçisi müştərilədən geri qaytarılmış malları MMC-nin anbarına qaytarmır və əgər həmin mal istifadəyə yaralıdırsa onu öz anbarına qəbul edir, yəni ona ayrılmış avtomaşında saxlayır ki, başqa bir müştəriyə sata bilsin. Ay ərzində 2-3 dəfə isə anbar müdiri, satış təmsilçisi və sürücünü iştirakı ilə anbar sayımı, yəni satış təmslçisinə ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirilir. 20.10.2020-ci il tarixdə Eminin anbarında, yəni ona ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirildi. İqbalın MMC-nin anbarından qəbul etdiyi mallarla satdığı malların fərqi hesablandıqda, ona ayrılmış avtomaşında 9097,25 manat mal olması müəyyən olunduğu halda, sayım zamanı avtomaşında cəmi 8171,86 manat dəyərində mal aşkar olundu. Mal sayımı zamanı Təqsirləndirilən şəxs 925,39 manat məbləğində malı müştərilərə satdığı, əldə olunmuş ödənişi MMC-nin kassasına mədaxil etməməsi aşkar olundu. Həmçinin daxili təftiş zamanı aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı müştərilərdən aldığı ödənişlərdən ümumilikdə 4847,30 manatını MMC-nin kassasına ödəməmişdir. Təftiş zamanı müəyyən olunmuşdur ki, 2020-ci il oktyabrın 17-nə Təqsirləndirilən şəxs öhdəliyində 25.466,20 manat dəyərində mal qalığı qalmış, həmin mal qalığının 20.618,9 manalıq hissəsi satış nöqtələrində olan faktiki mal qalığı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs daimi mal satdığı müştərilədən savayı, "xxxx" adlı müştərinin adına müxtəlif vaxtlarda ümumilikdə 2.705,60 manatlıq mal satmışdır. Təftiş zamanı məlum olmuşdur ki, o, MMCyə sistemində "xxxx" adlı müştərinin adına satdığını göstərdiyi malları, MMC ilə əməkdaşlıq edən Cəfər adlı şəxsə satmış və satışdan əldə etdiyi 2.705,60 manatı MMCnin kassasına mədaxil etməmişdir. Bu faktı Cəfərin özü də təsdiq etmişdir. Yəni o, terminalda “X6” adlı müştərinin adını dəyişərək "xxxx" etmişdir. Fədai isə İqbalın bölgə müdiri olmuşdur. İqbal həmçinin "xxxx" adlı xəyalı market yaradaraq, həmin mağazanın adına MMC-nin anbarından çıxartdığı mallardan 254.2 manat dəyərində mal satdığı göstərsə də, daxili təftiş zamanı müəyyən olunmuşdur ki, belə bir market yoxdur, İqbal "xxxx" adlı müştəri olmamasına baxmayaraq, onun adını sitemə işləyərək, həmin müştəriyə mal satması görüntüsünü yaratmışdır. Bundan savayı, Təqsirləndirilən şəxs "xxxx" adlı ərzaq mağazasına çox gümanki özündən artıq güzəşt tətbiq etmiş, halbuki, MMC tərəfindən "xxxx" adlı ərzaq mağazasına cəmi 8 faiz güzəşt nəzərdə tutulmuşdur. Həmin güzəşt isə satış təmsilçisi tərəfindən deyil, MMC tərəfindən, yəni mənim tərəfimdən müəyyən olunur. İlkin təftiş zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə 6.626,66 manat satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməyərək mənimsəmişdir. Lakin hazırda həmin məbləğin bir hissəsi mağazalar tərəfindən ödənildiyindən, mənimsəmə məbləğinin az olması müəyyən edilir. Hazırda heç bir şikayət və tələbləri yoxdur. Dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2019-cu il sentyabrın 2dən "xxxx" MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. İşə götürülərkən Təqsirləndirilən şəxslə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMC-nin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən onlara ayrılmış avtomobilə qəbul edirlər. Hər bir ekspeditora MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmayan satış təmsilçislərinə isə MMC tərəfindən sürücü də ayrılır. Təqsirləndirilən şəxs də həmçinin MMC tərəfindən sürücü ayrılmışdır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar ekspeditora qaimə-faktura sənədi əsasında təhvil verilir. Qaimə-faktura sənədində malların adları və miqdarı göstərilir, hər birinin ayrılıqda və ümumilikdə qiyməti qeyd olunmur. Təqsirləndirilən şəxs isti satış həyata keçirdiyindən o, əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək məlumatları MMC-nin anbarına ötürməmiş, yalnız MMC-nin anbarından malları götürdükdən sonra yerindəcə müştərilərə satışını həyata keçirmişdir. Yəni o, malı MMC-nin anbarından götürdükdən sonra satışını həyata keçirir, əvvəlcədə müştərilərdən sifariş götürməklə satış həyata keçirmir. Bu zaman satış təmsilçisi hər bir müştəriyə satdığı mallara dair məlumatları, özündə olan terminal vasitəsi ilə MMC-yə bildirir və onun hansı marketə nə qədər mal satması MMC-nin ümumi sistemində görünür. MMC yalnız bu zaman malın hansı müştəriyə satılmasından məlumatlı olur. Bu zaman satış təmsilçisi müştərinin sifarişini terminala qeyd etdiyi zaman terminaldan iki nüsxəsə hazır satış qaiməsi çıxır ki, qaimənin bir surətini müştəriyə verir, digər surətini isə müştəriyə malı qəbul etməsi ilə bağlı imzaladaraq özündə saxlayır. Daha sonra satış təmsilçisi satdığı malların ödənişlərini müştərilədən yığır. Müştəri tərəfindən satış təmsilçisinə ödəniş edildikdə, satış təmsilçisi həmin ödənişlə bağlı özündəki terminala qeydiyyat aparır və terminaldan çıxmış ödəniş çekinin bir nüsxəsini imzalayaq müştəriyə təqdim edir, digər nüsxəsini isə özündə saxlayır. Satış təmsilçisi tərəfindən müştərilədən alınmış ödənişlər terminala yükləndiyindən sonra həmin satış təmsilçisi günün sonunda MMC-nin kassasına hansı müştəridən nə qədər ödəniş edəcəyi görünür. Bundan sonra satış təmsilçisi müştərilərdən aldığı həmin ödənişləri kassa mədaxil orderi əsasında MMC-nin xəzinəsinə mədaxil edir. Bu zaman kassa mədaxil orderi tərtib olunur və bir nüsxəsi satış təmsilçisinə verilir. Satış təmsilçisi MMC-nin kassasına ödəniş edərkən hər bir müştəri üçün terminaldan çıxartdığı satış qaiməsini və ödəniş çekini MMC-nin xəzinəsinə təhvil verir. Baş direktor olmaqla yanaşı, MMC-də həmçinin kassir vəzifəsinidə icra edir, yəni ekspeditorlardan kassaya mədaxil edilən bütün ödənişləri özü qəbul edir. Satış təmsilçisi kimi Təqsirləndirilən şəxs vəzifələri MMC-dən qəbul etdiyi malların ona təhkim olunmuş ərazilər üzrə isti satışının həyata keçirilməsi və ödənişlərin müştərilədən yığılaraq MMC-nin kassasına ödənilməsindən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə ona əvvəlcə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları təhkim olunsa da, sonradan ona Qaradağ və Səbail rayonları ərazisindəki marketlər təhkim olunmuşdur. Bu zaman onun və digər ekspeditorların iştirakları ilə təhvil təslim aparılmış və bu barədə müvafiq akt tərtib olunmaqla, Təqsirləndirilən şəxs və digər ekspeditorlar tərəfindən imzalanmışdır. 2020-ci ilin oktyabr ayında aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı marketlərdən olan Binəqədi rayonundakı “Qız qalası” adlı ərzaq mağazasının adına 566,97 manat, “Qədim Şamaxı” adlı ərzaq mağazasının adına 187 manat, Sulutəpə qəsəbəsindəki “Bal market” adlı ərzaq mağazasının adına 100 manat və Biləcəri qəsəbəsində yerləşən “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat məbləğində ödəniş edilməsi ilə bağlı özündə olan terminal vasitəsi ilə 2020-ci il oktyabrın 09-da MMC-nin sisteminə məlumat ötürmüş, lakin həmin məbləğlərdən MMC-nin kassasına yalnız oktyabrın 09-da “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat ödəniş etmişdir. Həmin ödənişi özü qəbul etmişdir. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs həmin dörd müştəridən oktyabrın 09-da müştərilərdən aldığı ümumilikdə 875,75 manat satış pulunun, 853,97 manatını MMC-nin kassasına mədaxil etməyərək mənimsəmişdir. O, qeyd olunan üç müştəridən aldığı ümumilikdə 853,97 manat satış pulunu müştəridən alması barədə özündə olan terminal vasitəsi ilə MMC-yə məlumat versə də, həmin məbləği kassaya mədaxil etməmişdir. İqbalın həmin üç müştəridən aldığı satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməməsinə baxmayaraq, pulu alması barədə məlumatı MMC-nin sisteminə ötürməsinə səbəb, növbəti günlərdə MMC-nin auditi tərəfindən onun satış fəaliyyəti yoxlanılarkən ərazidə olan qalıq məbləğlə, müştərilərdən aldığı məbləğin üst-üstə düşməsi, yəni bir birini tamamlaması görüntüsü yaratmaq məqsədi daşımışdır. Qeyd etdiyim hal aşkar olunduqdan sonra mən Təqsirləndirilən şəxs qəbul etdim və o, həmin məbləği müştərilərdən almasına baxmayaraq, MMC-nin kassasına ödəmədiyini, ehtiyacı olduğu üçün şəxsi ehtiyaclarına xərclədiyini bildirmiş və bir neçə gün ərzində MMC-nin xəzinəsinə ödəyəcəyini söz vermişdir. Bundan sonra İqbal həmin məbləği ödəmədiyi üçün onun barəsində MMC-nin auditoru Şahid2 tərəfindən daxili təftiş aparıldı, onun mal satdığı mağazalara gedilərək üzləşdirmələr keçirildi, ona ayrılmış avtomaşında olan mallara görə sayım aparıldı. Daxili təftiş zamanı iştirak etməsi üçün İqbala məlumat verilsə də, sonuncu iştirakdan yayınıb gəlməyəcəyini bildirdi. Bundan başqa MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçisi müştərilədən geri qaytarılmış malları MMC-nin anbarına qaytarmır və əgər həmin mal istifadəyə yaralıdırsa onu öz anbarına qəbul edir, yəni ona ayrılmış avtomaşında saxlayır ki, başqa bir müştəriyə sata bilsin. Ay ərzində 2-3 dəfə isə anbar müdiri, satış təmsilçisi və sürücünü iştirakı ilə anbar sayımı, yəni satış təmslçisinə ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirilir. 20.10.2020-ci il tarixdə Eminin anbarında, yəni ona ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirildi. İqbalın MMC-nin anbarından qəbul etdiyi mallarla satdığı malların fərqi hesablandıqda, ona ayrılmış avtomaşında 9097,25 manat mal olması müəyyən olunduğu halda, sayım zamanı avtomaşında cəmi 8171,86 manat dəyərində mal aşkar olundu. Mal sayımı zamanı Təqsirləndirilən şəxs 925,39 manat məbləğində malı müştərilərə satdığı, əldə olunmuş ödənişi MMC-nin kassasına mədaxil etməməsi aşkar olundu. Həmçinin daxili təftiş zamanı aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı müştərilərdən aldığı ödənişlərdən ümumilikdə 4847,30 manatını MMC-nin kassasına ödəməmişdir. Təftiş zamanı müəyyən olunmuşdur ki, 2020-ci il oktyabrın 17-nə Təqsirləndirilən şəxs öhdəliyində 25.466,20 manat dəyərində mal qalığı qalmış, həmin mal qalığının 20.618,9 manalıq hissəsi satış nöqtələrində olan faktiki mal qalığı olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs daimi mal satdığı müştərilədən savayı, "xxxx" adlı müştərinin adına müxtəlif vaxtlarda ümumilikdə 2.705,60 manatlıq mal satmışdır. Təftiş zamanı məlum olmuşdur ki, o, MMCyə sistemində "xxxx" adlı müştərinin adına satdığını göstərdiyi malları, MMC ilə əməkdaşlıq edən Cəfər adlı şəxsə satmış və satışdan əldə etdiyi 2.705,60 manatı MMCnin kassasına mədaxil etməmişdir. Bu faktı Cəfərin özü də təsdiq etmişdir. Yəni o, terminalda “X6” adlı müştərinin adını dəyişərək "xxxx" etmişdir. Fədai isə İqbalın bölgə müdiri olmuşdur. İqbal həmçinin "xxxx" adlı xəyalı market yaradaraq, həmin mağazanın adına MMC-nin anbarından çıxartdığı mallardan 254.2 manat dəyərində mal satdığı göstərsə də, daxili təftiş zamanı müəyyən olunmuşdur ki, belə bir market yoxdur, İqbal "xxxx" adlı müştəri olmamasına baxmayaraq, onun adını sitemə işləyərək, həmin müştəriyə mal satması görüntüsünü yaratmışdır. Bundan savayı, Təqsirləndirilən şəxs "xxxx" adlı ərzaq mağazasına çox gümanki özündən artıq güzəşt tətbiq etmiş, halbuki, MMC tərəfindən "xxxx" adlı ərzaq mağazasına cəmi 8 faiz güzəşt nəzərdə tutulmuşdur. Həmin güzəşt isə satış təmsilçisi tərəfindən deyil, MMC tərəfindən, yəni mənim tərəfimdən müəyyən olunur. Ümumilikdə təftiş zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə 6.626,66 manat satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməyərək mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2020-ci il aprelin 01-dən etibarən "xxxx" MMC-də auditor vəzifəsində işləyir. Auditor kimi vəzifələri daxili təftiş, ekspeditorların ərazidə iş fəaliyyətinin, ödənişlərlə bağlı yaranmış problemlərin araşdırılması, qalıq borcların yoxlanmasından ibarədir. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2019-cu il sentyabrın 02-dən "xxxx" MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. İşə götürülərkən Təqsirləndirilən şəxslə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMC-nin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən ona ayrılmış avtomobilə qəbul edir. Hər bir ekspeditora MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmayan satış təmsilçislərinə isə MMC tərəfindən sürücü də ayrılır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar ekspeditora qaimə-faktura sənədi əsasında təhvil verilir. Qaimə-faktura sənədində malların adları, miqdarı, hər birinin ayrılıqda və ümumilikdə qiyməti qeyd olunur. Təqsirləndirilən şəxs isti satış həyata keçirdiyindən o, əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək məlumatları MMC-nin anbarına ötürməmiş, yalnız MMC-nin anbarından malları götürdükdən sonra yerindəcə müştərilərə satışını həyata keçirmişdir. Bu zaman satış təmsilçisi hər bir müştəriyə satdığı mallara dair məlumatları, özündə olan terminal vasitəsi ilə MMC-yə bildirir və onun hansı marketə nə qədər mal satması MMC-nin ümumi sistemində görünür. Bu zaman satış təmsilçisi müştərinin sifarişini terminala qeyd etdiyi zaman terminaldan iki nüsxəsə hazır satış qaiməsi çıxır ki, qaimənin bir surətini müştəriyə verir, digər surətini isə müştəriyə malı qəbul etməsi ilə bağlı imzaladaraq özündə saxlayır. Daha sonra satış təmsilçisi satdığı malların ödənişlərini müştərilərdən yığır. Müştəri tərəfindən satış təmsilçisinə ödəniş edildikdə, satış təmsilçisi həmin ödənişlə bağlı özündəki terminala qeydiyyat aparır və terminaldan çıxmış ödəniş çekinin bir nüsxəsini imzalayaq müştəriyə təqdim edir, digər nüsxəsini isə özündə saxlayır. Satış təmsilçisi tərəfindən müştərilədən alınmış ödənişlər terminala yükləndiyindən MMC-də, həmin satış təmsilçisinin gün sonunda MMC-nin kassasına nə qədər ödəniş edəcəyi görünür. Bundan sonra satış təmsilçisi müştərilərdən aldığı həmin ödənişləri kassa mədaxil orderi əsasında MMC-nin xəzinəsinə mədaxil edir. Bu zaman kassa mədaxil orderi tərtib olunur. Satış təmsilçisi MMC-nin kassasına ödəniş edərkən hər bir müştəri üçün terminaldan çıxartdığı satış qaiməsini və ödəniş çekini MMCnin xəzinəsinə təhvil verir. Satış təmsilçisi kimi Təqsirləndirilən şəxs vəzifələri MMC-dən qəbul etdiyi malları ona təhkim olunmuş ərazilər üzrə isti satışının həyata keçirilməsi və ödənişlərin müştərilədən yığılaraq MMC-nin kassasına ödənilməsindən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə ona əvvəlcə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları təhkim olunsa da, sonradan ona Qaradağ və Səbail rayonları ərazisindəki marketlər təhkim olunmuşdur. Bu zaman onun və digər ekspeditorların iştirakları ilə təhvil təslim aparılmış və bu barədə müvafiq akt tərtiib olunmaqla, akt İqbal və digər ekspeditorlar tərəfindən imzalanmışdır. 2020-ci ilin oktyabr ayında aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı marketlərdən olan Binəqədi rayonundakı “Qız qalası” adlı ərzaq mağazasının adına 566,97 manat, “Qədim Şamaxı” adlı ərzaq mağazasının adına 187 manat, Sulutəpə qəsəbəsindəki “Bal market” adlı ərzaq mağazasının adına 100 manat və Biləcəri qəsəbəsində yerləşən “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat məbləğində ödəniş edilməsi ilə bağlı özündə olan terminal vasitəsi ilə 2020-ci il oktyabrın 09-da MMC-nin siteminə məlumat ötürmüş, lakin həmin məbləğlərdən MMC-nin kassasına yalnız oktyabrın 09-da “Elçin market” adlı ərzaq mağazasının adına 21,78 manat ödəniş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmin dörd müştəridən həmin gün müştərilərdən aldığı ümumilikdə 875,75 manat satış pulunun, 853,97 manatını MMC-nin kassasına mədaxil etməyərək mənimsəmişdir. Həmin vaxt MMC-nin baş direktoru Şahid1 və bölgə müdiri Fədai Günay tərəfindən Təqsirləndirilən şəxs qəbul edilərək, 853,97 manat məbləğində pulu niyə kassaya ödəməməsini soruşduqda sonuncu həmin məbləği müştərilərdən alaraq MMC-nin kassasına ödəməyib mənimsədiyini etiraf edərək, qısa zaman ərzində həmin məbləği kassaya ödəyəcəyini bildirmişdir. Oktyabr ayının 15-16-da istifadəsində olan ********** saylı mobil nömrədən İqbalın istifadəsində olan MMC tərəfindən ona verilmiş mobil nömrəyə zəng etdikdə, o, həmin məbləği qısa zamanda MMC-nin kassına mədaxil edəcəyini söz versə də, sonradan vədinə əməl etməmişdir. Bundan sonra İqbal həmin məbləği ödəmədiyi üçün onun barəsində tərəfindən daxili təftiş aparılmış, onun mal satdığı mağazalara gedilərək üzləşdirmələr keçirilmiş, ona ayrılmış avtomaşında olan mallara görə sayım aparılmışdır. Daxili təftiş zamanı iştirak etməsi üçün İqbala məlumat verilsə də, sonuncu iştirakdan yayınıb gəlməyəcəyini bildirmişdir. Bundan başqa MMC-nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçisi müştərilədən geri qaytarılmış malları MMC-nin anbarına qaytarmır və əgər həmin mal istifadəyə yaralıdırsa onu öz anbarına qəbul edir, yəni ona ayrılmış avtomaşında saxlayır ki, başqa bir müştəriyə sata bilsin. Ay ərzində 2-3 dəfə isə anbar müdiri, satış təmsilçisi və sürücünün iştirakları ilə anbar sayımı, yəni satış təmslçisinə ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirilir. 2020-ci il oktyabrın 20-də İqbalın anbarında, yəni ona ayrılmış avtomaşında qalmış malların sayımı həyata keçirilmişdir. Həmin mal sayımında o, İqbala ayrılmış sürücü Osman, kadrlar şöbəsinin rəisi Şahid7, anbardar Şahid3, anbarın işçisi Şahid8 iştirak etmişlər. İqbal isə həmin sayımda iştirak etməmişdir. İqbalın MMC-nin anbarından qəbul etdiyi mallarla satdığı malların fərqi hesablandıqda, ona ayrılmış avtomaşında 9.097,25 manat mal olması müəyyən olunduğu halda, sayım zamanı avtomaşında cəmi 8.171,86 manat dəyərində mal aşkar olunmuşdur. Mal sayımı zamanı Təqsirləndirilən şəxs 925,39 manat məbləğində malı müştərilərə satdığı, əldə olunmuş ödənişi MMC-nin kassasına mədaxil etməməsi aşkar olunmuşdur. Həmçinin daxili təftiş zamanı aşkar olunmuşdur ki, Təqsirləndirilən şəxs mal satdığı müştərilərdən aldığı ödənişlərdən ümumilikdə 4.847,30 manatını MMC-nin kassasına ödəməmişdir. Belə ki, Təqsirləndirilən şəxs daimi mal satdığı müştərilədən savayı, "xxxx" adlı müştərinin adına müxtəlif vaxtlarda ümumilikdə 2.705,60 manatlıq mal satmışdır. Təftiş zamanı məlum olmuşdur ki, o, MMC-yə sistemində "xxxx" adlı müştərinin adına satdığı göstərdiyi malları, MMC ilə əməkdaşlıq edən Cəfər adlı şəxsə satmış və satışdan əldə etdiyi 2.705,60 manatı MMC-nin kassasına mədaxil etməmişdir. Bu faktı Cəfərin özü də təsdiq etmişdir. Yəni o, terminalda “X6” adlı müştərinin adını dəyişərək "xxxx" etmişdir. Fədai isə İqbalın bölgə müdiri olmuşdur. İqbal həmçinin "xxxx" adlı xəyalı market yaradaraq, həmin mağazanın adına MMC-nin anbarından çıxartdığı mallardan 254.2 manat dəyərində mal satdığı göstərsə də, həmin müştərinin adına MMCnin kassasına heç vaxt ödəniş etməmişdir. Bundan savayı, Təqsirləndirilən şəxs "xxxx" adlı ərzaq mağazasına özündən güzəşt tətbiq etmiş, halbuki, MMC tərəfindən elə bir güzəşt nəzərdə tutulmamışdır. Ümumilikdə Təqsirləndirilən şəxs işlədiyi müddətdə 6.626,66 manat satış pulunu MMC-nin xəzinəsinə mədaxil etməyərək mənimsəmişdir. MMC-də hər bir satış təmsilçisinə MMC-nin xəzinəsinə mədaxil etdiyi ödənişlərin 2 faizi məbləğində ayda bir dəfə olmaqla mükafat verilir. Təqsirləndirilən şəxs də, həmçinin işlədiyi müddətdə hər ay MMC-nin xəzinəsinə mədaxil etdiyi ümumi məbləğində 2 faizi həcmində mükafat verilmişdir. 2020-ci ilin may ayı ərzində tərəfindən Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı təftiş aparılmış, müştərilərlə üzləşdirmələr keçirilmiş və bu zaman onun hesabında 2.552,79 manat məbləğində çatışmazlıq olması müəyyən olunmuşdur. Sonradan “ALO market” adlı ərzaq mağazasının məlumatı əsasında həmin məbləğdən 190,58 manatı çıxılmışdır. Çünki 190,58 manat satış pulu müştəri tərəfindən İqbala ödənilməmişdir. 2.552,798 manat çatışmazlığın yaranmasına səbəb “Cahid” və “BOOMSTORE” mağazalarının bağlanması nəticəsində həmin mağazalarda olan malların İqbal tərəfindən MMC-nin anbarına qaytarılmaması və bəzi müştərilərdən aldığı ödənişləri MMC-nin xəzinəsinə ödəməməsi olmuşdur. MMC tərəfindən müəyyən edilmiş qaydalara əsasən bu kimi hallarda həmin məbləğlər hər ay satış təmsilçisinin əmək haqqından müəyyən məbləğlər şəklində tutulur və ya aylıq kassaya mədaxil etdiyi məbləğə görə ona verilməli olan faizdən tutulur, yəni faiz ona verilmir. Bundan başqa, MMC-də ümumiyyətlə yeni mağazaları, müştəriləri MMC ilə əməkdaşlığa cəlb edən, yeni müştərilərə mal satan satış təmsilçilərinə müəyyən məbləğdə pul verilməsi nəzərdə tutulmamışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə MMC-nin ona hər hansı məbləğdə borcu qalmamışdır. Təqsirləndirilən şəxs MMC-nin ona borclu olduğunu düşündüyü halda MMCnin pulunu mənimsəmək əvəzinə, bununla bağlı məhkəməyə və ya hüquq mühafizə orqanlarına müraciət edə bilərdi. İqbalin Cəfərə satdığı malın qiyməti MMC-nin sistemində 2.705,60 manat olaraq göstərilmişdir. Təqsirləndirilən şəxs aparılmış təftişdə iştirak etməkdən imtina etdiyindən Cəfərə satılmış malla görə yaranmış fərq aydınlaşdırılmamışdır. Ola bilsin ki, Cəfərə hər hansı bir güzəşt tətbiq olunmuşdur. Lakin bu barədə MMC rəhbərliyinə məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin may ayından "xxxx" MMC-də anbar müdiri vəzifəsində işləyir. Anbar müdiri kimi əsas vəzifələri hazır məhsulların qəbulu, saxlanılması, qaimə faktura əsasında anbardan çıxarılmasının təşkil edilməsindən, habelə müştərilər tərəfindən geri qaytarılan malların anbara qəbul edilməsindən və malların son istifadə tarixlərinə nəzarət edilməsindən ibarətdir. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs 02.09.2019-cu il tarixdən "xxxx" MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMC-nin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən onlara ayrılmış avtomobilə qəbul edirlər. Hər bir ekspeditora MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmayan satış təmsilçislərinə isə MMC tərəfindən sürücü ayrılır. Təqsirləndirilən şəxs də həmçinin MMC tərəfindən sürücü ayrılmışdır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar ekspeditora qaimə-faktura sənədi əsasında təhvil verilir. Həmin qaimə-faktura sənədi rəhbərlik tərəfindən hazırlanaraq satış təmsilçisinə verilir və satış təmsiçisi həmin qaiməni ona təqdim edir. Bundan sonra o, qaimədə göstərilən malları satış təmsilçisinə verir və sonuncu həmin malları öz anbarına qəbul edir, yəni MMC tərəfindən ona ayrılmış avtomaşına yığır. Bu zaman qaimə faktura sənədinin hər iki nüsxəsində “təhvil verdi” qrafası onun, “təhvil aldı” qrafası isə satış təmsilçisi tərəfindən imzalanır, bir nüsxəsinı özündə saxlayıb, digər nüsxəsini satış təmsilçisinə verir. Sonradan həmin satış fakturalarını hər ayın sonunda MMC-nin direktoruna təhvil verir. Təqsirləndirilən şəxs tərəfindən malların anbardan qəbulu qeyd etdiyi qaydada aparılmışdır. 2020-ci ilin oktyabr ayında satış təmsilçisi Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı təftiş aparılmış və müəyyən edilmişdir ki, o, 6.000 manatdan artıq satış pulunu mənimsəyərək MMC-nin xəzinəsinə mədaxil etməmişdir. Təftiş zamanı Təqsirləndirilən şəxs ayrılmış avtomaşında, yənin onun anbarında mal sayımı aparılmış və bu zaman avtomaşında 925,39 manat dəyərində malın əksik olması aşkar olunmuşdur. Həmin sayımda o da iştirak etmiş və bunun şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, səyyar ticarətlə məşğul olmaqla müxtəlif firmalardan çay alaraq qohumlarına, tanışlarına satır. Türkiyə vətəndaşı Fədai Günayı tanıyır. Təxminən 2020-ci ilin sentyabr ayında Fədai ona "xxxx" MMC adlı şirkətdə işlədiyini, həmin şirkətin “SARO” çaylarının satışını həyata keçirdiyini bildirmiş və onlardan çay almağı təklif etmişdir. O, çayın qimətini soruşmuş və çayı yalnız nisyə ala biləcəyini demişdir. Fədai isə çayın kiloqramının qiymətini onun üçün 12,35 manat olduğunu və ona nisyə verə biləcəyini bildirmişdir. O, Fədai ilə razılaşıb ona təxminən 208 kq çay sifariş vermişdir. Həmin vaxt Fədai təxminən 5 faiz endirim etmişdir və 208 kq çayın qiyməti endirimlə 2.570 manat təşkil etmişdir. Sonradan Fədai ona zəng etmiş, sifarişini MMC-yə bildirdiyini demiş və MMC-də satış təmsilçisi işləyən Təqsirləndirilən şəxs mobil nömrəsini vermişdir. O, İqballa əlaqə saxlamış və sonuncu sifariş verdiyi 208 kq çayı Biləcəri qəsəbəsində yaşadığı evə gətirmişdir. Təqsirləndirilən şəxs sifarişini qırmızı rəngli “Ford” markalı avtomaşınla gətirmişdir. Təxminən 10 gün sonra İlqbal Dəmirlə yenidən əlaqə saxlamış, çayın ödənişini ondan götürməsini istəmiş və o, həmin “Ford” markalı avtomaşınla yaşadığı evə gəlmişdir. O, İqbala aldığı 208 kq çayın pulunu, yəni 2.570 manat vermişdir. Daha sonra İqbalı görməmişdir. Sonradan Fədai ona zəng edib çayın pulunu istədikdə, pulu İqbala verdiyini demişdir. Bundan sonra İqbala zəng etmiş və o, “qardaş sənlik deyil, mən səndən pulu götürmüşəm” deyə cavab vermişdir. Sonradan Fədai ona bildirmişdir ki, Təqsirləndirilən şəxs aldığı 2.570 manat pulu MMC-nin kassasına ödəməyərək mənimsəmişdir. Təqsirləndirilən şəxs cəmi iki dəfə görmüş, o, sifarişi gətirdiyi zaman və ona ödənişi verdiyi zaman onunla əvvəllər heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sentyabr ayından sürücü işlədiyi "xxxx" MMC-də vəzifələri satış təmsilçilərinin MMC-nin anbarından götürdükləri malların onlarla birlikdə mağazalara paylanmasından, yəni müştərilərə verilməsindən ibarətdir. Satış təmsilçilərinin "xxxx" MMC-dən malları hansı qaydada qəbul etmələri, satdıqları malların ödənişlərinin MMC-nin kassasına hansı qaydada mədaxil etmələri barədə məlumatı yoxdur. O, yalnız satış təmsilçilərinin anbardan götürdüyü malların onlarla birlikdə daşınmasında iştirak edir, yəni satış təmsilçisinə ayrılmış maşını idarə edir və malların anbardan avtomaşına yüklənməsində satış təmsilçilərinə köməklik edir. Satış təmsilçisi MMC-nin anbarından malı qaimələri imzalamaqla qəbul etmişlər. Təqsirləndirilən şəxs "xxxx" MMC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxslə 2019-cu ilin sentyabr-oktyabr aylarında işləmiş, yəni həmin aylarda İqabalın sifarişlərini daşımış, ona ayrılmış maşını idarə etmişdir. Əvvəllər isə başqa satış təmsilçiləri ilə işləmişdir. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs müştərilərdən aldığı müəyyən məbləğdə pulu MMC-nin kassasına mədaxil etməyərək mənimsəmişdir. Onun konkret hansı məbləğdə pul mənimsəməsini bilmir. İqbaldan heç vaxt mal satdığı mağazalardan pul alıb-almaması, müsbət halda hansı məbləğdə pul alması barədə heç bir söz soruşmamışdır. Sonradan İbqala ayrılmış avtomaşında mənim iştirakımla mal sayımı aparılmış və maşında mal əksikliyi olması müəyyən olunmuşdur. Sayımın nəticəsində dair akt tərtib olunmuşdur. Konkret olaraq hansı məbləğdə malın əksik olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayından "xxxx" MMC-də kadrlar şöbəsi üzrə baş mütəxəssis vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanıyır, o, MMC-də satış təmsilçisi işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə müəyyən məbləğdə satış pulunu müştərilərdən alaraq, MMC-nin xəzinəsinə mədaxil etməyib mənimsədiyini bilir, lakin onun konkret hansı məbləğdə pul mənimsəməsi barədə məlumatı yoxdur. Bununla bağlı onun barəsində daxili təftiş aparılmışdır. Bu zaman MMC tərəfindən ona ayrılmış avtomaşında mal sayımı aparılmış və bu zaman avtomaşında müəyyən məbləğdə malın əksik olması məlum olmuşdur. Komisiyanı özü təşkil etmiş və həmin sayımda iştirak etmişdir. Ondan başqa həmin sayımda şirkətin auditoru Şahid2, sürücü Şahid5, keçmiş anbar müdiri Şahid3, fəhlə Şahid8 və s. iştirak etmişlər. Şirkətin auditoru Təqsirləndirilən şəxs dəfələrlə zəng edərək ona ayrılmış avtomaşında mal sayımında iştirak etməsini bildirsə də o, bir daha şirkətə gəlməyəcəyini vurğulamışdır. Onun yaşadığı ünvanına şirkətin adından işə gəlməsi ilə bağlı məktub göndərmiş, lakin məktub cavablandırılmamışdır. Hətta məktubu qəbul etdikdən sonra İqbal zəng edərək öz iradını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərində "xxxx" MMC-də bölgə müdiri vəzifəsində işləmişdir. Hal-hazırda orda işləmir. Bölgə müdiri kimi vəzifələri yeni müştərilər müəyyən etmək, müştərilərə “Saro” çayları barədə məlumat verməkdən ibarət olmuşdur. "xxxx" MMC Şrilankadan ölkəyə idxal edilmiş hazır çayların satışını həyata keçirir. Təqsirləndirilən şəxs 2019-cu ilin sentyabr ayından "xxxx" MMC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. "xxxx" MMC-də hər bir satış təmsilçisinə müəyyən ərazidə yerləşən marketlər öhdəliklərinə verilmişdir. Həmin satış təmsilçiləri isti satış həyata keçirirlər. Belə ki, satış təmsilçiləri əvvəlcə malları MMC-nin ümumi anbarından "xxxx", yəni MMC tərəfindən ona ayrılmış avtomobilə qəbul edir. Hər bir satış təmsilçisinə MMC tərəfindən, malları anbardan qəbul edilməsi və satışının həyata keçirilməsi üçün avtomaşın ayrılır. Sürücülük hüququ olmayan satış təmsilçislərinə isə MMC tərəfindən sürücü də ayrılır. Mallar satış təmsilçisinə ayrılmış avtomaşına yükləndikdən sonra o, həmin malların isti satışını həyata keçirir. Mallar satış təmsilçisinə faktura sənədi əsasında təhvil verilir. Təqsirləndirilən şəxs isti satış həyata keçirdiyindən o, əvvəlcədən müştərilərdən sifarişləri qəbul edərək məlumatları MMC-nin anbarına ötürməmiş, yalnız MMC-nin anbarından malları götürdükdən sonra yerindəcə müştərilərə satışını həyata keçirmişdir. Bu zaman satış təmsilçisi hər bir müştəriyə satdığı mallar dair məlumatları, özündə olan terminal vasitəsi ilə MMC-yə bildirir və onun hansı marketə nə qədər mal satması MMC-nin ümumi sistemində görünür. Satış təmsilçisi müştəriyə satdığı malları terminala qeyd etdiyi zaman terminaldan iki nüsxədə hazır satış qaiməsi çıxır ki, qaimənin bir nüsxəsini müştəriyə verir, digər nüsxəsini isə müştəriyə malı qəbul etməsi ilə bağlı imzaladaraq özündə saxlayır. Daha sonra satış təmsilçisi satdığı malların ödənişlərini müştərilədən yığır. Müştəri tərəfindən satış təmsilçisinə ödəniş edildikdə, satış təmsilçisi həmin ödənişlə bağlı özündəki terminala qeydiyyat aparır və terminaldan çıxmış ödəniş çekinin bir nüsxəsini imzalayaq müştəriyə təqdim edir, digər nüsxəsini isə özündə saxlayır. Satış təmsilçisi tərəfindən müştərilədən alınmış ödənişlər terminala yükləndiyindən MMC-də, həmin satış təmsilçisinin gün sonunda MMC-nin kassasına nə qədər ödəniş edəcəyi görünür. Bundan sonra satış təmsilçisi müştərilərdən aldığı həmin ödənişləri kassa mədaxil orderi əsasında MMC-nin xəzinəsinə mədaxil edir. Bu zaman kassa mədaxil orderi tərtib olunur. Satış təmsilçisi MMC-nin kassasına ödəniş edərkən hər bir müştəri üçün terminaldan çıxartdığı satış qaiməsini və ödəniş çekini MMCnin xəzinəsinə təhvil verir. Satış təmsilçisi kimi Təqsirləndirilən şəxs vəzifələri MMC-dən qəbul etdiyi malları ona təhkim olunmuş ərazilər üzrə isti satışının həyata keçirilməsi və ödənişlərin müştərilədən yığılaraq MMC-nin kassasına ödənilməsindən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də satış təmsilçisi vəzifəsində işlədiyi müddətdə ona əvvəlcə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları təhkim olunsa da, sonradan ona Qaradağ və Səbail rayonları ərazisindəki marketlər təhkim olunmuşdur. 2020-ci ilin oktyabr ayında Təqsirləndirilən şəxs fəaliyyəti MMC-nin auditi tərəfindən yoxlanılmış və bu zaman məlum olmuşdur ki, o, 6.626,66 manat məbləğində satış pulunu müştərilərdən almasına baxmayaraq, MMC-nin xəzinəsinə ödəməyərək mənimsəmişdir. Hətta təftiş zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Cəfər adlı müştərinin adını sistemdə dəyişdirərək, Fedai etmiş və həmin müştəriyə satdığı malın pulunu alaraq MMC-nin kassasına mədaxil etməmişdir. Təftiş zamanı həmçinin ona deyildiyinə görə MMC-nin bir neçə əməkdaşının iştirakı ilə Təqsirləndirilən şəxs ayrılmış avtomaşında mal sayımı aparılmış və maşında 925,39 manat dəyərində mal əksikliyi olması müəyyən olunmuşdur. Bu məlumatların hamısı audit yoxlaması nəticəsi sonrası ona bildirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyun ayından "xxxx" MMC-də fəhlə işləyir. Təqsirləndirilən şəxs tanıyır, o, MMC-də satış təmsilçisi işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə müəyyən məbləğdə satış pulunu müştərilərdən alaraq, MMC-nin xəzinəsinə mədaxil etməyib mənimsədiyini bilsə də, onun konkret hansı məbləğdə pul mənimsəməsi barədə məlumatı yoxdur. Bununla bağlı onun barəsində daxili təftiş aparılmışdır. Təftiş zamanı MMC tərəfindən ona ayrılmış avtomaşında mal sayımı aparılmış və avtomaşında müəyyən məbləğdə malın əksik olması məlum olmuşdur. Lakin maşında nə qədər malın əksik olmasını hazırda xatırlamır. Həmin sayımda o da iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-mühasibatlıq ekspertizasının 03.06.2021-ci il tarixli 9/3532 nömrəli rəyindən görünür ki, 23.10.2020-ci il tarixli audit rəyinə əsasən "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 6214,58 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Auditorlar Palatasının üzvü Şərif Bəşirovun 63 nömrəli auditor rəyinə əsasən cəmiyyətin satış üzrə nümayəndəsi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs ilkin sənədlərə uyğun olaraq 20.10.2020-ci il tarixə öhdəsində 6726,66 manat çatışmazlıq (əskiklik) aşkar olunmuşdur. 12.09.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Təqsirləndirilən şəxs "xxxx" MMCnin satış təmsilçisi vəzifəsinə qəbul edilmişdir. 12.09.2019-cu il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Təqsirləndirilən şəxs maddi məsul şəxs olaraq "xxxx" MMC-nin işçisi olaraq müəssisənin müştərilərinə göstərdiyi xidmətlər nəticəsində yaranmış məsuliyyətə görə cavabdehlik daşıyır və dəyən zərərin miqdarı müəyyən edildikdən sonra ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilməsi öhdəliyini öz üzərinə götürür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 22 iyul 2021-ci il tarixli **********62 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC tərəfindən verilmiş mülki iddiadan görünür ki, "xxxx" MMC-ni iş üzrə mülki iddiaçı qismində tanınmasını və cavabdeh Təqsirləndirilən şəxs 6214.58 manat məbləğində pulun tutularaq, "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 18.04.2022-ci il tarixli 9/2600 nömrəli rəyindən görünür ki, iş materiallarında öz əksini tapmış qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması məhkəmə tərəfindən nəzərə alındıqda həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 4877,83 manat məbləğində müəyyən edilir. "xxxx" MMC-nin 16.03.2022-ci il tarixli, 1603-22 saylı məktubundan görünür ki, cəmiyyət tərəfindən aparılmış dəqiqləşdirmə nəticəsində Təqsirləndirilən şəxs tərəfindən cəmiyyətin 4877.83 manat məbləğində əmlakın mənimsənilməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs tərəfindən 4877.83 manat məbləğində pul vəsaiti ödənildiyinə görə cəmiyyətin ona qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş audit rəyinə əlavə olunan kassa mədaxil qəbzləri, anbarlar arası göndəriş qəbzləri, satış qəbzləri və digər sənədlər maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında 01 may 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin xaric edilməsini və dövlət ittihamının müdafiəsini Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə davam etdirilməklə, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib, cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Aşağıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələrilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs CM-in 179.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş xeyli miqdarda özgə əmlakını vahid niyyətlə mənimsəməklə 6214,58 manat (altı min iki yüz on dörd manat əlli səkkiz qəpik) məbləğində pul vəsaitini talamışdır. Lakin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 18.04.2022-ci il tarixli 9/2600 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 4877,83 manat məbləğində müəyyən edilir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilir. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində 4877,83 manat ziyan vurduğuna görə CM-in 179.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz. İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin 16 mart 2022-ci il tarixli məktub və 05 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs çay məhsullarını payladığı bütün müştərilərlə aparılmış üzləşdirmələrlə 667,86 manat dəyərində məhsulların “Boom store” mağazası, 200 manat dəyərində məhsulların "xxxx" mağazası tərəfindən ödənilmədiyi, 468,89 manat məbləğində pulun (cəmi 1336,75 manat) isə bonus qalıqlarından ibarət olması müəyyənləşdirilmişdir. Bununla da mənimsənilən əmlakın dəyəri 4877,83 manat olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs mənimsədiyi 4877,83 manat məbləğində pul vəsaiti sonuncu tərəfindən ödənildiyindən "xxxx" MMC-nin Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi yoxdur. Məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 18 aprel 2022-ci il tarixli, 9/2600 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında öz əksini tapmış yuxarıda qeyd olunan sənədlərdə göstərilən əməliyyatların aparılması məhkəmə tərəfindən nəzərə alındıqda həmin sənədlər üzrə Təqsirləndirilən şəxs öhdəsində yaranan çatışmazlıq 4877,83 manat (6626,66 - 412,08 - 1336,75) məbləğində müəyyən olunur. Əmələ gələn çatışmazlıqla bağlı kimin (kimlərin) öhdəliyində yaranması və bu çatışmazlığa görə kimin (kimlərin) məsuliyyət daşıması məsələsi hüquqi xarakter olduğundan bu xüsusata məhkəmə tərəfindən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 4877,83 manat məbləğində pulu "xxxx" MMC-nin xəzinəsinə təhvil verməyərək ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə edib vahid qəsdlə mənimsəməsi müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlində mənimsəmə cinayətinin xeyli miqdarda ziyan vurmaqla törədilməsi olmadığından qeyd olunanları nəzərə alıb, elan olunmuş ittihamdan CM-in 179.2.4-cü maddəsinin xaric edilməsi və dövlət ittihamının müdafiəsinin CM-in 179.2.3-cü maddəsi ilə təmin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan CM-in 179.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin. istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, maddi ziyanın könüllü olaraq tam ödənilərək aradan qaldırılması kimi yüngülləşdirici halı nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə az ağır cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquq nəzəriyyəsinə görə mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Məhkəmə təqsirləndirilən şəxsin gətirdiyi dəlilinə münasibətdə bildirir ki, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, özünü təqsirli qismən bilməsini onun göstərilən cinayət əməlini törətməkdə təqsirli olmaması kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs oğluna qarşı «maddi ziyanın ödənilməsi» tələblərinə dair iddia tələblərinin təmin olunmasını, mülki cavabdeh Təqsirləndirilən şəxs oğlundan dəymiş maddi ziyanın, yəni 6214.58 manat pulun tutulub "xxxx" MMC-yə verilməsini xahiş etmişdir. Aşağıga göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikası CPM-nin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası CPM-nin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikası CPM-nin 89.4.19-cu maddəsinə əsasən mülki iddiaçının cinayət prosesinin istənilən anında iddiadan imtina etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Zərərçəkmiş hüquqi şəxs hökm çıxarılanadək məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxsə qarşı qaldırdığı tələbindən imtina etdiyini bildirmişdir. Zərərçəkmiş hüquqi şəxsin iddiadan imtina etməsi qanuna zidd olmadığı üçün məhkəmə tərəfindən qəbul edilmişdir. Zərərçəkmiş hüquqi şəxs iddiadan imtina etdiyi üçün həmin mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə 650 (altı yüz əlli ) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC tərəfindən təqdim edilmiş audit rəyinə əlavə olunan kassa mədaxil qəbzləri, anbarlar arası göndəriş qəbzləri, satış qəbzləri və digər sənədlər cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 179.2.4-cü maddəsi ilə verilmiş ittiham ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilənlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs qarşı qaldırılmış maddi ziyanın ödənilməsi tələbinə dair tələbdən zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilsin. İş üzrə 650 (altı yüz əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC tərəfindən təqdim edilmiş audit rəyinə əlavə olunan kassa mədaxil qəbzləri, anbarlar arası göndəriş qəbzləri, satış qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar